Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3682/2025 10.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 15.000 (on beş min) manat məbləğində verilmiş borcun, öhdəliyi 2 il 10 ay ərzində yerinə yetirmədiyi üçün illik 5 % dərəcəsi ilə hesablanmış 2.125 ( iki min yüz iyirmi beş) manat məbləgində faiz pulunun, 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumunun və 330 (üç yüz otuz) manat məbləğində vəkil haqqının (15.000+2125+141+330=17.598) cəmi-17.596 (on yeddi min beş yüz doxsan altı) manat pul məbləginin cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bildirir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı 2022-ci ilin mart ayında Cavabdeh 15.000 (on beş min) manat borc pul vermişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində həmin borc pulu 15 noyabr 2022-ci il tarixədək qaytaracağı barədə ərizə yazmışdır. Dəfələrlə edilən xəbərdarlıqlara, hətta polis orqanında bununla əlaqədar aparılan araşdırmalardan sonra da Cavabdeh notarial qaydada yazıb öhdəlik götürdüyü tarixdən ötən 2 il 10 aydan çox müddət ərzində pul məbləğini qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh həmin pulu hal-hazırki vaxtadək geri qaytarmamışdır.
3. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, e-2-2(121)-3682/2025 saylı iş üzrə İddiaçı nümayəndəsi olaraq Cavabdeh qarşı pul tələbi “ barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edir ki, məhkəməyə ərizə verildikdən sonra iddiaçı ona iddia tələbi üzrə işin faktiki halları ilə bağlı əlavə məlumatlar verdiyindən iddia tələbinə dəqiqləşmə vermək zərurəti yaranmışdır. Hüquqlarını müdafiə etdiyi iş üzrə iddiaçı: İddiaçı oglu bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində özünə məxsus balıq məhsulları satışı mağazası vardır. Cavabdeh ilə uzun müddətdir etibarlı münasibətləri vardır. Belə ki, cavabdeh ondan nisyə aldığı balıq və digər dəniz məhsullarını sataraq daha sonra ona razılaşdıqları məbləği ödəmişdir. Son olaraq cavabdehin ondan nisyə aldığı balıq və digər dəniz məhsullarının satışına görə 15.000 (on beş min) manat məbləğində borcu qalmışdır. Qeyd edir ki, həm iddiaçı, həm də cavabdeh vergi ödəyicisi kimi balıq və digər dəniz məhsullarının satışı ilə məşğul olan sahibkarlardır.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahat bildirdi ki, cavabdeh iddiaçıdan şifahi razılaşma əsasında nisyə balıq və digər dəniz məhsulları satın almış, lakin borcunu ödəməmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlər iddia tələbini tam olaraq sübut edir. Cavabdehə məxsus notarial qaydada təsdiq edilmiş ərizədən onun iddiaçıya 15000 manat məbləğində borclu olduğu görünür. Həmin borc məbləği əslində cavabdehin iddiaçıya olan nisyə satılmış balıq və digər dəniz məhsullarına görə olan borcudur. Qeyd etdiklərini nəzərə alaraq, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
7. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İşdə olan “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı barəsində məlumatlardan görünür ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmış və xx.xx.2018-ci il tarixdə VÖEN: ********** verilmişdir.
10. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində məlumatlardan görünür ki, onun Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmış və ona xx.xx.2010-cu il tarixdə VÖEN: ********** verilmişdir.
11. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il, tarixli **********001 saylı elektron ərizədən görünür ki, onun İddiaçı 15.000 manat məbləğində borcu vardır. Həmin pulu maddi vəziyyətinin pis olması ilə əlaqədar olaraq qaytara bilməmişdir. xx.xx.2022-ci il tarixinədək borcu qaytaracaq. O, ərizədə yazılanlar barədə məsuliyyətini dərk edib ərizəni yazdığını təsdiq etmişdir.
12. İş materiallarına əlavə edilmiş bir ədəd “CD Disk”də olan səs qeydlərinin mahiyyətindən aydın olur ki, Cavabdeh, İddiaçı borcu olduğunu təsdiq edir.
13. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X1 xəbərdarlıq edilmişdir.
14. İş materiallarında olan **********05 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 141,38 manat dövlət rüsumu ödənilmişdir.
15. İş materiallarında olan hüquqi xidmət müqaviləsi və qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə 330 manat ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar tətbiq edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. -599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
-217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. -17.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu:
9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, tərəflər arasında sahibkarlıq fəaliyyəti sahəsində “heyvanların alqı-satqısı müqaviləsi”ndən irəli gələn münasibətlər mövcuddur. Belə ki, iddianın faktik hüquqi əsaslarına görə tərəflər arasında şifahi formada bağlanmış razılaşmanın şərtlərinə əsasən, iddiaçı cavabdehə balıq və digər dəniz məhsulları (bundan sonra “mal”) satmış, cavabdeh isə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də, hazırki mübahisə, AR Mülki Məcəlləsinin 29-cu fəsilinin “Heyvanların, quşların və balıqların alğı-satqısı”nı nəzərdə tutuan 2-ci paraqrafın müddəaları nəzərə alınmaqla, əyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilməklə həll edilməlidir.
22. Məhkəmə, həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış şifahimüqavilə etibarlıdır və etibarsız hesab olunması üçün qanunda nəzərdə tutulan əsaslar yoxdur.
23. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olduğundan, “müqavilə üzrə Satıcı”ya aid vəzifələrin yerinə yetirildiyini sübut etmək vəzifəsi iddiaçıya, “Alıcı”ya aid vəzifələrin yerinə yetirildiyini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
24. Ona görə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə nisyə mal satdığını, buna görə cavabdehin ona 15000 manat məbləğində borcunun olduğunu iddia edir. Cavabdeh isə notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, **********001 saylı ərizə ilə İddiaçı 15.000 manat məbləğində borcu olduğunu, həmin pulu xx.xx.2022-ci il tarixinədək borcu qaytaracağını təsdiq etmişdir.
25. Məhkəmə cavabdehin notarial qaydada verdiyi ərizəni işin faktiki halları və səs qeydləri ilə uyğun olduğundan mötəbər sübut növü kimi qəbul edir.
26. Məhkəmə, həmçinin qeyd edir ki, tələb olunan pul məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, o, iddia ərizəsinə qarşı etiraz verməmiş, iddiaçıdan aldığı malların dəyərini tam olaraq ödədiyini və ya bu öhdəliklərdən azad olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
27. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ümumilikdə 15000 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən iddia tələbi əsas borca münasibətdə əsaslı olduğuna görə təmin edilməlidir.
28. Məhkəmə, həmçinin iddianı əsas borcun gecikdirilməsinə görə illik 5 faiz olmaqla hesablanmış 2125 manat məbləğində faiz borcunun ödənilməsi hissəsində də əsaslı hesab edir. Ona görə ki, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki iş üzrə cavabdehin əsas borcun ödənilməsini xx.xx.2022-ci il tarixdən gecikdirdiyini nəzərə aldıqda, iddiaçının 2 il 10 ay müddət üçün illik 5 faizlə hesablanmış 2125 manat məbləğində faiz borcu tələb etməsi qanuni və əsaslıdır.
Məhkəmə xərcləri:
29. Məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iş üzrə iddiaçı müharibə veteranı olduğuna görə məhkəmələrə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad edildiyinə görə, 141 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Məhkəmə vəkilə hüquqi xidmətə görə çəkilmiş 330 manat xərci ağlabatan hesab edir və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat əsas borc, 2.125 manat faiz borcu və 330 (üç yüz otuz) manat vəkilə hüquqi yardıma görə çəkilən xərc olmaqla, ümumilikdə cəmi 17455 (on yeddi min dörd yüz əlli beş manat) manat borc və ödənilmiş dövlət rüsumuna görə 141 (bir yüz qırx bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev