Məhkəmə qərarları › İş №e-2-2(121)-488/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-488/2023

06.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-488/2023 06.06.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 iştirakı ilə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı – iplərin naturada və yaxud dəyərlərinin tələbi barəsində iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs8, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs7 qarşı - ödəniş gününə qüvvədə olan Azərbaycan manatının məzənnəsinə uyğun ümumi dəyəri 96750 ABŞ dolları olan 45 ton XEBE (kanaf) ipinin, ümumi dəyəri 41284,30 ABŞ dolları olan 19 ton 202 kq rəngəli jilka ipinin, ümumi dəyəri 40000 ABŞ dolları olan 10 ton ağ kapron ipinin və ümumi dəyəri 20000 ABŞ dolları olan 10 ton qarışıq pambıq iplərinin naturada və yaxud dəyərinin, 400 manat mediasiya xərcinin və 260 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs4 ilə təxminən 2010-ci ildən İran İslam Respublikasından ip alaraq Azərbaycan Respublikasında satışını həyata keçirmişlər. Lakin Cavabdeh onunla uşaqlıq dostu olduğundan və münasibətləri yaxşı olduğundan, Talehlə aralarında olan ip alqı-satqısına şərik olmaq istədiyini bildirmişdir. O, bu barədə Talehə bildirmiş, lakin Taleh 3-cü şəxsin şərik olmasına razılıq verməmiş, onunla olan şəriklik münasibətlərinə son qoymuş və Fikrətlə şərik ola biləcəyini bildirmişdir. Talehin əhatəsi İran İslam Respublikasında böyük olduğundan cavabdehlə Azərbaycana gətiriləcək iplərin hər tonunda ona 50 manat pul verməkləri barədə razılığa gəlmişlər. Fikrətlə şərikliyi ondan ibarət olmuşdur ki, o, maliyyə dəstəyi verəcək, İran İslam Respublikasından ip alaraq Azərbaycan Respublikasına gətirib Fikrətə təhvil verəcək, Fikrətdə iplərin hər kiloqramından ona 0,30 manat verməli idi. Həmin puldan Talehə hər ton üçün 50 manat pul ayıracaqdılar. Cavabdehlə aralarında olan razılaşmaya uyğun olaraq hər ay ipləri gətirib Fikrətin Masallı şəhərində yerləşən anbarında ona təhvil verirmiş və onun anbardarı işələyən Maraqlı şəxs6 ipləri tərəzidə çəkərək Fikrətlə birlikdə təhvil almışdırlar. Bütün iplərin Fikrətə təhvil verilməsində Babək şəxsən iştirak etmişdir. Cavabdehə təxmini hesablamalarına görə 300500 ABŞ dolları məbləğində XEBE (kanaf) ipi, rəngəli jilka ipi, ağ kapron ipi və pambıq ipi qarışıq təhvil vermişdir. Bundan da 10200000 ABŞ dolları qazancı olmuşdur. Hal-hazırda cavabdeh tərəfindən ona 96,750 dollar dəyərində 45 ton XEBE (kanaf) ipi, 41284,30 dollar dəyərində 19 ton 202 kq rəngəli jilka ipi, 40000 dollar dəyərində 10 ton ağ kapron ipi, 20000 dollar dəyərində 10 ton pambıq ipi qarışıq iplərin dəyəri ödənilməmiş qalmışdır. Cavabdehdən dəfələrlə ona ipləri geri qaytarmasını və yaxud onların dəyəri olan 198034,43 ABŞ dolları məbləğində pulunu verməsini tələb etsə də, bugün ki, tarixə kimi nə ipləri, nə də ki, onların dəyərini qaytarmaqdan imtina etmişdir. Qaytarmaq əvəzinə barəsində hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. Hətta ərizəsində qeyd etmək istəmir, ancaq üstü örtülü şəkildə qeyd edir ki, başqa bu işə aid olmayan və məsələdən xəbərdar olmayan şəxsləri araya qoşaraq, ona hədə-qorxu gələrək onun ipdən əl çəkməyini bildirmişdir. Cavabdehin ailəsi illərdi iplə məşğuldurlar və dövlət televiziyasında ailəsi ilə birlikdə müsahibə vermişdir. Cavabdeh əgər ipləri qaytarsaydı, o, ipləri satmaqla İran İslam Respublikasında yaranmış borcunu ödəyərdi. Ancaq cavabdeh dostluqlarına, qardaşdan da artıq olmuş münasibətlərinə xələl gətirmişdir. Onunla uşaqlıqdan münasibətləri pozulduğu dövrə kimi, qardaşdan da, artıq xoş münasibətləri olmuşdur. Bu müddətə kimi, qardaşlığı xatirinə dözmüşdür ki, bəlkə səhvini başa düşüb, onu saldığı çətin vəziyyətdən çıxardar, ona olan borcunu geri qaytarar. Çünki, cavabdehin ona qarşı etdiyi bu hərəkət nəticəsində bütün var dövlətini itirmişdir. Belə ki, İran İslam Respublikası vətəndaşı olan Qulam adlı şəxs ondan iplərin dəyərini istəmiş, o da məcbur olub, əlində olan əmlakları sataraq Qulama olan borcunu qismən ödəmiş, lakin 20000-30000 ABŞ dollara yaxın borcu qalmışdır. Cavabdehlə birlikdə dəfələrlə İran İslam Respublikasına Qulam adlı şəxsin yanına gedib ipləri birlikdə seçmişdirlər. Sonra mallar orda yük avtomobillərinə yüklənərək Azərbaycana yola salınmışdır. Bütün maliyyə dəstəyini o, etmiş, malları Fikrətin anbarına çəkilərək təhvil verilməsi öhdəliyi onda olmuşdur. Malların Fikrətə təhvil verilməsində Ceyhun, Elxan, Taleh adlı şəxslər iştirak etmiş və malları daşıyıb Fikrətin anbarına təhvil vermişdirlər. Babək Fikrətin işçisi, yəni anbardarı olmuşdur. Cavabdeh qarşı Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin iddiası məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehdən 33840 ABŞ dollarının tutulması qət edilmişdir. Həmin iddiası ondan ibarət olmuşdur ki, 30000 ABŞ dolları "xxxx" ASC-dən, 8000 ABŞ dollar "xxxx" ASC-dən kredit, 17000 ABŞ dolları pulu isə başqa bir şəxsdən borc alıb Fikrətə vermişdir ki, 45 ton mal gəlmişdi, onun pulunu və gömrük haqqını ödəsin. Ondan borc aldığı 55000 ABŞ dolları pulu, 2 ay müddətində qaytaracağına söz vermişdir. Masallı Rayon Məhkəməsində olan sənədlərdə həqiqətən onun bankdan kredit götürməyi təsdiq olunur. Onun məhkəmədə qaldırdığı iddiası ip alverindən yaranmış borc deyil, bankdan kredit və başqa şəxsdən borc alıb Fikrətə verdiyi pulu geri tələb etməyi olmuşdur. Fikrətlə 2020-ci ilə kimi ip alveri ilə məşğul olmuş, Fikrət onun məlumatı olmadan Qulamdan ip almış, onun pulunu isə ödəməkdən imtina etmiş, Qulamda ona görə Fikrətə ip verdiyini, ona görə də Fikrətin ödəmədiyi pulu ondan tələb etmiş və Fikrətin yerinə iplərin pulunu vermişdir. Yəni bir sözlə o, cavabdehdən rayon məhkəməsində qaldırdığı iddiasında bankdan kredit götürüb verdiyi pul tələbindən ibarət olmuşdur. Ondan ip və yaxud onun dəyəri tələbi ilə bağlı müraciət etməmişdir. Cavabdehə ipləri təhvil vermiş, həmin iplərini geri tələb edir və yaxud ipləri qaytarmaq imkanı yoxdursa onun dəyərini ödəməsini tələb edir. Tələbini əsaslandıran faktlar ondan ibarətdir ki, cavabdeh Masallı Rayon Məhkəməsində, Şirvan Apellyasiya Məhkəməsində və polis orqanlarında verdiyi izahatlarında həqiqətən ondan ip almasını etiraf edir. Həmçinin öz xətti ilə yazdığı qəbzlərdə ondan ip almasını və borclu qaldığı məbləğlər özü tərəfindən qeyd etmişdir. Eyni zamanda İran İslam Respublikası vətəndaşı olan Qulamın yazdığı və imzaladığı qəbzdə də, həqiqətən ona yüz tonlarla ip verməsi və həmin ipləri Fikrətə göndərməyi sübuta yetirilir. Həmin qəbzdə də, Qulama borclu qalmağı göstərilmişdir. Həmçinin cavabdehin onda səs yazıları vardır. Həmin səs yazılarında ipləri təhvil götürməsi, mənə iplərin dəyərindən nə qədər borcu qalmasını etiraf edir. Bundan əlavə xüsusi olaraq qeyd edir ki, 2017-ci ilin axırı və 2018-ci ilin əvvəlində Fikrət ona bəzi malları qaytarmaq istədiyini bildirdi. Ondan səbəbini soruşanda, cavabında bildirdi ki, Qulamla danışıb, bəzi satılmayan malları Qulam o, iddiaçıdan geri götürəcəkdir. Qulama zəng etmiş, Qulam ona bildirdi ki, malları geri götürə bilər. X12 rayonununa gəlib, özünə aid olan sadəcə 1 ton 500 kq pambıq ipini geri götürdü. Qalan iplərin ona aid olmadığını ona və Fikrətə bildirdi. Ondan sonra cavabdehlə aralarında mübahislər yaranmağa başlamışdır. Bu mübahisələr bu günə kimi davam edir. Bu səbəbdən də, məcbur olub məhkəməyə müraciət edir. Odur ki, Cavabdeh ümumi dəyəri 96,750 ABŞ dollar olan 45 ton XEBE (kanaf) ipinin, ümumi dəyəri 41284,30 ABŞ dolları olan 19 ton 202 kq rəngəli jilka ipinin, ümumi dəyəri 40000 ABŞ dolları olan 10 ton ağ kapron ipinin və ümumi dəyəri 20000 ABŞ dolları olan 10 ton qarışıq pambıq iplərinin naturada və yaxud dəyərinin, 400 manat mediasiya xərcinin və 230 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını tələb edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs4, Maraqlı şəxs8, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs2 və Maraqlı şəxs7 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş(lər) və gəlməmə(lər)sinin səbəbləri barədə məlumat verməmişdir(lər). Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs(ləri)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, cavabdehin və üçüncü şəxsin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1420/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 33840 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı Hacıağa oğluna verilməsi, cavabdeh tərəfindən ödənilməli olan 33840 ABŞ dolları qətnamə icra olunduğu günə olan məzənnəsi ilə hesablanması, iddianın pulun ödənilməsinin gecikdirilməsinə görə 4974 ABŞ dolları və əldən çıxmış faydaya görə 10000 manat tələbi, həmçinin X3 münasibətdə təmin edilməməsi, ekspertiza xərcinin Cavabdeh aid edilməklə ondan 185,52 manat tutularaq X1 hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 3418/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1420/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2592/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3418/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilən Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqinin xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4, İddiaçı Hacıağa oğlu, Maraqlı şəxs1, X5, X2 ilə Maraqlı şəxs8 və Cavabdeh arasında borc münasibətləri yarandığından Maraqlı şəxs8, X7 və Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilməsi və qərarın surətləri şikayətçi tərəflərə göndərilməklə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüquqları onlara izah edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısının xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Masallı RPŞ-də toplanmış xx.xx.2020-ci il tarixli, HK-1/1739 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunan Masallı RPŞ-nin TB-nin təhqiqatçısının xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında Masallı RPŞ-də toplanmış xx.xx.2022-ci il tarixli, HK-1/619 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, araşdırma zamanı şikayət etdiyi İddiaçı Hacıağa oğlu tərəfindən xx.xx.2008-ci ildən xx.xx.2021-ci il tarixədək xarici iqtisadi fəaliyyətlə məşğul olmadığı müəyyən edilmişdir. İş materiallarında olan məktubdan görünür ki, İran Respublikasından Kərbəlayi Qulam Azərbaycanın Masallı şəhərindən olan Mahir və Fikrət ilə ... ci ildən ... cı ilə kimi topdan ip alveri etmişlər. Onun onlarla ümumi ticarətləri isə ... ilə kimi davam etmişdir. O, onlarla hər həftə ... ton olmaqla xebe (kanaf), kapron, jilka, press pambıq işləri göndərmişdir. Bütün gələn ... konteyner (... kon ... ton = ... ton) xebe ipinin hamsını bir kiloqrama qədər çəkdirib Fikrətə yollamışdır. Ona heç vaxtı əksik mal yollamamışdır. Bu mallarıda o, onlara İranın Ərdəbil şəhərindən olan "xxxx" Şirkətinin sahibi Kərbəlayi Salman və başqa-başqa adlara məxsus Karqo Şirkətləri ilə yollayırdı. Hətta Mahir ilə Fikrət malların seçimi üçün bir neçe dəfə İrana gəlib onun yanında olmuşlar. Aralarında razılıq olmuşdur ki, bu mallar Azərbaycanda ancaq təkcə Fikrətə yollanılacaqdır. O, bu malları Azərbaycanda təkcə Mahir və Fikrətə göndərdiyinə görə, onlarda hər ... həftədən bir vaxtı-vaxtında ona ... min dollar pul göndərirdilər. Onun onlara ümumi yolladığı mallar aşağıdakı kimidi: (... Xebe (kanaf) ipi ... kon ...). (... Rəngli jilka ipləri ... ton ...). (... Ağ kapron ipi ... ton ...). (... Pambıq ipi qarışıq ... ton ...). Ümumiyətlə onun Mahir və Fikrət ilə ... ci ildən ... cı ilə kimi ... milyon ... min dollar və sonra əlavə ... cı ildən ... ci ilə kimi isə ... milyon ... min dollar alverləri olmuşdur. Onun axrıncı dəfə yolladığı malların pulundan isə onların ona ... dollar borcu qalmışdır. Bu borcdan ... ci ilə kimi Mahir ona ... (min ... dollar) ödəmiş və ... borcları qalmışdır. Sonra da Mahirlə Fikrətin ona qalan borclarından ... ci ilə kimi az-az olmaqla Mahir ödənişlər etmişdir. Onun Fikrətdə olan mallarından isə, Fikrət və Mahir ona yalnız bir dəfə olmaqla ... kq yox, ... kq pambıq ipi geri qaytarmışlar. Bu günə kimidə onların ona ödənilməmiş borcları qalmışdır. Həmin məktubdan həmçinin görünür ki, qeyd edilən məktub Golam Mohammadi tərəfindən və "xxxx" Şirkətinin nümayəndəsi tərəfindən imalanaraq, möhürlə təsdiq edilmişdir. İş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-488/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı – 40 ton çəkidə sarı XB ip malının naturada cavabdehdən alınaraq iddiaçıya verilməsi barəsində iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-488/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs7 və Maraqlı şəxs1 məhkəməyə ərizələrlə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Hacıağa oğlu və Cavabdeh adlarına ip materiallarının idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. Həmçinin, “X14.”, “X13 Ltd.” və “Abazar Hamedi Trading” şirkətləri tərəfindən ip materiallarının idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən ipləri İran İslam Respublikasından Azərbaycan Respublikasına İddiaçı tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən göndərilmişdir. Həmçinin həmin iplər Golam Mohammadiyə məxsus olmuşdur. Məhkəmə araşdırılması zamanı həmçinin iplərinin Cavabdeh təhvil verilməsi də məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunmamışdır. Göründüyü kimi, ipləri İran İslam Respublikasından Azərbaycan Respublikasına başqa şəxs(lər) tərəfindən göndərilmişdir. Belə olan halda hazırki iş üzrə iddiaçının malın cavabdehdən naturada, yaxud dəyərinin alınaraq ona verilməsini tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ipləri İran İslam Respublikasından Azərbaycan Respublikasına İddiaçı tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən göndərildiyindən, o cümlədən, həmin iplər iddiaçıya deyil, Golam Mohammadiyə məxsus olduğundan, iddiaçının mövcud iddianı qaldırmaq hüququ olmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin mala (ipə) dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Mübahisəli mallar (iplər) iddiaçının mülkiyyətində deyildir (iddiaçıya məxsus deyildir). Azərbaycan Respublikasının qanunvericiliyi isə iddiaçının mülkiyyətində olmayan əmlaka (əşyaya) dair cavabdeh(lər)ə qarşı mövcud tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələbi irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs8, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs7 qarşı - ödəniş gününə qüvvədə olan Azərbaycan manatının məzənnəsinə uyğun ümumi dəyəri 96750 ABŞ dolları olan 45 ton XEBE (kanaf) ipinin, ümumi dəyəri 41284,30 ABŞ dolları olan 19 ton 202 kq rəngəli jilka ipinin, ümumi dəyəri 40000 ABŞ dolları olan 10 ton ağ kapron ipinin və ümumi dəyəri 20000 ABŞ dolları olan 10 ton qarışıq pambıq iplərinin naturada və yaxud dəyərinin, 400 manat mediasiya xərcinin və 260 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar