Məhkəmə qərarları › İş №e-2-2(121)-52/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-52/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-52/2024 12.01.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı - icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının tutulması və s. tələbinə dair iddası üzrə kommersiya mübahisəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Sabirabad Rayon Kooperativ Cəmiyyəti ilə Cavabdeh arasında Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinə (mağaza) dair bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsini, Cavabdeh 1.680 manat məbləğində əsas borcun, 484 manat məbləğində cərimənin tutularaq İddiaçınə ödənilməsni, İddiaçınə məxsus 190 saylı qeyri yaşayış sahəsindən (mağazadan) cavabdeh tərəfindən istifadəyə son qoyulması və mağazanın dərhal İddiaçınə təhvil verilməsini, 200 manat Mediasiya xərci, 8 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X7 arasında xx.xx.2010-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, bundan sonra onun oğlu Cavabdeh ilə isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cəmiyyətin mülkiyyətində olan Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı mağazanın (qeyri yaşayış sahəsi) icarəyə verilməsinə dair icarə müqavilələri bağlanmışdır. X7 ilə icarə müqaviləsi imzalanan tarixdən xx.xx.2019-cu il tarixədək 8040 (səkkiz min qırx ) manat borcu qalmışdır. Bununla bağlı ayrıca iddia veriləcəkdir. Cavabdeh qeyri yaşayış sahəsinin icarəyə verilməsi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq icarə haqqı 40 (qırx) manat olaraq müəyyənləşmişdir. Cavabdeh ilə xx.xx.2020-ci il tarixdən müqavilə münasibətləri eyni şərtlə uzadılmış və halhazırki tarixədək davam etməkdədir. Cavabdeh ilə icarə müqaviləsi imzalanan tarixdən xx.xx.2023-cü il tarixədək 1680 (bir min altı yüz səksən ) manat borcu qalmışdır. Aramızda olan icarə müqavilələrinin 11-ci bəndinə əsasən İcarəçi icarə haqqını hər ayın birinci on günlüyündən gec olmayaraq ödəməlidir. Həmin bəndə əsasən vaxtında ödənilməyən icarə haqqına görə hər gün üçün müqavilə məbləğinin 0,1% həcmində cərimə hesablanması nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən tarixlərdən mülkiyyətlərində olan qeyri yaşayış sahəsi Cavabdeh istifadəsində olmasına baxmayaraq bu günkü günə kimi icarə müqaviləsində aylıq icarə haqqı olaraq müəyyənləşdirilmiş və yığılıb qalmış 1680 (bir min altı yüz səksən ) manat borcu onun tərəfindən bizə tam ödənilməmişdir. Dəfələrlə tərəflərindən edilmiş müraciətlərə baxmayaraq müqavilədə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən müxtəlif bəhanələrlə icra edilməmiş və daşınmaz əmlakın icarəsi üçün icarə haqqı bizə ödənilməmişdir. Halbuki, aralarında olan icarə müqavilələrinin şərtlərinə əsasən cavabdeh icarə haqqını qeyd edilən müqavilədə göstərilən müddətdə və miqdarda İcrəyə verənə ödənilməsini təmin etməyi öhdələrinə götürmüşlər. Lakin müqavilə üzrə öhdəlik götürülməsinə baxmayaraq bu günkü günə kimi yuxarıda göstərdikləri borclar cavabdeh tərəfindən onlara ödənilməmişdir. Cavabdehlə aralarında olan icarə müqavilələrinin 11-ci bəndinə əsasən gecikdirilmiş hər bir gün üçün 0,1% cərimə hesablanması nəzərdə tutulmuşdur. Cavabdehlə aralarında olan icarə müqaviləsinin şərtlərinə əsasən o, üzərinə götürdüyü öhdəliklərini icra etməyib borclu olduğu məbləğləri ödəmədiyi və gecikdirdiyinə görə tərəflərindən müqavilə şərtlərinə əsasən hesablanmış cərimələri də ödəməlidir. Hal-hazırda Cavabdeh borcu 1680 (bir min altı yüz səksən ) manat təşkil edir və müqavilələrinin 11-ci bəndində nəzərdə tutulmuş müddətdə icarə haqqını ödəmədiyindən və həmin bəndə nəzərdə tutulan 1%-i həcmində cəriməni nəzərə alsaq Cavabdeh tətbiq ediləcək cərimə 484 (dörd yüzsəksən dörd) manat təşkiledir. Göstərilənlərdən göründüyü kimi Cavabdeh 1680 (bir min altı yüz səksən ) manatməbləğində əsas borcunu və ona tətbiq edilən 484 (dörd yüzsəksən dörd) manat məbləğində cəriməni ödəmir. Tərəflər arasında imzalanmış müqavilələrin 13-cü bəndinə əsasən müqavilə tərəflərinin birinin tələbi ilə vaxtından 30 gün əvvəl rəsmi xəbərdarlıq edilməklə müqavilə pozula bilər. Bu baxımdan hesab edirlər ki, qeyd edilən məbləğlər cavabdehdən tələb edilməklə yanaşı onunla bağlanmış icarə müqaviləsi ləğv edilməli və cavabdehin “İddiaçı”-nə məxsus 190 saylı mağazadan (qeyri yaşayış sahəsindən) qanunsuz istifadəsinə son qoyulmalı və qeyd edilən mağaza bizə təhvil verilməlidir. 22 iyun 2023-cü il tarixdə borcun və cərimənin ödənilməsi tələbinə dair cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı bir cavab verilməmiş və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün təşəbbüs göstərilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, cavabdehlə aramızda olan mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə 09 iyun 2023cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin cavabdeh tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklifə də hər-hansı bir münasibət bildirməmişdir. Bundan sonra tərəflərindən mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə Sabirabad 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. X5 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞS/MT-023/2023-01445 saylı xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış”-a əsasən müəyyən olunur ki, təyin edilmiş mediator tərəfindən cavabdehə ilkin mediasiya sessiyasının tarixi və yeri barədə 5 gün əvvəl məlumatlandırılmasına baxmayaraq cavabdeh keçirilən mediasiya sessiyasında iştirak etməmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə təşəbbüs göstərsələr də hərhansı bir nəticə əldə edə bilməmişlər. Belə olan halda hesab edirlər ki, işin sülh yolu ilə həll edilməsi üçün mümkün vasitələr tükəndiyindən aralarında olan mübahisə məhkəmə qaydasında həll edilməlidir. Onu da məlumat üçün bildirirlər ki, cavabdehlərlə aralarında olan mübahisə artıq iki ildən çoxdur ki, davam edir. Hətta bu barədə Sabirabad rayon Məhkəməsinin iddianı təmin edən xx.xx.2022-ci il tarixli, iş 2(056)-64/2022 saylı qətnaməsi də olmuş, lakin məhkəmə aidiyyatı pozulması səbəbilə həmin qətnamə ləğv eilmişdir. Cavabdehin Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı qaldırmış olduğu iddianı qəbul etmədiyini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər X6 və Cavabdeh qarşı «RKC-nə məxsus zəbt olunmuş qeyri-yaşayış binasından çıxarılma tələbinə dair» iddia ərizəsi ilə məhkəməyi müraciət edərək, cavabdehlerin İddiaçınə məxssus əvvəllər 190 saylı mağaza adlanan qeyri-yaşayış sahəsindən çıxarılmaqla onların qanunsuz istifadəsinə son qoyulması və onlardan xx.xx.2010-cu ildən hal-hazıradək icarə haqqı hesabına ödənilməmiş qalan 32944 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Sabirabad RKC-ə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad rayon Məhkməməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2 ( 0 5 6 ) - 64/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən Sabirabad RKC-nə məxsus Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən 190 nömrəli mağaza cavabdehlər X7 və Cavabdeh tərəfindən boşaldılması və iddiaçıya təhvil verilməsi, cavabdeh X1 xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək 42 ay üçün 60 manat aylıq olmaqla 2520 manat, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 24 ay üçün 70 manat olmaqla 1680 manat, xx.xx.2016cı il tarixdən xx.xx.2016-cı il tarixədək 12 ay üçün 80 manat olmaqla 960 manat olmaqla, cəmi 5160 (beş min bir yüz altımış) manal məbləğində və Cavabdeh xx.xx.2020-ci il tarıxdər xx.xx.2020-ci il tarixədək 12 ay üçün 40 manat olmaqla 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə verilməsi və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutulub İddiaçınə verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2000-ci il tarixli, 55 nömrəli sərəncama əsasən şəhər sakini X4 Azərbaycan prospektində yerləşən ona məxsus mağazanın qarşısına yenidənqurma işlərinin aparılması üçün 16x7 metr ölçüdə əlavə torpaq sahəsinin ayrılması və RİHB aparatının memarlıq və tikinti şöbəsi yenidənqurma işlərinin müasir üslubda aparılmasına ciddi nəzarət edilməsi qərara alınmışdır. xx.xx.1990cı il tarixli, 3 nömrəli protokola əsasən həmin mağaza binasının tikintisi üçün başqa yerdən verilmiş torpaq sahəsinə dair RİK-nin 28 fevral 1990-cı il tarixli 3 nömrəli qərarının ləğv edilməsi, şəhərin Lenin küçəsində tikiləcək mağaza binasının tikinti altına dəmir yol dalanı ilə mebel mağazası arasında qalan sahədə 0,04 hektar torpaq sahəsinin ayrılması və bu barədə komissiyanın tərtib etdiyi 24 avqust 1939-cu İ tarixli aktın nəzərə alınması və Memarlıq İnşaat şöbəsinə obyektin sənədlərinə uyğun yerləşdirilib tikilməsinə nəzarət edilməsi qərara alınmışdır. Belə ki, sözügedən mağazanı öz şəxsi vəsaiti hesabına tikdirmiş, mağazanın tikintisi üçün ayrılmış torpaq sahəsi (0,04 ha), ona 20 avqust 1989-cu ildə Sabirabad Rayon Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinə yazdığı ərizə əsasında ayrılmışdır. (Sənədlər əlavə -olunur). Bu məqsəd üçün Komissiya mağazanın yerləşdiyi ərazini seçmiş və 24 avqust 1989-cu ildə aktlaşdırmışdır. Həmin Akta əsasən 27 man 1990-cı ildə 3 nömrəli protokla əsasən torpaq sahəsi onun şəxsi istifadəsinə verilmişdir. (sənəd əlavə olunur). Mağazanın tikintisini 4 nömrəli Trestin 24 nömrəli Tikinti İdarəsi həyata keçirmişdir. Tikintiyə bu günki pulun ekvivalenti ilə 67.500 manat xərcləmişdir. Rayon İstehlak Cəmiyyətindən mal götürüb satmaq məqsədilə onunla cəmiyyət arasında simvolik olaraq müqavilə bağlanmışdır. Cəmiyyət tərəfindən tikinti idarəsinə cəmi 9.000 manat (köhnə manatla) (yeni manatla 18 manat) pul keçirilmişdir. O zamanlar mağaza işlətməyin qanuni yolu belə idi. Fəaliyyət göstərmək üçün , icazə əldə etmək üçün Cəmiyyətlə əlaqəli işləməli idik. Cəmiyyətin Tikinti İdarəsinə verdiyi pulun 10 mislini və bəlkədə daha artıq icarə haqqı olaraq ödəmişdir. Məlumat üçün bildirir ki, qəbzlərlə ödədiyi vəsaitlərdən əlavə Məmmədhüseynə, Yadigara və İsrail adlı işçilərə dəfələrlə pul vermiş, lakin heç bir qəbz onlar tərəfindən təqdim edilməmişdir. Mağaza işə başladığı gündən bu günə qədər (01 may 1990 cı ildən bu günə qədər) yəni 32 il müddətində onun olmuşdur. O gündən bu günə qədər bu günki manatla təqribi 176.000 manat icarə haqqı ödəmişdir. Məhkəmənin çıxartdığı qətnamədə mağazaya məxsus torpaq sahəsini satdığ göstərilmişdir. Lakin, mağazaya bitişik torpaq sahəsi Sabirabad rayon icra Hakimiyyəti Başçısının sərəncamı ilə X2 mülkiyyətinə verilmişdir. Yüksək dövriyyələr etmiş, on iki il müddətində öz imzası ilə yalnız bir dəfə məzuniyyət pulu almışdır. Qalan on bir il il ona çatası məzuniyyət pulu, saxta imzalarla mənimsənilmişdir. Sözügedən mağazanın kommunal xərclərini, təmirini və mühafizəsini özü ödəmişdir. Məlum edir ki, ona məxsus şəxsi əmlakı formal bağlanan bir müqavilə əsasında özününkiləşdirmək cəhdi cinayət xarakteri daşıyır. Mağazanın qarşısında torpaq sahəsi, mağazaya aid olan sənədlər araşdırıldıqdan sonra, Sabirabad Rayon icra Hakimiyyətinin Başçısının 15 sentyabr 2000-ci il 55 nömrəli Sərəncamı ilə onun istifadəsinə verilmişdir. Sərəncama əsasən orada yenidənqurma işləri aparmaq məqsədə uyğun hesab edilmişdir. Həmin işlərə onun tərəfindən 10.000 manat vəsait xərclənmişdir. Bundan sonra Respublikada gedən egionların inkişafı proqramı çərçivəsində ona da mağazanın qarşısına çəpər çəkmək, 3 ədəd darvaza qurmaq və çəkiləcək hasarı ağ lay daşları ilə örtmək tapşırılmışdır. O dərhal həmən tapşırığı icra etmiş və bu məqsədlə 21.400 AZN vəsait xərcləmişdir. Yuxarıda sadalanan faktlar və onları təsdiq edən təqdim etdiyi rəsmi sənədlərdən başqa ona qarşı verilmiş qanunsuz və əsassız iddia düz olsaydı belə, yenə də iddia tərəfi öz qanunsuz davranışlarını etııaf edir. Beləki, SSRİ dönəmində Sentrsoyuzla əlaqədə bizim Respublikada Nazirlik səviyyəsində olan Azərittifaqın Nizamnaməsində xüsusi qeyd edilmişdir ki, bir şax: bir şəxs 7 il fasiləsiz fəaliyyət göstərərsə, həmin mağaza onun ödədiyi pay haqqı hesabına qeyd şərtsiz ona verilir. Müqavilə ilə işlədiyi dövrdə dərindən araşdırılma aparılarsa, İstehlak Cəmiyyətinə millionlarla vəsait qazandırmış və bu da, Cəmiyyətin ayaqda durmasına böyük təkan olmuşdur. Təxmini hesablamalara görə ona çatası pay haqqının məbləği 20-30 min manat təşkil edir. İddiaçı tərəf özlərinin qanuna və hüquqa zidd hərəkətlərindən əl çəksinlər. O, öz qanuni hüquqlarıNı sonadək müdafiə edərək, onların istehlak cəmiyyətində yol verdikləri miqyaslı cinayət əməllərinin dövlətimizə və orada çalışan yüzdən artıq ticarət işçilərinə vurduqları ziyan barədə müvafiq dövlət orqanları qarşısında məsələ qaldıracaqdır. X8, mühasibi Mikayılov İsrail ilə (cinayət ortaqı) birlikdə, sözün əsil mənasında Cəmiyyətə məxsus əmlak və mağazaları, eləcə də əsassız toplanan icarə pullarını öz şəxsi vəsaitləri kimi uzun illər ərzində dağıdıblar. Əlavə olaraq bldirir ki, ona qarşı qaldırmış olduqları iddia tələbinə dan Sabirabad Rayon Məhkəməsində baxılarkən onu baxış iclasına dəvət etməmişlər. Bucür olan halda onun iddia tələbinə dair etirazı və mülahizəsi dinlənilməmişdr. Bundan başqa xx.xx.2021-ci il tarixdə Sabirabad Rayon Məhkəməsində olan dəftərxanaya imzası ilə qəbul etdiyi onun izahatı belə iddia ərizəsində göstərilməmişdir. Göründüyü kimi qəsdən onun hüquq və vəzifələri məhkəmə tərəfindən qərəzli olaraq korlanmışdır. Belə ki, sözügedən qətnamədən apellyasiya şikayətini X7 təqdim etmişdir. Şirvan Apellyasiya Məhkəməsində baxılarən mübahisənin Şirvan Kommersiya Məhkəməsinə yönəlmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü ıl tarixli 2(121)-1129/2023 saylı qərardadına əsasən iddiaçı Sabirabad Rayon Kooperativləri Cəmiyyətinin cavabdehlər X7 və Cavabdeh qarşı zəbt olunmuş qeyriyaşayış binasından çıxarılma və pul tələbinə dair iddia ərizəsi geri qaytarılması, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,60 manat məbləğində dövlət rüsumu İddiaçınə geri qaytarılması və iddiaçıya izah olunmuşdur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmaması qərara alınmışdır. Göründüyü kimi Sabirabad Rayon Məhkməməsi tərəfindən qəbul edilmiş 24,02.2022 ci il tarixli, 2(056)-64/2022 saylı qətnamə vardır. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar ü/rə məhkəmənin qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nin xx.xx.2007-ci tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasna dair 30 iyul 2007-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahari azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olarq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə anlayışın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar başqa borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqasından tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçıların bu tələblə iddia qaldırmaq məqsədi isə ona qərəzli olaraq intiqam almaq fikrindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 02 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı qeyri yaşayış sahəsi (mağaza) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. Həmin Müqaviləyə əsasən Cavabdeh hər ay 40 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Sabirabad rayon XDS-nin icarəyə Komitəsinin 27 mart 1990-cı il tarixli Qərarına əsasən İddiaçınə şəhərin hazırki Heydər Əliyev prospektində (keçmiş Lenin küçəsində) dəmir yolu dalan ilə mebel mağazası arasında tikiləcək mağaza binasının tikintisi altına 0,04 ha torpaq sahəsi ayrılmışdır. Hal-hazırda həmin ərazidə İddiaçı 190 saylı mağazası və digər obyektlər fəaliyyət göstərir. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdən müqavilə münasibətləri eyni şərtlə uzadılmış və hal-hazırki tarixədək davam etməkdədir. Cavabdeh İddiaçınə ümumi icarə haqqı və cərimə məbləği ümumilikdə 3.247,16 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan “ikin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür k, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinin (mağaza) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanılmış, aylıq icarə haqqı 40 (qırx) manat müəyyənləşdirilmişdir. Tərəflər icarə müqaviləsinə əsasən öz üzərilərinə öhdəlik götürmüşdür. Daha sonra xx.xx.2020-ci il tarixdən müqavilə münasibətləri eyni şərtlə uzadılmışdır. Cavabdeh icarə müqaviləsi üzrə yaranmış 1.680 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Belə olduğu təqdirdə iddiaçının icarə haqqının ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Odur ki, iddia 1.680 manat icarə haqqının ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin, iddianın müqavilə öhdəliyini yerinə yetirmədiyi üçün İddiaçı ilə Cavabdeh arasında Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən 190 saylı qeyriyaşayış sahəsinə (mağaza) dair bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsini əsaslı hesab edir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinin (mağaza) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanılmış, xx.xx.2020-ci il tarixdən müqavilə münasibətləri eyni şərtlə uzadılmışdır. Cavabdeh İddiaçı ilə icarə müqaviləsinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, icarə haqqını qeyd edilən müqavilədə göstərilən müddətdə və miqdarda icarəverənə ödənilməsini təmin etməmiş, icarə müqaviləsi imzalanan tarixdən xx.xx.2023-cü il tarixindək olan 1.680 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə əsas kimi cavabdehin həmin müqavilə üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verməsinə, yəni icarə haqqının ödənilməməsinə istinad etmişdir. Məhkəmə, eyni zamanda müəyyən etdi ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, iddiaçı, müqavilə öhdəliklərinin pozulmasına istinad edərək onun ləğvinə dair bildiriş göndərmiş, cavabdeh isə iddiaya dair etiraz təqdim edərək müqavilənin ləğvi üçün əsasların olmadığını ifadə etmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, mübahisə olunan icarə müqaviləsi məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqavilənin ləğv edilməsi tələbini cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh icarə müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin 484 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 484 manat deyil, 50 manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, iddiaçının “cavabdeh tərəfindən Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinin (mağaza) iddiaçıya təhvil verilməsi” dair hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə tərəflər arasında həmin qeyri-yaşayış sahəsinin icarəyə verildiyi barədə müqavilənin bağlandığı müəyyən olunur. Cavabdeh İddiaçı ilə icarə müqaviləsinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməyərək, icarə haqqını qeyd edilən müqavilədə göstərilən müddətdə və miqdarda icarəyəverənə ödənilməsini təmin etməmiş və nəticədə cavabdehin 1.680 manat məbləğində borcu yaranmışdır. Bu hal işdə olan müvafiq sənədlərlə də təsdiq olunur. Göründüyü kimi, cavabdehin icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən istifadəyə görə borcunun yarandığı işin mübahisəsiz halını təşkil edir. Belə olan təqdirdə cavabdehin Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsini (mağaza) iddiaçıya təhvil verməsi üçün hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının “cavabdeh tərəfindən Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinin (mağaza) iddiaçıya təhvil verilməsi” tələbi təmin edilməli və cavabdeh Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsini (mağaza) iddiaçıya təhvil verilməlidir. Məhkəmə, cavabdehin etirazında qeyd etdiyi hallara münasibət bildirərək qeyd edir ki, istər Azərbaycan Respublikası Mülki Məcəlləsində, istərsə də icarə münasibətlərini tənzimləyən sahəvi qanunvericilikdə icarəyə verənin icarə predmeti üzərində mülkiyyət hüququnun zəruriliyini müəyyən edən imperativ norma yoxdur. Belə olan halda iddiaçının Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinə (mağaza) dair mülkiyyətçi hüquqları icarə müqaviləsində nəzərdə tutulan əsasla əmlaka sahiblik edən iddiaçıya da mənsubdur. Yəni, iddiaçı Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı qeyri-yaşayış sahəsinin (mağaza) mülkiyyətçisi olmasa da həmin sahənin icarəyə verilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Məhkəmə bununla bağlı aşağıdakı hüquq normalarının sadalamağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Qeyd edilən Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehin etirazında qeyd etdiyi hallar iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, qeyd olunan qanunvericilik aktı normasına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 200 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 8 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunverciliyin yuxarıda qeyd olunan normasına əsasən hesab edir ki, iddia təmin edildiyindən cavabdehdən 8 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh 1.680 manat əsas borc, 50 manat cərimə borcu, 200 manat mediasiya xərci və 8 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.938 (bir min doqquz yüz otuz səkkiz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddiaçınə məxsus Sabirabad rayonu, H.Əliyev prospektində yerləşən 190 saylı qeyriyaşayış sahəsi (mağaza) Cavabdeh tərəfindən iddiaçıya təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar