Məhkəmə qərarları › İş №e-2-2(121)-413/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-413/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-413/2025 27.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Cavabdeh Adinayeva (Cəlilova) Aygün Güləli qızının iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Adinayeva (Cəlilova) Aygün Güləli qızı və qeyrilərinə qarşı – kredit müqaviləsi üzrə borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Adinayeva (Cəlilova) Aygün Güləli qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı - cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə - 003R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 10.887,6 manat məbləğində krеdit bоrcu, 935,85 manat məbləğində faiz bоrcu və 291,86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.115,31 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126,41 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı QSC-nin nümayəndəsi olduğunu bildirən (halbuki, səlahiyyətini təsdiq edən sənəd əlavə edilməmişdir) X2 ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında işə baxılmasını tələb etmədi və məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Ona görə ki, məhkəmə iclasının iddiaçının nümayəndəsi olmadan keçirilməsinə dair verilmiş ərizə səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. Belə ki, İddiaçı QSC tərəfindən ilə X2 iddiaçının nümayəndəsi olmasına dair sənədlər (etibarnamə, əmək müqaviləsi bildirişi və s.) məhkəmə iclasının iddiaçının nümayəndəsi olmadan keçirilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizəyə əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı QSC tərəfindən X1 verilmiş xx.xx.2024-cü il tarixlədək qüvvədə olan etibarnamə təqdim edilmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69-cu maddəsinə görə, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər (69.1), fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir (69.1-1). Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını müəyyən edən MPM-nin 73-cü maddəsi ilə nümayəndənin səlahiyyətinin qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməli olması (73.1), Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilməsi (73.4), vəkilin səlahiyyətinin qanunla müəyyən olunmuş qaydada təsdiq edilməli olması (73.5) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsinə əsasən, bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə “Elektron məhkəmə” sistemi vasitəsi ilə təqdim olunmuş X2 tərəfindən imzalanmış ərizə, səlahiyyətsiz şəxs tərəfindən verilmiş ərizə kimi qiymətləndirilməli və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı QSC-nin cavabdehlər Adinayeva (Cəlilova) Aygün Güləli qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı – kredit müqaviləsi üzrə borcun ödənilməsi barəsində iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 126,41 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar