Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-41/2022 07.06.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi İddiaçı ASC-nin nümayəndəsi X9 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı - cavabdehlər Cavabdeh2, X6 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4583,29 manat, faiz borcuna görə 122,65 manat, cərimə borcuna görə 0 manat olmaqla borcun cəmi məbləğində 4705,94 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərinqeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması; tələbin Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1i ünvanında qeydiyyatda olan 0,30 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 310,9 kv.m. ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evinə yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh2, X6 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RB/SHF-6440 saylı Baş kredit müqaviləsi üzrəcəmi 4705,94 manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1i ünvanında qeydiyyatda olan 0,30 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 310,9 kv.m. ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1ay ərzində Cavabdeh4 oğlunun, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 qızının, Cavabdeh3, yetkinlik yaşına çatmamış X2, yetkinlik yaşına çatmamış X7 ünvan 1i ünvanında qeydiyyatda olan 0,30 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 310,9 kv.m. ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evinin boşaldılmış vəziyyətdə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsinə əsasən illik 7 faiz dərəcəsi olmaqla, 30 ay müddətinə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh2bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi X11 və Cavabdeh1 ilə İddiaçı ASC arasındaxx.xx.2019-cu il tarixli, RB/SHF-6440saylı zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.” Maliyyə arayışına əsasən Cavabdeh2xx.xx.2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 4583,29 manat, faiz borcuna görə 122,65 manat, cərimə borcuna görə 0 manat olmaqla borcun cəmi məbləğində 4705,94 manat pul təşkil edir. xx.xx.2019cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1i ünvanında qeydiyyatda olan 0,30 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 310,9 kv.m. ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evi İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi X12 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 mart 2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 7 faiz dərəcəsi ilə 30 ay müddətinə kənd təsərrüfatı və emal məqsədilə 10.000 (on min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 10.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, RB/SHF-6440 saylı zaminlik müqavilərindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Göstərilən zaminlik müqavilələrinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 13 mart 2019cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 arasında bağlanmış 13 mart 2019-cu il tarixli, RB/SHF-6440 saylı ipoteka müqaviləsinə əsasən, 13 mart 2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus, ünvan 1i ünvanında qeydiyyatda olan 0.30 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 310,9 kv.m-dən ibarət olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən görünür ki, ünvan 1i ünvanında 0.30 ha torpaq sahəsində yerləşən, 310,9 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi Cavabdeh2 tam, 0.10 ha torpaq sahəsi Cavabdeh2, 0.10 ha torpaq sahəsi Cavabdeh4 və 0.10 ha torpaq sahəsi Cavabdeh7 paylı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2, X3 və Cavabdeh7 məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli, RB-02/PK-3089 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 mart 2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 4.583,29 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 122,65 manat, cərimə borcu 0.00 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 4.705,94 manat təşkil edir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 ünvanlanmış pretenziyalardan görünür ki, tərəflər arasında bağlanılmış 13 mart 2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsi üzrə borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 13 mart 2019-cu il tarixli, RB/SHF-6440 saylı müqavlə əsasında aldığı kredit üzrə borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdırlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsinə dar bildirişin dövlət qeydiyyatı barədə” məktubun surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli, 9/5448 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, 13 mart 2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq X10 18 mart 2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 4.583,29 manat, faiz borcu üzrə 122,65 manat, ümumilikdə 4.705,94 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 aprel 2022-ci il tarixli, 066/RB/22 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 və digərləri arasında bağlanmış 13 mart 2019-cu il tarixli, RB/SHF- 6440 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 1i ünvanında mülkiyyətdə olan 0.30 ha topaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 54.000 manat, likvid dəyəri 42.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 064 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 500 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh2 kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər cavabdehlər Cavabdeh5 və Cavabdeh1 arasında zaminlik müqavilələrinin bağlanılması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında sözügedən kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə sonuncunun mülkiyyətində olan ünvan 1ində 0,30 hektar torpaq sahəsində yerləşən, 310,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli, 9/5448 saylı saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, 13 mart 2019-cu il tarixli, RB/SHF-6440 saylı müqavilədə əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 13 mart 2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsi üzrə 4.583,29 manat əsas, 122,65 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla belə, qeyd olunan Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Belə ki, tərəflər arasında bağlanılmış zaminlik müqavilələrindən görünür ki, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi, habelə həmin kredit və zaminlik müqavilələri qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabehlər həmin müqavilələrə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də Cavabdeh2 iddiaçıya xx.xx.2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsinə əsasən 4.583,29 manat əsas, 122,65 manat faiz borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli, RB/SHF-6440 saylı müqavilələr üzrə Cavabdeh1, Cavabdeh5 zamin qismində borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehlərdən tələb etməkdə haqlıdır. Buna görə də iddianın xx.xx.2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsinə əsasən 4.583,29 manat əsas, 122,65 manat faiz borcun ödənilməsinə dair hissəsi iş materialları ilə sübut olunduğundan iddia həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 13 mart 2019-cu il tarixli, RB/SHF-6440 saylı ipoteka müqaviləsi bağlanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh2 məxsus İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1ində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 42.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh X4, Cavabdeh1, X8, Cavabdeh5 qızının, Cavabdeh3 həmin fərdi yaşayış evinin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi əmlakın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, o cümlədən, iddia ərizəsinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin təhvil verilməsi” tələbinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evi satıldıqdan sonra, həmin fərdi yaşayış evinin mülkiyyətçisi iddiaçı, yəni İddiaçı ASC olmaya da bilər. Buna görə də iddiaçının fərdi yaşayış evinin təhvil verilməsini tələb etməsi əsassızdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, “Dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, İddiaçı ASC hazırkı iddia üzrə 30 manat məbləğində (qəbzin nömrəsi: 7********) dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat isə Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaitinin 400 manatı Cavabdeh2, 100 manatı isə İddiaçı ASC-dən alınaraq "xxxx" MMCnin hesabına ödənilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RB/SHF-6440 saylı kredit müqaviləsinə əsasən 4.583,29 manat əsas borc, 122,65 manat faiz borcu, 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsum, ümumilikdə 4.766,94 (dörd min yeddi yüz altmış altı manat, doxsan dörd qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh2 məxsus ünvan 1ində 0,30 hektar torpaq sahəsində yerləşən, 310,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh2 məxsus ünvan 1ində 0,30 hektar torpaq sahəsində yerləşən, 310,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 42.000 (qırx iki min) manat məbləğində olmaqla açıq hərracda satılsın və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. ünvan 1ində 0,30 hektar torpaq sahəsində yerləşən, 310,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evi 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X5, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaitinin 400 manatı Cavabdeh2, 100 manatı isə İddiaçı ASCdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-41/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-41/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver