Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-400/2022 12.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və. s tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 99.661,43 manat əsas, 27.395,58 manat faiz, 3.842,23 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11.976,78 manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 90 manat, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 4ində yerləşən əmlak kompleksi kimi müəssisəyə, Cəlilabad şəhəri, Məşədi Əzizbəyov küçəsində 0,2783 ha torpaq sahəsində yerləşən 29 saylı yaşayış evinə və Cavabdeh2 məxsus olan Cəlilabad şəhəri, Həzi Aslanov küçəsində 2-ci döngədə yerləşən 48 saylı fərdi yaşayış evinə yönəlməsi, qeyd olunan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmetləri olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evlərinin və əmlak kompleksi kimi müəsissənin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-ci il tarixli ZC-3424-İİN saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 100.000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 4ində yerləşən əmlak kompleksi kimi müəsissə, Cəlilabad şəhəri, Məşədi Əzizbəyov küçəsində 0,2783 ha torpaq sahəsində yerləşən 29 saylı yaşayış evi və Cavabdeh2 məxsus olan Cəlilabad şəhəri, Həzi Aslanov küçəsində 2-ci döngədə yerləşəb 48 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evlərinin və əmlak kompleksi kimi müəsissənin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli ipoteka müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********212 saylı xx.xx.2019-cu il tarixli, **********963 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi borcu 142.826,02 manat təşkil edir. Bundan 99.661,43 manat əsas, 27.395,58 manat faiz, 3.842,23 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11.976,78 manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək iddia tələbinin ona aydın olduğunu, həm ekspert, həm də mütəxəssis rəyləri ilə tanış olduğunu, həmin rəylərə dair etirazının olmadığını, eyni zamanda məhkəmədən borcun ödənilməsi üçün 5 (beş) il müddətə möhlətin verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli, ZC-3424-İİN saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 60 ay müddətinə heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 100.000 (bir yüz min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 12 saylı, 29 dekabr 2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 100.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli, 3424-İİN saylı ipoteka müqaviləsinə əsasən, 28 dekabr 2013-cü il tarixli, ZC-3424-İİN saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh1 məxsus, Cəlilabad şəhəri, Məşədi Əzizbəyov küçəsində yerləşən 29 saylı fərdi yaşayış evi və ünvan 4ində yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Məşədi Əzizbəyov küçəsində yerləşən 29№-li fərdi yaşayış evi, mülkiyyətində olan 0.2783 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 4ində yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli, ZC-3424-İİN/1 saylı ipoteka müqaviləsinə əsasən, 28 dekabr 2013-cü il tarixli, ZC-3424-İİN saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh2 məxsus, Cəlilabad şəhəri, Həzi Aslanov küçəsi, 2-ci döngədə yerləşən 48 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Cəlilabad şəhəri, Həzi Aslanov küçəsi, 2-ci döngədə yerləşən 48№-li fərdi yaşayış evi, mülkiyyətində olan 0.06 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli, **********979 saylı arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli, ZC-3424-İİN kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2021-ci il tarixə banka 99.611 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 27.395,58 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 3.842,23 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 11.976,78 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 142.826,02 manat təşkil edir. İş materiallarında olan, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 28 dekabr 2013-cü il tarixli, ZC-3424-İİN kredit müqaviləsi üzrə borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2019-cu il tarixli “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 28 dekabr 2013-cü il tarixli, ZC-3424-İİN kredit müqaviləsi əsasında aldığı 100.000 (bir yüz min) manat kredit müqaviləsi üzrə borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanlanmış 10 oktyabr 2019-cu il tarixli, **********091 saylı, **********081 saylı və **********073 saylı ərizələrdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınması üçün ümumilikdə 30 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı məktubdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyun 2022-ci il tarixli, 9/3617 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 28 dekabr 2013-cü il tarixli, ZC-3424-İİN saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 iddiaçı "Zaminbank” ASC-nə borcu xx.xx.2018ci il tarixə, əsas borc üzrə 99.963,55 manat, faiz borcu üzrə 16.863,23 manat, maliyyə arayışı tərtib olunan tarixə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 99.574,98 manat, faiz borcu üzrə 28.845,88 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 may 2022-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 2 ünvanında, mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 119,2 kv.m. təşkil edən, 1 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 72.500 manat, likvid dəyəri 65.250 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 may 2022-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh1 Qalabəy oğluna məxsus ünvan 3 ünvanında, mülkiyyətində olan 0,2783 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 283,3 kv.m təşkil edən, 2 mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 45.220 manat, likvid dəyəri 40.700 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 may 2022-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh1 Qalabəy oğluna məxsus ünvan 4i ünvanında, mülkiyyətdə olan 0,2183 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 71.400 manat, likvid dəyəri 64.260 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünlanmış müşayiət məktubundan görünür ki, əmlakın qiymətləndirilməsi xərci olan 500 manat Cavabdeh1 tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh1 100.000 manat məbləğində kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 28 dekabr 2013-cü il tarixli, ZC-3424-İİN saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 60 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli, ZC-3424-İİN/1 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, Cəlilabad şəhəri, Həzi Aslanov küçəsi, 2-ci döngədə yerləşən 48 nömrəli fərdi yaşayış evi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli, 3424-İİN saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus, Cəlilabad şəhəri, Məşədi Əzizbəyov küçəsində yerləşən 29 saylı fərdi yaşayış evi və ünvan 4ində yerləşən əmlak kompleksi kimi müəssisə 28 dekabr 2013-cü il tarixli, ZC- 3424-İİN saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli, 9/3617 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli, 9/3617 saylı rəyi ilə kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra hesablanmış borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəflər arasında bağlanmış 28 dekabr 2013-cü il tarixli, ZC-3424-İİN saylı kredit müqaviləsi üzrə 99.574,98 manat əsas, 16.863,23 manat faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış 11.976,78 manat faiz borcunun olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə, eyni zamanda Cavabdeh1 kreditin ödənilməsinə 5 il möhlət verilməsi ilə bağlı etirazına münasibət bildirərərk qeyd edir ki, mülki prosessual qanunvericilikdə iddia icraatı çərçivəsində məhkəmənin öhdəliyin yerinə yetirilməsi ilə bağlı möhlətin verilməsi barədə səlahiyyəti müəyyən edilməmişdir. Məhkəmə cavabdehin diqqətinə çatdırır ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən hakim tərəfindən cavabdehin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunun və qaydasının dəyişdirilməsi hakim tərəfindən baxıla bilər. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas, faiz borcunun tutulması hissəsində iddia qismən, müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iddianın 3.842,23 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 3.842,23 manat məbləğində deyil, 193 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 28 dekabr 2013-cü il tarixli, 3424-İİN saylı və 28 dekabr 2013-cü il tarixli, ZC-3424-İİN/1 saylı ipoteka müqavilələri bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh2 məxsus İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad şəhəri, Həzi Aslanov küçəsi, 2-ci döngədə yerləşən 48 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 65.250 manat, Cavabdeh1 məxsus İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad şəhəri, Məşədi Əzizbəyov küçəsində yerləşən 29 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 40.700 manat və ünvan 4ində yerləşən Əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 64.260 manat müəyyən edilməklə, həmin əmlaklar açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, o cümlədən, iddia ərizəsinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” tələbinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan daşınmaz əmlaklar satıldıqdan sonra, həmin əmlakların mülkiyyətçisi iddiaçı, yəni ləğv prosesində olan İddiaçı ASC olmaya da bilər. Buna görə də iddiaçının ipoteka predmeti olan daşınmaz əmlakların ona təhvil verilməsini tələb etməsi əsassızdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, dövlət rüsumunun 20 manatı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat isə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 80 (səksən) manatı Cavabdeh1, 65 (altmış beş) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən mediasiya xərcinin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddia tələbi qismən təmin edilməli olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilərək Cavabdeh1 300 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 99.661,43 manat əsas borc, 16.863,23 manat faiz borcu, 193 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 11.976,78 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 90 manat rüsum və mediasiya xərcinin əvəzi olaraq 300 manat olmaqla, ümumilikdə 129.104,44 (bir yüz iyirmi doqquz min yüz dörd manat, qırx dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 məxsus ünvan 4ində yerləşən əmlak kompleksi kimi müəssisəyə, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, M.Əzizbəyov küçəsində 0,2783 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evinə və Cavabdeh2 məxsus Cəlilabad şəhəri, Həzi Aslanov küçəsi, 2-ci döngədə yerləşən 48 saylı fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh1 məxsus ünvan 4ində yerləşən əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 64.260 manat məbləğində, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, M.Əzizbəyov küçəsində 0,2783 ha torpaq sahəsində yerləşən 29 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 40.700 manat məbləğində və Cavabdeh2 məxsus Cəlilabad şəhəri, Həzi Aslanov küçəsi, 2-ci döngədə yerləşən 48 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 65.250 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilsin. Əmlakların açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 80 (səksən) manatı Cavabdeh1, 65 (altmış beş) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-400/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-400/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver