Məhkəmə qərarları › İş №e-2-2(121)-4335/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-4335/2025

08.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-4335/2025 08.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2900 manat əsas borc və 500 manat faiz borcunun, həmçinin 54 manat dövlət rüsumunun, ümumilikdə 3454 manat məbləğində pulun cavabdeh X2 tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkar olaraq (VÖEN **********) fəaliyyət göstərir və cavabdeh X1 fəaliyyəti ilə bağlı 2900 manat borc vermişdir. Belə ki, həmin 2900 manatı bankdan kredit götürdükdən sonra X4 ehtiyacı olduğu üçün vermişdir. Cavabdeh X5 həmin borc məbləğini vaxtında ödəmədiyi üçün o, əlavə olaraq 500 manat banka faiz borcu ödəmişdir. X5 özü də sahibkarlıq fəaliyyəti ilə məşğuldur (VÖEN **********) və İmişli rayonunda qeydiyyatdadır. Şirvan Kommersiya Məhkəməsinə müraciət etməkdə məqsədi cavabdeh X4 vermiş olduğu 2900 manat borc məbləğinin və bankda yaranan 500 manat faiz borcunun cavabdeh X2 tutulmasıdır. Çünki cavabdeh borcunu qaytarmaq niyyətində deyildir. Həmçinin 2900 manat əsas borc və 500 manat faiz borcu ilə birlikdə, məhkəmə üçün ödəmiş olduğu 54 manat dövlət rüsumunun cavabdehdən tutulmasını da tələb edir. Belə ki, cavabdeh onu ziyana salıb və borcunu qaytarmır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, işin ümumi və ya kommersiya məhkəməsində baxılmasına dair aidiyyət məsələsinin tərəflərin iştirakı ilə araşdırılması zəruridir. Bu məqsədlə iş məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı izahatında cavabdehdən tələb etdiyi pulu ona borc olaraq verdiyini, cavabdeh X5 ilə aralarında hər hansı bir ticarət əlaqəsinin olmadığını bildirdi. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məhkəmə aidiyyətinə dair qüvvədə olan qanunvericilik normalarının tələblərinə görə hazırki iş üzrə mübahisəyə, tərəflərin birgə və (və ya) ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi kommersiya məhkəmələrində baxılması mümkün deyildir. Belə ki, İddiaçı izahatından məlum olmuşdur ki, iddianın obyekti olan pul məbləği cavabdehlə hər hansı bir kommersiya xarakterli münasibətləri çərçivəsində yox, adi borc məqsədi ilə verilmişdir. Məhkəmə, yuxarıda şərh olunanları ümumiləşdirərək bu qənaətə gəlir ki, işin hallarından iddianın obyekti olan pul məbləğinin adi borc məqsədi ilə verildiyi, buna görə də tərəflər arasında şifahi qaydada bağlanan borc müqaviləsi üzrə yaranmış münasibətin xarakterinin tərəflərin birgə və ya ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmadığı müəyyən olunur. İşdən görünür ki, bu iş üzrə yaranmış mübahisə tərəflər arasında kommersiya fəaliyyəti çərçivəsində bağlanmış müqavilədən və ya kommersiya əməliyyatından irəli gəlmir. Borc münasibəti sahibkarlıq dövriyyəsi ilə bilavasitə bağlı olmamış, cavabdehə təsərrüfat subyekti kimi deyil, ümumi mülki öhdəlik çərçivəsində verilmişdir. Mübahisənin predmeti kommersiya xarakteri daşımadığından iş kommersiya mübahisəsi hesab edilə bilməz. Bu səbəbdən işə kommersiya məhkəməsində baxılması üçün hüquqi əsas mövcud deyildir. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, mübahisəyə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyən xüsusi normaların tətbiq edilməsinə və mübahisəyə ixtisaslaşmış məhkəmədə baxılmasına hüquqi əsas yoxdur. Məhkəmənin gəldiyi bu nəticə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında şərh olunan mövqeyinə də uyğundur. Belə ki, adı çəkilən Qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.” Beləliklə məhkəmə müəyyən edir ki, tərəflərin subyekt tərkibi kommersiya mübahisələrinə müvafiq olsa belə, hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla hazırki işə kommersiya mübahisələrindən irəli gələn iş kimi baxıla bilməz. Yekun olaraq məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin onların birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığı qənaətinə gəlir. İşin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin həlledici meyar təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının və qanunverciliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından, məhkəmə hesab edir ki, hazırki mübahisəyə cavabdehin rəsmi qeydiyyat yeri üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Ərizəyə əlavə edilən sənədlərə və portaldan çıxarışa əsasən iş üzrə cavabdeh X3 İmişli rayonu, Qızılkənd kəndi ünvanı üzrə qeydiyyatda olduğu müəyyən edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda məhkəmə izah edir ki, Azərbaycan Respublikası MPM-nin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 24-26, 31, 32, 263, 264, 267-269 və 403-1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar