Məhkəmə qərarları › İş №e-2-2(121)-3789/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3789/2025

22.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3789/2025 22.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X1 Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-nin “Viləşçay” qum-çınqıl yatağında 5.0 ha sahədə qanunsuz fəaliyyəti dayandırılmaqla, dövlətə vurulmuş zərərin qarşısının alınması, qanunsuz zəbt olunmuş ərazi və su hövzəsinin zəbtdən azad edilməsi tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 X2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan kommersiya məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin “Viləşçay” qum-çınqıl yatağında 5.0 ha sahədə qanunsuz fəaliyyəti dayandırılmaqla, dövlətə vurulmuş zərərin qarşısının alınması, qanunsuz zəbt olunmuş ərazi və su hövzəsinin zəbtdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 X2 (bundan sonra Agentlik) tərəfindən Masallı rayonu “Viləşçay” qumçınqıl yatağından 5.0 ha sahədə qum-çınqıl hasilatı məqsədilə 5 il müddətinə Cavabdeh MMC-yə 21 dekabr 2018-ci il tarixli, 01128 nömrəli “Dağ-mədən ayırması” aktı verilmişdir. Agentlik tərəfindən Cavabdeh MMC-yə 19 fevral 2024-cü il tarixli, 0283 nömrəli “Dağ-mədən ayırması” aktı ilə Masallı rayonu “Viləşçay” qum-çınqıl yatağından 5.0 ha sahədə qum-çınqıl hasilatı məqsədilə yerin təkindən istifadəyə dair icazə sənədinin müddəti 21 dekabr 2024- cü il tarixədək uzadılmışdır. Qeyd olunan müddət ərzində Agentlik tərəfindən Cavabdeh MMC-yə ayrılmış sahə daxilində qalıq ehtiyatın dəqiqləşdirilməsinə dair hesabatın, həmçinin rekultivasiya planının, ekoloji pasportun təqdim edilməsi, Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyətinin müvafiq rəyinin alınaraq Agentliyə təqdim edilməsi və dağ işlərinin inkişafı planının Agentliklə razılaşdırılması tapşırığı verilmişdir. Azərbaycan Dövlət X5 yanında Suların İstifadəsinə və X3 Xidməti tərəfindən Agentliyə daxil olmuş 03 oktyabr 2024-cü il tarixli məktubda “Viləşçay” qum-çınqıl yatağında karxana fəaliyyətinin davam etdirilməsi üçün Cavabdeh MMC-nin yer təki sahəsindən istifadə hüquqlarının müddətinin uzadılması məqsədə müvafiq hesab edilməmişdir. Eyni zamanda Cavabdeh MMC tərəfindən “Viləşçay” qumçınqıl yatağında fəaliyyət göstərməsi üçün mülkiyyətçidən razılıq alınmamışdır. X4 17 oktyabr 2024-cü il tarixli, 096 nömrəli qərarı ilə 04 mart 2024-cü il tarixli, 0283 nömrəli “Dağ-mədən ayırması” aktı ilə “Viləşçay” qum-çınqıl yatağında fəaliyyət göstərən Cavabdeh MMC-yə verilmiş yerin təkindən istifadəyə icazə verən hüququ “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanununun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə ləğv edilmişdir. Masallı Rayon İcra Hakimiyyətinin 05 may 2025-ci il tarixli, 5-66/2-411/2025 saylı məktubundan müəyyən edilir ki, Masallı rayonunun inzibati ərazisində yerləşən, Viləş çayının yatağında qum-çınqıl istehsalı məqsədilə 5.0 ha torpaq sahəsi Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 2019-cu il tarixli, 58 nömrəli sərəncamı ilə icarə müqaviləsi əsasında 5 il müddətinə Cavabdeh istifadəsinə verilmişdir. Bu sərəncamın və icarə müqaviləsinin müddəti 25 fevral 2024-cü il tarixində bitməklə Cəmiyyətin torpaqdan istifadə müddəti başa çatmışdır. Göründüyü kimi, hazırda Cavabdeh MMC-nin Viləş çayının yatağında qum-çınqıl istehsalı məqsədilə 5.0 ha torpaq sahəsində qumçınqıl hasilatı aparması qanunsuzdur, bunun nəticəsində dövlətə ziyan vurulmuşdur. Hazırda Cavabdeh MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq, “Viləşçay” qum-çınqıl yatağında 5.0 ha sahədə hasilat işləri davam etdirilir. Bildiririk ki, Cavabdeh MMC-yə ayrılmış sahə daxilində qalıq ehtiyatın dəqiqləşdirilməsinə dair hesabatın, həmçinin rekultivasiya planının, ekoloji pasportun təqdim edilməsi, Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyətinin müvafiq rəyinin alınaraq Agentliyə təqdim edilməsi və dağ işlərinin inkişafı planının Agentliklə razılaşdırılması barədə tələblərin yerinə-yetirilərək yenidən müraciət olunması barədə məlumat verilmişdir. Lakin müəyyən edilmiş vaxt ərzində həmin müəssisə tərəfindən müvafiq sənədlər Agentliyə təqdim edilməmişdur. Buna görə də, “Dağ-mədən ayırması” aktı ləğv edilmişdir. İddianın əsası ondan ibarətdir ki, Cavabdeh MMC “Viləşçay” qumçınqıl yatağında 5.0 ha sahədə qanunsuz fəaliyyətlə məşğul olmaqla, ekoloji tarazılığı pozur, yataq sahəsində qanunsuz fəaliyyətlə məşğul olur. İçməli su mənbəyi və balıqların kürütökmə yerləri olan su obyektlərinin su mühafizə zonaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir və karxana fəaliyyətinin aparılmasına yol verilmir. Həmin sahədə Cavabdeh MMC-nin qanunsuz fəaliyyətlə məşğul olması nəticəsində ekoloji tarazılıq pozulmaqla, su obyektlərinə müdaxilə olunur, eyni zamanda subasar ərazidə yatağın olması ekoloji tarazılığa ciddi təsir göstərir. Bu Azərbaycan Dövlət X5 yanında Suların İstifadəsinə və X3 Xidməti tərəfindən Agentliyə ünvanlanmış 03 oktyabr 2024-cü il tarixli məktubunda da qeyd edilmişdir. Azərbaycan Dövlət X5 yanında Suların İstifadəsinə və X3 Xidməti tərəfindən Agentliyə ünvanlanmış 03 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, baxış zamanı məlum olmuşdur ki, Viləşçay su anbarının subasar ərazisində qum-çınqıl istehsalı məqsədilə Cavabdeh MMC-yə verilmiş sahələri 2.63 hektar, 1.28 hektar, 0.41 hektar, 0.46 hektar, 0.22 hektar olmaqla ümumi sahəsi 5 hektar torpaq sahəsində hər il suvarma mövsümü başa çatdıqdan sonra uzun illərdir ki, qazıntı işləri aparılır. Viləşçay su anbarı dəryaçası normal basqı səviyyəsinə qədər doldurulduqda (46.0 mln kub metr) həmin sahə subasar ərazi olduğu üçün su altında qalır. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli Qərarına əsasən, Viləşçay su anbarının normal basqı səviyyəsində su güzgüsünün sahəsi 2.5 kvadrat kilometr olduğundan, onun su mühafizə zonasının minimum eni 500 metr qəbul edilmişdir. Sahil mühafizə zolaqlarında mövcud qanunvericiliyə uyğun olaraq su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. İçməli su mənbəyi və balıqların kürütökmə yerləri olan su obyektlərinin su mühafizə zonaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir və karxana fəaliyyətinin aparılmasına yol verilmir. Bunlardan əlavə suya olan tələbatın artması səbəbilə 2022-ci ildə su təminatının yaxşılaşdırılması məqsədilə su anbarının həcminin 46 mln m3-dan 95 mln m3-ə qədər artırılması layihədə öz əksini tapmış və yaxın gələcəkdə tikintisi nəzərdə tutulmuşdur. Göründüyü kimi hazırda dövlətin xüsusi maraqlarının olduğu su anbarının ərazisində cavabdeh tərəfindən qazıntı işləri aparılması nəticəsində suya olan tələbatın ödənilməsində ciddi problem yarana bilər, belə olan halda da, ekoloji tarazlıq pozulacaqdır. Eyni zamanda cavabdehin nə torpaqdan istifadəsi qanunidir, nə də X7 Agentliyi tərəfindən ona yataqdan istifadəyə icazə verilmişdir. Hazırda cavabdeh tərəf həmin ərazidən qanunsuz istifadə edir. Cavabdeh MMC “Viləşçay” qum-çınqıl yatağında 5.0 ha sahədə qanunsuz fəaliyyətlə məşğul olmaqla, ekoloji tarazılığı pozur, yataq sahəsində qanunsuz fəaliyyətlə məşğul olur, xüsusi mühafizə olunan təbiət ərazilərini çirkləndirir. İçməli su mənbəyi və balıqların kürütökmə yerləri olan su obyektlərinin su mühafizə zonaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir və karxana fəaliyyətinin aparılmasına yol verilmir. Həmin sahədə Cavabdeh MMC-nin qanunsuz fəaliyyətlə məşğul olması nəticəsində ekoloji tarazılıq pozulmaqla, su obyektlərinə müdaxilə olunur, eyni zamanda subasar ərazidə yatağın olması ekoloji tarazılığa ciddi təsir göstərir. Ümumiyyətlə həmin torpaq sahəsi dövlət su fonduna aid torpaq sahəsidir. Həmin torpaq sahəsindən istifadəyə dair hər hansı hüquqmüəyyənedici sənədi və müvafiq icazəsi yoxdur. Belə olduğu halda cavabdehin həmin torpaq sahəsindən və faydalı qazıntı yatağından istifadəsi qanuni hesab edilə bilməz. Eyni zamanda Cavabdeh MMC-nin faydalı qazıntı yatağından qanunsuz istifadə etməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumatlar göndərilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş 2-2-120/2-190568/2025 saylı, 09 sentyabr 2025-ci il tarixli məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət X5 yanında Suların İstifadəsinə və X3 Xidmətindən Masallı rayonu ərazisində yerləşən Viləşçay su anbarında qanunsuz hasilat işləri aparılaraq Yerin təki haqqında Azərbaycan Respublikasının qanununun tələblərinin pozulması barədə daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır. Buna baxmayaraq, hazırda cavabdeh tərəf həmin ərazidən qanunsuz istifadə edir. Ümumiyyətlə həmin torpaq sahəsi dövlət su fonduna aid torpaq sahəsidir. Həmin torpaq sahəsindən istifadəyə dair hər hansı hüquqmüəyyənedici sənədi və müvafiq icazəsi yoxdur. Belə olduğu halda cavabdehin həmin torpaq sahəsindən və faydalı qazıntı yatağından istifadəsi qanuni hesab edilə bilməz. Buna görə də, hesab edirik ki, hazırkı iddiamız təmin edilməli, Cavabdeh MMC-nin “Viləşçay” qum-çınqıl yatağında 5.0 ha sahədə qanunsuz fəaliyyəti dayandırılmalı, dövlətə vurulmuş zərərin qarşısının alınmaqla, qanunsuz zəbt olunmuş ərazi və su hövzəsinin zəbtdən azad edilməlidir. Hüquqi əsaslar: “Yerin təki haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Həmin Qanunun 10-cü maddəsinə əsasən, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Həmin icazə iddiaçı tərəfindən verilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən, torpaq sahibləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsindən istifadə hüququ yalnız sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 32-ci maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, su fondunun torpaqlarına aşağıdakı torpaq sahələri daxildir: Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar; su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar; hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar. Həmin maddənin 2-ci hissəsində qeyd edilmişdir ki, su fondu torpaqları əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının və ya ictimai ehtiyacların təmin edilməsi üçün istifadə edilir. Həmin maddənin 4-cü hissədində qeyd edilmişdir ki, su fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 104-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda, həmin işləri və bu mənbələrin suyundan istifadə olunmasını dayandırmaq hüququna malikdirlər. Özbaşına tutulmuş su obyektləri qanunsuz istifadə zamanı çəkilmiş xərclər ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.16-cı bəndində qeyd edilmişdir ki, dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində: 3.16.1. müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edir, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlər həyata keçirir; “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsində qeyd edilmişdir: 1. Ətraf mühitin ekoloji cəhətdən tarazlığının nizamlanmasının məqsədi ekoloji təhlükəsizliyin və əhalinin sağlamlığının qorunmasına zəmanət verən, təbii ehtiyatların səmərəli istifadəsini və bərpasını, ətraf mühitin çirklənməsinin qarşısının alınmasını təmin edən elmi əsaslandırılmış ətraf mühitə yol verilə bilən təsir normalarının müəyyən edilməsidir. 2. Ətraf mühitin ekoloji tarazlığının pozulma dərəcəsinin nizamlanmasına: 2.1. ətraf mühitin keyfiyyət göstəricilərinin insanın sağlamlığına, təbii resursların səmərəli istifadəsinə, mühafizəsinə və bərpasına zərərli təsirin müəyyən edilməsi; 2.2. ətraf mühitə zərərli təsirin yol verilə bilən son həddi səviyyəsinin müəyyən edilməsi aiddir. 3. Ətraf mühitin müəyyən edilmiş keyfiyyət normativlərinin azaldılmış normalarla əvəz edilməsinə xüsusi icazə verilmir. 5. Ətraf mühitin təsdiq edilmiş keyfiyyət normativləri bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Bu normativlər mətbuatda dərc olunmalı və yayılmalıdır. Həmin Qanunun 35-ci maddəsinə əsasəntorpaqdan, yerin təkindən, havadan, su hövzələrindən, meşələrdən və başqa bitkilərdən, heyvanlar aləmindən, müstəsna ekoloji, elmi və mədəni dəyərə malik olan ətraf mühit obyektlərindən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və ekoloji fəlakət şəraitli olan ərazilərdən istifadədə ekoloji tələblər normativ hüquqi aktlarla tənzimlənir. Təbii ekoloji tarazlıqda olan sistemlərin pozulmasına səbəb olan, habelə insanın, bitki və heyvanlar aləminin genetik fondunun məhv edilməsinə, əhalinin həyat və sağlamlığı üçün təhlükəli olan fəaliyyətlərə icazə verilmir. Həmin Qanunun 71-ci maddəsinin 2.9-cu maddəsinə əsasənətraf mühitin mühafizəsi sahəsində dövlət ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının hüquqlarıdır. Azərbaycan Respublikasının Su Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki,su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 13 mart 1998-ci il tarixli, 685 nömrəli Fərmanının 2.7-ci bəndində qeyd edilmişdir ki, həmin Məcəllənin 41-ci maddəsinin ikinci hissəsində, 74-cü maddəsinin üçüncü hissəsində və 83-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Dövlət X5 və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X6 X2 “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin 3.1.25-ci bəndinə uyğun olaraq yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadədə müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyasına və keyfiyyətinə, onların istifadəçilərə verilməsi müddətinə nəzarət etmək səlahiyyətinə malikdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin 1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. İddia ərizəsi əsaslandırılarkən qeyd olunur ki, X6 X2 (bundan sonra Agentlik) tərəfindən Masallı rayonu “Viləşçay” qumçınqıl yatağından 5.0 ha sahədə qum-çınqıl hasilatı məqsədilə 5 il müddətinə Cavabdeh MMC-yə 21 dekabr 2018-ci il tarixli, 01128 nömrəli “Dağ-mədən ayırması” aktı verilmişdir. Agentlik tərəfindən Cavabdeh MMC-yə 19 fevral 2024-cü il tarixli, 0283 nömrəli “Dağ-mədən ayırması” aktı ilə Masallı rayonu “Viləşçay” qum-çınqıl yatağından 5.0 ha sahədə qum-çınqıl hasilatı məqsədilə yerin təkindən istifadəyə dair icazə sənədinin müddəti 21 dekabr 2024- cü il tarixədək uzadılmışdır. Qeyd olunan müddət ərzində Agentlik tərəfindən Cavabdeh MMC-yə ayrılmış sahə daxilində qalıq ehtiyatın dəqiqləşdirilməsinə dair hesabatın, həmçinin rekultivasiya planının, ekoloji pasportun təqdim edilməsi, Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyətinin müvafiq rəyinin alınaraq Agentliyə təqdim edilməsi və dağ işlərinin inkişafı planının Agentliklə razılaşdırılması tapşırığı verilmişdir. Azərbaycan Dövlət X5 yanında Suların İstifadəsinə və X3 Xidməti tərəfindən Agentliyə daxil olmuş 03 oktyabr 2024-cü il tarixli məktubda “Viləşçay” qum-çınqıl yatağında karxana fəaliyyətinin davam etdirilməsi üçün Cavabdeh MMC-nin yer təki sahəsindən istifadə hüquqlarının müddətinin uzadılması məqsədə müvafiq hesab edilməmişdir. Eyni zamanda Cavabdeh MMC tərəfindən “Viləşçay” qum-çınqıl yatağında fəaliyyət göstərməsi üçün mülkiyyətçidən razılıq alınmamışdır. X4 17 oktyabr 2024-cü il tarixli, 096 nömrəli qərarı ilə 04 mart 2024-cü il tarixli, 0283 nömrəli “Dağ-mədən ayırması” aktı ilə “Viləşçay” qum-çınqıl yatağında fəaliyyət göstərən Cavabdeh MMC-yə verilmiş yerin təkindən istifadəyə icazə verən hüququ “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanununun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə ləğv edilmişdir. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2019-cu il tarixli, 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin 1.5. bəndinə əsasən Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Sadalanan xüsusatlar göstərir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 X2 qeyri-kommersiya (təşkilat)dır, onun fəaliyyəti sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Yəni, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericilik sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 24.2-ci maddəsi isə birmənalı qaydada tələb edir ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri, yəni üç elementin üçü də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, “...məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.”. Həmin Qərarın 14-cü bəndində bu mövqeyini qüvvətləndirərək, tələb etmişdir ki, “Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.”. Həmin Qərarın 25-ci bəndində isə qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi əşya hüquqi münasibətlərdən irəli gəlir. Lakin hazırki mübahisə iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Göstərilən xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommesiya Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə geri qaytarılmalıdır. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yenə həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152 və 355-5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 X1 Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-nin “Viləşçay” qum-çınqıl yatağında 5.0 ha sahədə qanunsuz fəaliyyəti dayandırılmaqla, dövlətə vurulmuş zərərin qarşısının alınması, qanunsuz zəbt olunmuş ərazi və su hövzəsinin zəbtdən azad edilməsi tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət MPMnin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar