Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-43/2022 17.08.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 ASC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 qarşı müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair ilk iddiası, həmçinin iddiaçı Cavabdeh4 MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı Cavabdeh4 MMC-yə münasibətdə kredit müqaviləsi üzrə öhdəliyin gecikmiş hesab edilməsinə və gecikməyə görə kredit borcu üzrə faizlərin hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, gecikməyə görə kredit borcu üzrə hesablanmış faizlərin silinməsi vəzifəsinin İddiaçı ASC-yə həvalə edilməsi barəsində qarşılıqlı iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 ASC-yə, Cavabdeh4 MMC-yə, Cavabdeh5 MMC-yə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2 ASCdən, Cavabdeh5 MMC-dən, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X1 İddiaçıASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0-28-18 (1) saylı kredit müqaviləsi üzrə 1.119.075,2 ABŞ dolları əsas, 70.719,54 ABŞ dolları faiz, 30.248,37 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1.220.043,11 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0-28-18 (2) saylı kredit müqaviləsi üzrə 347.942,52 ABŞ dolları əsas, 19.484,87 ABŞ dolları faiz, 10.234,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 377.662,04 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0-28-18 (3) saylı kredit müqaviləsi üzrə 199.999,36 manat əsas, 21.510,4 manat faiz borcu, 11.888,78 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3.084,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 236.483,24 manat, xx.xx.2019-cu il tarixli 24-BİZ1-0-28-18 (4) saylı kredit müqaviləsi üzrə 462.751,76 ABŞ dolları əsas, 25.065,82 ABŞ dolları faiz, 13.353,16 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 501.170,74 ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 24-BİZ- 1-0-28-18 (5) saylı kredit müqaviləsi üzrə 652.493,64 ABŞ dolları əsas, 41.234,12 ABŞ dolları faiz, 19.855,35 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 713.583,11 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına yönəldilməsi, həmin qeyri-yaşayış binalarının açıq hərracdan satılması və borcun qeyriyaşayış binalarının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binalarının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 MMC, “Azrus-Dostluq“ ASC və Cavabdeh5 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı ASC xx.xx.2021-ci il tarixli iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2 ASCdən, Cavabdeh5 MMC-dən, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X1 İddiaçıASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0-28-18 (1) saylı kredit müqaviləsi üzrə 1.119.075,2 ABŞ dolları əsas, 80.511,48 ABŞ dolları faiz, 39.581,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1.239.168,21 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0- 28-18 (2) saylı kredit müqaviləsi üzrə 283.331,64 ABŞ dolları əsas, 16.083,63 ABŞ dolları faiz, 12.666,58 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 312.081,85 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0-28-18 (3) saylı kredit müqaviləsi üzrə 199.999,36 manat əsas, 25.510,44 manat faiz borcu, 16.888,74 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 4.335,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 246.733,79 manat, xx.xx.2019-cu il tarixli 24-BİZ1-0-28-18 (4) saylı kredit müqaviləsi üzrə 462.751,76 ABŞ dolları əsas, 28.536,31 ABŞ dolları faiz, 17.490,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 508.778,61 ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 24-BİZ-1-0-28-18 (5) saylı kredit müqaviləsi üzrə 652.493,64 ABŞ dolları əsas, 46.943,52 ABŞ dolları faiz, 25.583,58 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 725.020,74 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyriyaşayış binalarına yönəldilməsi, həmin qeyri-yaşayış binalarının açıq hərracdan satılması və borcun qeyri-yaşayış binalarının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binalarının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 MMC, “Azrus-Dostluq“ ASC və Cavabdeh5 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı ASC xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2 ASC-dən, Cavabdeh5 MMC-dən, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X1 İddiaçıASCnin xeyrinə xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0-28-18 (1) saylı kredit müqaviləsi üzrə 600.000 ABŞ dolları əsas, 158.829,51 ABŞ dolları faiz, 111.611,47 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 870.440,98 ABŞ dolları; xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0- 28-18 (2) saylı kredit müqaviləsi üzrə 7.000 ABŞ dolları əsas, 25.934,12 ABŞ dolları faiz, 15.798,81 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 48.732,93 ABŞ dolları; xx.xx.2018-ci il tarixli, 24- BİZ-1-0-28-18 (3) saylı kredit müqaviləsi üzrə 199.999,36 manat əsas, 61.332,59 manat faiz borcu, 61.666,18 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.534,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 338.533,08 manat; xx.xx.2019-cu il tarixli 24-BİZ1-0-28-18 (4) saylı kredit müqaviləsi üzrə 261.222,1 ABŞ dolları əsas, 52.559,16 ABŞ dolları faiz, 26.556,12 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 340.337,38 ABŞ dolları; xx.xx.2019-cu il tarixli, 24-BİZ-1-0-28-18 (5) saylı kredit müqaviləsi üzrə 435.449,08 ABŞ dolları əsas, 90.375,24 ABŞ dolları faiz, 56.064,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 581.889,2 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına yönəldilməsi, həmin qeyri-yaşayış binalarının açıq hərracdan satılması və borcun qeyriyaşayış binalarının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binalarının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 MMC, “Azrus-Dostluq“ ASC və Cavabdeh5 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı ASC xx.xx.2022-ci il tarixli iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2 ASCdən, Cavabdeh5 MMC-dən, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X1 İddiaçıASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0-28-18 (1) saylı kredit müqaviləsi üzrə 600.000 ABŞ dolları əsas, 158.829,51 ABŞ dolları faiz, 111.611,47 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 870.440,98 ABŞ dolları; xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0- 28-18 (2) saylı kredit müqaviləsi üzrə 7.000 ABŞ dolları əsas, 25.934,12 ABŞ dolları faiz, 15.798,81 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 48.732,93 ABŞ dolları; xx.xx.2018-ci il tarixli, 24-BİZ-1- 0-28-18 (3) saylı kredit müqaviləsi üzrə 199.999,36 manat əsas, 61.332,59 manat faiz borcu, 61.666,18 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.534,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 338.533,08 manat; xx.xx.2019-cu il tarixli 24-BİZ1-0-28-18 (4) saylı kredit müqaviləsi üzrə 261.222,1 ABŞ dolları əsas, 52.559,16 ABŞ dolları faiz, 26.556,12 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 340.337,38 ABŞ dolları; xx.xx.2019-cu il tarixli, 24-BİZ-1-0-28-18 (5) saylı kredit müqaviləsi üzrə 435.449,08 ABŞ dolları əsas, 90.375,24 ABŞ dolları faiz, 56.064,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 581.889,2 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına yönəldilməsi, həmin qeyri-yaşayış binalarının açıq hərracdan satılması və borcun qeyriyaşayış binalarının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binalarının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 MMC, “Azrus-Dostluq“ ASC və Cavabdeh5 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı ASC xx.xx.2022-ci il tarixli iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2 ASCdən, Cavabdeh5 MMC-dən, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X1 İddiaçıASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0-28-18 (1) saylı kredit xətti verilməsinə dair razılaşmaya xx.xx.2019-cu il tarixli 2 nömrəli əlavə saziş üzrə banka 600.000 ABŞ dolları əsas, 164.196,18 ABŞ dolları faiz, 111.611,47 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 875.807,65 ABŞ dolları; xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0- 28-18 (2) saylı kredit müqaviləsi üzrə 7.000 ABŞ dolları əsas, 25.987,78 ABŞ dolları faiz, 15.798,81 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 48.786,59 ABŞ dolları; xx.xx.2018-ci il tarixli, 24-BİZ-1-0-28- 18 (3) saylı kredit müqaviləsi üzrə 199.999,36 manat əsas, 65.421,46 manat faiz borcu, 66.777,24 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 16.813,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 349.011,41 manat; xx.xx.2019-cu il tarixli 24-BİZ1-0-28-18 (4) saylı kredit müqaviləsi üzrə 200.000 ABŞ dolları əsas, 54.235,35 ABŞ dolları faiz, 26.566,12 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 280.801,47 ABŞ dolları; xx.xx.2019-cu il tarixli, 24-BİZ-1-0-28-18 (5) saylı kredit müqaviləsi üzrə 358.790,58 ABŞ dolları əsas, 94.107,67 ABŞ dolları faiz, 56.064,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 508.963,13 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına yönəldilməsi, həmin qeyri-yaşayış binalarının açıq hərracdan satılması və borcun qeyriyaşayış binalarının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 122 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binalarına tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binalarının boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh4 MMC, “Azrus-Dostluq“ ASC və Cavabdeh5 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28- 18 №li Baş kredit müqaviləsinə əsasən birgə borcalan olan “İlkin-MM “ MMC-yə , “Konven “ MMC-yə və "xxxx" ASC-yə "xxxx" İKB ASC-dən illik 24%-dən çox olmamaqla 60 ay müddətinə 7.700.000 ( yeddi milyon yeddi yüz min ) AZN məbləğində kredit limiti ayrılmışdır. 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (1) №-li kredit xətti verilməsinə dair razılaşmaya əsasən “İlkin-MM “ MMC-yə illik 16%-lə 60 ay müddətinə 4.300.000 (dörd milyon üç yüz min ) manat məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (1) №-li kredit xətti verilməsinə dair razılaşmaya, 2018ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(2) №-li kredit verilməsinə dair razılaşmaya 18 oktyabr 2019-cu il tarixli 2 №li Əlavə Sazişə əsasən kredit məbləği konvertasiya edilməklə 1.226.603.88 ABŞ dolları təşkil edir , kreditin faiz dərəcəsi 7 % olmaqla , kreditin müddəti xx.xx.2023-cü il tarixədək təyin edilir. 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (2) №-li kredit xətti verilməsinə dair razılaşmaya əsasən “İlkin-MM “ MMC-yə illik 6%-lə 60 ay müddətinə 1.000.000 (bir milyon ) ABŞ dolları məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (3) №-li kredit xətti verilməsinə dair razılaşmaya əsasən “Azrus - Dostluq “ ASC –yə illik 16%-lə 24 ay müddətinə 200.000 (iki yüz min ) manat məbləğində yeniləşdirilən kredit xətti açılmışdır. 2019-cu il 21 fevral tarixli 24-BİZ-1-0-28-18 (4) №-li kredit xətti verilməsinə dair razılaşmaya əsasən “İlkin-MM “ MMC-yə illik 6%-lə 58 ay müddətinə 600.000 (altı yüz min ) ABŞ dolları məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. 2019-cu il 21 fevral tarixli 24-BİZ-1-0-28-18 (5) №li kredit xətti verilməsinə dair razılaşmaya əsasən “İlkin-MM “ MMC-yə illik 16%-lə 50 ay müddətinə 1.196.000 (bir milyon bir yüz doxsan altı min ) AZN məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. 2019-cu il 21 fevral tarixli 24-BİZ-1-0-28-18 (5) №li kredit xətti verilməsinə dair razılaşmaya, 2019-cu il 18 oktyabr tarixli 4- BİZG5Z2-2-0-3- 18(5) №-li kredit verilməsinə dair razılaşmaya 18 oktyabr 2019-cu il tarixli 1 №li Əlavə Sazişə əsasən kredit məbləği konvertasiya edilməklə 703.943,49 ABŞ dolları təşkil edir , kreditin faiz dərəcəsi 7 % olmaqla, kreditin müddəti xx.xx.2023-cü il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh3 ilə 10 dekabr 2018-ci il tarixli 24-BİZ-1-0-28-18 (1) saylı , Cavabdeh1 ilə 10 dekabr 2018-ci il tarixli 24-BİZ-1-0-28-18 (2) saylı , Cavabdeh7 ilə 10 dekabr 2018-ci il tarixli 24-BİZ-1-0-28-18 (3) saylı , X5 ilə 10 dekabr 2018-ci il tarixli 24- BİZ-1-0-28-18 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri , Nərimanov rayonu , Təbriz küçəsində yerləşən 122 saylı qeyri-yaşayış binası 2018-ci il 20 dekabr tarixli 24-BİZ-1-0-28-18 (1) №li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən 12 saylı qeyri-yaşayış binası 2018-ci il 20 dekabr tarixli 24-BİZ-1-0-28- 18 №li ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 10 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.1-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borcalanlar borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. Həmçinin iddiaçı Cavabdeh4 MMC cavabdeh İddiaçı ASC-yə qarşı xx.xx.2021-ci il tarixli qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 MMC-yə münasibətdə kredit müqaviləsi üzrə öhdəliyin gecikmiş hesab edilməsinə və gecikməyə görə kredit borcu üzrə faizlərin hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi, gecikməyə görə kredit borcu üzrə hesablanmış faizlərin silinməsi vəzifəsinin İddiaçı ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh4 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2021-ci il tarixdə kommersiya işinin başqa məhkəməyə verilməsinə dair vəsatət vermiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən vəsatət təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh4 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli şikayətə əsasən Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini, əks təqdirdə isə işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 şikayəti təmin edilməmiş və 22 iyun 2021-ci il tarixli, e-2-2(121)-709/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmiş və həmin qərardaddan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(106)-199/2021 saylı qərardadına əsasən şikayət təmin edilməmiş və Şirvan Kommersiya Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, e-2-2(121)-709/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin dəqiqləşdirilməsi ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh4 MMC və ilk iddia üzrə digər cavabdhlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh4 MMC, Cavabdeh5 MMC və Cavabdeh2 ASC arasında 24-BİZ-1-0-28-18 saylı, xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 24 faiz ödəmək şərti ilə 60 ay müddətinə 7.700.000 manat məbləğində kredit limiti ayrılmışdır. İşin materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 24-BİZ-1-0-28-18 (1) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən “İlkin-MM “ MMC-yə illik 16%-lə 60 ay müddətinə 4.300.000 manat məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 24-BİZ-1-0-28-18 (2) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən “İlkin-MM “ MMC-yə illik 6%-lə 60 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 24-BİZ-1-0-28-18 (3) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən “Azrus - Dostluq “ ASC –yə illik 16%-lə 24 ay müddətinə 200.000 manat məbləğində yeniləşdirilən kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 24-BİZ-1-0-28-18 (4) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən “İlkin-MM “ MMC-yə illik 6%-lə 58 ay müddətinə 600.000 ABŞ dolları məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 24-BİZ-1-0-28-18 (5) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən “İlkin-MM “ MMC-yə illik 16%-lə 50 ay müddətinə 1.196.000 AZN məbləğində yeniləşdirilməyən kredit xətti açılmışdır. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24-BİZ-1-0-28-18 (1) saylı, xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən qeyriyaşayış binası kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 8.000.000 manat məbləğində qiymətləndirilmişdir. İşin materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24- BİZ-1-0-28-18 saylı, xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 4.000.000 manat məbləğində qiymətləndirilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh1 mülkiyyətindədir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası Cavabdeh1 mülkiyyətindədir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixli 24-BİZ-1-0-28-18 saylı zaminlik müqaviləsi bağlanmışdır. İşin materiallarında olan"xxxx" İKB ASC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli 24-BİZ-1-0-28-18 (2) saylı zaminlik müqaviləsi bağlanmışdır. İşin materiallarında olan"xxxx" İKB ASC ilə Cavabdeh7 arasında xx.xx.2018-ci il tarixli 24-BİZ-1-0-28-18 (3) saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2020-ci il tarixli bildirişlər göndərmişdir. İşdən görünür ki, ilkin iddia üzrə iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixində illik 16%-lə 24 ay müddətinə 200.000 manat məbləğindəki kredit müqaviləsinə əsasən ilkin iddia üzrə Cavabdeh2 ASC-nin 199.999,36 manat məbləğində əsas borc, 66.777,24 manat məbləğində cərimə borcu, 65.421,46 manat faiz, 16.813,35 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 349.011,41 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixində illik 6%-lə 59 ay müddətinə 1.000.000 manat məbləğindəki kredit müqaviləsinə əsasən ilkin iddia üzrə Cavabdeh4 MMC-nin kredit müqaviləsi üzrə 7.000 ABŞ dolları məbləğində əsas borc, 15.798,81 ABŞ dollar məbləğində cərimə borcu, 25.987,78 ABŞ dolları faiz, cəmi 48.786,59 ABŞ dolları məbləğində kredit borcu vardır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixində illik 6%-lə 58 ay müddətinə 600.000 manat məbləğindəki kredit müqaviləsinə əsasən ilkin iddia üzrə Cavabdeh4 MMC-nin kredit müqaviləsi üzrə 200.000 ABŞ dolları məbləğində əsas borc, 26.566,12 ABŞ dollar məbləğində cərimə borcu, 54.235,35 ABŞ dolları faiz, cəmi 280.801,47 ABŞ dolları məbləğində kredit borcu vardır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixində illik 7%-lə 50 ay müddətinə 703.943,49 manat məbləğindəki kredit müqaviləsinə əsasən ilkin iddia üzrə Cavabdeh4 MMC-nin kredit müqaviləsi üzrə 358.790,58 ABŞ dolları məbləğində əsas borc, 56.064,88 ABŞ dollar məbləğində cərimə borcu, 94.107,67 ABŞ dolları faiz, cəmi 508.963,13 ABŞ dolları məbləğində kredit borcu vardır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixində illik 7%-lə 50 ay müddətinə 1.226.603,88 manat məbləğindəki kredit müqaviləsinə əsasən ilkin iddia üzrə Cavabdeh4 MMC-nin kredit müqaviləsi üzrə 600.000 ABŞ dolları məbləğində əsas borc, 111.611,47 ABŞ dollar məbləğində cərimə borcu, 164.196,18 ABŞ dolları faiz, cəmi 875.807,65 ABŞ dolları məbləğində kredit borcu vardır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/1632 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 24- BİZ-1-0-28-18 (1) saylı xx.xx.2018-ci il tarixli kredit xətti verilməsinə dair razılaşmasına əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 1.119.074,93 manat, faiz borcu üzrə 80.076,03 manat; 24-BİZ-1-0-28-18 (2) saylı xx.xx.2018-ci il tarixli kredit xətti verilməsinə dair razılaşmasına əsasən xx.xx.2021-ci il tarixə əsas borcu üzrə 298.901,50 ABŞ dolları, faiz borc üzrə 547,99 ABŞ dolları; 24-BİZ-1-0-28-18 (4) saylı xx.xx.2019-cu il tarixli kredit xətti verilməsinə dair razılaşmasına əsasən xx.xx.2021-ci il tarixə əsas borcu üzrə 462.752,16 ABŞ dolları, faiz borc üzrə 28.382,13 ABŞ dolları; 24-BİZ-1-0-28-18 (5) saylı xx.xx.2019-cu il tarixli kredit xətti verilməsinə dair razılaşmasına əsasən xx.xx.2021-ci il tarixə əsas borcu üzrə 652.493,78 ABŞ dolları, faiz borc üzrə 46.689,55 ABŞ dolları; 24- BİZ-1-0-28-18 (3) saylı xx.xx.2018-ci il tarixli kredit xətti verilməsinə dair razılaşmasına əsasən xx.xx.2021-ci il tarixə əsas borcu üzrə 199.380,80 manat, faiz borc üzrə 33.794 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 250 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli 4.380,77 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırki likvid dəyəri 8.600.000 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 4 mərtəbəli 2.992 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırki likvid dəyəri 4.300.000 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 1.000 manat məbləğində təşkil edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə onlar zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 24- BİZ-1-2-28-18 (3) saylı kredit xətti verilməsinə dair razılaşma iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, xx.xx.2020-ci il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddia “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə 24-BİZ-1-0-28-18 (1) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən cərimənin 111.611,47 ABŞ dolları məbləğində deyil, 12.000 ABŞ dolları; 24-BİZ-1-0-28-18 (2) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən cərimənin 15.798,81 ABŞ dolları məbləğində deyil, 1.600 ABŞ dolları; 24-BİZ-1- 0-28-18 (3) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən cərimənin 66.777,24 manat məbləğində deyil, 7.000 manat; 24-BİZ-1-0-28-18 (4) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən cərimənin 26.566,12 ABŞ dolları məbləğində deyil, 2.700 ABŞ dolları; 24-BİZ-1-0-28-18 (5) saylı kredit xətti verilməsinə dair razılaşmaya əsasən cərimənin 56.064,88 ABŞ dolları məbləğində deyil, 6.000 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin “ipoteka qoyulmuş daşınmaz əmlaka tutmanın yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın bu hissəsi də təmin edilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra əmlakın boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən əmlaklar ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “əmlakların iddiaçıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, əmlakın təhvil verilməsi üçün əmlaka tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, alqı-satqıdan sonrakı 1 ay ərzində əmlakı könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi əmlakın ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin əmlakı 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “əmlakın iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, əmlak satıldıqdan sonra onun mülkiyyətçi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçının əmlakın alıcıya təhvil verilməsini tələb etməsi əsassızdır. Məhkəmə iddia tələbinin “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydadaicra edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, ilk iddia qismən təmin olunduğu üçün və məhkəmə araşdırması zamanı qarşılıqlı iddianın əsaslılığına dair heç bir tutarlı sübut və dəlil təqdim edilmədiyinə görə qarşılıqlı iddia təmin edilə bilməz və rədd olunmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 1.000 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2ASC, Cavabdeh5 MMC, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X1 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 250 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 250 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh4 MMC, “Azrus-Dostluq“ ASC və Cavabdeh5 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Baş kredit müqaviləsi ləğv edilsin. 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (1) saylı kredit xətti verilməsinə dair razılaşmaya xx.xx.2019-cu il tarixli 2 N-li Əlavə Saziş üzrə banka 600.000 ABŞ dolları əsas, 164.196,18 ABŞ dolları faiz, 12.000 ABŞ dolları cərimə borcu, cəmi 776.196,18 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə); 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (2) saylı kredit xətti verilməsinə dair razılaşma üzrə banka 7000 ABŞ dolları əsas, 25.987,78 ABŞ dolları faiz, 1.600 ABŞ dolları cərimə borcu, cəmi 34,587.78 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə), 2018-ci il 10 dekabr tarixli 24-BİZ-1-0-28-18 (3) saylı saylı kredit xətti verilməsinə dair razılaşma üzrə banka 199.999,36 manat əsas, 65.421,46 manat faiz borcu, 7.000 manat cərimə, 16.813,35 manat illik 5% hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 289.234,17 manat; 2019-cu il 21 fevral tarixli 24-BİZ-1-0-28-18 (4) saylı saylı kredit xətti verilməsinə dair razılaşma üzrə banka 200.000 ABŞ dolları əsas, 54.235,35 ABŞ dolları faiz, 2.700 ABŞ dolları cərimə borcu, cəmi 256.935,35 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə), 2019-cu il 21 fevral tarixli 24-BİZ-1-0-28-18 (5) saylı kredit xətti verilməsinə dair razılaşmaya xx.xx.2019-cu il tarixli 1 N-li Əlavə Saziş üzrə banka 358.790,58 ABŞ dolları əsas, 94.107,67 ABŞ dolları faiz, 6.000 ABŞ dolları cərimə borcu, cəmi 458.898,25 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) borc cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 ASC, Cavabdeh5 MMC, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli 4.380,77 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinə və Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 4 mərtəbəli 2.992 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilsin. ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli 4.380,77 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 8.600.000 manat və ünvan 4 ünvanında yerləşən 4 mərtəbəli 2.992 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 4.300.000 manat məbləğində olmaqla açıq hərracdan satılsınlar. Qeyd olunan qeyri-yaşayış sahələrinin satılmasından əldə edilən vəsaitdən 1.526.617,56 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) və 289.234,17 manat məbləğində kredit borcu İddiaçı ASC-yə ödənilsin. Qeyd olunan qeyri-yaşayış sahələrinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin əmlaklar boşaldılsın. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 250 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 ASC, Cavabdeh5 MMC, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X1 müştərək qaydada alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1000 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 ASC, Cavabdeh5 MMC, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 və X1 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-43/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-43/2022
17.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver