Məhkəmə qərarları › İş №e-2-2(121)-47/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-47/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-47/2025 15.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı – cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 21.155,84 manat əsas borc, 3.041,58 manat faiz borcu və 314,3 manat cərimə borcu olmaqla, cəmi 24.511,72 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3.665,84 manat əsas borc, 580,95 manat faiz borcu və 99,93 manat cərimə borcu olmaqla, cəmi 4.346,72 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3.894,89 manat əsas borc, 449,29 manat faiz borcu və 63,86 manat cərimə borcu olmaqla, cəmi 4.408,04 manat məbləğində borcun və 189,8 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi; tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən 276.5 m2 ümumi sahədən, 108.4 m2 yaşayış sahəsindən, 168.1 m2 yardımçı sahədən ibarət, 5 otaqlı fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən İddiaçı ASC-nin “Lənkəran” filialından 120 ay müddətinə 200.000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq, ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh3 və Cavabdeh1 məxsus olan Masallı şəhəri, B.Məmmədov küçəsi (X4 Şixəliyev küçəsi 34) ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən 276.5 m2 ümumi sahədən, 108.4 m2 yaşayış sahəsindən, 168.1 m2 yardımçı sahədən ibarət, 5 otaqlı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli № DA/01044/21 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Borcun təminatı olaraq xx.xx.2021-ci il tarixində Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Lənkəran” filialından illik 20%-lə 36 ay müddətinə 30.000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2025-ci il tarixinə kimi uzadılmışdır. 2024-cü il fevralın 12-dək Cavabdeh2 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 21.155,84 manat əsas borc, 3.041,58 manat faiz, 1.257,2 manat cərimə borcu olmaqla cəmi 25.454,62 manat borcu vardır. Cavabdeh2 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1.257,2 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 314,3 manat məbləğində tələb olunur. Cavabdeh2 xx.xx.2022ci il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən illik 21%-lə 36 ay müddətinə 5.000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il fevralın 12-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair məktub üzrə 3.665,84 manat əsas borc, 580,95 manat faiz, 199,86 manat cərimə borcu olmaqla cəmi 4.446,65 manat borcu vardır. Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 199,86 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 99,93 manat məbləğində tələb olunur. Cavabdeh2 xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən illik 21%-lə 36 ay müddətinə 5.000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il fevralın 12-dək Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair məktub üzrə 3.894,89 manat əsas borc, 449,29 manat faiz, 127,72 manat cərimə borcu olmaqla cəmi 4.471,9 manat borcu vardır. Cavabdeh2 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 127,72 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 63,86 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixli “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 21.155,84 manat əsas borc, 3.041,58 manat faiz borcu və 314,3 manat cərimə borcu olmaqla, cəmi 24.511,72 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3.665,84 manat əsas borc, 580,95 manat faiz borcu və 99,93 manat cərimə borcu olmaqla, cəmi 4.346,72 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3.894,89 manat əsas borc, 449,29 manat faiz borcu və 63,86 manat cərimə borcu olmaqla, cəmi 4.408,04 manat məbləğində borcun və 189,8 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi; tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən 276.5 m2 ümumi sahədən, 108.4 m2 yaşayış sahəsindən, 168.1 m2 yardımçı sahədən ibarət, 5 otaqlı fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC məhkəməyə xx.xx.2024-cü il tarixli “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 21.155,84 manat əsas borc, 4.707,76 manat faiz borcu və 3.235,29 manat cərimə borcu olmaqla, cəmi 29.098,89 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3.665,84 manat əsas borc, 884,09 manat faiz borcu və 497,65 manat cərimə borcu olmaqla, cəmi 5.047,58 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3.894,89 manat əsas borc, 771,52 manat faiz borcu və 370,7 manat cərimə borcu olmaqla, cəmi 5.037,11 manat məbləğində borcun və 189,8 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi; tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən 276.5 m2 ümumi sahədən, 108.4 m2 yaşayış sahəsindən, 168.1 m2 yardımçı sahədən ibarət, 5 otaqlı fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, (onlar) məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 13-MCR-1-3553-21 saylı “Kredit limitinin ayrılmasına dair” müqavilə əsasında cavabdehə 120 ay müddətinə 200.000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 13-MCR-1- 3553-21 saylı, xx.xx.2021-ci il tarixli “Kredit limitinin ayrılmasına dair” müqavilə əsasında 13-MCR-1-3553-21/1 saylı, xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Göstərilən kredit razılaşmasına əsasən cavabdehə illik 20.37 faiz ödəmək şərti ilə 36 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, Z/12278/21 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 30.000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 13-MCR-1- 3553-21 saylı, xx.xx.2021-ci il tarixli “Kredit limitinin ayrılmasına dair” müqavilə əsasında bağlanmış 13-MCR-1-3553-21/1 saylı, xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşmaya xx.xx.2023-cü il tarixdə 1 nömrəli əlavə saziş bağlayaraq razığa gəlmişlər. Göstərilən sazişə əsasən müqavilə üzrə kredit müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış DA/01044/21 saylı, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixdə bağlanmış 13-MCR-1-3553-21 saylı “Kredit limitinin ayrılmasına dair” müqavilə üzrə Cavabdeh1 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanında 0.085 ha torpaq sahəsi və üzərində yerləşən 276,5 m2 ümumi sahəsi olan fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanında 0.085 ha torpaq sahəsi və üzərində yerləşən 276,5 m2 ümumi sahəsi olan fərdi yaşayış evi onların mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olan arayışın surətindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixə 21.155,84 manat əsas, 3.041,58 manat faiz və 1.257,2 manat cərimə borcu olmaqla, cəmi 25.454,62 manat məbləğində borcu vardır. İşə əlavə olan arayışın surətindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixə 21.155,84 manat əsas, 4.707,76 manat faiz və 3.235,29 manat cərimə borcu olmaqla, cəmi 29.098,89 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə onlayn qaydada kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit razılaşmasına əsasən cavabdehə illik 21 faiz ödəmək şərti ilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə onlayn qaydada bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 5.000 manat məbləğində kredit verilmişdir. İşə əlavə olan arayışın surətindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixə 3.665,84 manat əsas, 580,95 manat faiz və 199,86 manat cərimə borcu olmaqla, cəmi 4.446,65 manat məbləğində borcu vardır. İşə əlavə olan arayışın surətindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixə 3.665,84 manat əsas, 884,09 manat faiz və 497,65 manat cərimə borcu olmaqla, cəmi 5.047,58 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə onlayn qaydada kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit razılaşmasına əsasən cavabdehə illik 21 faiz ödəmək şərti ilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə onlayn qaydada bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 5.000 manat məbləğində kredit verilmişdir. İşə əlavə olan arayışın surətindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixə 3.894,89 manat əsas, 449,29 manat faiz və 127,72 manat cərimə borcu olmaqla, cəmi 4.471,9 manat məbləğində borcu vardır. İşə əlavə olan arayışın surətindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixə 3.894,89 manat əsas, 771,52 manat faiz və 370,7 manat cərimə borcu olmaqla, cəmi 5.037,11 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2024-cü il tarixli bildiriş(lər) göndərmişdir. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2024-cü il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə müraciət etmiş və bunun üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqını ödəmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/7708 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş cari hesabdan çıxarış məlumatları, və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13-MCR-1-3553-21/1 saylı, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqavilələrinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 13-MCR-1-3553-21/1 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə olan əsas borcu 21.155,84 manat, faiz borcu 3.034,63 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin şərtləri üzrə Cavabdeh2 banka olan borcu xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 3.665,84 manat, faiz borcu üzrə 580,96 manat; xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 3.665,84 manat, faiz borcu üzrə 884,61 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin şərtləri üzrə Cavabdeh2 banka olan borcu xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 3.894,89 manat, faiz borcu üzrə 449,30 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı (rəyi) ilə Cavabdeh1 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanında 0.085 ha torpaq sahəsi və üzərində yerləşən 276,5 m2 ümumi sahəsi olan fərdi yaşayış evinin likvid dəyəri 29.848 manat məbləğində müəyyən olunmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(ləri)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh(lər)ə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. İş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli, 13- MCR-1-3553-21/1 saylı kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2024-cü il tarixinə 3.034,63 manat məbləğində faiz borcunun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2024-cü il tarixinə 580,96 manat məbləğində faiz borcunun və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2024-cü il tarixinə 449,30 manat məbləğində faiz borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, 13-MCR-1-3553-21/1 saylı kredit müqaviləsi (razılaşması) üzrə xx.xx.2024-cü il tarixinə 3.034,63 manat faiz borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi (razılaşması) üzrə xx.xx.2024-cü il tarixinə 580,96 manat məbləğində faiz borcu və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi (razılaşması) üzrə xx.xx.2024-cü il tarixinə 449,30 manat məbləğində borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə xx.xx.2021-ci il tarixli, 13-MCR-1-3553-21/1 saylı kredit müqaviləsinə (razılaşmasına) əsasən cərimənin 3.235,29 manat məbləğində deyil, 226 manat; xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktuba (kredit razılaşması) əsasən cərimənin 497,65 manat məbləğində deyil, 35 manat; xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktuba (kredit razılaşması) əsasən cərimənin 370,7 manat məbləğində deyil, 26 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdeh(lər) kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyır(lar). Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə İddiaçı ASC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh3 iddiaçıya olan kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduğun(qların)dan, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzər(lər)inə götürmüşdür(lər). Buna görə də, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 189,20 manatı (yəni, 33.068,46 manat münasibətdə) cavabdeh(lər)dən alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “15 manat məbləğində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.2. Bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddia bu hissədə təmin edilməklə, iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 600 manat məbləğində pul vəsaitinin 300 manatı iddiaçı tərəfindən ödənildiyindən, 300 manatı cavabdehlərdən müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin 10 manatı iddiaçıdan, 140 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 13-MCR-1-3553-21/1 saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə 21.155,84 manat əsas borc, 3.034,63 manat faiz borcu, 226 manat cərimə, cəmi 24.416,47 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktub (kredit razılaşması) üzrə 3.665,84 manat əsas borc, 580,96 manat faiz borcu, 35 manat cərimə, cəmi 4.281,8 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktub (kredit razılaşması) üzrə 3.894,89 manat əsas borc, 449,30 manat faiz borcu, 26 manat cərimə, cəmi 4.370,19 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. 189,20 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu, 15 manat məbləğində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və 36 manat məbləğində xidmət haqqı Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanında 0.085 ha torpaq sahəsi və üzərində yerləşən 276,5 m2 ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh1 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanında 0.085 ha torpaq sahəsi və üzərində yerləşən 276,5 m2 ümumi sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiyməti 29.848 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 13-MCR-1-3553-21/1 saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşması, xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktub (kredit razılaşması) və xx.xx.2022-ci il tarixli onlayn kredit verilməsinə dair məktub (kredit razılaşması) üzrə olan ümumilikdə 33.068,46 manat məbləğində pul vəsaiti, 189,20 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu, 15 manat məbləğində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və 36 manat məbləğində xidmət haqqı İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin 10 manatı İddiaçı ASC-dən, 140 manatı isə Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar