Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-46/2025 07.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı – pul tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı – cavabdeh X1 xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə 37.963,31 manat əsas, 4.686,02 manat faiz və 271,59 manat cərimə borcu olmaqla, cəmi 42.920,92 manat məbləğində borcun və 218,76 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi; tutmanın ünvan 1i ünvanında yerləşən Cavabdeh6 (1/7hissə torpaq sahəsi), Cavabdeh2 (1/7-hissə torpaq sahəsi), Cavabdeh1 (1/7 – hissə torpaq sahəsi), X3 (1/7-hissə torpaq sahəsi), Cavabdeh4 (3/14 hissə torpaq sahəsi) və Cavabdeh5 (3/14 hissə torpaq sahəsi) ümumi birgə mülkiyyətdə olan 0,12593 ha torpaq sahəsi və onun üzərində yerləşən Cavabdeh5 və Cavabdeh4 məxsus olan 315.3 kv.m. sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh5 İddiaçı ASC-nin “Lənkəran” filialından 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh5 İddiaçı ASC-nin “Lənkəran” filialından illik 18%-lə 36 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Eyni zamanda, borcun təminatı olaraq cavabdeh ünvan 1i ünvanında yerləşən Cavabdeh6 (1/7-hissə torpaq sahəsi), Cavabdeh2 (1/7-hissə torpaq sahəsi), Cavabdeh1 (1/7 – hissə torpaq sahəsi), X3 (1/7-hissə torpaq sahəsi), Cavabdeh4 (3/14 hissə torpaq sahəsi) və Cavabdeh5 (3/14 hissə torpaq sahəsi) ümumi birgə mülkiyyətdə olan 0,12593 ha torpaq sahəsi və onun üzərində yerləşən Cavabdeh5 və Cavabdeh4 məxsus olan 315.3 kv.m. sahədən ibarət fərdi yaşayış evinə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2024cü il tarixədək Cavabdeh5 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 37.963,31 manat əsas, 4.686,02 manat faiz və 1.086,34 manat cərimə borcu olmaqla ümumilikdə 43.735,67 manat borcu vardır. Cavabdeh5 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1.086,34 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 271.59 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh5 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Cavabdeh5 bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək, cavabdeh X1 xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə 35.883,31 manat əsas, 7.121,78 manat faiz və 3.495,34 manat cərimə borcu olmaqla, cəmi 46.500,43 manat məbləğində borcun və 218,76 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi; tutmanın ünvan 1i ünvanında yerləşən Cavabdeh6 (1/7hissə torpaq sahəsi), Cavabdeh2 (1/7-hissə torpaq sahəsi), Cavabdeh1 (1/7 – hissə torpaq sahəsi), X3 (1/7-hissə torpaq sahəsi), Cavabdeh4 (3/14 hissə torpaq sahəsi) və Cavabdeh5 (3/14 hissə torpaq sahəsi) ümumi birgə mülkiyyətdə olan 0,12593 ha torpaq sahəsi və onun üzərində yerləşən Cavabdeh5 və Cavabdeh4 məxsus olan 315.3 kv.m. sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək, cavabdeh X1 xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə 37.963,31 manat əsas, 7.121,78 manat faiz və 3.495,34 manat cərimə borcu olmaqla, cəmi 48.580,43 manat məbləğində borcun və 218,76 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi; tutmanın ünvan 1i ünvanında yerləşən Cavabdeh6 (1/7-hissə torpaq sahəsi), Cavabdeh2 (1/7-hissə torpaq sahəsi), Cavabdeh1 (1/7 – hissə torpaq sahəsi), X3 (1/7-hissə torpaq sahəsi), Cavabdeh4 (3/14 hissə torpaq sahəsi) və Cavabdeh5 (3/14 hissə torpaq sahəsi) ümumi birgə mülkiyyətdə olan 0,12593 ha torpaq sahəsi və onun üzərində yerləşən Cavabdeh5 və Cavabdeh4 məxsus olan 315.3 kv.m. sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Axundova (Məmmədova) Elnarə Şababa qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, (onlar) məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh5 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 13-MCR-1-1222-21 saylı “Kredit limitinin ayrılmasına dair” müqavilə əsasında cavabdehə 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh5 arasında 13-MCR-1- 1222-21 saylı, xx.xx.2021-ci il tarixli “Kredit limitinin ayrılmasına dair” müqavilə əsasında 13-MCR-1-1222-21/2 saylı, xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Göstərilən kredit razılaşmasına əsasən cavabdehə illik 18 faiz ödəmək şərti ilə 36 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 1401-********** saylı və xx.xx.2021-ci il tarixli, 1401-**********2 saylı məxaric qəbzlərinin surətlərindən, həmçinin iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh5 50.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh5 arasında 13-MCR-1- 1222-21 saylı, xx.xx.2021-ci il tarixli “Kredit limitinin ayrılmasna dair” müqavilə əsasında bağlanmış 13-MCR-1-1222-21/2 saylı, xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya xx.xx.2022-ci il tarixdə 1 nömrəli əlavə saziş bağlayaraq razığa gəlmişlər. Göstərilən sazişə əsasən müqavilə üzrə kredit müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 arasında bağlanmış DA/00070/21 saylı, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixdə bağlanmış 13-MCR-1-1222-21 saylı “Kredit limitinin ayrılmasına dair” müqavilə üzrə ünvan 1i ünvanında yerləşən Axundova (Məmmədova) Elnarə Şababa qızının (1/7 hissə torpaq sahəsi), Cavabdeh2 (1/7 hissə torpaq sahəsi), Cavabdeh1 (1/7 hissə torpaq sahəsi), X3 (1/7 hissə torpaq sahəsi), Cavabdeh4 (3/14 hissə torpaq sahəsi) və Cavabdeh5 (3/14 hissə torpaq sahəsi) paylı mülkiyyətlərində olan 0,12593 ha torpaq sahəsi və onun üzərində yerləşən Cavabdeh5 və Cavabdeh4 birgə mülkiyyət hüququ üzrə məxsus olan 315,3 kv.m. sahədən ibarət fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, ünvan 1i ünvanında yerləşən Axundova (Məmmədova) Elnarə Şababa qızının (1/7 hissə torpaq sahəsi), Cavabdeh2 (1/7 hissə torpaq sahəsi), Cavabdeh1 (1/7 hissə torpaq sahəsi), X3 (1/7 hissə torpaq sahəsi), Cavabdeh4 (3/14 hissə torpaq sahəsi) və Cavabdeh5 (3/14 hissə torpaq sahəsi) paylı mülkiyyətlərində olan 0,12593 ha torpaq sahəsi və onun üzərində yerləşən Cavabdeh5 və Cavabdeh4 birgə mülkiyyət hüququ üzrə məxsus olan 315,3 kv.m. sahədən ibarət fərdi yaşayış evi onların mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh5 kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl ləğv edilməsi (xitam verilməsi) və borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2024-cü il tarixli bildiriş(lər) göndərmişdir. İşə əlavə olan arayışın surətindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə 37.963,31 manat əsas, 4.686,02 manat faiz və 271,59 manat cərimə borcu olmaqla, cəmi 42.920,92 manat məbləğində borcu vardır. İş materiallarında olan arayışın surətindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə 35.883,31 manat əsas, 7.121,78 manat faiz və 3.495,34 manat cərimə borcu olmaqla, cəmi 46.500,43 manat məbləğində borcu vardır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/5524 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və 013-MCR-1-1222-21/2 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh5 xx.xx.2024cü il tarixə İddiaçı ASC-yə olan əsas borcu 37.963,31 manat, faiz borcu 2.104,05 manat müəyyən edilir. Cavabdeh5 xx.xx.2024-cü il tarixə Yelo Bank” ASC-yə olan əsas borcu 35.883,31 manat, faiz borcu 6.046,34 manat müəyyən edilir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı (rəyi) ilə ünvan 1i ünvanında yerləşən Axundova (Məmmədova) Elnarə Şababa qızının (1/7 hissə torpaq sahəsi), Cavabdeh2 (1/7 hissə torpaq sahəsi), Cavabdeh1 (1/7 hissə torpaq sahəsi), X3 (1/7 hissə torpaq sahəsi), Cavabdeh4 (3/14 hissə torpaq sahəsi) və Cavabdeh5 (3/14 hissə torpaq sahəsi) paylı mülkiyyətlərində olan 0,12593 ha torpaq sahəsi və onun üzərində yerləşən Cavabdeh5 və Cavabdeh4 birgə mülkiyyət hüququ üzrə məxsus olan 315,3 kv.m. sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 34.841 manat məbləğində müəyyən olunmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(ləri)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borc və hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh(lər)ə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2023-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. İş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2024-cü il tarixinə 35.883,31 manat məbləğində əsas, xx.xx.2023-cü il tarixinə 2.104,05 manat məbləğində faiz borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 35.883,31 manat məbləğində əsas, xx.xx.2023-cü il tarixinə 2.104,05 manat faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən kredit müqaviləsi (sazişi) üzrə cərimənin 3.495,34 manat məbləğində deyil, 245 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 245 manatı (yəni, 38.232,36 manat münasibətdə) Cavabdeh5 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 600 manat məbləğində pul vəsaitinin 300 manatı iddiaçı tərəfindən ödənildiyindən, 300 manatı cavabdehlərdən müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 10 manatı iddiaçıdan, 40 manatı isə Cavabdeh5 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 13-MCR-1-1222-21/2 saylı, xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 35.883,31 manat əsas borc, 2.104,05 manat faiz borcu, 245 manat cərimə, cəmi 38.232,36 manat məbləğində pul vəsaiti və 204,70 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu Cavabdeh5 alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb ünvan 1i ünvanında yerləşən Axundova (Məmmədova) Elnarə Şababa qızının (1/7 hissə torpaq sahəsi), Cavabdeh2 (1/7 hissə torpaq sahəsi), Cavabdeh1 (1/7 hissə torpaq sahəsi), X3 (1/7 hissə torpaq sahəsi), Cavabdeh4 (3/14 hissə torpaq sahəsi) və Cavabdeh5 (3/14 hissə torpaq sahəsi) paylı mülkiyyətlərində olan 0,12593 ha torpaq sahəsinə və onun üzərində yerləşən Cavabdeh5 və Cavabdeh4 birgə mülkiyyət hüququ üzrə məxsus olan 315,3 kv.m. sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. ünvan 1i ünvanında yerləşən Axundova (Məmmədova) Elnarə Şababa qızının (1/7 hissə torpaq sahəsi), Cavabdeh2 (1/7 hissə torpaq sahəsi), Cavabdeh1 (1/7 hissə torpaq sahəsi), X3 (1/7 hissə torpaq sahəsi), Cavabdeh4 (3/14 hissə torpaq sahəsi) və Cavabdeh5 (3/14 hissə torpaq sahəsi) paylı mülkiyyətlərində olan 0,12593 ha torpaq sahəsinin və onun üzərində yerləşən Cavabdeh5 və Cavabdeh4 birgə mülkiyyət hüququ üzrə məxsus olan 315,3 kv.m. sahədən ibarət fərdi yaşayış ilkin satış qiyməti 34.841 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 13-MCR-1-1222-21/2 saylı, xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 38.232,36 manat məbləğində pul vəsaiti və 204,70 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 10 manatı İddiaçı ASC-dən, 40 manatı isə Cavabdeh5 alınaraq dövlət büdcəsinə ödənilsin. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Axundova (Məmmədova) Elnarə Şababa qızıdan müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-46/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-46/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver