Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3873/2025 22.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC90019766-08Rsaylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 31,553.49 manat əsas borc, 411.46 manat faiz borcu, 205.91 manat cərimə borcu olmaqla, cəmi 32,170.86 (otuz iki min bir yüz yetmiş manat, səksən altı qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 186.51 (bir yüz səksən altı manat, əlli bir qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ASC iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC90019766-08R saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 26,552.49 manat əsas borc, 843,56 manat faiz borcu, 2,009.88 manat cərimə borcu, olmaqla, cəmi 29,405.93 (iyirmi doqquz min dörd yüz beş manat, doxsan üç qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 186.51 (bir yüz səksən altı manat, əlli bir qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 №-li versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 90019766LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizələrini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. OnGTC-90019766LE/2019 saylı razılaşma çərçivəsində İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2023- cü il tarixli, DC90019766-08 saylı öhdəliyin restrukturizasiyası məqsədilə xx.xx.2024-cü il tarixli DC90019766-08R saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2025ci il tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, illik cərimə faizi kredit müddəti bitdikdən sonra 32% olmaqla, 85643.32 (səksən beş min altı yüz qırx üç manat otuz iki qəpik) manat məbləğində birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmışxx.xx.2024-cü il tarixli DC90019766-08R saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh2 arasında Z6431 saylı xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Borclu Cavabdeh1 MMC-nin xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DC90019766-08Rsaylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 31,553.49 (otuz bir min beş yüz əlli üç manat qırx doqquz qəpik) manat əsas borc, 411.46 (dörd yüz on bir manat qırx altı qəpik) manat faiz borcu, 205.91 (iki yüz beş manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 32,170.86 (otuz iki min bir yüz yetmiş manat səksən altı qəpik) manat təşkil edir. Gecikmə günü: 121 Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Tərəflər arasında imzalanmış Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Beləliklə iddiaçıiddia ərizəsinin məhkəməyə verilməsi üçün 186.51 (bir yüz səksən altı manat əlli bir qəpik) manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
7. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehlərin iştirakları olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
9. Əvvəlki məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh2 izahatında iddianı qismən qəbul edərək bildirdi ki, o, Cavabdeh1 MMC-nin rəhbəridir. İddianı qəbul edir. Hazırda borcun tam olaraq ödənilməsi ilə bağlı ona 1 ay müddətinə vaxt verilməsini məhkəmədən xahiş etdi. Bu müddətdə borc tam olaraq ödəniləcəkdir.
İddia ərizəsinə etiraz:
10. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
11. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 №-li versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-90019766LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmanın: 1-ci bəndinə görə, AZBEN SUPPLİES” MMC (bundan sonra "Müştəri" adlandırılacaq), bu Razılaşmanı (bundan sonra "Razılaşma" adlandırılacaq) imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində https://vjwuı.pashabank. az/gsa addendum/lang,az/ link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.0.2 N2-li versiyasının (bundan sonra "Müqavilə" adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər vəya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. - 2-ci bəndinə görə, Müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs "ASAN Finans" sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların Banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, Bank ilə Müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikləri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir. - 3-cü bəndinə görə, Bank və Müştəri link üzrə yerləşdirilən Müqaviləni imzalanmış Müqaviləyə bərabər tutur və bununla bağlı bir-birinə qarşı heçbir iddia qaldırmayacaqlarını bildirir. - 4-cü bəndinə görə, Bank, Müqaviləyə edilən hər bir əlavə və dəyişiklik haqqında Müştəriyə yazılı xəbərdarlıq göndərməklə, Müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə, əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə, bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən 3 (üç) gün ərzində Banka yazılı məlumat verir. Bu halda Müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya Bank ilə Müqavilə münasibətlərinə Müqaviləyə uyğun olaraq xitam verə bilər. - 5-ci bəndinə görə, Müştəri təsdiq edirki, onun Banka təqdim etdiyi yeganə əlaqə vasitəsi mobil telefon nömrəsidirsə və SMS məlumatlandırma xidməti üçün müvafiq mobil nömrədə kütləvi xarakterli mesajların alınmasına məhdudiyyət qoyulmuşdursa, habelə Banka təqdim etdiyi əlaqə vasitələrində dəyişiklik olmuş, lakin bu barədə Banka yazılı məlumat verməmişdirsə, Bank əlavə və dəyişikliklər barədə məlumatın Müştəriyə çatımlı olması üçün heç bir məsuliyyət daşımır. Bu haldaMüştəri daim Bankın rəsmi internet səhifəsindən Müqavilə üzrə yenilikləri özü izləməlidir. - 6-cı bəndinə görə, Bu Razılaşmada izahı verilməyən anlayışlar Müqavilədə ifadə olunduğu mənanı daşıyır. Bu Razılaşma ilə Müqavilə arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq aşkar olunduğu təqdirdə isə bu Razılaşmanın müddəalarına üstünlük verilir. - 7-ci bəndinə görə, Bu Razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır. Razılaşma əsasında qəbul edilən Müqaviləyə xitam verilməsi şərtləri ilə tənzimlənir. “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu”nun 1-ci bəndinə görə, Bu Müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. - 2. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin Bank tərəfindən bu Müqavilənin şərtlərini qəbul etmiş Müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan Ərizə formalarının Banka təqdim olunması və ya bu Müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün Ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə Müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə Müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur (bundan sonra “Ərizə” dedikdə hər iki qaydada təqdim olunmuş sifariş nəzərdə tutulacaq). Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi Bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. - 3. Müştəriyə yalnız sifariş etdiyi xidmət təqdim olunacaq. Ərizə Müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda Bank tərəfindən icraya qəbul ediləcək. - 4. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi Ərizədə öz əksini tapacaq. - 5. Bu Müqavilə çərçivəsində təqdim olunan Ərizə bu Müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq Ərizə ilə və Müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, Ərizə şərtləri üstünlük təşkil edəcək. - 6. Tərəflər arasında bu Müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu Müqavilənin şərtlərinin Müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu Müqavilə şərtləri tətbiq olunur. İV. KREDİT (MALİYYƏLƏŞDİRMƏ)
1. Kredit barədə məlumat - 1.1. Bank Müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir. - 1.2. Müştəriyə müvafiq limit ayrıldığı halda, verilən bütün kreditlərin ümumi məbləği “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləği aşmamalıdır. - 1.3. “Maliyyələşdirmə üçün ərizə” formasına əsasən Müştəriyə Kredit limiti ayrıldığı təqdirdə, o həmin Kredit limitindən 6 (altı) ay ərzində istifadə etmədiyi təqdirdə Kredit limitinin maksimal həddinə Bank tərəfindən yenidən baxıla bilər. - 1.4. Kredit limitinin ayrılması Bankın Müştəriyə Kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində Müştərinin hər bir Kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə Bankın təklifini - müvafiq Kreditin şərtlərini göstərən “Maliyyələşmə üçün ərizə” imzalanır. - 1.5. Kreditlə bağlı hər hansı bir tələb, bildiriş, xəbərdarlıq və s. sənədlər Müştərinin müvafiq ünvanına yazılı şəkildə bildirişli məktub ilə göndərildikdə və ya ona şəxsən təqdim edildikdə ona çatdırılmış hesab olunur. - 2. Kreditlə bağlı tərəflərin hüquq və vəzifələri - 2.1. Bankın hüquqları: - 2.1.1. Müştərinin Kredit verilməsi üçün təqdim etdiyi sənədlər ondan tələb olunan sənədlər siyahısı, maliyyə bazarlarının tənzimləyicisinin normativ xarakterli aktları ilə müəyyən olunan tələblərə uyğun olmadıqda, həmçinin Müştərinin əmlak və/və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bu pisləşmə Kreditin qaytarılmasını real olaraq təhlükə qarşısında qoyduqda Kreditin hamısını və ya bir hissəsini verməkdən imtina etmək; - 2.1.2. Müqavilənin İV.2.4. bəndi ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımınca icra edilməsini və onların pozulmasına yol verilməməsini Müştəridən tələb etmək; - 2.1.3. Müştəri Müqavilə əsasında əmələ gəlmiş pul öhdəliklərini icra etmədiyi halda onun Bankda açılmış hesablarından bu pul öhdəliyini Müqavilənin İV.3.8. bəndinə uyğun ardıcıllıqla akseptsiz qaydada silmək; - 2.1.4. Müştəri Müqavilə şərtlərinə uyğun olaraq, yaranmış pul öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin, Müqavilənin şərtlərinə uyğun olaraq Kreditin müddəti bitdikdə və/ və ya pul öhdəlikləri Müştəri tərəfindən icra edilmədiyi halda əməliyyatların aparılmasının qarşısını almaq və Müştərinin hesablarına vəsait daxil olduqca onları Kredit üzrə yaranmış borclarının silinməsinə yönləndirmək; - 2.1.5. Kredit hissələrlə verildiyi halda Müştərinin əmlak və/və ya maliyyə vəziyyətindən asılı olaraq limiti birtərəfli qaydada dəyişmək və ya ləğv etmək; (birdəfəlik kreditlərə şamil olunmur). - 2.1.6. AR Mərkəzi Bankının pul-kredit siyasətinin tələblərindən irəli gələn səbəblər nəticəsində mərkəzləşdirilmiş kredit ehtiyatlarına görə faiz dərəcələri dəyişdirildikdə və ya Azərbaycan Respublikası daxilində inflyasiyanın həddi yüksəldikdə Müştərini yazılı qaydada qabaqcadan xəbərdar etmək şərti ilə Kredit üzrə faiz dərəcəsini kreditdən istifadə müddəti zamanı birtərəfli qaydada dəyişdirmək; - 2.1.7. Bu müqavilə üzrə bütün hüquqlarını üçüncü şəxslərə güzəşt etmək (satmaq və ya ötürmək); - 2.1.8. Kredit Azərbaycan manatı ilə verildiyi halda, Azərbaycan manatının, Müqavilə imzalandığı günə olan AR Mərkəzi Bankının məzənnəsinə nisbətən, ABŞ dollarına qarşı məzənnəsinin hər 10% (on) faiz həcmində aşağı düşməsi halında birtərəfli qaydada Kredit üzrə faiz dərəcəsini 2% (iki) faizədək artırmaq. - 2.1.9. Təminatın vəziyyəti əhəmiyyətli şəkildə dəyişildikdə təminatın yenidən qiymətləndirilməsini, əgər dəyəri azalıbsa, azalan hədd dəyərində yeni təminat predmeti təqdim etməsini tələb etmək; (təminatlı kreditlərə şamil olunur). - 2.1.10. Monitorinqin keçirilməsinə dair şifahi və yazılı (rəsmi məktub) müraciət etdiyi zaman, Müştəri tərəfindən heç bir tədbir görülmədiyi halda, və ya rəsmi imtina məktubu aldıqda, Müştərinin Bank qarşısındakı kredit öhdəlikləri üzrə faiz dərəcəsini birtərəfli qaydada Müştəriyə xəbərdarlıq etmədən 9% (doqquz) faizə qədər artırmaq; - 2.1.11. Əgər kreditlə əlaqədar Sığorta xərcləri hər hansı səbəbdən Bank tərəfindən ödənilərsə, bu xərcləri Müştəridən reqress qaydada tələb etmək, habelə onun Bankda olan istənilən bank hesabından akseptsiz qaydada silmək; - 2.1.12. Müştəriyə kredit xətti ayrıldığı halda Müştəriyə yazılı məlumat verməklə istənilən an birtərəfli qaydada kredit xəttini dayandırmaq və/və ya kredit xəttinin istifadə edilmədiyi məbləği verməkdən imtina etmək; - 2.1.13. Qanunvericiliklə Banka verilən digər hüquqlar. - 2.2. Bankın vəzifələri: - 2.2.1. Müştərinin Kredit verilməsi üçün təqdim etdiyi sənədlər ondan tələb olunan sənədlər siyahısı, maliyyə bazarlarının tənzimləyicisinin normativ xarakterli aktları ilə müəyyən olunan tələblərə uyğun olduqda və müqavilənin İV 2.4.9 yarımbəndi ilə müəyyən olunan sənədlər təqdim olunduqdan sonra Müştəriyə Kredit vermək; 2.2.2. Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək; - 2.2.3. Müştəriyə onun sorğusuna əsasən kreditin verildiyi hesab üzrə çıxarışları təqdim etmək; - 2.2.4. Qanunvericiliklə üzərinə düşən digər vəzifələr. - 2.3. Müştərinin hüquqları: - 2.3.1. Bankdan verilmiş Kredit üzrə özünün mövcud cari borcları barədə məlumat almaq. 2.3.2. Müqavilənin İV.2.2. bəndi ilə üzərinə götürdüyü öhdəliklərinin vaxtında və lazımınca icra edilməsini və onların pozulmasına yol verilməməsini Bankdan tələb etmək. - 2.4. Müştərinin vəzifələri: 2.4.1. Kredit verilməsi üçün Müqavilənin ona təqdim olunan sənədlər siyahısı, AR Mərkəzi Bankının və Maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən olunan sənədləri Banka təqdim etmək; - 2.4.2. Kreditdən yalnız müqavilənin “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məqsədlər üçün istifadə etmək; - 2.4.3. Kredit və faizləri müqavilənin İV.3 bəndi və “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və şərtlərlə Banka ödəmək; - 2.4.4. Bu Müqavilə üzrə yaranmış öhdəliklərinin icrasına təsir edə biləcək və ya onunla bağlı olan, özünün cəlb olunduğu məhkəmə mübahisələri və icraatı ilə bağlı bütün sənəd və/və ya məlumatları dərhal Banka təqdim etmək; - 2.4.5. Kreditin və faizlərin qaytarılması məqsədilə özünün sağlam maliyyə vəziyyətinin təmin edilməsinə dair müvafiq tədbirlər görmək və öhdəliklərinin icrasını çətinləşdirəcək heç bir fəaliyyətə yol verməmək; - 2.4.6. Müqavilənin İV.5.2 bəndi ilə müəyyənləşdirilən hallardan hər hansı biri mövcud olduqda, Bankın tələbnaməsində göstərilən müddətdə Krediti Banka qaytarmaq və faizləri ödəmək; - 2.4.7. Kreditdən “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məqsədlə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi, o cümlədən dövrü monitorinqlərin keçirilməsi üçün Bankın nümayəndəsinə lazımi şərait yaratmaq və müvafiq sənədləri ona təqdim etmək; - 2.4.8. Maliyyə vəziyyətinə dair sənədləri tələb olunduqda Banka təqdim etmək; - 2.4.9. Kredit təminatlı olduğu halda bu müqavilədən irəli gələn pul öhdəliyinin icrasının təmin edilməsi üçün bağlanmış girov (ipoteka) müqaviləsinin qeydə alınmasını təsdiq edən və tələb olunan, habelə yüklülük predmetlərinin sığorta olunmasından irəli gələn sənədləri Banka təqdim etmək və müvafiq xərcləri ödəmək; - 2.4.10. Əgər kreditlə əlaqədar Sığorta xərcləri hər hansı səbəbdən Bank tərəfindən ödənilərsə, bu xərcləri Banka geri qaytarmaq; - 2.4.11. Təqdim etmiş olduğu sənədlərdə baş vermiş dəyişikliklər barədə bütün məlumatları 3 (üç) iş günü ərzində müvafiq təsdiqedici sənədlər qoşulmaqla Banka təqdim etmək 2.4.12. Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların pozulmasına yol verməmək. - 3. Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri: - 3.1. Kredit, Bank tərəfindən kredit məbləğinin Müştəriyə Bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). - 3.2. Müştəri Kreditdən istifadəyə görə Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. - 3.3. Nəzərdə tutulduğu halda, Müştəri Kreditin verilməsi üzrə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan Komissiya haqqını, həmçinin kreditin təminat predmeti üzrə (daşınar və daşınmaz) yüklülüyün dövlət qeydiyyatına alınması və məlumatların rəsmi reyestrə daxil edilməsi ilə bağlı yaranan xərcləri, Sığorta və Qiymətləndirmə xərclərini də ödəyir. Bu halda, Kredit üzrə Faktiki illik faiz dərəcəsi “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən həddən artıq olmayacaq. - 3.4. Faizlər Kreditin verildiyi günün ertəsi günündən Kredit qaytarılan günədək hesablanır. - 3.5. Kreditin əsas məbləği və ona hesablanmış faizlər Müştəri tərəfindən Banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi Kreditin son ödənişi ilə birlikdə həyata keçirilir (Overdraftlara şamil olunmur). - 3.6. Kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müqavilənin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir. - 3.7. Kredit məbləği Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddət ərzində tam olaraq qaytarılır. - 3.8. Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. - 3.9. Bank, Müştərinin Kredit və ona hesablanmış faizlər üzrə yaranmış öhdəlikləri özünün ödəmə tələbnaməsi əsasında Kredit alanın müvafiq hesablarından akseptsiz qaydada silə bilər. - 3.10. Kredit üzrə müəyyən olunan əsas məbləğ və faizlərin ödəniş günü qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti iş günü həyata keçiriləcək. Bu halda, Kredit üzrə müəyyən olunan faizlər növbəti iş gününədək hesablanacaq. - 3.11. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. - 3.12. Müştəri tərəfindən Banka ediləcək bütün ödənişlər heç bir qarşılıqlı hesabaalma aparılmadan, qarşılıqlı tələb təqdim edilmədən, mənbədə tutma tətbiq edilmədən həyata keçiriləcək, bu bir şərtlə ki, Müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə olan təqdirdə isə Müştəri tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki, ona görə Bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı halda alacağı məbləğə bərabər olsun. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması üçün müqavilədə göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. - 3.13. Kredit xətti güzəşt müddəti ilə verildikdə Müştəri Əsas borc məbləğini Güzəşt müddəti bitənədək tam şəkildə Banka qaytararsa, həmin məbləğə heç bir faiz hesablanmır. Əks halda əməliyyat aparıldığı tarixdən faiz ətbiq olunur. Bu halda Müştərinin yenidən kredit xəttindən güzəştli şərtlə istifadə etməsi üçün kredit xətti üzrə bir üş günü ərzində Müştərinin heç bir öhdəliyi olmamalıdır. - 5. Tərəflərin məsuliyyəti - 5.1. Müştərinin hesabından vəsait Bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec ya da düzgün göstərilməməsi hallarında Bank Müştəriyə hər ötən gün üçün cərimə ödəyir. - 5.2. Bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud Bankın xidmətlərini vaxtında ödəmədikdə Müştəri Banka hər ötən gün üçün cərimə ödəyir. - 5.3. Bu bölmənin 5.1. və 5.2. bəndlərində qeyd olunan cərimə faizlərinin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsi ilə müəyyənləşdirilir. 6 ver 1.0.2. tarix xx.xx.2020 - 5.4. Bank Müştəriyə xidmət edərkən (ödəniş tapşırıqlarının icrası və s. əməliyyatlar zamanı), öz müxbir banklarının və ya digər üçüncü tərəflərin həmin ödənişin icrasını gecikdirilməsi və ya digər səbəblərdən məbləğlərin dondurulması üçün Müştəri qarşısında heç bir məsuliyyət daşımır. - 5.5. Müştəri, Bank hesabından cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı məqsədlər üçün istifadə etməmək öhdəliyini üzərinə götürür və qanunvericilikdə nəzərdə tutulan müvafiq məsuliyyət daşıyır. - 5.6. Bank, tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı halların qarşısının alınması məqsədilə Müştəridən heç bir izah verilmədən və hər hansı bir bank əməliyyatını icra etmədən əlavə sənədlər və məlumatlar tələb edilə bilər.
12. İş materiallarında olan OnGTC-90019766LE/2019 saylı razılaşma çərçivəsində İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli, DC90019766-08 saylı öhdəliyin restrukturizasiyası məqsədilə xx.xx.2024-cü il tarixli DC90019766-08R saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2025ci il tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, illik cərimə faizi kredit müddəti bitdikdən sonra 32% olmaqla, 85643.32 (səksən beş min altı yüz qırx üç manat, otuz iki qəpik) manat məbləğində birdəfəlik kredit verilmişdir.
13. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli DC90019766-08R saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh2 arasında Z6431 saylı xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır.
14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu Cavabdeh1 MMC-nin xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC90019766-08R saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 31,553.49 manat əsas borc, 411.46 manat faiz borcu, 205.91 manat cərimə borcu olmaqla, cəmi 32,170.86 manat təşkil edir. Gecikmə günü: 121.
15. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, Cavabdeh1 MMCnin kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2025-ci il kimi müəyyən edilmişdir.
16. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Borclu Cavabdeh1 MMC-nin xx.xx.2026-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC90019766-08R saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 26,552.49 manat əsas borc, 843,56 (səkkiz yüz qırx üç manat əlli altı qəpik) manat faiz borcu, 2,009.88 manat cərimə borcu, olmaqla, cəmi 29,405.93 manat təşkil edir.
17. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki borcun məktub alındığı tarixdən 7 iş gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, həmçinin cavabdehlər tərəfindən öhdəliyin pozulduğuna görə kredit müqaviləsinin bir tərəfli qaydada ləğv edildiyi qeyd olunmuş, borcun ödənilməyəcəyi təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir.
18. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 187 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: - 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
22. Məhkəmə baxışının hədləri:
- Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
23. Məhkəmə iddiçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləsinin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh1 MMC-yə borc (kredit) verməyi, Cavabdeh1 MMC isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
25. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.
26. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
27. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh1 MMC müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zamin Cavabdeh2 qeyd edilən kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmaları üzrə üzrə iddiaçı qarşısında Cavabdeh1 MMC ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyünə görə, o da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.
28. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehlərdən müştərək qaydada 26,552.49 manat əsas borc, 843,56 manat faiz borcu, 2,009.88 manat cərimə, olmaqla, cəmi 29,405.93 manat məbləğində borcun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən edilmiş ödənişlərdən sonra hazırda qalıq əsas borc 26552.49 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır.
30. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və plenum qərarına əsasən hesab edir ki, iddia tələbi faiz borcuna münasibətdə qismən əsaslıdır. Belə ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi iddiaçı imtina barədə iradə ifadəsini cavabdehə bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 MMC-nin xx.xx.2025-ci il tarixə DC90019766-08R saylı kredit müqaviləsi üzrə 411.46 manat məbləğində faiz bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə 411,46 manat hissədə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi ləğv edildikdən sonra həmin müqavilə üzrə faiz hesablana bilməz.
31. Məhkəmə iddiaçı tərəfindən hesablanmış və tələb olunan 2009,88 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə iddiaçının cərimə hesablamaq hüququ nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə mahiyyəti üzrə əsaslıdır.
32. Lakin, iş materiallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixə iddiaçı tərəfindən hesablanmış cərimə 205,91 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı iradə ifadəsini qarşı tərəfə bildirməklə aralarındakı müqaviləni haqlı olaraq birtərəfli qaydada ləğv etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin ləğvinədək hesablanmış cəriməni tələb etməkdə haqlıdır və 205,91 manat hesablanmış cərimə tənasübsüz yüksək olmadığından, iddia tələbi həmin hissədə də təmin edilməlidir.
33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 26.552,49 manat əsas borc, 411,46 manat faiz borcu və 205,91 manat cərimə olmaqla, cəmi 27.169,86 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 171,51 manat pul vəsaiti cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 15 manat isə iddiaçının özünə aid edilməlidir.
Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 26.552,49 manat əsas borc, 411,46 manat faiz borcu və 205,91 manat cərimə olmaqla, cəmi 27169,86 (iyirmi yeddi min yüz altmış doqquz manat, səksən altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 171,51 (bir yüz yetmiş bir manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissdə təmin edilməsin. Ödənilmiş qalan 15 (on beş manat) manat dövlət rüsumu isə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev