Məhkəmə qərarları › İş №e-2-2(121)-390/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-390/2021

30.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-390/2021 30.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 3.115,22 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12.418,08 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 482,43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 6.030 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh X3 məhkəmə iclasına gəlməmişdirlər. Lakin iddaçının nümayəndəsi Afət Sofiyeva məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını, həmçinin vəsatət ünvanlayaraq e-2-2(121)-388/2021 saylı, e-2- 2(121)-390/2021 saylı və e-2-2(121)-389/2021 saylı işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki işdən başqa, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü daha 2 iş vardır. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-389/2021 saylı iş üzrə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 4.830,35 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12.418,08 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 482,43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 6.630 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)- 390/2021 saylı iş üzrə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 376,81 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12.418,08 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 482,43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 550 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Şirvan Kommersiya Məhkəməsinin icraatında eyni iddiaçının eyni cavabdehə qarşı eyni növlü 3 iş - e-2-2(121)-388/2021 saylı, e-2-2(121)-389/2021 saylı və e-2-2(121)-390/2021 saylı işlər mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə eyni növlü bir neçə işin olduğunu nəzərə alaraq, hesab edir ki, e-2-2(121)- 388/2021 saylı, e-2-2(121)-389/2021 saylı və e-2-2(121)-390/2021 saylı işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169cu və 263-264-cü maddələrinə əsasən məhkəmə qərara aldı: Məhkəmənin icraatında olan iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı cavabdehin xx.xx.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 3.115,22 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12.418,08 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 482,43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 6.030 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair e-2-2(121)-388/2021 saylı iş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı cavabdehin xx.xx.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 4.830,35 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12.418,08 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 482,43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 6.630 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair e-2-2(121)-389/2021 saylı iş və iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı cavabdehin xx.xx.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 376,81 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12.418,08 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 482,43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 550 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair e-2-2(121)-390/2021 saylı iş baxılmaq üçün bir icraatda birləşdirilsin. İşə baxılması e-2-2(121)-388/2021 nömrə ilə davam etdirilsin. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar