Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-52/2025 13.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı – cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 19.440,95 manat əsas borc, 1.332,79 manat faiz və 90,26 manat cərimə borcu olmaqla, cəmi 20.864 manat məbləğində borcun; xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 19.588,68 manat əsas, 1.303,96 manat faiz və 36,68 manat cərimə borcu olmaqla, cəmi 20.929,32 manat məbləğində borcun və ödənilmiş 215,38 manat dövlət rüsumunun ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətindəki **-ZB-*** dövlət qeydiyyat nişanlı, göy rəngli, TONAR markalı, 9523 yarımqoşqu, Şassi XOT**********339 olan avtomobilin və Cavabdeh2 mülkiyyətindəki **-BM-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, MERCEDES BENZ markalı, AXOR 1843 yük, mühərrik nömrəsi **********8659 Şassi WDF9440321B962735 olan avtomobilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya yönəldilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Mərdəkan” filialından illik 30%-lə 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti verilmişdir. Borcun təminatı olaraq, Cavabdeh3 və Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki **-ZB-*** dövlət qeydiyyat nişanlı, göy rəngli, TONAR markalı, 9523 Yarımqoşqu, Şassi XOT**********339 olan avtomobilə xx.xx.2021-ci il tarixli və Cavabdeh2 mülkiyyətindəki **-BM-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, MERCEDES BENZ markalı, AXOR 1843 yük, mühərrik nömrəsi **********8659 Şassi WDF9440321B962735 olan avtomobilə xx.xx.2021-ci il tarixli ipoteka müqavilələri bağlanmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-nin “Mərdəkan” filialından illik 19% lə 36 ay müddətinə 40.000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 ”Yelo Bank” ASC-nin “Mərdəkan” filialından illik 20%-lə 24 ay müddətinə 23.800 manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü il tarixədək Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 19.440,95 manat əsas, 1.332,79 manat faiz və 361,05 manat cərimə borcu olmaqla cəmi 21.134,79 manat borcu vardır. Cavabdeh2 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 361,05 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 90,26 manat məbləğində tələb olunur. xx.xx.2024-cü il tarixədək Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 19.588,68 manat əsas, 1.303,96 manat faiz və 146,73 manat cərimə borcu olmaqla, cəmi 21.039,37 manat borcu vardır. Cavabdeh2 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 146,73 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 36,68 manat məbləğində tələb olunur. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 29-MCR-1-1253-21 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, iddiaçı tərəfindən Cavabdeh2 100.000 manat məbləğində, aylıq 2.50 faiz olmaqla, 120 ay müddətinə kredit limiti ayrılmışdır. İş materiallarında olan zaminlik müqaviləsinin surətlərindən görünür ki, iddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış A/00402/21 saylı, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixdə bağlanmış 29- MCR-1-1253-21 saylı “Kredit limitinin ayrılmasına dair” müqavilə üzrə Cavabdeh2 mülkiyyətində olan AXOR 1843 yük, ağ rəngli, **********8659 mühərrik nömrəli, **-BM-*** dövlət qeydiyyat nişanlı, WDF9440321B962735 şassi nömrəli, “Mercedes Benz” markalı avtomobil kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN DYPİ-nin kompüter çıxarışından görünür ki, DİN DYPİ Qeydiyyat-imtahan şöbəsinin kompüter uçot bazasının məlumatları üzrə xx.xx.2021-ci il tarixli, AA 143669 nömrəli “ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” çıxarışa əsasən, Cavabdeh2 adına mülkiyyətində olan AXOR 1843 yük, **-BM-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtomobil onun mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixdə bağlanmış 29-MCR-1-1253- 21 saylı “Kredit limitinin ayrılmasına dair” müqavilə üzrə Cavabdeh2 mülkiyyətində olan 9523 yarımqoşqu, göy rəngli, **-ZB-*** dövlət qeydiyyat nişanlı, X0T**********0339 şassi nömrəli, “Tonar” markalı özüboşaldan tipli yarımqoşqu kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN DYPİ-nin kompüter çıxarışından görünür ki, DİN DYPİ Qeydiyyat-imtahan şöbəsinin kompüter uçot bazasının məlumatları üzrə xx.xx.2021-ci il tarixli, AA 143624 nömrəli “ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” çıxarışa əsasən, Cavabdeh2 adına mülkiyyətində olan 9523 yarımqoşqu, **-ZB-*** dövlət qeydiyyat nişanlı, “Tonar” markalı özüboşaldan tipli yarımqoşqu onun mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 29-MCR-1- 1253-21 saylı, xx.xx.2021-ci il tarixli “Kredit limitinin ayrılmasına dair” müqavilə əsasında 29-MCR-1-1253-21/2 saylı, xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair razılaşma (və əlavə saziş) bağlanmışdır. Göstərilən kredit razılaşmasına əsasən cavabdehə aylıq 1.58 faiz ödəmək şərti ilə 36 ay müddətinə 40.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 3.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 19.440,95 manat məbləğində əsas, 1.332,79 manat məbləğində faiz, 361,05 manat məbləğində cərimə olmaqla, cəmi 21.134,79 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 29-MCR-1- 1253-21 saylı, xx.xx.2021-ci il tarixli “Kredit limitinin ayrılmasına dair” müqavilə əsasında 29-MCR-1-1253-21/4 saylı, xx.xx.2023-cü il tarixli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Göstərilən kredit razılaşmasına əsasən cavabdehə aylıq 1.67 faiz ödəmək şərti ilə 24 ay müddətinə 23.800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məxaric qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 11.787 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 19.588,68 manat məbləğində əsas, 1.303,96 manat məbləğində faiz, 146,73 manat məbləğində cərimə olmaqla, cəmi 21.039,37 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İşdən görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildiriş(lər) göndərmişdir. İş materiallarından görünür ki, iddiaçı BDYPİ-nə “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizə(lər) ilə müraciət etmişdir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınar əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı (rəyi) ilə Cavabdeh2 məxsus 9523 yarımqoşqu, göy rəngli, **- ZB-*** dövlət qeydiyyat nişanlı, X0T**********0339 şassi nömrəli, “Tonar” markalı özüboşaldan avtomobilin likvid dəyəri 18.000 manat məbləğində; AXOR 1843 yük, ağ rəngli, **********8659 mühərrik nömrəli, **-BM-*** dövlət qeydiyyat nişanlı, WDF9440321B962735 şassi nömrəli, “Mercedes Benz” markalı avtomobilin likvid dəyəri 18.500 manat məbləğində müəyyən olunmuşdur. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/6716 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə xx.xx.2021-ci il tarixli 29-MCR-1-1253-21/2 saylı kredit razılaşması üzrə Cavabdeh2 banka olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 19.557,99 manat, faiz borcu üzrə 1.050,66 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 18.107,99 manat, faiz borcu üzrə 2.852,86 manat; xx.xx.2023-cü il tarixli 29-MCR-1-1253-21/4 saylı kredit razılaşması üzrə Cavabdeh2 banka olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 18.289,11 manat, faiz borcu üzrə 121,93 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 17.304,85 manat, faiz borcu üzrə 865,24 manat məbləğində müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının 9/02 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə xx.xx.2021-ci il tarixli 29-MCR-1-1253-21/2 saylı kredit razılaşması üzrə Cavabdeh2 banka olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 19.557,99 manat, faiz borcu üzrə 1.050,66 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 18.107,99 manat, faiz borcu üzrə 2.564,83 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 18.107,99 manat, faiz borcu üzrə 4.016,36 manat; xx.xx.2023-cü il tarixli 29-MCR-1-1253-21/4 saylı kredit razılaşması üzrə Cavabdeh2 banka olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 18.296,32 manat, faiz borcu üzrə 122,22 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 17.314,45 manat, faiz borcu üzrə 587,94 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 17.314,45 manat, faiz borcu üzrə 2.043,34 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu, faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borc və ona hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh(lər)ə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır. İş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli 29-MCR-1-1253-21/2 saylı kredit müqaviləsinə əsasən əsas borcunun 18.107,99 manat və faiz borcunun 1.050,66 manat; xx.xx.2023-cü il tarixli 29-MCR-1-1253-21/4 saylı kredit müqaviləsinə əsasən əsas borcunun 17.473,35 manat və faiz borcunun 122,22 manat olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən xx.xx.2021-ci il tarixli 29-MCR-1-1253-21/2 saylı kredit müqaviləsinə əsasən 18.107,99 manat əsas borc, xx.xx.2024-cü il tarixinə 1.050,66 manat məbləğində faiz borcu; xx.xx.2023-cü il tarixli 29-MCR-1-1253-21/4 saylı kredit müqaviləsinə əsasən 17.473,35 manat əsas borc, xx.xx.2024-cü il tarixinə 122,22 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdeh(lər) kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyırlar(lar). Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə İddiaçı ASC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərlərinə götürmüşdürlər. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınar əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınar əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınar əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınar əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 215,38 manat dövlət rüsumunun 200,17 manatı (yəni, 36.722,26 manata münasibətdə) cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 50 manatı iddiaçıdan, 150 manatı isə cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 29-MCR-1-1253-21/2 saylı kreditin verilməsinə dair razılaşma üzrə 18.107,99 manat əsas borc, 1.050,66 manat faiz borcu, 90,26 manat cərimə, cəmi 19.248,91 manat məbləğində kredit borcu Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. xx.xx.2023-cü il tarixli 29-MCR-1-1253-21/4 saylı kreditin verilməsinə dair razılaşma üzrə 17.314,45 manat əsas borc, 122,22 manat faiz borcu, 36,68 manat cərimə, cəmi 17.473,35 manat məbləğində kredit borcu Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. 200,17 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh2 məxsus 9523 yarımqoşqu, göy rəngli, **-ZB-*** dövlət qeydiyyat nişanlı, X0T**********0339 şassi nömrəli, “Tonar” markalı özüboşaldan tipli yarımqoşquya və AXOR 1843 yük, ağ rəngli, **********8659 mühərrik nömrəli, **-BM-*** dövlət qeydiyyat nişanlı, WDF9440321B962735 şassi nömrəli, “Mercedes Benz” markalı avtomobilə yönəldilsin. Cavabdeh2 məxsus 9523 yarımqoşqu, göy rəngli, **-ZB-*** dövlət qeydiyyat nişanlı, X0T**********0339 şassi nömrəli, “Tonar” markalı özüboşaldan tipli yarımqoşqunun ilkin satış qiyməti 18.000 manat məbləğində; Cavabdeh2 məxsus AXOR 1843 yük, ağ rəngli, **********8659 mühərrik nömrəli, **-BM-*** dövlət qeydiyyat nişanlı, WDF9440321B962735 şassi nömrəli, “Mercedes Benz” markalı avtomobilin ilkin satış qiyməti 18.500 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən xx.xx.2021-ci il tarixli, 29-MCR-1-1253-21/2 saylı kredit müqaviləsi üzrə 19.248,91 manat məbləğində kredit borcu; xx.xx.2023-cü il tarixli 29-MCR-1-1253-21/4 saylı kredit müqaviləsi üzrə 17.473,35 manat məbləğində kredit borcu və 200,17 manat məbləğində iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı ASC-dən, 150 manatı isə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-52/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-52/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver