Məhkəmə qərarları › İş №e-2-2(121)-383/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-383/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-383/2021 24.12.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və X2 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və X2 qarşı Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 11 İyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 21 000 manat, faiz borcuna görə 775,20 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Masallı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat məbləğində pul tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Masallı rayonu, Kotalan kəndində 0,06 ha torpaq sahəsində 2 mərtəbəli, 4 otaqlı, 74,8 kv.m yaşayış, 119,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 11 İyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 21 775,20 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Masallı rayonu, Kotalan kəndində 0,06 ha torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı 74,8 kv.m yaşayış, 119,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və X1 rayonu, Kotalan kəndində 0,06 ha torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı 74,8 kv.m yaşayış, 119,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Masallı rayonu, Kotalan kəndində 0,06 ha torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı 74,8 kv.m yaşayış, 119,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 11 İyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh2 tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Masallı” filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 İyun 2019-cu il tarixli, RBLLF-412saylı kredit müqaviləsinə əsasən illik 7 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 15 000 manat məbləğində cavabdehə kredit verilmişdir. 11 İyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icraedilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 11 İyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 21000 manat, faiz borcuna görə 775,2 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 21775,2 manat təşkil edir. 11 İyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Masallı rayonu, Kotalan kəndində 0,06 ha torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı 74,8 kv.m yaşayış, 119,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC qarşısında 03.06.2019-cu il tarixli, RBLLF-412 nömrəli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 11 İyun 2019-cu il tarixli, RBLLF-412saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaçı “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 11 iyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 20.334 manat, faiz borcuna görə 1.553,54 manat, cərimə borcuna görə 676,62 manat, borcun cəmi məbləği 22.564,16 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Masallı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulul tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Masallı rayonu, Kotalan kəndində 0,06 ha torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı 74,8 kv.m yaşayış, 119,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 11 İyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 21775,2 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Masallı rayonu, Kotalan kəndində 0,06 ha torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı 74,8 kv.m yaşayış, 119,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və X1 rayonu, Kotalan kəndində 0,06 ha torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı 74,8 kv.m yaşayış, 119,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Masallı rayonu, Kotalan kəndində 0,06 ha torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı 74,8 kv.m yaşayış, 119,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 11 İyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh2 tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Lakin cavabdeh X6 məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 03 iyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 7 faiz dərəcəsi ilə, 36 ay müddətinə kənd təsərrüfatı və emal məqsədilə 21.000 (iyirmi bir min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 03 iyun 2019cu il tarixli, RBLLF-412 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 03 iyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh2 məxsus, Masallı rayonu, Böyük Kolatan kəndində 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,8 m2 yaşayış, 119,1 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 19.06.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Masallı rayonu, Böyük Kolatan kəndində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 22.01.2021-ci il tarixli, RB-02/PK-682 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi üzrə cavabdehin 21.01.2021-ci il tarixə banka 21.000 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 775,2 manat və cərimə 0,0 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 21.775,2 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin 05.08.2021-ci il tarixli, RB-02/PK-6719 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi üzrə cavabdehin 04.08.2021-ci il tarixə banka 20.334 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 1.553,54 manat və cərimə 676,62 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 22.564,16 manat təşkil edir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış 17.08.2020-ci il tarixli pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 03 iyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi üzrə borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 03 iyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi əsasında aldığı 21.000 (iyirmi bir min) manat kredit müqaviləsi üzrə cəmi 21.399,84 manat borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 məlumatlandırılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Masallı Ərazi İdarəsinə ünvanlanmış 27 oktyabr 2020-ci il tarixli, 0402/1255 saylı ərizədən görünür ki, İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Masallı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 10.12.2020ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh2 məxsus Msallı rayonu, Kolatan kəndində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən 30.03.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında məhkəməyə təqdim edilmiş 30.03.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 İddiaçı ASC-nin hazırki iş üzrə iddia tələbində qeyd olunan əsas və faiz borcunu qəbul etmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə ünvanlanmış 31.08.2021ci il tarixli ərizədən görünür ki, iddia ərizəsində, ona əlavə edilmiş maliyyə arayışında və 05.08.2021-ci il tarixli RB-05/PK-6720 saylı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizələrində, ona əlavə edilmiş maliyyə arayışında kredit müqaviləsinin tarixi düzgün olaraq 03 iyun 2019 kimi yazılmalı olduğu halda, texniki səhv olaraq 11 iyun 2019 kimi yazılmışdır. Göstərilənlərə əsasən bunun texniki səhv kimi qəbul edilməsini, 11 iyun 2019cu il tarixlərinin 03 iyun 2019-cu il kimi oxunmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 iyun 2021-ci il tarixli, 13339 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 03 iyun 2019-cu il tarixli, RBLLF-412 saylı ipoteka müqaviləsinə əsasən, Masallı rayonu, Böyük Kolatan kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 25.000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 9/6697 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 03.06.2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 04.08.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 21.479,14 manat məbləğində müəyyən edilir, o cümlədən 04.08.2021-ci il tarixə əsas borc üzrə 20.880,79 manat, faiz borcu üzrə 598,35 manat müəyyən edilir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 03 iyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh2 illik 7 faiz dərəcəsi ilə, 36 ay müddətinə 21.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh2 arasında 03 iyun 2019-cu il tarixli, RBLLF-412 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh2 məxsus, Masallı rayonu, Böyük Kolatan kəndində, 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,8 m2 yaşayış, 119,1 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi sözügedən kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 9/6697 saylı saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 9/6697 rəyi ilə kredit müqaviləsi üzrə əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəflər arasında bağlanmış 03 iyun 2019-cu il tarixli, RBLLF-412 saylı kredit müqaviləsi üzrə 20.334 manat əsas və 598,35 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas borcunun tutulması hissəsində iddia tam, faiz borcun tutulmasında hissəsində isə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iddianın 676,62 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 30 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 03 iyun 2019-cu il tarixli, RBLLF-412 saylı sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh2 məxsus İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Masallı rayonu, Böyük Kolatan kəndində, 0,06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 25.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “Cavabdeh2 və X4 ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində həmin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqları itirilmiş hesab olunması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka müqaviləsi üzrə kredit götürmüş şəxs həmin ipoteka predmeti olan fərdi yaşayış evində qeydiyyatda olan şəxslərlə birlikdə ipoteka predmeti olan yaşayış sahəsindən çıxmaq öhdəliyini qəbul etmiş və bu öhdəliyin icrası üçün ayrıca məhkəmə qərarı tələb olunmur. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehlərin istifadə hüququnun itirilməsi üçün fərdi yaşayış evinə tutma yönəldilməli və o satılmalıdır. Bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, fərdi yaşayış evində yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində fərdi yaşayış evini könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. Hal-hazırda ipotekaya qoyulmuş fərdi yaşayış evi satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında fərdi yaşayış evi 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından “cavabdehlərin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab olunması” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. İpoteka qoyanın (və onun ailə üzvlərinin) istifadə hüquqlarına xitam verilməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Həmçinin, fərdi yaşayış evi satıldıqdan sonra fərdi yaşayış evinin mülkiyyətçisi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçı cavabdehlərin istifadə hüququnun itirilməsini tələb etməsi əsassızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlərin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab olunması” hissəsi rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 3 manatı iddiaçıya aid edilməli, 27 manatı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manatı Cavabdeh2, 50 (əlli) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 20.334 manat əsas borc, 598,35 manat faiz borcu, 30 manat cərimə (dəbbə pulu) borcu, 27 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum, ümumilikdə 21.019,35 (iyirmi bir min on doqquz manat, otuz beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh2 məxsus Masallı rayonu, Böyük Kolatan kəndində, 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,8 m2 yaşayış, 119,1 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh2 məxsus Masallı rayonu, Böyük Kolatan kəndində, 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,8 m2 yaşayış, 119,1 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 25.000 (iyirmi beş min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh2 məxsus Masallı rayonu, Böyük Kolatan kəndində 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,8 m2 yaşayış, 119,1 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 150 (bir yüz əlli) manatı Cavabdeh2, 50 (əlli) manatı isə iddiaçı “Rabitəbank ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar