Məhkəmə qərarları › İş №e-2-2(121)-350/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-350/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-350/2021 17.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və qeyrilərinə qarşı – faktorinq üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-yə qarşı – POF0145/08 saylı maliyyələşdirmə üçün ərizə üzrə 24.650,08 manat əsas borc, 7.547,19 manat cərimə olmaqla, cəmi 32.197,27 manat və 30 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2018-ci il tarixli GTC-564LE/2018 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X5, eyni zamanda xx.xx.2018-ci il tarixli X4 1 saylı əlavə imzalanmışdır. Həmçinin tərəflər arasında X4 1 saylı əlavə çərçivəsində xx.xx.2018-ci il tarixli POF0145 saylı alış sifarişi əsasında maliyyələşmə əməliyyatları limiti üzrə maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən müştəriyə xx.xx.2020-ci il tarixinədək, illik faiz dərəcəsi 14%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 29%, günlük cərimə faizi 0,0806% olmaqla 60.000 manat məbləğində bərpa olunan faktorinq limiti açılmışdır. Sonradan tərəflər arasında xx.xx.2019-cu il tarixdə POF0145 saylı alış sifarişi əsasında maliyyələşmə əməliyyatları limiti üzrə şərtlərin dəyişdirilməsi ilə bağlı 1 saylı əlavə imzalanmış, əlavəyə əsasən limitin məbləği 250.000 manat, limitin 150.000 manat hissəsi bərpa olunan, 100.000 manat hissəsi isə bərpa olunmayan olmaqla, limit çərçivəsində hər bir maliyyələşdirmənin bitmə tarixi 90 gün, yalnız “xxxx” MMC və Maraqlı şəxs MMC şirkətindən qəbul olunmuş sifarişlərin maliyyələşdirilməsi, limitin məbləğinin artırılması üçün, artırılan məbləğ üzrə limitin bərpa olunan hissəsi üçün 0.3 % Azərbaycan manatı, limitin bərpa olunmayan hissəsi üzrə 0.5% Azərbaycan manatı həcmində komissiya haqqı tətbiq edilməsi müəyyən edilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2019-cu il tarixdə POF0145 saylı alış sifarişi əsasında maliyyələşmə əməliyyatları limiti üzrə şərtlərin dəyişdirilməsi ilə bağlı 2 saylı əlavə imzalanmış, əlavəyə əsasən limitin məbləği 270.000 manat, limitin 200.000 manat hissəsi bərpa olunan, 70.000 manat hissəsi isə bərpa olunmayan olmaqla, limit məbləğinin artırılması üçün artırılan məbləğ 1% Azərbaycan manatı həcmində komissiya haqqı tətbiq edilməsi müəyyən edilmişdir. Bununla yanaşı tərəflər arasında xx.xx.2019-cu il tarixdə POF0145 saylı alış sifarişi əsasında maliyyələşmə əməliyyatları limiti üzrə şərtlərin dəyişdirilməsi ilə bağlı 3 saylı əlavə imzalanmış, əlavəyə əsasən limitin məbləği 490.000 manat, limitin 420.000 manat hissəsi bərpa olunan, 70.000 manat hissəsi isə bərpa olunmayan olmaqla, müştəriyə veriləcək avans qarantiyasının girov müqaviləsinə əsasən cari hesabında bloklaşdırılacaq 289,400.49 manat məbləğində vəsaiti, maliyyələşdirilən alış sifarişi məhsulunun əsas və ona hesablanmış faiz məbləği qədər təminat olaraq bloklaşdırılacağı, yenidən bloklaşdırılan vəsait isə müştərinin alıcı qarşısında olan öhdəliyini yerinə yerirdikdən sonra İddiaçı ASC-dəki öhdəliyinə yönəldiriləcəyi, limitin məbləğinin artırılması üçün artırılan hissənin 0.3% Azərbaycan manatı həcmində komissiya haqqı tədbiq edilməsi müəyyən edilmişdir. Eyni zamanda POF0145 saylı alış sifarişi əsasında maliyyələşmə əməliyyatları limiti çərçivəsində tərəflər arasında xx.xx.2019-cu il tarixli POF0145/08 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, subpodratçı Cavabdeh2 MMC ilə podratçı Maraqlı şəxs MMC arasında bağlanmış 19-NWC-GBM-1061 saylı Subpodrat müqavilə üzrə subpodratçının podratçıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi (faktorinqi) məqsədi ilə Cavabdeh2 MMC-yə Bank tərəfindən xx.xx.2019-cu il tarixinədək illik faiz dərəcəsi 14% olmaqla, 220.000 manat məbləğində pul vəsaiti verilmişdir. Müştəri Cavabdeh2 MMC-nin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, ZF0002 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı əlavə, eyni zamanda xx.xx.2019-cu il tarixli 2 saylı əlavə bağlanmışdır. Lakin Müştəri POF0145/08 saylı faktorinq üzrə 536 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək müştəriyə PBCOS-3447 saylı xəbərdarlıq məktubu, zaminə isə PBCOS-208 saylı xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müştərinin xx.xx.2021-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri POF0145/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 24.650,08 manat əsas borc, 7.547,19 manat cərimə borcu olmaqla, cəmi 32.197,27 manat, gecikmə günün sayı isə 536 gün təşkil edir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli X4 1 saylı əlavənin şərtlərinə əsasən müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək müştərinin vəzifəsidir. Eyni zamanda əlavənin 11.7-ci bəndinə əsasən alıcı nəzərdə tutulan müddət ərzində ödəniş etmədikdə və ya ödənilmiş məbləğ “maliyyələşdirmə üçün ərizə (alış sifarişi əməliyyatı üzrə)” formasında göstərilən məbləğdən az olduqda Bank alış sifarişi üzrə maliyyələşdirməni dayandırmaq və müştəridən müvafiq məbləğin ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından akseptsiz qaydada silmək və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında GTC-564LE/2018 saylı, xx.xx.2018-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair X5 adlı müqavilə bağlanmışdır. Bu müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi( akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsidən irəli gələn şərtlər öz əksini tapmışdır. Qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bü müqavilədən başqa müvafiq ərizə formalarının müştərinin özü və səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunmuşdur. Müştəriyə yalnız müvafiq ərizə formasında qeyd etdiyi xidmət təqdim olunmalı, bu ərizə formaları 2 nüsxədə olunacağı və hər iki tərəfin imza və möhürü ilə təsdiqləndiyi andan qüvvəyə minəcəyi və həmin xidmət üzrə müəyyən olunan müddətdə qüvvədə olacağı bildirilmişdir. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər qeyd olunan ərizə formasında öz əksini tapmışdır.Bu müqavilə çərçivəsində tərəflərin imzaladığı bütün ərizə formaları bü müqvilənin ayrılmaz hissəsini təşkil etmişdir. Müvafiq ərizə forması və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə formasındakı şərtlərin üstünlük təşkil edəcəyini və tərəflər arasında daha əvvəl imzalanmış və qüvvədə olan digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin imzalanmaı həmin müqavilələr üzrə yaranmış münasibətlərə təsir etməyəcəyini göstərilmişdir. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2018-ci il tarixdə, GTC-564LE/2018 saylı, xx.xx.2018-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair X4 1 №-li əlavə bağlanmışdır. Tərəflər bank tərəfindən yeni məhsulların təklif olunması ilə əlaqədar və müqvilənin Xİ.5.3 bəndinə əsasən həmin müqaviləyə, İV.8, İV.9 və V-1 bəndinin əlavə edilməsi barədə razılığa gəlmişlər. İşə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında ZF0002 nörməli, xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış GTC-564LE/2018 saylı, xx.xx.2018-ci il tarixli X5 çərçivəsində imzalanmış xx.xx.2018-ci il tarixli POF0145 saylı maliyyələşdirmə üçün ərizə əsasında borcalana bank qarşısında xx.xx.2020-ci il tarixinədək veriləcək 60.000 manat məbləğində kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında ZF0002 nörməli, xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixli, 1 nömrəli əlavədən görünür ki, borcalana xx.xx.2020-ci il tarixədək veriləcək illik faiz dərəcəsi 14 faiz olan 270.000 manat məbləğində alış sifarişi əsasında maliyyələşmə əməliyyatları limiti və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli 2 nömrəli əlavədə isə borcalana xx.xx.2020-ci il tarixədək veriləcək illik fazi dərəcəsi 14 faiz olan 490.000 manat məbləğində alış sifarişi əsasında maliyyələşmə əməliyyatları limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, POF0145 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, ümümi limitin növü bərpa olunan, 60.000 manat dövriyyə vəsaitinin artırılması məqsədilə xx.xx.2020-ci il tarixədək kredit verilməsi üçün müraciət olunmuşdur. İşə əlavə edilən sənədlərdən həmçinin görünür ki, maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 1 saylı, 2 saylı, 3 saylı əlavələr və xx.xx.2019-cu il tarixli, POF0145/08 saylı Maliyyələşdirmə üçün ərizə ilə də müraciət olunmuşdur. İşdə olan İddiaçı ASC-nin Cavabdeh2 MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli, PBCOS-3447 nömrəli xəbərdarlıq məktubundan görünür ki, müvafiq müqavilələrə əsasən, yaranmış mübahisənin həlli və bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası üçün Cavabdeh2 MMC-yə 7 iş günü müddətinə möhlət verildiyini, əks təqdirdə, bank kreditin geri qaytarılması və ya kredit müqaviləsinin ləğvi üçün kredit müqaviləsindən irəli gələrək Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət edəcəklərini bildirmişdir. İşə əlavə edilmiş iddaçı İddiaçı ASC-nin Cavabdeh1 ünvanladığı PBCOS-208 nömrəli, xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borcalan tərəfindən öhdəlyin şərtləri tam formada icra edilmədiyindən bildirişi aldığı gündən etibarən 7 iş günü ərzində xx.xx.2019-cu il tarixli ZF0002 zaminlik müqaviləsinin ləğvi üçün X5ndan irəli gələrək Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət ediləcəyi barədə xəbardalıq edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli, PB/PBL-082 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2019-cu il tarixli POF0145/08 saylı kredit müqaviləsinə əsasən 24.650,08 manat əsas borc, 7.547,19 manat cərimə borcu olmaqla, cəmi 32.197,27 manat təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia qeyd edilən hissədə təmin edilmlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 7.547,19 manat məbləğində deyil, 5000 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh1 müqavilə üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 MMC müqavilə üzrə İddiaçı ASC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 Cavabdeh2 MMC-nin iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da Cavabdeh1 İddiaçı ASC qarşısında olan Cavabdeh2 MMC-nin pul öhdəliyini üzərinə götürmüşdür. Buna görə də, Cavabdeh2 MMC zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1, digər Cavabdeh2 MMC ilə birlikdə iş üzrə İddiaçı ASC qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 24.650,08 manat əsas borc, 5000 manat cərimə, cəmi 29.650,08 manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar