Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-40/2025 23.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 ASC və Cavabdeh1 qarşı kredit borcunun tutulması və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 ASC və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 ASC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1487/ƏKM nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 1487/K nömrəli, xx.xx.2021-ci tarixli Əlavə Kredit Müqaviləsi üzrə 69704,49 manat əsas, 6835,07 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu və 1851,04 manat manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 78390,60 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52,48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, eyni zamanda 410 manat ödənilmiş mediasiya xərcinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 87.9 kv.m ümumi sahədən ibarət olan mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 ASC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 1487/ƏKM nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsinə əsasən Bank tərəfindən Borc alana 60 ay müddətinə (xx.xx.2026-cı il tarixinədək) 350000 manat ekvivalenti məbləğində bərpa olunan kredit litimi açılmışdır. Borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq Əlavə Kredit Müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, kreditə hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Sözügedən Əsas Kredit Müqaviləsinin 1.1.2-ci bəndinə əsasən “Əlavə Kredit Müqaviləsi” dedikdə Əsas Kredit Müqaviləsinin tərkib hissəsi olan və onun 2.1-ci bəndində müəyyən edilmiş müddət və məbləğ çərçivəsində bağlanılan hər hansı kredit müqaviləsi, kredit xətti müqaviləsi, overdraft müqaviləsi, qarantiya verilməsi şərtləri barədə saziş, akkreditivin açılması baradə saziş və digər müqavilələr nəzərdə tutulur. Eyni zamanda Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh1 arasında 1487/Z-1 nömrəli, xx.xx.2021-ci il tarixli, Cavabdeh3 ASC ilə isə 1487/Z-2 nömrəli, xx.xx.2021-ci il tarixli Zaminlik Müqavilələri bağlanılmışdır. Həmin Müqavilələrin 1.1-ci bəndlərinə əsasən Zaminlər Əsas Kredit Müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsdində bağlanan müqavilələr üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Həmçinin sözügedən müqavilələrin 6.1-ci bəndlərindən görünür ki, Zaminlik müqavilələrinin Tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minməsi və xx.xx.2029-cu il tarixədək qüvvədə olması barədə razılığa gəlinmişdir. Bundan başqa, yenə Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh2 MMC və Cavabdeh1 arasında bağlanılmış 1487/İ nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 87.9 kv.m ümumi sahədən ibarət olan mənzil (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) ipoteka ilə yüklü edilmişdir. Həmçinin üçüncü şəxs olan Cavabdeh1 arvadı Maraqlı şəxs sözügedən mənzilin ipotekaya qoyulmasına etiraz etmədiyinə dair notarial qaydada ərizə verərək, borc ödənilmədiyi təqdirdə tutmanın qeyd edilən ipoteka predmetinə yönəldilməsinə razılıq vermiş və həmin mənzili hər hansı şərtsiz könüllü olaraq boşaldacağını öhdəsinə götürmüşdür. Habelə 1487/ƏKM nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsinin 7.2-ci bəndində Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müddət və kredit limiti çərçivəsində Borc alana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla Borc alana verilən bütün Kreditlər üzrə öhdəliklər yuxarıda göstərilən əmlakın ipotekası və zaminliklərlə təmin edilməsi öz əksini tapmışdır. Daha sonra yuxarıda sözügedən Əsas Kredit Müqaviləsi çərçivəsində"xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 1487/K nömrəli, xx.xx.2021-ci tarixli Əlavə Kredit Müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 16 faiz ödəmək şərtilə 120000 (bir yüzi yirmi min) manat məbləğində kredit verilmişdir. Borc alan kreditdən istifadə etmiş, lakin müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Borc verənə vaxtında və müəyyən edilmiş məbləğdə qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanılmış Əlavə Kredit Müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borc alana, zaminlərə və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Həmin bildirişin qeydə alınması üçün ümumilikdə 52,48 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Bildirişin qeydə alınması barədə məktub və dövlət rüsumu və xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilir. Həmçinin mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə, cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra Cəbrayıl 1 saylı Mediasiya Təşkilarına müraciət edilmiş, lakin mediasiyada razılıq əldə edilmədiyindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdiriməməsi qərara alınmışdır və bu səbəbdən də mediator tərəfindən xx.xx.2023-cü il tarixli, M.Ş.C/MT020/01294 nömrəli arayış təqdim edilmişdir. Həmçinin ilkin mediasiyanın keçirilməsi üçün "xxxx" ASC tərəfindən 410 manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. Bundan başqa, cavabdehlərə kreditlərin qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) Elektron Məhkəmə Sistemi, poçt, hüquqi şəxs olan cavabdehlərə isə əlavə olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinet (Vergi Xidmətində olan onlayn kargüzarlıq) vasitəsi ilə göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Poçt vasitəsi ilə göndərilən bildirişlərin isə qəbulundan cavabdehlər tərəfindən imtina edilmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, 1487/ƏKM nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış 1487/K nömrəli, xx.xx.2021-ci tarixli Əlavə Kredit Müqaviləsi üzrə cavabdehlərin Banka 69704.49 manat əsas, 6835.07 manat müqavilə müddəti ərzində (xx.xx.2023-cü il tarixinədək) ödənilməmiş faiz borcu və 1851.04 manat manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 78390.60 manat məbləğində ödənilməmiş kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün məhkəmə qaydasında hesablanmış kredit borcunun cavabdehlərdən tələb edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlaka ilkin satış qiymətinin (likvid qiymətinin) müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və əldə olunmuş vəsaitin kredit borcuna ödənilməsizərurəti yaranmışdır. Bundan başqa, kommersiya qurumunun dövlət reyesrindən çıxarışın surətindən və internet vergi idarəsindən əldə edilən məlumatdan müəyyən edilmişdir ki, Ağcabədi rayonu, Ağcabədişəhəri, Xalfərəddin ünvanı Cavabdeh2 MMC-nin hüquqi ünvanıdır. Həmçinin, yenə kommersiya qurumunun dövlət reyesrindən çıxarışın surətindən və internet vergi idarəsindən əldə edilən məlumatdan müəyyən edilmişdir ki, Ağcabədi rayonu, Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə,ev 157 ünvanı Cavabdeh3 ASC-nin hüquqi ünvanıdır. Bundan başqa, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınan arayışa əsasən müəyyən edilmişdir ki, cavabdeh Əmrahlı X2 rayonu, Ağcabədişəhəri, H.Aslanov küçəsi,ev 25 ünvanında qeydiyyatdadırlar. Hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 78390.60 manat olduğundan, iddia irəli sürülərkən 325.17 manat dövlət rüsumu ödənilməlidir ki, iddiaçı "xxxx" ASC mediasiya xərci olan 410 manatı ödədiyindən, dövlət rüsumu ödəməkdən azad olunur. İddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 ASC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1487/ƏKM nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış1487/K nömrəli, xx.xx.2021-ci tarixli Əlavə Kredit Müqaviləsi üzrə 69704.49 manat əsas, 6840,92 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 4722,48 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 9046,07 manat cərimə borcu olmaqla, cəmi 90313,95 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, eyni zamanda 410 manat ödənilmiş mediasiya xərcinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 87.9 kv.m ümumi sahədən ibarət olan mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 ASC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 ASC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1487/ƏKM nömrəli, xx.xx.2021-ci il tarixli Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış1487/K nömrəli, xx.xx.2021-ci tarixli Əlavə Kredit Müqaviləsi üzrə 69704.49 manat əsas, 7330,75 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 5895,84 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 15458,91 manat cərimə borcu olmaqla, cəmi 98389,99 manat məbləğində kredit borcunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumunun və xidmət haqqının, eyni zamanda 410 manat ödənilmiş mediasiya xərcinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 87.9 kv.m ümumi sahədən ibarət olan mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 ASC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 ASC və Cavabdeh1 məhkəmə baxış iclasında işitrak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1487/ƏKM nömrəli kredit limitinin ayrılmasına dair müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC-yə 60 ay müddətinə 350000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci tarixli 1487/K nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 MMC-yə aylıq 16 faiz dərəcəsi ilə 24 ay müddətinə 120000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2021-ci tarixli 1487/K nömrəli kredit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2023-cü il kimi müəyyən edilmişdir. İş materiallarında olan Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh1 arasında bağlanılmış 1487/Z-1 nömrəli, xx.xx.2021-ci il tarixli, Cavabdeh3 ASC ilə isə 1487/Z-2 nömrəli, xx.xx.2021-ci il tarixli Zaminlik Müqavilələrin 1.1-ci bəndlərinə əsasən Zaminlər Əsas Kredit Müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsdində bağlanan müqavilələr üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan ipoteka saxlayan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə iptoka qoyan Cavabdeh1 və borc olan Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1487/İ nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 87.9 kv.m ümumi sahədən ibarət olan mənzil "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci tarixli 1487/K nömrəli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınmaz əmlakın rəsmi reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 87.9 kv.m ümumi sahədən ibarət olan mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "xxxx" ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-2(121)-40/2025 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3522 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci tarixli 1487/K saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC xx.xx.2023-cü il tarixə əsas borcu üzrə 69734,32 manat, faiz borcu üzrə 4407,33 manat və xx.xx.2024-ci il tarixə əsas borcu üzrə 68141,65 manat, faiz borcu üzrə 00,00 manat, illik 5 faizlə 5797,23 manat borcunun olması müəyyən olunur. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(121)-1118/2024 nömrəli qərardadı ilə ipoteka predmeti daşınar əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur və həmin MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 87.9 kv.m ümumi sahədən ibarət olan mənzilin bazar dəyəri 156600 manat, likvid dəyəri 133110 manat məbləğində olması müəyyən olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı "xxxx" ASC Cavabdeh2 MMC-yə borc (kredit) verməyi, Cavabdeh2 MMC isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh2 MMC-yə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışın”da və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh2 MMC-nin əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi Cavabdeh2 MMC tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Сavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, həmçinin iddia ərizəsinə etiraz verməmiş, iddianın tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Bakqaz” MMC, Cavabdeh3 ASC və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı, kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı bu qənaətə gəlir ki, həmin məbləğlər məhkəmə-mühasibatlıq ekspertizasının 9/3522 nömrəli, xx.xx.2025-ci il tarixli rəyində göstərilən həddlərdə müəyyən edilməlidir. Belə ki, işdə olan hesabdan çıxarışdan göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən sonra ümumilkdə cəmi 6000 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir və həmin məbləğin əksər hissəsi istifadə faizinin tam ödənilməsinə yönəldilmişdir. Ekspert rəyində göstərilən hallar əsaslı şəkildə nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, gecikdirmə fazinin tutulması hissəsində iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Buna görə də, iddianın uğurluluğu onun faktiki hallarının MM-nin 445.7-ci maddəsinin dipozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə, ilk növbədə müqavilə münasibətləri üzrə pul öhdəliyi ilə bağlı icranın gecikdirilməsi zamanı qanuni faizin ödənilməsi imkanını nəzərdə tutan MM-nin 445.7-ci maddəsinin tətbiqinin əsası üçün zəruri şərtlərin təhlilini vacib hesab edir. Baxılan iş üzrə tərəflər arasında hüquq münasibətləri yaranan zamankı redaksiyasında MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Göründüyü kimi, MM-nin 445.7-ci maddəsi kredit müddəti bitdikdən sonra borclu tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə kreditorun gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin qarşılanması (kompensasiyası) üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan biri kimi çıxış edir. Məhkəmə qeyd edir ki, MM-nin 445.7-ci maddəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, həmin normanın tətbiqi üçün kreditorun zərərə məruz qalmasını sübut etmək vəzifəsi yoxdur. Belə ki, kreditor hər hansı əlavə sübut təqdim etmədən gecikdirilmiş dövr üzrə MM-nin 445.7-ci maddəsi ilə müəyyən edilmiş illik 5% məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Bu baxımdan adı çəkilən normada nəzərdə tutulmuş faizin hüquqi mahiyyəti onun mülki məsuliyyət tədbiri olaraq qanuni faiz funksiyasını daşımasıdır. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən cavabdehdən gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, baxılan işdə gecikdirmə fazinin tutulması barədə iddianın hüquqi əsasının mövcud olduğunu qət edərək, həmin faiz məbləğinin həcminin məhkəməmühasibatlıq ekspertizasının 9/3522 nömrəli, xx.xx.2025-ci il tarixli rəyində göstərilən həddə müəyyən edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, iddianın “tələbin ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin əşyanın ipoteka ilə yüklü edilməsinə dair münasibətləri tənzimləyən normalarının tələblərinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC ilə cavabdehlər iptoka qoyan Cavabdeh1 və borc olan Cavabdeh2 MMC arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ müvafiq rəsmi reyestrdə qeydiyyata alınmışdır. İpoteka müqaviləsi ilə təminat verilmiş kredit müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti Qapalı bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə, ipoteka predmeti əşyanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti qiymətləndirmə rəyi əsasında məhkəmə tərəfindən 133110 manat məbləğində müəyyən edilməklə, qeyd edilən əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satışından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh3 ASC və Cavabdeh1 imzaladıqları zaminlik müqavilələri ilə borclu Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 MMC öhdəliyini pozduğuna görə zaminlərin də onunla birlikdə kreditor qarşısında birgə (solidar) məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə, iddianın 410 manat mediasiya xərcinin tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh2 MMC imzaladığı müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə ekspertiza xərci cavabdehlərdən tutularaq ekspertiza mərkəzinin, qiymətləndirmə xidmət haqqının ödənilməyən hissəsi cavabdehlərdən tutularaq qiymətləndirmə təşkilatının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər ”Bakqaz” MMC, Cavabdeh3 ASC və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-cü il tarixli 1487/KM nömrəli kredit müqaviləsi üzrə 68141,65 manat məbləğində əsas borc, 5797,23 manat məbləğində gecikdirmə faizi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqı, 410 manat mediasiya xərci olmaqla, cəmi 74401,36 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh1 məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 87,9 kv.m olan mənzilə yönəldilsin. ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 87,9 kv.m olan mənzilin ilkin satış qiyməti 133110 manat məbləğində müəyyən edilsin, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən vəsaitdən təmin edilmiş iddianın qiymətinə uyğun hissəsi "xxxx" ASCnə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 ASC və Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-40/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-40/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver