Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-429/2025 05.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış cərimənin silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı “əsassız hesablanmış cərimənin silinməsi tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin nümayədələri tərəfindən tərtib olunmuş “X1 qaydalarının pozulması haqqında” 03 yanvar 2023-cü il tarixli, 050909 №-li və 10 fevral 2023-cü il tarixli, NDQ 015171 № aktların ləğv edilməsi və həmin aktlar əsasən hesablanmış 1742 məbləğin abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşməsi”nə dair ərizə təqdim edərək əsassız hesablanmış cərimələrin silinməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Kürdəmir rayonu ərazisində sahibkarlıq fəaliyyəti göstərir və ona məxsus obyektdə X1 olunur. Bir müddət əvvəl obyektin elektrik sayğacında nasazlıq yarandığı üçün cavabdeh qurumun nümayəndələri həmin sayğacı dəyişiblər. Daha sonra İddiaçı məlum olub ki, obyektə cavabdeh müəssisə tərəfindən 03 yanvar 2023-cü il tarixində R 050909 nömrəli akt tərtib edilib. Həmin aktda qeyd edilir ki, sayğacın daxilində yaranmış qüsur nəticəsində enerji keçməsi dayanıb. Bir müddət keçdikdən sonra obyektə yenidən, yəni 10 fevral 2023-cü il tarixində NDQ 015171 nömrəli akt tərtib edildiyi aydın olub. Bildirilib ki, bu akt Bakıdan gələn nümayəndələr tərəfindən tərtib edilib və orada obyektə sayğac sxemindən kənar xətt daxil olduğu göstərilib. Hər iki akt əsasında obyektə 1742 manat məbləğində cərimə tətbiq edilib. Lakin İddiaçı qeyd edir ki, həmin aktların harada və necə tərtib olunmasından xəbəri olmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsində göstərilir ki, Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.2-ci maddəsi şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirir. Bundan başqa «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə «Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 16 iyul 2014-cü il tarixli 237 № Qərarı ilə X1 Qaydalarında aşağıda göstərilən kimi dəyişiklik etmişdir. «EEİQ»-nin 8.34-cü bəndi: «Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər». Yuxarıda göstərilənlərdən aydın olur ki, cavabdeh müəssisə mənə İddiaçı məxsus obyektə cərimə aktı tərtib edərkən həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin, həm X1 Qaydalarının, həm də «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərini kobud surətdə pozmuşdur.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı eyni zamanda bildirdi ki, 050909 nömrəli, 03 yanvar 2023-cü il tarixli akt və NDQ 015171 nömrəli, 10 fevral 2023-cü il tarixli akt onun iştirakı olmadan tərtib edilmişdir hesab edir ki, həmin aktlar əsasında hesablanmış cərimələr silinməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə hazırlıq iclasında şahid qismində iştirak etmiş X7 izahatında bildirdi ki, iddiaçını tanıyır, onun işçisidir və həmin obyekti o işlədir. Cərimə yazılarkən orda olmuşdur. İşıq zəif olduğu üçün işıq idarəsinə müraciət etmiş, idarə tərəfindən montyor göndərilmişdir. Həmin montyor sayğacı xarab eləmiş, playstationlar yanmış və ona nəticədə ziyan dəymişdir. Eyni zamanda bildirir ki, montyor dediki, sənin sayğacını düzəldəcəyik, ordan istifadə elə işıq sənin işığındır. 30 gün istifadə elədim dəyişmədilər, 40-cı gündə gəldilər bu hala görə cərimə elədilər.
6. Məhkəmə hazırlıq iclasında Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Kürdəmir filialının nümayəndəsi qismində iştirak etmiş mütəxəssis X6 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində X4 nümayəndələri tərəfindən vətəndaşa məxsus qeyri-yaşayış sahəsinin küçədə quraşdırılmış MP106 tipli, **********05 nömrəli hesablaşma elektrik sayğacına baxış keçirilərkən sayğacdan elektrik enerjisinin keçmədiyi əsas götürülərək 050909 nömrəli akt tərtib olunmuşdur. Qüsurlu sayğac xx.xx.2023-cü il tarixində MP106 tipli, **********55 nömrəli yeni sayğacla əvəz olunmuş və çıxarılan sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyada sayğacın daxili qüsur səbəbindən işləmədiyi barədə rəy verilmişdir. Akta əsasən 20 gün üçün orta günlük hesabat aparılaraq, dəyəri 127,27 manat olan 1157 kVts elektrik enerjisi sərfiyyatı abonentin enerji hesabına əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 nömrəli, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nm (bundan sonra - Qaydalar) 8.16-cı bəndinin tələblərinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Lakin 20 gün üçün orta günlük hesabat aparılarkən enerji təchizatı müəssisəsi və istehlakçı arasında hər hansı razılaşmanın həyata keçirilməsi barədə sənəd təqdim olunmamışdır. Yeni sayğac quraşdırıldıqdan (normal sxemdə) 17 gün sonra xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin nümayəndələri tərəfindən qeyriyaşayış sahəsinin MP106 tipli, **********05 nömrəli hesablaşma elektrik sayğacına baxış keçirilərkən sayğacdan kənar xətt vasitəsilə X1 olunduğu əsas götürülərək istehlakçının iştirakı təmin olunmadan NDQ 015171 nömrəli akt tərtib olunmuşdur. Akta əsasən 90 günlük hesabat aparılaraq (gücə görə) dəyəri 1615,68 manat olmaqla 14688 kVts elektrik enerjisi sərfiyyatı abonentin enerji hesabına əlavə edilmişdir. Hesab edir ki, hər iki akt üzrə hesablanmış müvafiq olaraq 127,27 manat və 1615,68 manat məbləğlərin istehlakçının enerji hesabından silinməsi məqsədə müvafiqdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərişıq ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
9. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
10. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
11. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
12.iş materiallarında olan "xxxx" ASC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 050909 nömrəli aktdan görünür ki, Kürdəmir şəhərində yerləşən İddiaçı məxsus obyektə quraşdırılmış sayğacına baxış keçirilmiş, baxış zamanı məlum oldu ki, sayğacın daxilində yaranmış qüsur nəticəsində sayğacda olan olan enerji keçmir.Abonentin ərizəsinə əsasən keçən yük P=5,2 kvt göstərilmiş və E.E.İ.Q-na uyğun olaraq sayğacın yenisi ilə əvəz olunması və enerji ilə təmin edilməsi barədə akt tərtib edilmişdir.
13. İş materiallarında olan "xxxx" ASC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, NDQ 015171 nömrəli aktdan görünür ki, Kürdəmir şəhərində yerləşən İddiaçı məxsus obyektə quraşdırılmış sayğacına baxış keçirilmiş, baxış zamanı məlum oldu ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur, Belə ki, kənar xətt, “54010817”№-li elektrik sayğacının çıxış xəttindən bir başa obyektin daxilində quraşdırılmış elektrik şitinə verilmişdir. Göstərilən elektrik sayğacı işləmir, xətdən axan yükü qeyd etmir və kompüter məlumat bazasında təkrar göstərici kimi daxil edilməsi ilə bağlı akt tərtib edilmişdir.
14. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu **********2) istifadəsində olan obyektə xx.xx.2023-cü il tarixli, 050909 nömrəli akt əsasında 127,27 manat, xx.xx.2023-cü il tarixli, NDQ 015171 nömrəli akt 1615,68 manat əsasında borc hesablanmışdır.
15. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, müvafiq sənədlərin təhlili zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixində X4 nümayəndələri tərəfindən vətəndaşa məxsus qeyri-yaşayış sahəsinin küçədə quraşdırılmış MP106 tipli, **********05 nömrəli hesablaşma elektrik sayğacına baxış keçirilərkən sayğacdan elektrik enerjisinin keçmədiyi əsas götürülərək 050909 nömrəli akt tərtib olunmuşdur. Qüsurlu sayğac xx.xx.2023-cü il tarixində MP106 tipli, **********55 nömrəli yeni sayğacla əvəz olunmuş və çıxarılan sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyada sayğacın daxili qüsur səbəbindən işləmədiyi barədə rəy verilmişdir. Akta əsasən 20 gün üçün orta günlük hesabat aparılaraq, dəyəri 127,27 manat olan 1157 kVts elektrik enerjisi sərfiyyatı abonentin enerji hesabına əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 nömrəli, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nm (bundan sonra - Qaydalar) 8.16-cı bəndinin tələblərinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Lakin 20 gün üçün orta günlük hesabat aparılarkən enerji təchizatı müəssisəsi və istehlakçı arasında hər hansı razılaşmanın həyata keçirilməsi barədə sənəd təqdim olunmamışdır. Yeni sayğac quraşdırıldıqdan (normal sxemdə) 17 gün sonra xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin nümayəndələri tərəfindən qeyri-yaşayış sahəsinin MP106 tipli, **********05 nömrəli hesablaşma elektrik sayğacına baxış keçirilərkən sayğacdan kənar xətt vasitəsilə X1 olunduğu əsas götürülərək istehlakçının iştirakı təmin olunmadan NDQ 015171 nömrəli akt tərtib olunmuşdur. Akta əsasən 90 günlük hesabat aparılaraq (gücə görə) dəyəri 1615,68 manat olmaqla 14688 kVts elektrik enerjisi sərfiyyatı abonentin enerji hesabına əlavə edilmişdir. Qaydaların 8.17-2-ci yarımbəndinin tələblərinə əsasən istehlakçı hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Həmçinin Qaydaların 7.19-cu bəndinin tələblərinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Bununla bağlı müvafiq sənədlərin təqdim olunması məqsədilə onlar tərəfdən "xxxx" ASC-yə göndərilmiş məktuba, cavab olaraq kənar xətdən istifadə halını təsdiqləyən foto və ya videoçəkiliş, o cümlədən, sözügedən yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış Agentliyin Kürdəmir filialına təqdim olunmamışdır. Nəticə etibarı ilə 050909 nömrəli akta əsasən hesabatın Qaydaların 8.16-cı bəndinin tələblərinə uyğun aparılması, eləcə də, Qaydaların 7.19-cu və 8.17-2-ci bəndlərinin tələbləri pozulmaqla tərtib olunmuş NDQ 015171 nömrəli aktın hüquqi əsası olmadığından ona əsasən hesablanmış 1615,68 manat məbləğin istehlakçının enerji hesabından silinməsinin məqsədə müvafiq olunması göstərilmişdir.
b) Tətbiq edilən hüquq:
16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama dedikdə yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu başa düşülür. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. - 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. - 20.1-20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. - 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər.
17. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanı:
- 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. - 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
18. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
- 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1” Qaydaları:
- 8.34-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. - 1.1-ci bəndin 4-cü abzasına əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı. - 4.1-ci Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. - 8.1-ci Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.16-cı bəndinin tələblərinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. - 8.17-2-ci yarımbəndinin tələblərinə əsasən istehlakçı hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. - 7.19-cu bəndinin tələblərinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməli - 6.1-ci Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi həyata keçirir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
22. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.
23. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış mübahisə enerji təchizatı müəssisəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent arasında sonuncuya məxsus obyektdə alqı-satqı müqaviləsi əsasında elektrik enerjisinin X1 qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətlərdən irəli gəlir. İddia ərizəsinin və iddianın dəqiqləşməsi barədə ərizənin məzmunundan görünür ki, hazırda İddiaçı Azərişıq” ASC tərəfindən tərtib edilmiş 050909 nömrəli, 03 yanvar 2023cü il tarixli akt əsasında hesablanmış 127 manat borc və NDQ 015171 nömrəli, 10 fevral 2023-cü il tarixli akt əsasında hesablanmış 1615,68 manat məbləğində borcun silinməsini tələb edir.
24. Məhkəmə hesab edir ki, iddianın əsaslılığına tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu baxımdan, məhkəmə iş materiallarına əlavə edilmiş mütəxəssis rəyini və yuxarıda qeyd olunan “X1” Qaydalarını nəzərə alaraq iddiaçının istifadəsində olan obyektə xx.xx.2023-cü il tarixli, 050909 nömrəli akt əsasında hesablanmış 127,27 manat məbləğində borca münasibətdə qeyd edir ki, qeyri-yaşayış sahəsinin küçədə quraşdırılmış MP106 tipli, **********05 nömrəli hesablaşma elektrik sayğacına baxış keçirilərkən sayğacdan elektrik enerjisinin keçmədiyi əsas götürülərək 050909 nömrəli akt tərtib olunmuşdur. Qüsurlu sayğac xx.xx.2023-cü il tarixində MP106 tipli, **********55 nömrəli yeni sayğacla əvəz olunmuş və çıxarılan sayğac yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyada sayğacın daxili qüsur səbəbindən işləmədiyi barədə rəy verilmişdir. Akta əsasən 20 gün üçün orta günlük hesabat aparılaraq, dəyəri 127,27 manat olan 1157 kVts elektrik enerjisi sərfiyyatı abonentin enerji hesabına əlavə edilmiş, lakin 20 gün üçün orta günlük hesabat aparılarkən enerji təchizatı müəssisəsi və istehlakçı arasında hər hansı razılaşmanın həyata keçirilməsi barədə sənəd təqdim olunmamışdır.
25. Məhkəmə, mütəxəssis rəyini nəzərə alaraq iddiaçının istifadəsində olan obyektə xx.xx.2023-cü il tarixli, NDQ 015171 nömrəli akt əsasında hesablanmış 1615,68 manat məbləğində borca münasibətdə isə qeyd edir ki, iddiaçının istifadəsində olan obyektə keçirilən yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla keçirildiyindən həmin akt əsasında hesablanmış borc qanuni hesab edilə bilməz. Ona görə ki, iddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış X1 qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılmalı olduğu halda, bu tələblər pozulmaqla yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib edilmiş 050909 nömrəli, 03 yanvar 2023-cü il tarixli akt əsasında hesablanmış 127 manat borc və NDQ 015171 nömrəli, 10 fevral 2023-cü il tarixli akt əsasında hesablanmış 1615,68 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********2) silinməlidir.
Nəticə:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 050909 nömrəli, 03 yanvar 2023-cü il tarixli akt əsasında hesablanmış 127 manat borc və NDQ 015171 nömrəli, 10 fevral 2023-cü il tarixli akt əsasında hesablanmış 1615,68 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********2) silinsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev