Məhkəmə qərarları › İş №e-2-2(121)-523/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-523/2024

31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-523/2024 31.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Balayeva Sevinc Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.000 pul vəsaitinin, 135 manat ödənilmiş dövlət rüsumuna görə ödənilmiş pulun ümumilikdə isə 15.135 manat pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsində “Memar Əcəmi” metrosunun yaxınlığında yaşayış binasının zirzəmisində satış yeri icarəyə götürərək orada qadın ayaqqabılarının satışı ilə məşğul olur. Həmin ünvanda olan “Miledi” adlı mağazasında aralarında olan şifahi razılaşma əsasında Cavabdeh işə götürərək birlikdə şərikli formada xx.xx.2022xx.xx.2023-cü ilədək 6 ay müddətində birlikdə işləmişlər. xx.xx.2022-xx.xx.2023-cü ilədək 6 ay müddətində ərzində gündəlik olaraq mağazadakı ticarətin bütün alış-satışını və satışdan gələn pulların Cavabdeh verilməsini şifahi olaraq etibar etmişdir. Qeyd olunan müddət ərzində mağazada olan satışdan 22344 AZN qazanc əldə edilmişdir. Həmin bu dövriyyə mağazada gündəlik olaraq Cavabdeh tərəfindən, onun əlyazma xətti ilə satış dəftərinə qeyd olunmuşdur. O isə şəxsi problemlərinin olması eləcə də sağlamlığımi ilə əlaqədar olaraq mağazaya gedərək hər dəfə hesablaşma apara bilmirmiş. Cavabdeh ona olan etibarından sui-istifadə edərək mağazanın mallarının satışından əldə olunan pul vəsaitlərinin müştərilərdən alaraq özadına olan LEO BANK hesabına və digər ona məlum olmayan bank hesablarına köçürərək ümumilikdə 15 000 (on beş min) AZN məbləğində pulumu mənimsəmiş və ona küllimiqdarda ziyan vurmuşdur. İddia Ərizəsinə əlavə edilmiş satış dəftərində cavabdehin öz dəsti xətti ilə yazılmış sartışların siyahısı qeyd olunmuşdur. Cavabdeh Sözügedən mağazada hər gün satışın olduğunu göstərmiş və həmin satış dəftərində ayırıca qeyd kimi gəlirin də məbləğini xüsusi olaraq qeyd etmişdir.2023-cü ilin mart ayında mağazada satış mallarının azaldığını görüb o Cavabdeh hesablaşmanın aparılmasını tələb etmişdir. Həmçinin malların satışından gələn pulların Cavabdeh məxsus bank kartına göndərilə biləcəyi sualın verdikdə isə cavabdeh bu suala cavab vermədən ondan uzaqlaşmış və onun telefon zənglərini blok edərək dərhal bank kartının hesablarını da bağlatdırmışdır. O banklardan böyük məbləğdə 11 000 (on bir min) manat kredit pul götürərək mağazaya sərmayə kimi yatırtmışdır. Cavabdeh da işlədiyi müddət ərzində Binə Ticarət Bazarından satış üçün nisyə gətirmişdir. Cavabdeh tərəfindən aldadıldığını bildikdən sonra Binə Ticarət Bazarından satış üçün 12 000 (on iki min) manat dəyərində malların nisyə götürüldüyü və verilmədiyini aşkarlamışdır. Cavabdeh yuxarıda qeyd olunlara əsasən ona 15 000 (on beş min) manat məbləğində pul vəsaiti borcludur. Lakin o bu məbləğin ödənişindən könüllü olaraq yayınır və bununla da həm qanun pozuntusu edir həmdə ona maddi və mənəviziyan vurur. Cavabdeh özünün bank hesabına köçürlümüş məbləğlərin araşdırılmasından ehtiyat edərək dərhal bank hesabını bağlamışdır. O bu hadisə ilə bağlı ərazi polisinə məlumat verərək pulun alını ona ödənilməsində köməklik göstərilməsini bildirmişdir. Cavabdeh öhdəsində olan və ona verilməli məbləğlə bağlı şifahi şəkildə polis əməkdaşına 2000 manat sonradan isə 5000 manat ödəniş edə biləcəyini demişdir. Lakin sonradan bu məbləğləri də ödəməmiş, öhdəsində olan və ona verilməli olan 15000 manat məbləği mağazaya gələn müştərilərdən qanunsuz formada almaqla ona külli miqdarda ziyan vurmuşdur. Cavabdehə Pretenziya bildirişi həm poçt vasitəsi ilə həmdə elektron vergi xidməti vasitəsi ilə tərəfimdən göndərilmiş və hazırkı iddia ərizəsinə əlavə olunmuşdur. Lakin cavabdeh bu bildirişləri alsa da, ona vurduğu ziyanla bağlı xəbərdar olsa da pulun qaytarması ilə bağlı heç bir addım atmamışdır. Cavabdehin qeydiyyatda olduğu Lənkəran rayonu, Mamusta kəndi olduğuna görə ilkin olaraq iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Lənkəran rayon Məhkəməsinin e-2(049)-4240/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə yekun məhkəmə aktı qəbul edilmiş və göstərilmişdir ki, iddia ərizəsindən görnür ki, İddiaçı oğlu ilə Cavabdeh oğlu arasında sahibkarlıq fəaliyyəndən irəli gələn mübahisə yaranmısḑır. Elektron məhkəmə informasiya sistemindən müəyyən olunur ki, həm iddiacı̧, həm də cavabdeh fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyata alınmısļar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil izahatında iddia tələbi əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan əlyazmalardan görünür ki, cavabdehin iddiaçıya 15.000 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.20223-cü il tarixli pretenziya məktubundan görünür ki, 15.000 manat cərimə borcunun olması bildirilmiş, həmin borcun ödənilməsi xahiş edilmişdir. Məhkəmə, sübutlara qiymət verərkən ilk öncə sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı şifahi olaraq ticarətin bütün alış-satışını və satışdan əldə olunan pulların cavabdehə verilməsini iddia etsə də, istinad olunan sənədlərin heç birində cavabdehin hansısa öhdəlik daşıdığı müəyyən olunmur. Eyni zamanda məhkəmə qeyd edir ki, satış dəftərlərində əldə olunan gündəlik qazancların əlyazması göstərilən sənədlərin cavabdehlə əlaqəsi təsdiq olunmur. İddiaçı tərəfindən əldə olunan dövriyyənin məhz cavabdehə təhvil verilməsi və ya sonuncu tərəfindən təhvil alınması təsdiq olunmadığından, iddia tələbi sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Qeyd olunan Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bundan başqa, "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, həmçinin bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş yeganə sübut (əlyazma kağızlar) mötəbərlilik kriteriyasına cavab vermir. Həmin sübutun iş üzrə mötəbərliyi, mümkünlyü və yetrəliliyi kifayət qədər deyil. Belə ki, məhkəməyə iddiaçının iddiasının təsdiq edilməsinin əsası kimi təqdim edilmiş əlyazma formasında kimin tərəfindən yazılması müəyyən edilməyən kağız parçasının iş üzrə sübut kimi qəbul edilməsi əsassız olmaqla, həm də qanunvericiliyin tələbinə tamamilə ziddir. Eyni zamanda, həmin kağızın məzmununda tarixlər, məbləğlər yazılmışdır. Həmin yazıların kim tərəfindən yazılması, kimin kimə borclu olması, hər hansı şəxsin imzası, həmin yazılanlarla razı olub-olmaması, rekvizitləri, telefon nömrəsi və bu kimi digər heç bir qeyd yoxdur. Hətta məhkəmə həmin kağız parçasını sübut kimi qəbul etsə belə, hüquq münasibətində olan tərəflərin kimliyi məhkəmə üçün müəyyən deyildir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya xərci İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı – pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar