Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3776/2025 20.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 995,30 manat əsas borc, 49,70 manat borc üzrə dəbbə pulu, 420 manat borcun gecikdirilməsi ilə bağlı dəymiş əlavə maddi zərər, 35 manat işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)- 3033/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair eyni məzmunlu iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardadla həmçinin İddiaçı tərəfindən **********89 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Salyan rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-3033/2025-013 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun (qəbz № **********89) Nümayəndə geri qaytarılması ilə əlaqədar icra icraatında başlanılmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdehnə qarşı eyni tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia ərizəsinə geri qaytarılması qərara alınmış **********89 nömrəli qəbzi əlavə etmişdir. Məhkəmə müəyyən edir ki, İddiaçı hazırki iddia ərizəsinə geri qaytarılması qərara alınmış **********89 nömrəli qəbzi əlavə edərək prosessual pozuntuya yol vermişdir. Bununla da, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun dövlət rüsumu iddia ərizəsinin verildiyi məhkəmənin hesabına ödənilməmiş hesab edildiyinə görə iddia ərizəsi icraata götürülə bilməz və hazırki iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3776/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3776/2025
20.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver