Məhkəmə qərarları › İş №e-2-2(121)-3575/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3575/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3575/2024 10.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı – kredit müqaviləsi üzrə borc tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı – kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə müraciət edərək, cavabdeh borcunu qismən ödəyərək gələcək ödənişlərini ödəniş cədvəli üzrə bərpa etdiyindən, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud idda ərizəsi əsasında işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin hesabına 86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı – kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 86 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar