Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3847/2025 03.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.078,07 manat məbləğində pul vəsaitinin və 135,56 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 16 dekabr 2024 – 17 mart 2025-ci il tarixləri aralığında baş vermiş texniki yanlışlıq nəticəsində İddiaçı (bundan sonra – “iddiaçı”) tərəfindən Cavabdeh adlı şəxsin (bundan sonra – “cavabdeh”) bank hesabına hissə-hissə olmaqla, ümumilikdə 11.078,07 (on bir min yetmiş səkkiz manat yeddi qəpik) məbləğində vəsait köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, yaranmış vəziyyətin izahı verilmiş və köçürülmüş vəsaitin könüllü şəkildə geri qaytarılması tələb edilmişdir. Lakin cavabdeh bu tələbləri yerinə yetirməkdən boyun qaçırmış, nəticədə ödənişin könüllü qaydada geri qaytarılması təmin olunmamışdır. Qeyd olunan ödəniş iddiaçı ilə cavabdeh arasında bağlanmış hər hansı bir müqavilə, öhdəlik və ya digər hüquqi münasibət əsasında həyata keçirilməmişdir. Sözügedən köçürmə sırf texniki səhvlik nəticəsində baş vermiş, hüquqi əsası mövcud olmamış və bu səbəbdən həmin əməliyyat Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənən əsassız varlanma halı kimi qiymətləndirilməlidir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini, kartına pul köçdüyünü, həmin pulu xərclədiyini və hissəhissə qaytara biləcəyini bildirdi. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC-yə sahibkarlıq subyekti kimi xx.xx.2018-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda Biləsuvar Rayonu, Biləsuvar, 8 Mart ünvanında qeydiyyatdadır. İş materiallarında olan çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına hissəli şəkildə cəmi 11078,07 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ərizədən görünür ki, 2024-cü il dekabr – 2025-ci il mart ayları arasında onun bank hesabına səhvən köçürülmüş 11078,07 manat vəsaiti qəbul etdiyini təsdiq edir, vəsaiti şəxsi ehtiyacları üçün istifadə etdiyindən onu birdəfəlik qaytarmaq imkanının olmadığını, bu səbəbdən hissəli şəkildə qaytarılmasını təklif etdiyini bildirmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən borclu olduğu cəmi 11078,07 manat məbləğində pulun ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və digər dəlillərə əsasən işin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki halları belədir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış hər hansı müqavilə və ya hüquqi öhdəlik çərçivəsində həyata keçirilməmiş, 16 dekabr 2024 – 17 mart 2025-ci il tarixləri aralığında baş vermiş texniki yanlışlıq nəticəsində Cavabdeh məxsus olan bank hesabına hissə-hissə olmaqla ümumilikdə 11078,07 manat məbləğində vəsait köçürülmüşdür. Cavabdeh iddiaçıya ərizə ilə müraciət edərək onun bank hesabına səhvən köçürülmüş 11078,07 manat vəsaiti qəbul etdiyini təsdiq etmiş, onu birdəfəlik qaytarmaq imkanı olmadığından hissəli şəkildə qaytarılmasını təklif etmişdir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına pul əldə etməsi ilə əlaqədar tərəflər arasında əsassız varlanma ilə bağlı öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehin bunun üçün heç bir hüquqi əsas olmadığını bilərək iddiaçının hesabına pul məbləği əldə edərək varlandığı və həmin məbləği sonradan iddiaçıya qaytarmadığı tam sübut olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, pul tələbinə dair iddia əsaslı hesab edilərək təmin olunmalıdır. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, əsassız varlanma ilə ilə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 14.2 və 14.2.7-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən, Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[781] 1091.2-ci maddəsinə əsasən, Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.3-cü maddəsinə əsasən, Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, əsassız varlanma nəticəsində yaranmış pul məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 11078,07 manat məbləğində pul və 135,56 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 11213,63 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3847/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3847/2025
03.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver