Məhkəmə qərarları › İş №e-2-2(121)-40/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-40/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-40/2020 18.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx xxxx 2015-ci il tarixli, 818/41 saylı kredit müqaviləsinə əsasən 2.993,55 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 537,55 manat faiz, 3.067,26 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 287,28 manat borc olmaqla, ümumilikdə 6.885,64 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə xx xxxxxx 2014-cü il tarixli, 440 saylı “kredit kartının verilməsi və istifadəsi üzrə” müqviləyə əsasən İddiaçı ASC tərəfindən illik 27 faizlə 3000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə üzrə xx xxxx 2015-ci il tarixli, 818/41 saylı əlavə saziş bağlanılaraq kredit müqaviləsinə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən kreditin qalıq məbləği 3000 manat müəyyən edilmiş, kreditin müddəti isə 24 ay müddətinə uzadılmışdır. Kredit xətti müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2019-ci il iyunun 24-dək Cavabdeh MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 440 saylı kredit müqaviləsinə əsasən banka 2.993,55 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 537.55 manat faiz, 3.067,26 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 287.28 manat borc olmaqla, ümumilikdə 6.885,64 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu təşkilat borcu ödəməkdən boyun qaçırır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə X1 xx xxxxxx 2017-ci il tarixli, 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli, 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASCnin ləğvedicisi təyin edilmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin və Cavabdeh nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə teleqram göndərilərək, işə onların iştirakları olmadan baxılması və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 440 saylı kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə illik 27 faiz dərəcəsi ilə, 12 ay müddətinə, 3.000 (üç min) manat məbləğində kredit xəttinin açılması öhdəliyi götürülmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 818/41 saylı əlavə sazişə əsasən, tərəflər arasından bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 440 saylı kredit müqaviləsinə edilmiş dəyişikliyə görə kreditin qalıq məbləği 3000 manat müəyyən edilmiş, kreditin müddəti isə 24 ay təyin edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli, **********741 saylı arayışının surətindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 440 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2019-cu il tarixə Banka 2.993,55 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 537,55 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 3.067,26 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 5% olan, həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və geçikdirilmiş gün sayısı 0,42 qəpik X 684, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 287,28 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 6.885,64 manatdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İş materialında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********798 saylı bildirişin surətindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli, 440 saylı kredit müqaviləsinə əsasən cavabdehə verilmiş kreditdən ödənilməmiş əsas və faiz borcunun 5 gün müddətində banka ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə xx.xx.2019-cu il tarixli ərizə göndərilərək, kredit müqaviləsinin xx.xx.2014-cü il tarixdə bağlanıldığını, kredit müqaviləsi üzrə iddia müddətinin keçdiyi, MMC-nin ağır maliyyə itkilərinə məruz qaldığından krediti ödəyə bilmədikləri qeyd olunmuş, iddia ərizəsinə baxılarkən iddia müddətinin buraxılmasının və böyük məbləğdə cərimənin tələb olunmasının nəzərə alınması xahiş edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasındaxx xxxxxx 2014-cü il tarixli, 440 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdehnə illik 27 faiz olmaqla, 12 ay müddətinə, 3.000 manat həcmində kredit xəttinin açılması, tərəflər arasında kreditin qaytarılması müddəti və qaydası, o cümlədən öhdəliklər icra edilmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı hər gecikdirilən gün üçün cərimənin hesablanması müqavilədə nəzərdə tutulmuşdur. Daha sonra İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 818/41 saylı əlavə sazişə əsasən tərəflər arasından bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 440 saylı kredit müqaviləsinə edilmiş dəyişikliyə əsasən kreditin qalıq məbləği 3.000 manat müəyyən edilmiş, kreditin müddəti isə 24 ay müəyyən edilmişdir.İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 440 saylı kredit müqaviləsinə və xx xxxx 2015-ci il tarixli, 818/41 saylı əlavə sazişə əsasən, 2.993,55 manat əsas və 537,55 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı cavabdehdən həmçinin, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 287,28 manat faiz borcu da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-cü maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərara əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qanunvericliyin yuxarıda qeyd olunan normalarına əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 287,28 manat faiz borcunun tutulması hissəsində də iddia tələbi əsaslıdır. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 54 faiz, aylıq isə 4.5 faiz hesablanır. İddiaçı 3.067,26 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 100 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Cavabdehin iddia müddətinin ötürülməsinə dair dəlillərini məhkəmə əsaslı hesab etmir. Belə ki, kredit müqaviləsi xx xxxxxx 2014-cü il tarixdə bağlanılsa da, xx xxxx 2015-ci il tarixdə tərəflər arasında əlavə saziş imzalanmış, kreditin qalıq məbləği 3.000 manat müəyyən edilmiş, kreditin müddəti isə 24 ay təyin edilmişdir. Hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçının ən geci xx.xx.2017-ci il (xx.xx.2015-ci il tarixli sazişlə kreditin müddəti 24 ay, yəni 2 il müəyyən edilmişdir) tarixdən etibarən 3 il ərzində hazırki iddianı qaldırmaq hüququ olmuşdur ki, iddiaçı da bu hüququndan həmin müddət daxilində istifadə etmişdir. Cavabdehin yüksək məbləğdə cərimə borcunun hesablanmasına dair dəlilləri ilə bağlı, məhkəmə ilkin tələb olunan 3.067,26 manat dəbbə pulu (cərimə) borcunun qismən təmin edilməsi, yəni 100 manat dəbbə pulu (cərimə) tutulması qənaətinə gəlmişdir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməli, 15 manatı isə cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli, 818/41 saylı kredit müqaviləsi və xx xxxx 2015-ci il tarixli, 818/41 saylı əlavə saziş üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən 2.993,55 əsas borc, 537,55 manat faiz borcu, 100 manat cərimə borcu və kredit müqaviləsi üzrə müddətin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 287,28 manat pul, cəmi 3.918,38 (üç min doqquz yüz on səkkiz manat, otuz səkkiz qəpik) manatməbləğində pul və ödənilmiş dövlət rüsumuna görə15 manat Cavabdehndən tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dənxx xxxx 2015-ci il tarixli, 818/41 saylı kredit müqaviləsi üzrə yaranmış 2.993,55 manat məbləğində əsas borc, 537,55 manat faiz borcu, 100 manat cərimə borcu və kredit müqaviləsi üzrə müddətin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 287,28 manat pul, cəmi 3.918,38 (üç min doqquz yüz on səkkiz manat, otuz səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə15 manat tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar