Məhkəmə qərarları › İş №e-2-2(121)-56/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-56/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-56/2023 04.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşması və sazişlərin ləğv edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 022R********** saylı krеdit razılaşması üzrə 202837.93 manat krеdit bоrcu, 55833.84 manat faiz bоrcu və 45232.86 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 303904 (üç yüz üç min doqquz yüz dörd) manat 63 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsum və 270 manat xidmət haqqının tutulması, Tutmanın İmişli şəhəri N.Nərimanov küçəsində 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 327.5 m olan 123A saylı fərdi yaşayış evinə, İmişli şəhəri N.Nərimanov küçəsi 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 59.8 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə və İmişli şəhəri Q.İsmayılzadə küçəsi 0.0079 ha torpaq sahəsi və üzərində yerləşən 141.2 m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 303904 (üç yüz üç min doqquz yüz dörd) manat 63 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsum və 270 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, İmişli şəhəri N.Nərimanov küçəsində 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumisahəsi 327.5 m olan 123A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; 6. İmişli şəhəri N.Nərimanov küçəsi 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 59.8 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; İmişli şəhəri Q.İsmayılzadə küçəsi 0.0079 ha torpaq sahəsi və üzərində yerləşən 141.2 m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 28L000000105 saylı krеdit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300.000 (üç yüz min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 28L00000105SB saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 182 (yüz səksən iki) ay, kredit xəttinin məbləği ******* (bir milyon) ABŞ Dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 022R********** saylı krеdit razılaşması əsasında 26 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 225000 (iki yüz iyirmi beş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 022R**********SA saylı, xx.xx.2020-ci il tarixli 022R**********SB saylı, xx.xx.2021-ci il tarixli 022R**********SD saylısazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 22162.07 manat ödəmiş, onun 202837.93 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 310 gün üçün hesablanmış faiz borcu 55833.84 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 310 gün üçün hеsablanmış cərimə 45232.86 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit хəttimüqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Kredit xətti müqaviləsiüzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 3M-229 reyestr nömrəli ipoteka müqaviləsi əsasında İmişli şəhəri N.Nərimanov küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 327.5 m olan 123A saylı fərdi yaşayış eviniAccessBank” QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20 №-li reyestr kitabının 6 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2019-ci il tarixlielektron çıxarışa əsasən İmişli şəhəri N.Nərimanov küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 327.5 m olan 123A saylı fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 28M000000110 saylı ipoteka müqaviləsiəsasında İmişli şəhəri N.Nərimanov küçəsi 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 59.8 m ümumi sahədən ibarət qeyri yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 1 №-li reyestr kitabının 3 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2014-cü il tarixli RX № ******* saylı çıxarışa əsasən İmişli şəhəri N.Nərimanov küçəsi 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 59.8 m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixlisazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 1 №-li reyestr kitabının 3 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2018ci il tarixli RX № ******* saylı çıxarışa əsasən İmişli şəhəri N.Nərimanov küçəsi 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən 59.8 m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 026M**********01 saylı ipoteka müqaviləsiəsasında İmişli şəhəri Q.İsmayılzadə küçəsi 0.0079 ha torpaq sahəsi və üzərində yerləşən 141.2 m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2 №-li reyestr kitabının 40 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2015-ci il tarixli RX № ******* saylı çıxarışa əsasən İmişli şəhəri Q.İsmayılzadə küçəsi 0.0079 ha torpaq sahəsi və üzərində yerləşən 141.2 m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasının Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixlisazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2 №-li reyestr kitabının 40 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli RX № ******* saylı çıxarışa əsasən İmişli şəhəri Q.İsmayılzadə küçəsi 0.0079 ha torpaq sahəsi və üzərində yerləşən 141.2 m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binasının Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatıaparılmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 və Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştirak etməmişdir. Bu barədə arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 400 manat haqq ödənilmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişlər və bu səbəblərin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 28L000000105 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 300.000 ABŞ dolları məbləği olmaqla kredit xətti açılmışdır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 28L000000105SB saylı sazişlə kredit xəttinin müddəti artırılaraq 182 ay, kredit xəttinin məbləği 1.000.000 (bir milyon) ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh2 225.000 manat məbləğində kredit vəsaiti aylıq 1,3333 faiz olmaqla, 26 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, 225.000 manat məbləğində kredit vəsaiti Cavabdeh2 müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 022R**********SA saylı, xx.xx.2020-ci il tarixli, 022R**********SB saylı və 18 oktyabr 2021-ci il tarixli, 022R**********SD saylı sazişlərin surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 28L000000105 saylı uzun müddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişlərə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 022R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixə olan əsas borcu 202.837,93 manat, faiz borcu 55.833,84 manat, cərimə borcu 45.232,86 manat olmaqla, ümumilikdə 303.904,63 manat təşkil edir. İşdən görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 28L000000105 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixdə, Cavabdeh3 ilə xx.xx.2018-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında, xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 327.50 kv.m. olan fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, Nəriman Nərimanov küçəsi, 123 A fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İddiaçı tərəfindən 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödənilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci girişinin 1-ci və 2-ci mərtəbəsində 59.8 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, Nəriman Nərimanov küçəsi, 134 nömrəli bina, qeyri-yaşayış sahəsi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İddiaçı tərəfindən 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı ödənilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İmişli şəhəri, Q.İsmayılzadə küçəsində xüsusi mülkiyyətində olan 0.0079 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 141.2 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binası kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İddiaçı tərəfindən 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdehin İmişli şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci girişinin 1-ci və 2-ci mərtəbəsində 59.8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 23.920 manat, likvid dəyəri 20.811 manat, İmişli şəhəri,Q.İsmayılzadə küçəsində xüsusi mülkiyyətində olan 0.0079 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 141.2 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının bazar dəyəri 77.560 manat, likvid dəyəri 73.682 manat, İmişli şəhəri, Nəriman ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 0.006 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 327.50 kv.m. olan fərdi yaşayış evinin bazar dəyəri 114.625 manat, likvid dəyəri 100.870 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərcləri iddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/150 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 İddiaçı QSCyə xx.xx.2019-cu il tarixli, 022R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan əsas borcu 202.837,93 manat, faiz borcu isə 50.763,35 manat təşkil edir. Məhkəmə, iddia tələbinin kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 9/150 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 022R********** saylı kredit razılaşması üzrə 202.837,93 manat əsas borcunun, 50.763,35 manat faiz borcunun olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə, sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyi öz üzərinə götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia əsas borca münasibətdə tam, faiz borcuna münasibətdə isə qismən təmin edilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 022R********** saylı kredit müqaviləsi üzrə cərimənin 45.232,86 manat məbləğində deyil, 4.500 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə, eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduqlarından, qeyd edilən məbləğlərin və həmin məbləğlərə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdürlər. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, tələb ipoteka qoyulmuş daşınmaz əmlaklara yönəldilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə, borcun ipoteka predmetlərinə yönəldilərək həmin əmlakların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Cavabdeh2 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh2 məxsus İmişli şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci girişinin 1-ci və 2-ci mərtəbəsində 59.8 kv.m ümumi, 59.8 kv.m əsas sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 20.811 manat, İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 327.50 kv.m. olan 123 A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 100.870 manat və Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən 0.0079 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 141.2 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 73.682 manat müəyyən edilməklə, həmin əmlaklar açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının borc tələbi ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və o satıldıqdan sonra 1 ay ərzində həmin əmlakların boşaldılması və həmin əmlakdan çıxarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır və qeyd edilən daşınmaz əmlaklar ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan, borc ödənilmədiyi təqdirdə ipoteka qoyan, yəni Cavabdeh2 və Cavabdeh3 ipoteka predmeti olan əmlakdan çıxacağını və boşaldacağını öhdəsinə götürdüyündən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə həmçinin iddia tələbinin “əmlakların alıcıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Məhkəmə qeyd edir ki, əmlakların təhvil verilməsi üçün ilk öncə həmin əmlaklara tutma yönəldilməli və o satılmalıdır. Hal-hazırda ipotekaya qoyulmuş əmlaklar satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçi və orada olan şəxslər yeni mülkiyyətçi qarşısında torpaq sahəsini 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, iddia tələbi “əmlakların alıcıya təhvil verilməsi” hissəsində təmin edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “əmlakların alıcıya təhvil verilməsi” hissəsində rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 270 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 270 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulması” hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin ekspertiza xərcinə münasibət bildirərək qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 145 manat tərəflərdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 145 (bir yüz qırx beş) manatın 100 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 45 manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da müştərək qaydada cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunun müəyyən hissəsində ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 594 manat dövlət rüsumunun 400 manatı cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə, iddiaçı tərəfindən ödənilmiş 194 manat dövlət rüsumunun 148 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, 46 manat dövlət rüsumu isə iddiaçıya aid edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 022R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli, 022R**********SA, xx.xx.2020-ci il tarixli, 022R**********SB və xx.xx.2021-ci il tarixli, 022R**********SD saylı sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 022R********** saylı krеdit razılaşması üzrə 202.837,93 manat əsas borc, 50.763,35 manat faiz borcu, 4.500 manat cərimə borcu, 400 manat mediasiya xərci, 148 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu və 270 manat xidmət haqqı olmaqla, ümumilikdə 258.964,28 (iki yüz əlli səkkiz min doqquz yüz altmış dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci girişinin 1-ci və 2-ci mərtəbəsində 59.8 kv.m ümumi, 59.8 kv.m əsas sahədən ibarət qeyri yaşayış sahəsinə, İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 327.50 kv.m. olan 123 A saylı fərdi yaşayış evinə, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən 0.0079 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 141.2 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilsin. Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci girişinin 1-ci və 2-ci mərtəbəsində 59.8 kv.m ümumi, 59.8 kv.m əsas sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 20.811 manat, İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 327.50 kv.m. olan 123 A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 100.870 manat və Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən 0.0079 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 141.2 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 73.682 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. Əmlakların açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaytarılsın. İmişli şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.01194 ha torpaq sahəsində yerləşən 134 nömrəli binanın 1-ci girişinin 1-ci və 2-ci mərtəbəsində 59.8 kv.m ümumi, 59.8 kv.m əsas sahədən ibarət qeyri yaşayış sahəsinə, İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 327.50 kv.m. olan 123 A saylı fərdi yaşayış evinə, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən 0.0079 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 141.2 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və açıq hərracda satıldıqdan sonra 1 ay ərzində cavabdehlər həmin daşınmaz əmlaklardan çıxarılsın və həmin əmlaklar boşaldılsın. İddia qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 400 (dörd yüz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 100 (yüz) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 45 (qırx beş) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ

22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar