Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-36/2020 18.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2018-ci il tarixli, 01- TA-53 saylı nəqliyyat vasitələrinin icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş ümumilikdə 22.125 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası hüquqi şəxsi olan İddiaçı MMC ilə (bundan sonra icarəyə verən adlanacaq) Azərbaycan Respublikası hüquqi şəxsi olan “xxxx”MMC (bundan sonra icarəçi adlanacaq) arasında xx xxxxxx 2018-ci il tarixli, 01-TA-53 saylı Nəqliyyat vasitəsinin icarə müqaviləsi (bundan sonra müqavilə adlanacaq) bağlanmışdır. Bu müqaviləyə əsasən icarəyə verən müqavilə üzrə razılaşdırılmış texnikanı 3 (üç) ay müddətinə icarəçinin istifadəsinə verməyi İcarəçi isə bunun qarşılığında nəzərdə tutulmuş icarə haqqını icarə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, icarəçi müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozaraq, icarə verənə icarə haqqını vaxtında və tam şəkildə ödəmimiş və nəticədə onun icarə verənə müqavilə üzrə cəmi ƏDV daxil olmaqla 22.125 (iyirmi iki min yüz iyirmi beş) manat məbləğində borcu yaranmışdır. Müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1.2-ci bəndində özəksini tapmış texnikanı, yəni JCB 4CX markalı, ekskavator-yükləyici tipli, 90 K 012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini aylıq olaraq 3.500 manata icarəyə verir, icarəçi isə həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun istifadə edir. Bu müqavilənin 1.3-cü bəndinə əsasən qeyd edilən texnikanın icarəyə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur. Bu müqavilənin 1.4-cü bəndinə əsasən icarə obyektinin icarəçinin iş yerinə çatdırılması və icarəçinin müqavilə müddəti bitdikdən sonra texnikanın geri qaytarılması icarə verənin üzərinə qoyulmuşdur. Bu müqavilənin 3.1ci bəndinə əsasən icarəçi müqavilənin 1.2-ci bəndində qeyd edilmiş və icarəyə alınmış texnikanı bir təqvim ayı müddətinə həmin bənddə qeyd edilmiş məbləğdə icarə haqqı ödəyir. Bumüqavilənin 3.5-ci bəndinə əsasən bu müqavilədə göstərilən məbləğə ƏDVdaxil deyildir. Bu müqavilənin 2.1.2-ci maddəsinə əsasən icarəçi texnikanın icarəsinə görə nəzərdə tutulmuş icarə haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin 2.1.8-ci bəndinə əsasən icarəçi hazırki müqavilə üzrə texnikanın icarə haqqını icarə verənə müəyyən olunmuş müddət ərzində ödənilməsini ləngidərsə, icarəçi hər ötən gün üçün müqavilə dəyərinin 0.01%həcmində cərimə ödənilməsini öhdəsinə götürmüşdür. Bu müqavilənin 4.1.-ci bəndinə əsasən bu müqavilə xx xxxxxx 2018-ci il tarixdən qüvvəyə minir və müqavilə 3 (üç) ay müddətində qüvvədədir. Bu müqavilənin 4.2.-ci bəndinə əsasən tərəflərdən hər hansı biri 10 (on gün əvvəl yazılı xəbərdar edilməklə istənilən vaxt müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Bu müqavilənin 4.3-cü bəndinə əsasən Müqavilənin baş çatması vaxtından 5 (beş) gün ərzində tərəflərdən hər hansı birinin müqaviləyə xitam verilməsinə dair yazılı təşəbbüsü olmazsa, müqavilənin müddəti yeni müddətə uzadılır. Bundan başqa, Müqavilə üzrə yaranmış borc ödənilmədiyi və dəfələrlə İddiaçı MMC-nin rəhbərliyinin şifahi xəbərdarlıqlarına cavabdeh məhəl qoymadığından İddiaçı MMC tərəfindən cavabdehə xx xxxx 2019-cu il tarixdə P-001/2019 saylı məhkəməyə qədər xəbərdarlıq (pretenziya) məktubu ünvanlanaraq cavabdehdən müqavilə üzrə yaranmış yuxarıda qeyd edilən borcun ödənilməsini tələb olunmuşdur. Lakin bundan sonra da, cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş və tərəflər arasında imzalanmış və təsdiq olunmuş xx xxxx 2019-cu il tarixli üzləşmə aktından görünür ki, cavabdeh “xxxx”MMC-nin İddiaçı MMC-yə qeyd olunan müqavilə üzrə ümumilikdə 22.125 (iyirmi ikimin yüziyirmi beş) manat icarə haqqı borcu qalmaqdadır. (18.750 manat əsas məbləğdən və 3375 manat ƏDV) Həmin aktdan görünür ki, cavabdeh ümumilikdə ƏDV daxil bu müqavilə üzrə iddiaçıya 13.570 (on üç min beş yüz yetmiş) manat icarə haqqı ödənilmişdir. Eyni zamanda həmin aktdan görünür ki, icarə obyekti olan texnika avqust 2018-ci il tarixdə mart 2019-cu il tarixədək cavabdehin istifadəsində olmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixində keçirilən iclasında iddiaçının nümayəndəsi Vəkil məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2018-ci il tarixli, 01-TA-53 saylı nəqliyyat vasitələrinin icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş ümumilikdə 4.425 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın həcminin azaldılması barədə iddiaçının nümayəndəsinin ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixində keçirilən iclasında iddiaçının nümayəndəsi Vəkil məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2018-ci il tarixli, 01-TA-53 saylı Nəqliyyat vasitələrinin İcarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş ümumilikdə 3.750 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın həcminin azaldılması barədə iddiaçının nümayəndəsinin ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Həmçinin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 01-TA-53 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, İddiaçı MMC mülkiyyətində olan JCB 4CX markalı 90 K 012 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici 3 ay müddətinə 3.500 manata 3 aylıq “xxxx” MMC-nin icarəsinə verilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli üzləşmə aktından görünür ki, “xxxx” MMC-nin İddiaçı MMC-yə xx xxxx 2019-cu il tarixə icarə haqqında görə 19.470 manat borcu qalmışdır. Üzləşmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli üzləşmə aktından görünür ki, “xxxx” MMC-nin İddiaçı MMC-yə xx xxxx 2019-cu il tarixə icarə haqqında görə 22.125 manat borcu qalmışdır. Üzləşmə aktı tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materialında olan İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2019cu il tarixli, P-001\2019 saylı bildirişin surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixli, 01- TA-53 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 3.500 manata cavabdehin 3 aylıq icarəsinə verilmiş JCB 4CX markalı 90 K 012 dövlət qeydiyyat nişanlı ekskavator yükləyiciyə görə ödənilməmiş 22.125 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə əsas borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasındabağlanmış xx xxxxxx 2018-ci il tarixli, 01-TA-53 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, İddiaçı MMC mülkiyyətində olan JCB 4CX markalı 90 K 012 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici 3 ay müddətinə 3.500 manata 3 aylıq “xxxx” MMCnin icarəsinə verilmişdir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil məhkəməyə iddianın həcminin azaldılması barədə ərizələr təqdim edərək, sonuncu ərizədə cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2018-ci il tarixli, 01-TA-53 saylı Nəqliyyat vasitələrinin İcarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş ümumilikdə 3.750 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ərizələrdə 22.125 manat borcdan cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 17.700 manat və xx.xx.2019-cu il tarixdə 675 manat ödənildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 01-TA-53 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə 3.750 manat borcunun olması iş materialları ilə sübut olunduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-dənxx xxxxxx 2018-ci il tarixli, 01-TA-53 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə yaranmış və ödənilməmiş 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə30 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-36/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-36/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver