Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-401/2020 18.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə ödənilmiş 7.408,26 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iləCavabdeh MMC arasında xx.xx.2019-cu iltarixdə bağlanmış 27/0619 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci maddəsinə əsasən, icarəyə verən istifadəsində olan bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavədə göstərilən texnikaları icarə məqsədi ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçiisə bu müqavilədə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən icarə müddəti 1 il müəyyən edilmişdir. Eyni müqavilənin 2.1-2.4-cü bəndlərinə əsasən texnika üçün nəzərdə tutulmuş icarə haqqı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə göstərilir, hər icarə ayının sonunda tərəflər arasında təhvil-təslim aktı tərib olunaraq imzalanır, təhvil-təslim aktı təsdiq olunduqdan sonra 5 iş günü ərzində icarəyə verən icarəçiyə elektron qaimə və elektron vergi hesab fakturası təqdim edir və icarəçi bank köçürmə yolu ilə icarəyə verənə icarə haqqını ödəyir. İcarə haqqı texnika icarəçiyə təhvil verilən gündən hesablanır. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli 1 saylı Əlavəyə əsasən, 01 ədəd 10 U 673 qeydiyyat nişanlı “JCB JS 160W” markalı ekskavatorun aylıq icarə haqqısı 7.000 manat, 01 ədəd 90 L960 qeydiyyat nişanlı “Volvo EC 2102 markalı tırtıllı ekskavatorun aylıq icarə haqqısı ƏDV daxil olmaqla 7.000 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdehə xx.xx.2019cu il tarixli aktla ümumi aylıq icarə məbləği 13.000,34 manat təşkil edən 01 ədəd ekskovator və 01 ədəd tırtıllı ekskovator; xx.xx.2019-cu il tarixli aktla ümumi aylıq icarə məbləği 18.214,91 manat təşkil edən 01 ədəd ekskovator, 01 ədəd tırtıllı ekskovator və 01 ədəd Bekoloder; xx.xx.2019-cu il tarixli aktla ümumi aylıq icarə məbləği 15.023,33 manat təşkil edən 01 ədəd ekskovator, 01 ədəd tırtıllı ekskovator və 01 ədəd Bekoloder icarəyə verilmişdir. Cavabdehin icarəyə götürdüyü texnikaya görə ödəməli olduğu icarə haqqı ümumilikdə 46.238,58 manat olduğu halda, cavabdeh xx.xx.2020-ci il tarixədək icarə haqqından cəmi 34.830,32 manat ödəməklə, yerdə qalan 11.408,26 manatı ödəmədiyindən, xx.xx.2020-ci il tarixdə qalıq borcun 7 iş günü müddətində ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş və həmin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə alınmışdır. Pretenziya məktubundan sonra cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürmə yolu ilə xx xxxxxx 2020-ci il tarixdə 4.000 manat ödənilsə də, yerdə qalan 7.408,26 manat hazıradək ödənilməmişdir. Cavabdeh 7.408,26 manat məbləğində icarə haqqı borcunun ödənilməsindən yayındığından, hesab edirlər ki, həmin məbləğ cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Həmçinin İddiaçı MMC-nin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iş materiallarına əlavə edilmiş sübutlar əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 27/0619 saylı icarə müqaviləsindən görünür ki, İddiaçı MMC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında texnikaların icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, icarəyə verən istifadəsində olan bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavədə göstərilən texnikaları icarə məqsədilə ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan aktlardan görünür ki, 27/0619 saylı, xx xxxx 2019-cu il tarixli icarə müqaviləsi və 1 saylı əlavə əsasında tərtib edilmiş xx xxxx 2019-cu il tarixli akta əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilmiş texnikaların aylıq icarəsinin cəmi 14.000 manat, xx xxxxxx 2018-ci il tarixli akta əsasən texnikaların aylıq icarəsinin 13.000,34 manat, xx.xx.2019-cu il tarixli akta əsasən texnikaların aylıq icarəsinin cəmi 18.214,91 manat və xx.xx.2019-cu il tarixli akta əsasən texnikaların aylıq icarəsinin cəmi 15.023,33 manat olması barədə tərəflər razılığa gəlmişlər. Aktlar İddiaçı MMC və Cavabdeh MMC tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. İş materiallarında olan şəxsi hesabdan çıxarışlardan və ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020 tarixlərdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 27/0619 saylı icarə müqaviləsinə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına cəmi 33.517 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, RN-M-14/1 saylı pretenziya məktubundan görünür ki, 27/0619 saylı, xx xxxx 2019-cu il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü texnikalara görə 9.668,01 manat ödənişi gecikdirilmiş borcu və ona hesablanmış 1.740,25 manat ƏDV məbləğinin (cəmi 11.408,26) olması barədə xəbərdar edilmişdir. Xəbərdarlıqlara baxmayaraq bugünə qədər borc məbləğini ödəmədiyi, qanunun tələblərinə uyğun olaraq ondan borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 27/0619 saylı, xx xxxx 2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, icarəyə verən istifadəsində olan bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə göstərilən texnikaları icarə məqsədilə ilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. 27/0619 saylı, xx xxxx 2019-cu il tarixli icarə müqaviləsi və 1 saylı əlavə əsasında tərtib edilmiş aktlarla İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmiş texnikaların aylıq icarə haqları müəyyən edilmişdir. Sözügedən icarə müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli, RN-M-14/1 saylı pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, həmin dövrə olan cəmi 11.408,26 (9.668,01 + 1.740,25) manat borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin borcdan xx.xx.2020-ci il tarixdə 4.000 ödəniş etmiş, qalan 7.408,26 manat borcun isə ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri 27/0619 saylı, xx xxxx 2019-cu il tarixli icarə müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Beləliklə, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən cavabdehin iddiaçıya 7.408,26 manat borclu olması iş materialları ilə tam təsdiq olunduğundan, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 7.408,26 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-401/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-401/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver