Məhkəmə qərarları › İş №e-2-2(121)-39/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-39/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-39/2020 18.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, X1 və X7 “TAC” Kredit İttifaqının nümayəndəsi X2 iştirakı ilə, X1 və X7 “TAC” Kredit İttifaqının Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 və X7 “Tac” Kredit İttifaqı Cavabdeh qarşı elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 (beş min) manat kredit, 1.000 (bir min) faiz, 2.000 (iki min) manat cərimə borcu olmaqla, cəmi 8.000 (səkkiz min) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu X1 və X7 “TAC” Kredit İttifaqının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor “TAC” Kredit İttifaqı ilə borclu Cavabdeh (VÖEN **********) arasında xx xxxxx 2015-cü il tarixində “162/SKMF-135” saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən həmin müqaviləilə müəyyən edilmiş şərtlərlə kreditalana 5.000 (beş min) manat krediti SKMF-nun vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 (on iki) ay olmaq şərtilə 36 (otuz altı) ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verir. Kredit alan bu müqavilə ilə aldığı krediti, ona hesablanmış faizi müqavilədə göstərilən digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən kreditalan “TAC” Kİ qarşısında müqavilədə nəzərdə tutulmüş şərtlərləaldığı vəsaiti 36 (otuz altı) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Lakin borclu bügünədək 313,45 (üç yüz on üç manat, qırx beş qəpik) manat faiz ödəmişdir. xx.xx.2016ci il tarixindən bugünədək heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq kreditor borcluya borcun qaytarılması barədə bildiriş göndərsə də, borclu tərəfındən borcun ödənilməsi istiqamətində hər hansı bir addım atılmamışdır. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6%(altı) faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki,cavabdehin həmin tarixə 5.000 (beş min) manat kredit, 1.000 (bir min) manat faiz, 2.000 (iki min) manat cərimə borcu olmaqla cəmi 8.000 (səkkiz min) manat borcu vardır.Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 və X7 “TAC” Kredit İttifaqının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və cərimə borcunun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş müqavilənin təsdiq edilmiş surətindən görünür ki, “TAC” Kredit İttifaqı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 162/SKMF-135saylıkredit müqaviləsi bağlanmışdır. Kreditverən tərəfindən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana SRMF-nun vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 (on iki) ay olmaq şərtilə 36 (otuz altı) ay müddətinə 5.000 (beş min) manat kredit verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 1.1-ci bəndinə əsasən, kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5.000 (beş min) manat krediti SKMF-nun vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 12 (on iki) ay olmaq şərtilə 36 (otuz altı) ay müddətinə verir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, kreditalan “TAC”Kredit İttifaqı qarşısında müqavilədə nəzərdə tutulmuş qaydada şərtlərlə aldığı vəsaiti 36 (otuz altı) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən, kreditalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçiriləcəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 105saylı kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, SKMF-dən ayrılmış 5.000 (beş min) manat kredit vəsaiti Cavabdeh təqdim edilmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən,müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilən ödəmə günü, həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 5.000 manat kredit, 1.000 manat faiz, 2.000 manat cərimə borcu olmaqla cəmi 8.000 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 60/577 saylı və xx.xx.2019-cu il tarixli,117/780 saylı bildirişlərdən görünür ki, “Tac” Kredit İttifaqı Cavabdeh aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 162/SKMF-135 saylı kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarından görünür ki, X3 və X7 “Tac” Kredit İttifaqı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, 162/SKMF-135saylıkredit müqaviləsi bağlanılmışdır.Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavadeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli, 60/577 saylı və xx.xx.2019-cu il tarixli,117/780 saylıməktublarla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıqlar (bildirişlər) göndərərək, borcun qaytarılmasını tələb etsə də cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 162/SKMF-135saylıkredit müqaviləsitəşkil edir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 5.000 manat əsas borc və 1.000 manat faiz borcunun“Tac” Kredit İttifaqının xeyrinə tutulması hissəsində təmin edilməlidir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İddiaçı 2.000 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 100 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 5.000 manat məbləğində əsas borc, 1.000 manat faiz borcu, 100 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 6.100 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X1 və X7 “TAC” Kredit İttifaqına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar