Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-544/2025 14.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X8 qızının katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı – kredit müqaviləsi üzrə borc tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 055R********** saylı krеdit razılaşması üzrə 3.594,49 manat krеdit bоrcu, 814,38 manat faiz bоrcu və 392,53 manat cərimə borcu olmaqla, ümumilikdə 4.801,4 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 68,02 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə kredit alan Məmmədov Rza Rəsul oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 055L**********67 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Məmmədov Rza Rəsul oğluna 120 ay müddətinə 100.000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Məmmədov Rza Rəsul oğlu iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli 055R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Məmmədov Rza Rəsul oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka qaytarmamışdır. Məmmədov Rza Rəsul oğlu götürdüyü krеdit bоrcundan 1.405,51 manat ödəmiş, onun 3.594,49 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, borclu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 546 gün üçün hesablanmış faiz borcu 814,38 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 546 gün üçün hеsablanmış cərimə 392,53 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Məmmədov Rza Rəsul oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq mərhum Məmmədov Rza Rəsul oğlunun vəfatı ilə bağlı vərəsəlik işinin açıldığı, vərəsələrinin ailə üzvləri olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi, Məmmədov Rza Rəsuloğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. İddiaçı QSC-nin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC-nin “Sabirabad” filialı ilə Məmmədov Rza Rəsul oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 055L**********67 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 100.000 manat məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Məmmədov Rza Rəsul oğlu arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 055R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın surətindən görünür ki, İddiaçı QSC tərəfindən Məmmədov Rza Rəsul oğluna 5.000 manat məbləğində kredit vəsaiti illik 23 faiz olmaqla, 24 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə sənədinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh Məmmədov Rza Rəsul oğluna 5.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, cavabdeh Məmmədov Rza Rəsul oğlunun 055R********** saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 3.594,49 manat məbləğində əsas, 814,38 manat məbləğində faiz, 392,53 manat məbləğində cərimə olmaqla, cəmi 4.801,4 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Məmmədov Rza Rəsul oğlunun adına Beyləqan rayonu, Birinci Aşıqlı kəndində yerləşən 0,40 ha həyətyanı (********** qeydiyyat nömrəli, ümumi birgə 2 nəfər, xx.xx.2012-ci il qeydiyyat tarixli) torpaq sahəsi üzərində fərdi yayayış evi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, Birinci Aşıqlı kəndində yerləşən 2,10 ha kənd təsərrüfatı təyinatlı (********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli) torpaq sahəsi xx.xx.2023-cü il tarixində Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 təsdiq etdiyi 2V-215 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə və “Miras payının bağışlanması” müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Birinci Aşıqlı kəndində yerləşən 1,421 ha kənd təsərrüfatı təyinatlı (********** qeydiyyat nömrəli, ümumi birgə 2 nəfər, xx.xx.2012-ci il qeydiyyat tarixli) torpaq sahəsi Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 təsdiq etdiyi 2V-215 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə və “Miras payının bağışlanması”" müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Məlumat üçün mərhum Məmmədov Rza Rəsul oğlunun adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan ünvan 1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Beyləqan rayonu Birinci Aşıqlı kənd sakini, mərhum Məmmədov Rza Rəsul oğluna məxsus yaşayış evinin qarşısında yerləşən 0,40 ha həyətyanı torpaq sahəsi vərəsəlik açılmaqla arvadı Cavabdeh2 adına sənədləşdirilmişdir. Həmin 0,40 ha həyətyanı torpaq sahəsindən hal-hazırda Cavabdeh2 və onunla birgə yaşayan övladları Cavabdeh1 və X7 istifadə edirlər. İşə əlavə edilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polis İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1970ci il təvəllüdlü Məmmədov Rza Rəsul oğlunun adına xx.xx.2007-ci il tarixdə “VAZ 21150” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2015-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmiş; xx.xx.2010-cu il tarixdə “ODAZ 93571” yük markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmiş; xx.xx.2004-cü il tarixdə “Kamaz 53212” yük markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə vərəsəlik hüququ əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, atası Məmmədov Rza Rəsul oğluna İddiaçı QSC xx.xx.2022ci il tarixində verilmiş 5.000 manat kredit sığorta olunmamış, zamin götürülməmiş, girov götürülməmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixində Məmmədov Rza Rəsul oğlu İ qrup əlil olmuşdur. Bankın işçiləri və rəhbərliyi İ qrup əlilə hansı əsaslarla kredit verilib məlum deyildir. xx.xx.2022-ci ildə Məmmədov Rza Rəsul oğlu vəfat etmiş və ölüm kağızının surəti banka təqdim edilmişdir.Odur ki, kreditin qalıq borcunu qeyri-qanuni, heç bir bank qanununa uyğun olmadan krediti verən, təsdiqləyən və İ qrup əlili həyat sığortası etməyən, zamin və girov götürməyən bank rəhbərliyi ödəməlidir. İşə əlavə edilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polis İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1970-ci il təvəllüdlü Məmmədov Rza Rəsul oğlunun adında qeydiyyat olan nəqliyyat vasitəsi yoxdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən valideynləri Cavabdeh1 Əkbər oğlu (xx.xx.2000-ci ildə vəfat etmişdir) ilə X1 olan xx.xx.1970-ci il təvəllüdlü Rza Məmmədovun (xx.xx.2022-ci ildə vəfat etmişdir) doğumunun Beyləqan rayonunun Əlinəzərli icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. Məmmədov Rza Rəsul oğlu Cavabdeh2 ilə xx.xx.1997-ci ildə həmin icra nümayəndəliyində nikaha daxil olmuşdur və onların xx.xx.1998-ci il təvəllüdlü övladı Cavabdeh1 doğumu adıçəkilən nümayəndəlikdə, xx.xx.2001-ci il təvəllüdlü övladı Cavabdeh3 doğumu isə Beyləqan rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Eyni zamanda, "Elektron notariat" informasiya sistemində saxlanılan məlumatlara əsasən, Məmmədov Rza Rəsul oğlunun adına xx.xx.2022-ci il tarixdə Beylagan rayon 1 saylı notariat ofisində vərəsəlik işinin açıldığı və xx.xx.2023-cü il tarixdə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi müəyyən edilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1694 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə xx.xx.2022-ci il tarixli, 055R********** saylı kredit müqaviləsinin şərtləri üzrə Məmmədov Rza Rəsul oğlunun banka olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 4.499,04 manat, faiz borcu üzrə 57,49 manat; xx.xx.2023-cü il tarixədək əsas borc üzrə 3.575,76 manat, faiz borcu üzrə 0 manat; xx.xx.2024-cü il tarixə əsas borc üzrə 3.575,76 manat, faiz borcu üzrə 1.099,13 manat; xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 3.575,76 manat, faiz borcu üzrə 1.099,13 manat; xx.xx.2025-ci il tarixədək əsas borc üzrə 3.575,76 manat, faiz borcu üzrə 1.099,13 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Məmmədov Rza Rəsul oğlu arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 055L**********67 nömrəli uzunmüddətli kredit müqaviləsi çərçivəsində 055R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank Məmmədov Rza Rəsul oğluna kredit vəsaiti vermişdir. Məmmədov Rza Rəsul oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, Məmmədov Rza Rəsul oğlunun adına xx.xx.2022-ci il tarixdə Beyləqan rayon 1 saylı notariat ofisində vərəsəlik işinin açıldığı və xx.xx.2023-cü il tarixdə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi müəyyən edilmişdir. Göründüyü kimi, Məmmədov Rza Rəsul oğlunun xx.xx.2022-ci il tarixdə ölməsi ilə vərəsəlik açılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin (Rza Məmmədovun öldüyü zaman qüvvədə olan) 1243.2 və 1243.3-cü maddələrinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Rza Məmmədovun arvadı və övladları mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə vermiş, beləliklə, arvadı və övladları mirası qəbul etmişdirlər. Bununla da, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsədir. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı miras əmlakını qəbul edən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Rza Məmmədovun kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Belə olan halda iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Rza Məmmədov öldüyündən, arvadı Cavabdeh2, uşaqları Cavabdeh1 və Cavabdeh3 onun vərəsələri olduqlarından, bununla da, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, kredit borcu qeyd edilən cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin 3.575,76 manat məbləğində əsas borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəy(lər)i sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən 3.575,76 manat məbləğində əsas borc və 814,38 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə(lər) əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə kredit müqaviləsinə (razılaşmasına) əsasən cərimənin 392,53 manat məbləğində deyil, 180 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarının 1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 68,02 manat dövlət rüsumunun 65,7 manatı (yəni, 4.570,14 manat məbləğinə münasibətdə) cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 5 manatı iddiaçıdan, 95 manatı isə cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 055R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3.575,76 manat əsas borc, 814,38 manat faiz borcu, 180 manat cərimə, cəmi 4.570,14 manat məbləğində pul vəsaiti və 65,7 manat məbləğində dövlət rüsumu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 5 manatı İddiaçı QSC-dən, 95 manatı isə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-544/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-544/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver