Məhkəmə qərarları › İş №e-2-2(121)-4168/2025

Şirvan Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(121)-4168/2025

11.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4168/2025 11.03.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Ağamirzəyev Fərid Fəxrəddin oğlunu katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı – 18.500 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, 01 saylı müqaviləyə əsasən yükdaşıma xidmətləri həyata keçirilmiş və həmin müqavilə üzrə 18.500 manat borc yaranmışdır və ödənilməmiş qalmaqdadır. xx.xx.2024-cü il tarixdə bağlanmış, 01 saylı müqaviləyə əsasən, müqavilədə nəzərdə tutulmuş ödənişi tam həcmdə ödəmək cavabdehin öhdəliyidir. Cavabdehə həmin borc məbləği ilə bağlı dəfələrlə müraciət edilsə də, hər dəfə vaxt istəmiş, qısa müddətə borcu tam ödəyəcəklərinə söz vermişdir. Buna baxmayaraq, borc məbləği bu günədək ödənilməmişdir. Müvafiq elektron qaimələr olmasına baxmayaraq, cavabdeh həmin borcları ödəməmişdir. Cavabdehə müvafiq təklif (pretenziya) göndərilmişdir. Cavabdeh tərəfindən heç bir münasibət bildirilməmişdir. İddiaçı nümayəndəsi X2 cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrin surətlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 18.500 manat dəyərində daşıma xidməti göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2025ci il tarixli pretenziya məktubu göndərmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə yük daşınma xidmətləri göstərilmişdir. Lakin, cavabdehin borcu yaranmış və borcunu ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətlərin dəyərini ödəməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 18.500 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar