Məhkəmə qərarları › İş №e-2-2(121)-48/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-48/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-48/2023 07.06.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı xxxxn nümayəndəsi X4, Cavabdeh “X20 Təsərrüfatı” MMC-nin nümayəndəsi X6 və vəkili Vəkil iştirakı ilə İddiaçı xxxxn cavabdeh “X20 Təsərrüfatı” MMC-yə qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank (bundan sonra Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank və ya ASC "xxxx" Bank) cavabdeh “X20 Təsərrüfatı” MMC-yə qarşı – cavabdehin iddiaçı qarşısında **********52114 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi (1-ci Kredit müqaviləsi) üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % dərəcəsi ilə hesablanmış 27074,34 manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 138308,93 manat məbləğində penya, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən kredit üzrə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 31198 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 197581,27 manat; **********97915 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi (2-ci kredit müqaviləsi) üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6% dərəcəsi ilə hesablanmış 1884,79 manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 24928,1 manat məbləğində penya, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən kredit üzrə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 6677,75 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 33490,64 manat məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 522 manat məbləğində çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC "xxxx" Bankı (Kreditor) ilə cavabdeh “X20 Təsərrüfatı” MMC (Borc alan) arasında bağlanmış **********52114 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə (bundan sonra “1-ci Kredit müqaviləsi” adlandırılacaq) əsasən sonuncuya 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 6 % ödənilməsi şərtilə 260000 manat məbləğində kredit verilmişdir. 1-ci Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə cavabdehlər X12 arasında sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsində 2 nömrəli evin 6cı mərtəbəsində yerləşən 63,32 kv.m yaşayış, 26 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 89,32 kv.m təşkil edən 4 otaqlı, 11 nömrəli mənzilin (bundan sonra 1-ci “ipoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə **********52114/ip-1 nömrəli, xx.xx.2014-cü il tarixli, X13 arasında sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində 22 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30,10 kv.m yaşayış, 19,60 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 49,7 kv.m təşkiledən 2 otaqlı, 54 nömrəli mənzilin (bundan sonra 2-ci “İpoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə **********52114/ip-2 nömrəli, xx.xx.2014-cü il tarixli, X3 arasında sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində 4B nömrəli evin 5-ci mərtəbəsində yerləşən 47,40 kv.m yaşayış, 21,40 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 68,80 kv.m təşkil edən 3 otaqlı, 8 nömrəli mənzilin (bundan sonra 3-cü “İpoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə **********52114/ip-3 nömrəli, xx.xx.2014-cü il tarixli ipoteka müqavilələri bağlanmışdır. xx.xx.2015-ci il tarixdə ASC "xxxx" Bankı ilə “X20 Təsərrüfatı” MMC (Borc alan) arasında bağlanmış digər **********97915 nömrəli kredit müqaviləsinə (bundan sonra “2-ci Kredit müqaviləsi” adlandırılacaq) əsasən sonuncuya 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 6 % ödənilməsi şərtilə 50000 manat məbləğində kredit təqdim edilmişdir. 2-ci kredit müqaviləsi üzrə də öhdəliklərin icrasının təminatı qismində 1-ci və 2-ci və 3-cü ipoteka predmetləri bankın sonrakı ipoteka hüququ ilə yüklü edilmiş və bu məqsədlə xx.xx.2015-ci il tarixli müvafiq olaraq **********97915/SİM-1 nömrəli, **********97915/SİM-2 nömrəli və **********97915/SİM-3 nömrəli sonrakı ipoteka müqavilələri bağlanmışdır. Borc alan tərəfindən kredit müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı kredit müqavilələri üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)- 108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ASC "xxxx" Bankının tələbi qismən təmin edilərək, 1-ci Kredit müqaviləsi üzrə cavabdehin iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 230507,95 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 8672,11 manat məbləğində adi faizlər üzrə borc məbləğinin, 100 manat cərimənin, cəmi 239280,06 manat borcun və 2-ci kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısındakı 33333,32 manat məbləğində əsas borcun, kreditdən istifadəyə görə hesablanmış 1266,67 manat məbləğində adi faizlər üzrə borc məbləğinin, 100 manat cərimənin, cəmi 34699,99 manat borcun ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı ASC "xxxx" Bankı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8808/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Yasamal Rayon Məhkəməsinin 2(0044)-108/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək 1-ci kredit müqaviləsi üzrə iddiaçının xeyrinə faiz borcuna görə 17008,82 manat, 2-ci kredit müqaviləsi üzrə 100 manat tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında müvafiq hərrac təşkilatları tərəfindən keçirilmiş hərraclarda ipoteka predmetləri satılmadığından onlar, əldə edilməsi üçün iddiaçı ASC "xxxx" Bankına təklif edilmiş və bank həmin təklifləri qəbul etmişdir. 1-ci ipoteka predmetinin alqı-satqısı hərrac təşkilatçısı "xxxx" MMC və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış Hərrac təşkilatının hərracın yekunları barədə 43/03 nömrəli protokolu və xx.xx.2021-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsi, 2-ci və 3-cü ipoteka predmetlərinin alqı-satqısı isə hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Sarışı X21” MMC və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış hərrac təşkilatının hərracın yekunları barədə 12/04 və 12/03 nömrəli protokolları və xx.xx.2022-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrlə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqavilələrə müvafiq olaraq 1-ci ipoteka predmeti olan mənzilin son satış qiyməti 95625 manat, 2-ci ipoteka predmetinin son satış qiyməti 70125 manat, 3-cü ipoteka predmetinin son satış qiyməti isə 89250 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakların ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdehin iddiaçı qarşısında 1-ci kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə qədər kreditdən istifadəyə görə illik 6 % dərəcəsi ilə hesablanmış 27074,34 manat məbləğində adi faizlər üzrə borcu, 2-ci kredit müqaviləsi üzrə isə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə qədər kreditdən istifadəyə görə illik 6% dərəcəsi ilə hesablanmış 1884,79 manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh hər iki kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqavilələrinin 6.2-ci bəndlərinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 30% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, bu da 1-ci kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixə 138308,93 manat, 2-ci kredit müqaviləsi üzrə isə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixə 24928,1 manat təşkil edir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə “İpoteka haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli qanununun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh “X20 Təsərrüfatı” MMC arasında bağlanmış 1-ci və 2-ci kredit müqavilələrinin 5.1-ci bəndinə əsasən həmin müqavilələr tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Qeyd olunana əsasən bank 1-ci kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2022-ci il tarixə, 2-ci kredit müqaviləsi üzrə isə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2022-ci il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında illik 5 faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 1-ci kredit müqaviləsi üzrə 31198 manat, 2-ci kredit müqaviləsi üzrə isə 6677,75 manat təşkil edir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı mediasiya prosesi keçirilmiş, lakin mediasiya prosesi nəticəsində barışıq əldə edilməmiş və bununla bağlı "xxxx" arayış verilmişdir. İddiaçı xxxxn nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “X20 Təsərrüfatı” MMC-nin nümayəndəsi X14 və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, iddia müddətini tətbiq etməklə iddiadan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ASC "xxxx" Bankı ilə cavabdeh “X20 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********52114 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 6% ödənilməsi şərtilə 260 000 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, ASC "xxxx" Bankı ilə “X20 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********97915 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 6 faiz ödənilməsi şərtilə 50000 manat məbləğində kredit təqdim edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 108/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təminedilərək, xx.xx.2014-cü il tarixli, **********52114/ip-1 №-li İpoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli, **********997915/SİM-1 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X8 məxsus Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsində 2 nömrəli evin 6-cı mərtəbəsində yerləşən 63,32 kv.m yaşayış, 26 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 89,32 kv.m təşkil edən 4 otaqlı, 11 nömrəli mənzilə (1-ci İpoteka predmeti), xx.xx.2014-cü il tarixli **********52114/ip-2 №-li İpoteka müqaviləsi və xx.xx.2015-ci il **********97915/SİM-2 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X11 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində 22 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30,10 kv.m yaşayış, 19,60 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 49,7 kv.m təşkil edən 2 otaqlı, 54 nömrəli mənzilə (2-ci ipoteka predmeti) və xx.xx.2014-cü il tarixli, **********52114/ip-3 №-li İpoteka müqaviləsi və 15 aprel 2015-ci il tarixli, **********97915/SİM-3 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində 4 B nömrəli evin 5-ci mərtəbəsində yerləşən 47,40 kv.m yaşayış, 21,40 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 68,80 kv.m təşkil edən 3 otaqlı, 8 nömrəli mənzilə tutmanın yönəldilməsi və həmin əmlak obyektlərinin satışında əldə olunan vəsaitlər hesabına borc alan “X20 Təsərrüfatı” MMC-nin, xx.xx.2014-cü il tarixli, **********52114 saylı Kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısındakı 230507,95 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 8672,112 manat məbləğində adi faizlər üzrə borc məbləği, 100 manat cərimə, cəmi 239 280,06 manat, xx.xx.2015-ci tarixli, **********97915 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısındakı 33333,32 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 1266,67 manat məbləğində adi faizlər üzrə borc məbləği, 100 manat cərimə, cəmi 34 699.99 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 114 manat məbləğində çəkilmiş xərclər 1-ci, 2-ci və 3-cü İpoteka predmetlərinin dəyərindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində 22 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30,10 kv.m yaşayış, 19,60 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 49,7 kv.m təşkil edən 2 otaqlı, 54 nömrəli mənzilin ilkin satış qiymətinin 110 000 manat, Bakı şəhəri, Yasamal rayonu, X18küçəsində 2 nömrəli evin 6-cı mərtəbəsində yerləşən 63,32 kv.m yaşayış, 26 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 89,32 kv.m təşkil edən 4 otaqlı, 11 nömrəli mənzilin ilkin satış qiymətinin 150 000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində 4B nömrəli evin 5-ci mərtəbəsində yerləşən 47,40 kv.m yaşayış, 21,40 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 68,80 kv.m təşkil edən 3 otaqlı, 8 nömrəli mənzilin ilkin satış qiymətinin 140 000 manat müəyyən edilməsi və açıq hərracda satılması və ipoteka predmetlərinin satıldıqdan ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8808/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunması, Yasamal Rayon Məhkəməsinin 2(004)- 108/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə faiz borcuna görə 17008,82 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1900 manat tutulması, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlərin apelyasiya şikayəti təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 200 manat dövlət büdcəsinə cavabdehlərdən müştərək qaydada alınaraq ödənilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İşdə olan Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 12/04 nömrəli protokolunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8808/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən X9 xüsusi mülkiyyətində olan, ilkin satış qiyməti 110000 manat, təkrar hərracda satış qiyməti 93500 manat olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu küçəsində yerləşən, 22 saylı evin 54 saylı mənzildən ibarət daşınmaz əmlakı 70125 manata tələbkar əldə etmişdir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022ci il tarixli müqavilənin surətindən görünür ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X21” MMC və "xxxx" ASC arasında aşağıda göstərilən (mənzil) əmlak alqı-satqı müqaviləsi bağlanmış, “sifarişçi” (borc tələbinin tam ödənilməsinə) aşağıda qeyd olunan, yəni Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu küçəsində yerləşən, 22 saylı evin 54 saylı mənzildən ibarət daşınmaz əmlakı “Alıcı”nın tam mülkiyyətinə (təsdiq olunmuş hərracın yekun protokoluna əsasən) verməyi, “Alıcı” isə həmin daşınmaz əmlakı qəbul edib dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu küçəsində yerləşən, 22 saylı evin 54 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə "xxxx" ASC-nin mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində **********22-05101-093084 nömrə ilə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 12/03 nömrəli protokolunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8808/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən X1 xüsusi mülkiyyətində olan, ilkin satış qiyməti 140000 manat, təkrar hərracda satış qiyməti 119000 manat olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən, 4B saylı evin 8 saylı mənzildən ibarət daşınmaz əmlakı 89250 manata tələbkar əldə etmişdir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022ci il tarixli müqaviləsinin surətindən görünür ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X21” MMC və "xxxx" ASC arasında aşağıda göstərilən (mənzil) əmlak alqı-satqı müqaviləsi bağlanmış, “sifarişçi” (borc tələbinin tam ödənilməsinə) aşağıda qeyd olunan, yəni Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən, 4B saylı evin 8 saylı mənzildən ibarət daşınmaz əmlakı “Alıcı”nın tam mülkiyyətinə (təsdiq olunmuş hərracın yekun protokoluna əsasən) verməyi, “Alıcı” isə həmin daşınmaz əmlakı qəbul edib dəyərini tam ödəməyi öz öhtəsinə götürmüşdür. İşə əlavə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində yerləşən, 4B saylı evin 8 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə "xxxx" ASC-nin mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində **********02-05101-093002 nömrə ilə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 43/03 nömrəli protokolunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8808/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən X5 xüsusi mülkiyyətində olan, ilkin satış qiyməti 150000 manat, təkrar hərracda satış qiyməti 127500 manat olan Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsində yerləşən, 2 saylı evin 11 saylı mənzildən ibarət daşınmaz əmlakı 95625 manata tələbkar əldə etmişdir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022ci il tarixli müqavilənin surətindən görünür ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X21” MMC və "xxxx" ASC arasında aşağıda göstərilən (mənzil) əmlak alqı-satqı müqaviləsi bağlanmış, “sifarişçi” (borc tələbinin tam ödənilməsinə) aşağıda qeyd olunan, yəni Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsində yerləşən, 2 saylı evin 11 saylı mənzildən ibarət daşınmaz əmlakı “Alıcı”nın tam mülkiyyətinə (təsdiq olunmuş hərracın yekun protokoluna əsasən) verməyi, “Alıcı” isə həmin daşınmaz əmlakı qəbul edib dəyərini tam ödəməyi öz öhtəsinə götürmüşdür. İşə əlavə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsində yerləşən, 2 saylı evin 11 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə "xxxx" ASC-nin mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində **********34-05101-093035 nömrə ilə xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan iddiaçı ASC "xxxx" Bankının nümayəndəsinin izahatından görünür ki, iddiaçı ASC "xxxx" Bankı (kreditor) ilə cavabdeh “X20 Təsərrüfatı” MMC (borc alan) arasında bağlanmış **********52114 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə (bundan sonra “1-ci kredit müqaviləsi” adlandırılacaq) əsasən sonuncuya 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 6 % ödənilməsi şərtilə 260000 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə ASC "xxxx" Bankı ilə “X20 Təsərrüfatı” MMC (borc alan) arasında bağlanmış digər **********97915 nörməli kredit müqaviləsinə (bundan sonra “2-ci kredit müqaviləsi” adlandırılacaq) əsasən sonuncuya 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 6 % ödənilməsi şərtilə 50000 manat məbləğində kredit təqdim edilmişdir. 1-ci kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə cavabdehlər X12 arasında sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsində 2 nömrəli evin 6-cı mərtəbəsində yerləşən 63,32 kv.m yaşayış, 26 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 89,32 kv.m təşkil edən 4 otaqlı, 11 nömrəli mənzilin (bundan sonra 1-ci ipoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə **********52114/ip-1 nömrəli, xx.xx.2014-cü il tarixli, X13 arasında sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində 22 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30,10 kv.m yaşayış, 19,60 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 49,7 kv.m təşkil edən 2 otaqlı, 54 nömrəli mənzilin (bundan sonra 2-ci “ipoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə **********52114/ip-2 nömrəli, xx.xx.2014-cü il tarixli, X3 arasında sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində 4B nömrəli evin 5-ci mərtəbəsində yerləşən 47,40 kv.m yaşayış, 21,40 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 68,80 kv.m təşkil edən 3 otaqlı, 8 nömrəli mənzilin (bundan sonra 3-cü “ipoteka predmeti” adlandırılacaq) ipoteka qoyulması barədə **********52114/ip-3 nömrəli, xx.xx.2014-cü il tarixli ipoteka müqavilələri bağlanmışdır. 2-ci kredit müqaviləsi üzrə də öhdəliklərin icrasının təminatı qismində 1-ci, 2-ci və 3-cü ipoteka predmetləri bankın sonrakı ipoteka hüququ ilə yüklü edilmiş və bu məqsədlə xx.xx.2015-ci il tarixli müvafiq olaraq **********97915/SİM-1 nömrəli, **********97915/SİM-2 nömrəli və **********97915/SİM-3 nömrəli sonrakı ipoteka müqavilələri bağlanmışdır. Borc alan tərəfindən kredit müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı kredit müqavilələri üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yekun olaraq məhkəmə (Bakı Apellyasiya Məhkəməsi) qətnaməsi ilə borclanın xx.xx.2018-ci il tarixinə: 1-ci kredit müqaviləsi üzrə əsas borc: 230 507,95 manat; faiz borcu: 17 008,82 manat; cərimə faizləri üzrə borc: 100 manat; cəmi borc: 247 616,77 manat; 2-ci kredit müqaviləsi üzr, əsas borc: 33 333,32 manat; faiz borcu: 1 900 manat; cərimə faizləri üzrə borc: 100 manat; cəmi borc: 35 333,32 manatın ipoteka predmetlərinin dəyərindən tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında müvafiq hərrac təşkilatları tərəfindən keçirilmiş hərraclarda ipoteka predmetləri satılmadığından onlar, əldə edilməsi üçün iddiaçı ASC "xxxx" Bankına təklif edilmiş və bank həmin təklifləri qəbul etmişdir. Əmlakın alqı-satqısı barədə müqavilələrə müvafiq olaraq 1-ci ipoteka predmeti olan mənzilin son satış qiyməti 95625 manat, 2-ci ipoteka predmetinin son satış qiyməti 70125 manat, 3-cü İpoteka predmetinin son satış qiyməti isə 89250 manat (əmlakların son satış qiymətlərinin cəmi – 255000 manat) məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakların ödənilməmiş borc müqabilində bankın balansına keçməsi hesabına 1-ci kredit müqaviləsi üzrə əsas borc məbləği tam şəkildə ödənilmiş, yerdə qalan 24492,05 manat məbləğində pul vəsaiti isə (255000-230507,95=24492,05) 2-ci Kredit müqaviləsi üzrə əsas borc məbləğinin qismən ödənilməsinə yönəlmişdir. Daha sonra isə borcalan tərəfindən xx.xx.2022-ci il tarixində 8850 manat məbləğində ödəniş həyata keçirilmişdir ki, bu da 2-ci kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə ödənilməsinə yönəldilmişdir. Bununla borcalanın məhkəmə qətnaməsi ilə müəyyən edilmiş kredit müqavilələri üzrə əsas borc məbləğləri tam şəkildə ödənilməsinə baxmayaraq, cavabdehin iddiaçı qarşısında 1-ci kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə qədər kreditdən istifadəyə görə illik 6 % dərəcəsi ilə hesablanmış 27074,34 manat məbləğində adi faizlər üzrə borcu, 2-ci kredit müqaviləsi üzrə isə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə qədər kreditdən istifadəyə görə illik 6 % dərəcəsi ilə hesablanmış 1884,79 manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh hər iki kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqavilələrinin 6.2-ci bəndlərinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 30 % dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, bu da 1-ci kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixə 138308,93 manat, 2-ci kredit müqaviləsi üzrə isə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixə 24928,1 manat təşkil edir. İddiaçı ilə cavabdeh “X20 Təsərrüfatı” MMC arasında bağlanmış 1-ci və 2-ci kredit müqavilələrinin 5.1-ci bəndinə əsasən həmin müqavilələr tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24.012.2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunana əsasən bank 1-ci kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2022-ci il tarixə, 2-ci kredit müqaviləsi üzrə isə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2022-ci il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında illik 5 (beş) faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 1-ci kredit müqaviləsi üzrə 31198 manat, 2-ci kredit müqaviləsi üzrə isə 6677,75 manat təşkil edir. Qeyd olunanları nəzərə almağınızı və iddiaçı ASC "xxxx" Bankının iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 24492,05 manat məbləğində ödənilmiş pul vəsaiti və xx.xx.2022-ci il tarixində ödənilmiş 8850 manat məbləğində pul vəsaiti **********97915 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsinə yönəldilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1028 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə “X20 Təsərrüfatı” MMC arasında bağlanmış **********52114 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qeyd olunan şərtlər nəzərə alınmaqla MMC-nin xx.xx.2019-cu il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: əsas borc üzrə 228.969,70 manat; faiz borcu üzrə 26.446,00 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda “X20 Təsərrüfatı” MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********52114 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla “X20 Təsərrüfatı” MMC-nin "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 0,00 manat; 1 faiz borcu üzrə 55.874,16 manat; cərimə borcu üzrə139.308,93 manat. Dördüncü, beşinci və altıncı suallar üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə “X20 Təsərrüfatı” MMC arasında bağlanmış **********97915 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə qeyd olunan şərtlər nəzərə alınmaqla MMC-nin xx.xx.2018-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: əsas borc üzrə 32.581,15 manat, faiz borcu üzrə 1.786,53 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenurhunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda “X20 Təsərrüfatı” MMC ilə "xxxx" ASC arasında bağlanmış **********97915 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla “X20 Təsərrüfatı MMC-nin "xxxx" ASC -yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə - 0,00 manat, faiz borcu üzrə 7533,59 manat, cərimə borcu üzrə - 24928,1 manat. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində təşkil edir. İşdə olan cavabdeh “X20 Təsərrüfatı” MMC-nin nümayəndəsi X6 və vəkili Vəkil ərizəsindən görünür ki, mübahisəyə iddia müddəti tətbiq olunmalı və iddia rədd edilməlidir. Belə ki, iddia tələbi əsassızdır, belə ki, sonuncu dəfə tərəflər arasında xx.xx.2015-ci il tarixdə **********97915 N-li kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 il olaraq müəyyənləşdirilmişdir. Bu səbəbdən də, iddiaya iddia müddəti tətbiq edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış **********52114 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 6% ödənilməsi şərti ilə 260000 manat məbləğində kredit verilmişdir. Həmçinin, tərəflər arasında bağlanmış **********97915 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 6 faiz ödənilməsi şərtilə 50000 manat məbləğində kredit təqdim edilmişdir. Eyni zamanda, qeyd edilən kredit müqavilələrinin təminatı kimi iddiaçı ilə ipoteka (və sonrakı ipoteka) müqavilələri bağlanaraq daşınmaz əmlaklar iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən kredit müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı kredit müqavilələri üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(004)-108/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8808/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra zamanı müvafiq hərrac təşkilatları tərəfindən keçirilmiş hərraclarda ipoteka predmetləri satılmadığından onlar əldə edilməsi üçün iddiaçıya təklif edilmiş və iddiaçı həmin təklifləri qəbul etmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakların ödənilməmiş borc müqabilində iddiaçının balansına keçməsi hesabına **********52114 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc məbləği tam şəkildə ödənilmiş, yerdə qalan 24492,05 manat məbləğində pul vəsaiti isə **********97915 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləğinin qismən ödənilməsinə yönəlmişdir. Daha sonra isə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 8850 manat məbləğində ödəniş həyata keçirilmişdir ki, bu da **********97915 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə ödənilməsinə yönəldilmişdir. Bununla borcalanın məhkəmə qətnaməsi ilə müəyyən edilmiş kredit müqavilələri üzrə əsas borc məbləğləri tam şəkildə ödənilməsinə baxmayaraq, iddiaçı cavabdehə qarşı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı mövcud iddia tələbində “**********97915 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi (2-ci kredit müqaviləsi) üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6% dərəcəsi ilə hesablanmış 1884,79 manat məbləğində adi faizlər üzrə borc məbləği”ni tələb etmiş olsa da, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8808/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə **********97915 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə (yəni, xx.xx.2018-ci il tarixindən sonrakı tarixə) kimi hesablanmış faiz borcunun 1900 manat məbləğində olması müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab deir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək ipoteka predmeti olan əmlak(lar)ı təhvil vermiş şəxs borc və faizlərin ipoteka predmeti olan əmlak(lar)a yönəldiyi andan kredit müqavilə(lər)si üzrə öhdəliy(klər)ini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, mülki məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd edilən Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Məhkəmə hesab edir ki, məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək ipoteka predmeti olan əmlak(lar)ın təhvil verilməsi nəticəsində **********52114 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc məbləği tam şəkildə ödənilmiş, hətta yerdə qalan 24492,05 manat məbləğində pul vəsaiti isə **********97915 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləğinin qismən ödənilməsinə yönəlmişdir. Bununla da, cavabdeh **********52114 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur. Belə olan halda, həmin kredit müqaviləsi üzrə tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verilmişdir. Odur ki, iddia tələbi “cavabdehin iddiaçı qarşısında **********52114 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi (1-ci Kredit müqaviləsi) üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % dərəcəsi ilə hesablanmış 27074,34 manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 138308,93 manat məbləğində penya, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən kredit üzrə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 31198 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 197581,27 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində əsassızdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. **********97915 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 8850 manat məbləğində ödəniş həyata keçirildiyindən, həmin kredit müqaviləsi üzrə müqavilə münasibətləri cavabdeh tərəfindən davam etdirilmişdir. Lakin, məhkəmə araşdırılması zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8808/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə **********97915 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcunun xx.xx.2018-ci il tarixinə (yəni, xx.xx.2018-ci il tarixindən sonrakı tarixə) kimi hesablanaraq 1900 manat məbləğində olması müəyyən edildiyindən, iddiaçının mövcud iddia tələbində “**********97915 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi (2-ci kredit müqaviləsi) üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6% dərəcəsi ilə hesablanmış 1884,79 manat məbləğində adi faizlər üzrə borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması”nı tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında **********97915 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə (yəni, xx.xx.2018-ci il tarixindən sonrakı tarixə) kimi 1900 manat məbləğində faiz borcunun olması müəyyən edildiyindən və həmin məbləğ tutulduğundan, iddia tələbi qeyd edilən hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, **********97915 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə (yəni, xx.xx.2018-ci il tarixindən sonrakı tarixə) kimi 1900 manat məbləğində faiz borcunun olması qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunduğundan, göstərilən fakt hazırkı mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu hal olması məhkəmə üçün məcburidir və göstərilən hal yenidən sübut edilməməlidir. Odur ki, iddia tələbi göstərilən hissədə rədd edilməlidir. Məhkəmə iddianın “**********97915 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 24928,1 manat məbləğində penyanın ödənilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən penya əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən penyanın 24928,1 manat məbləğində deyil, 240 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə iddianın “**********97915 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən kredit üzrə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 6677,75 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsaslıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış **********97915 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixinə kimi müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, xx.xx.2018-ci il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddia “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti “**********97915 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi (2-ci kredit müqaviləsi) üzrə kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6% dərəcəsi ilə hesablanmış 1884,79 manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 24928,1 manat məbləğində penya, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən kredit üzrə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 6677,75 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə həmin hissədə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, qeyd edilən müqavilə borcla bağlı müqavilə olduğundan, müqavilə tələbləri üzrə iddia müddəti şamil edilməlidir. Lakin, **********97915 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 8850 manat məbləğində ödəniş həyata keçirilmişdir. **********97915 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 8850 manat məbləğində ödəniş edildiyindən, bununla da, həmin kredit müqaviləsi üzrə borcunun olmasının etirafı ilə əlaqədar hərəkətlər edildiyindən, iddia müddətinin axımı qeyd edilən hissədə kəsilmişdir. Belə ki, qeyd edilən müqavilə üzrə iddia müddətinin axımı qeyd edilən tarixdən yenidən başlandığından iddia müddəti iddiaçı tərəfinən iddianın “**********97915 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə” iddia tələbi hissəsində ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri qismən əsaslıdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tam şəkildə tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdehin iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tam olaraq tətbiq edilərək, iddiadan tam şəkildə imtina edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin 45 manatı iddiaçıdan, 100 manatı cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 521,67 manat dövlət rüsumunun 150 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. **********97915 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 240 manat məbləğində cərimə, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən kredit üzrə əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 6677,75 manat məbləğində faiz, cəmi 6917,75 manat məbləğində pul vəsaiti “X20 Təsərrüfatı” MMC-dən alınaraq xxxxna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin 45 manatı xxxxndan, 100 manatı “X20 Təsərrüfatı” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. 150 manat məbləğində dövlət rüsumu “X20 Təsərrüfatı” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar