Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-550/2021 06.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Tofiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 27 Avqust 2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3859,15 (üç min səkkiz yüz əlli doqquz manat 15 qəpik) manat, faiz borcuna görə 16,10 (on altı manat 10 qəpik) manat, cəmi 3875,25 (üç min səkkiz yüz yetmiş beş manat 25 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 Avqust 2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 3859,15 (üç min səkkiz yüzəlli doqquz tam yüzdə on beş ) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminatı olaraq 27 avqust 2019-cu il tarixdə İddiaçı ASC-nin Şirvan filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 27 Avqust 2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 27 avqust 2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 27-dən gec olmayaraq hər ay 65,97 (altmış beş manat 97 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 27 Avqust 2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3859,15 (üç min səkkiz yüz əlli doqquz manat 15 qəpik) manat, faiz borcuna görə 16,10 (on altı manat 10 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 3875,25 (üç min səkkiz yüz yetmiş beş manat 25 qəpik) manat təşkil edir. Borc ödənilmədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddianın tam təmin edilərək yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə İddiaçı ASC-nin nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 08 aprel 2014-cü il tarixli, RV/SHF-5077 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə, 24 ay müddətinə, ticarət və xidmət (əsas vəsaitin alışı və təmiri) məqsədilə istifadə olunmaq üçün 5.000 manat məbləğində kreditin verilməsi müəyyən edilmişdir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə X1 rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan əsas kredit borcu 3.859,15 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.08.2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı güzəştli şərtlərlə kredit müqaviləsinə əsasən, kreditin məbləği bankın kredit müqaviləsi üzrə müştəriyə borc olaraq verdiyi, müştərinin isə banka razılaşdırılmış şərtlər üzrə qaytarmalı olduğu Azərbaycan Respublikasının Maliyyə X2 tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən restrukturizasiya məbləği dəyərində pul vəsaiti müəyyən edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bank müştəriyə 08.04.2014-cü il tarixli, RB/SHF-5077 saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilməsi məqsədilə kredit verməyi, müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 % olmaqla hesablanması, kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunması və güzəşt müdəti ərzində müştəri tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmaması müəyyən edilmişdir. İş materiallarında olan 27 avqust 2019-cü il tarixli, RB/SHF-5077_KMP saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zamin bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 27 avqust 2019-cü il tarixli, RB/SHF- 5077_KMP saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC-nin 29.01.2021-ci il tarixli, RB-02/PK-899 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı kredit müqaviləsi üzrə onun 27 yanvar 2021-ci il tarixə banka 3.859,15 manat əsas borc, faiz borcu 16,1 manat, cərimə borcu 0 manat, ümumi borc 3.875,25 manat təşkil edir. İş materialında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 27 avqust 2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı kredit müqaviləsi üzrə 12.11.2020-ci il tarixinə olan qrafikə görə cəmi 163,68 manat məbləğində borcunun olması barədə Cavabdeh1 və həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış 27 avqust 2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıdığı barədə xəbərdar edilmiş, qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən, borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə oğlu məlumatlandırılmışlar. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında 08 aprel 2014-cü il tarixli, RV/SHF-5077 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə, 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Daha sonra İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında 27.08.2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı güzəştli şərtlərlə kredit müqaviləsi bağlanmışdır. 27.08.2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı güzəştli şərtlərlə kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında 27.08.2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 27.08.2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Belə ki, tərəflər arasında bağlanılmış 27.08.2019-cu il tarixli RB/SHF-5077_KMP saylı Zaminlik müqaviləsinin 2.2-ci bəndindən də görünür ki, Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borc alan Borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla belə, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi, habelə həmin müqavilə üzrə zaminlik müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabehlər həmin müqavilələrə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də Cavabdeh1 banka 27.08.2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı müqavilə üzrə 3.859,15 manat əsas və 16,10 manat faiz borcu, ümumilikdə 3.875,25 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. 27.08.2019-cu il tarixli, RB/SHF-5077_KMP saylı müqavilə üzrə Cavabdeh2 zamin qismində borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehlərdən tələb etməkdə haqlıdır. Buna görə də iddianın 3.859,15 manat məbləğində əsas borcun ödənilməsinə dair hissəsi iş materialları ilə sübut olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin hesablanmış 16,10 manat məbləğində faiz borcunun ödənilməsinə dair hissəsi də əsaslıdır və həmin hissədə də iddia təmin edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 3.859,15 manat əsas borc,16,10 manat faiz borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 3.905,25 (üç min doqquz yüz beş manat, iyirmi beş qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 3.859,15 manat əsas borc, 16,10 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 3.905,25 (üç min doqquz yüz beş manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-550/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-550/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver