Məhkəmə qərarları › İş №e-2-2(121)-44/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-44/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-44/2020 18.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixə yaranmış 13.662 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağcabədi şəhəri, H.Əliyev prospekti,123 ünvanında yerləşən idarə binasını 2000-ci ildən Cavabdehnə müqavilə əsasında icarəyə verilmişdir. İddiaçı Cavabdeh ilə hər il icarə müqaviləsi bağlayarkən müqavilənin şərtləri onlara izah etməklə yanaşı icarə müqaviləsində göstərilən məbləğin hər ay ödəmələr barədə onlara izah edilmişdir. Müqavilə bağlanarkən müqavilənin 18-ci bəndində tərəflər arasında baş verə biləcək mübahisələrə məhkəmədə baxılması göstərilmişdir. Buna baxmayaraq Cavabdeh İddiaçınə aylıq icarə haqqını vaxtlı-vaxtında ödəməmiş və nəticədə xx xxxxxxx 2019-cu il tarixə ödənməmiş icarə haqqı borcu 13.662 (on üç min altı yüz altmış iki) manata çatdırmışlar. Həmin məbləğ xx xxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş və hər iki tərəfdən təsdiq edilmiş üzləşmə aktında əksini tapmışdır. Borcun ödənilməsi barədə xx xxxx 2019-cu il tarixdə 49 saylı məktubla etiraz (pretenziya) göndərilməsindən 2 aydan çox vaxt keçməsinə baxmayaraq borcun ödənilməsi sahəsində Cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, xx xxxxxx 2015-ci il tarixli, xx xxxxxx 2016-cı il tarixli, xx xxxxxx 2018-ci il tarixli, xx xxxxxx 2018-ci il tarixli icarə müqavilələrinin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı ilə Ağcabədi şəhər Bələdiyyəsi arasında hər biri bir il müddətinə olmaqla icarə müqavilələri bağlanmışdır. Bağlanmış müqavilələrə əsasən Ağcabədi Kooperativinə məxsus Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən bina Ağcabədi şəhər Bələdiyyəsinə icarəyə verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, xx xxxxx 2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli,xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktlarının təsdiq edilmiş surətlərindən görünür ki, Ağcabədi şəhər Bələdiyyəsinin İddiaçındən icarəyə götürdüyü binaya dair yaranmış borclar barədə mütəmadi olaraq tərəflər arasında üzləşmə aparılmış və aktlarla təsdiqlənmişdir. Cavabdeh İddiaçınə olan borcunun miqdarı xx.xx.2019-cu il tarixə 13.662 manat, xx xxxxxx 2020-ci il tarixli sonuncu üzləşmə aktına əsasən 13.762 manat təşkil etmişdir. Üzləşmə aktları tərəflərin iştirakı ilə tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Ağcabədi şəhər Bələdiyyəsi ünvanlanmış xx.xx.2019-cu il tarixli, 49 saylı pretenziya məktubunun surətindən görünür ki, Ağcabədi şəhər Bələdiyyəsi aralarında bağlanılmış icarə müqavilələrinə əsasən icarələrinə götürdükləri Ağcabədi şəhəri, H.Əliyev prospekti 123 saylı ünvanda yerləçın idarə binasına görə 13.362 manat ödənişi gecikdirilmiş borc olması barədə xəbərdar edilmişdir. Xəbərdarlıqlara baxmayaraq bugünə qədər borc məbləğini ödəmədiyi, qanunun tələblərinə uyğun olaraq ondan 13.362 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, ondan tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Ağcabədi şəhər Bələdiyyəsi məlumatlandırılmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Ağcabədi şəhər Bələdiyyəsi arasında hər biri 1 (bir) il müddətinə olmaqla bağlanmış icarə müqavilələrinə əsasən Ağcabədi Kooperativinə məxsus Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən bina Ağcabədi şəhər Bələdiyyəsinə icarəyə verilmişdir.Həmin müqavilələrə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavadeh müqavilələr üzrə öhdəliyə əməl etməmiş, icarə haqları tam həcmdə ödənilməmişdir. İddiaçı xx xxxx 2019-cu il tarixli pretenziya ilə cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri tərəflər arasında bağlanmış icarə müqavilələrindən irəli gəlir. Beləliklə, tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən cavabdehin iddiaçıya 13.662 manat borclu olması iş materialları ilə tam təsdiq olunduğundan, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən icarə haqqı üzrə xx.xx.2019-cu il tarixə yaranmış 13.662 (on üç min altı yüz altmış iki) manat borc məbləği və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar