Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-44/2024 29.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı – kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə iclasından kənar baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Kazımova (Mahmudova) Səlimə Pöhrüz qızına qarşı – cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 020A********** saylı krеdit müqaviləsi üzrə 15.652,16 manat məbləğində krеdit bоrcu, 2.318,99 manat məbləğində faiz bоrcu və 3.272,9 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21.244,05 manat borcun tutulması; cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə xx.xx.2020-ci il tarixli 020R********** saylı krеdit razılaşması üzrə 824,09 manat məbləğində krеdit bоrcu, 532,11 manat məbləğində faiz bоrcu və 550,04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1906,24 manat borcun və 200 manat mediasiya xərcinin tutulması; 020R********** saylı krеdit razılaşması üzrə tələbin və 200 manat mediasiya xərcinin Cavabdeh6 mülkiyyətində olan ünvan 1 ünvanında 0.11 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 3 girişli, ümumi sahəsi 620 kv.m olan, bir mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və cəmi 1.906,24 manat məbləğində bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 120 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının, 200 manat mediasiya xərcinin ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracdan əldə olunmuş vəsait 020R********** saylı krеdit razılaşması üzrə borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması; Cavabdeh6 mülkiyyətində olan ünvan 1 ünvanında 0.11 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 3 girişli, ümumi sahəsi 620 kv.m olan, bir mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və Cavabdeh7 qeyriyaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 iddiaçı qarşısında öhdəliklərini tam icra etdiyindən, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə hazırlıq iclasına çağırılmış, lakin onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud idda ərizəsi əsasında işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, Cavabdeh5 iddiaçı qarşısında öhdəliklərini tam icra etməsi səbəbindən, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 600 məbləğində pul vəsaiti isə cavabdehlərdən müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı qarşı – kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 600 manat məbləğində pul vəsaiti Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilsin. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-44/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-44/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver