Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-510/2025 11.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 1251,04 və 32,51 manat dövlət rüsumu olmaqla, cəmi 1283,55 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, AC-STU/03-04-24/ƏS saylı “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır .Bu müqavilənin 1.1-ci bəndinə əsasən, borclu tələbkara cəmi 1251,04 manat borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2024-cü il tarixinə qədər 1251,04 manatı hissə hissə xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 156,38 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Lakin öhdəlik borclu tərəfindən yerinə yetirilməmişdir və hazırda cavabdehin 1251,04 manat borcu mövcuddur. Bundan başqa ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçi-işəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır. Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə Azərbaycan Respublikası Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. AR MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülur. Həmin məcəllənin 445.4-cü maddəsində icra üçün təqvim günü təyin edildikdə əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə icranı xatırlatmasız gecikdirmiş sayılır. AR MPM-nin 40.2-ci maddəsinə əsasən Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. xx.xx.2024-cü il tarixli, AC-STU/03- 04-24/ƏS saylı “mövcud borcun etirafı haqqında” müqavilənin 2.2-ci maddəsinə əsasən, borclu hər ay vaxtı vaxtında ödəniş etməzsə, tələbkar qarşı tərəfə yazılı (elektron və ya pretenziya qaydasında) bildiriş göndərməli, borclu isə bildiriş ona çatdığı gündən ən gec 3 (üç) iş gün ərzində ödəniş etməzsə, tələbkar qarşı tərəfə xəbər vermədən xitam verə bilər. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən, hazırkı müqavilədən irəli gələn mübahisələrin Azərbaycan Respublikasının Abşeron Rayon Məhkəməsində həll edilməsi ilə bağlı müddəanın qeyd olunmasına baxmayaraq onlar tərəfindən göndərilən iddia ərizələri dəfələrlə Abşeron Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyatı ilə bağlı olaraq geri qaytarılmış, bu səbəbdən pul tələbinin ödənilməsi ilə bağlı məsələnin həll edilməsi üçün kommersiya məhkəmələrinə iddia ərizəsi ilə müraciət edilir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, o, iddianı qəbul edir və maddi imkanı olmadığı üçün borcunu ödəə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
İddia ərizəsinə etiraz:
5. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
9. İddiaçı ASC (Tələbkar) ilə Cavabdeh (Borclu) arasında xx.xx.2024-cü il tarixli, AC- STU/03-04-24/ƏS nömrəli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci yarımbəndinə əsasən, “Borclu” “Tələbkar”a cəmi 1251.04 (bir min iki yüz əlli bir manat, dörd qəpik) manat borcunun olduğunu etiraf edir. -1.2-ci yarımbəndinə əsasən, “Borclu” borc məbləğini “03” dekabr 2024-cü il tarixinə qədər 1251.04 (bir min iki yüz əlli bir manat dörd qəpik) manatı hissə-hissə “03” may 2024-cü il tarixindən başlayaraq 8 ay müddətində hər ay 156.38 (bir yüz əlli altı manat, otuz səkkiz qəpik) manat məbləğində olmaqla “Tələbkar”a ödəməyi öhdəsinə götürür. -2.2-ci yarımbəndinə əsasən, “Borclu” hər ay vaxtlı-vaxtında ödəniş etməzsə, “Tələbkar” qarşı tərəfə yazılı (elektron və ya pretenziya qaydasında) bildiriş göndərməli, “Borclu” isə bildiriş ona çatdığı gündən ən gec 5 (beş) gün ərzində ödəniş etməzsə, “Tələbkar” qarşı tərəfə xəbər vermədən müqaviləyə xitam verə bilər.
10. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il boc məbləğinin müəyyən edilməsi haqqında aktdan görünür ki, Cavabdeh İddiaçı ASC ilə əməkdaşlıq etmişvə borcunu ödəməmişdir. Borcun müəyyən edilməsində Cavabdeh iştirak etmiş və iddiaçıya 1251,04 manat məbləğində borcu olduğunu öz imzasıyla təsdiq və etiraf etmişdir.
11. Eyni zamanda iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, cavabdeh borcu ödəmək iqtidarında olmadığını və borcun hissə-hissə ödənilməsi ilə bağlı ona möhlət verilməsini iddiaçıdan xahiş etmişdir.
12. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məkəməyə təqdim edilmiş ərizədən görünrü ki, o, hazirki iş üzrə iddianı qəbul edir və borcun etirafı barədə müqaviləni mübahisələndirmir. Ona görə də hesab edir ki, hər hansı ekspertizanın keçirilməsinə zərurət yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir.
13. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 26 noyabr 2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış mövcud borcun etirafı müqaviləsi üzrə yaranmış 1251,04 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.
14. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32,51 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. - 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə bağlanmış müqavilədən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında müqavilədən göründüyü kimi “Borclu” “Tələbkar”a cəmi 1251.04 (bir min iki yüz əlli bir manat, dörd qəpik) manat borcunun olduğunu etiraf etmişdir.
20. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddia tələbi etiraf edildiyindən və bunun qanuna zidd olması ilə bağlı hər hansı bir hal müəyyən edilmədiyindən, cavabdehin iddianı etiraf etməsi nəzərə alınmalı və bu, məhkəmə tərəfindən qəbul edilməlidir.
21. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1251,04 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
22. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 32,51 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir.
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 1251,04 (bir min iki yüz əlli bir manat, dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 32,51(otuz iki manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı A+CO” ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev