Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-56/2025 07.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, X6, Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC, X6, Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, X3, Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 27 oktyabr 2022-ci il tarixli № 4-SME-1-620-22/3 saylı kredit müqaviləsi üzrə 688652,73 manat əsas borc, 30148,11 manat faiz, 80,69 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 718881,53 manat kredit borcunun, 03 mart 2023-cü tarixli № 4-SME-1- 620-22/4 saylı kredit müqaviləsi üzrə 264477,61 manat əsas borc, 8555,96 manat faiz, 57,77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 273091,34 manat kredit borcunun, 22 iyun 2023-cü tarixli № 4-SME-1-620-22/5 saylı kredit müqaviləsi üzrə 228383,99 manat əsas borc, 5277,24 manat faiz, 34,61 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 233695,84 manat kredit borcunun və 1402,83 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 75 manat dövlət rüsumunun və 600 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinə, Cavabdeh4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinə, Cavabdeh1 MMC-nin mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binasına, Cavabdeh1 MMC-nin mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binasına, X4 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-yə 16 may 2022-ci il tarixli № 4-SME-1-620-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 29 faizlə 120 ay müddətinə 2.000.000 manat məbləğində kredit limiti ayrılmışdır. 27 oktyabr 2022-ci tarixli № 4-SME-1-620-22/3 saylı kredit müqaviləsinə əsasən Hikmət-2016” MMC İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 14 %-lə 36 ay müddətinə 900000 manat məbləğində kredit götürmüşdür. 27 oktyabr 2022-ci tarixli № 4-SME-1-620-22/3 saylı kredit müqaviləsinə 30 noyabr 2023-cü il tarixli əlavə sazişə əsasən kredin müddəti 22 oktyabr 2026 tarixədək təyin edilmişdir. 03 mart 2023-cü tarixli № 4-SME-1-620-22/4 saylı kredit müqaviləsinə əsasən Hikmət-2016” MMC İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 14 %-lə 36 ay müddətinə 300000 manat məbləğində kredit götürmüşdür. 03 mart 2023-cü tarixli № 4-SME-1-620- 22/4 saylı kredit müqaviləsinə 30 noyabr 2023-cü il tarixli əlavə sazişə əsasən kredin müddəti 22 oktyabr 2026 tarixədək təyin edilmişdir. 22 iyun 2023-cü tarixli № 4-SME-1-620-22/5 saylı kredit müqaviləsinə əsasən Hikmət-2016” MMC İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 14 %-lə 24 ay müddətinə 250000 manat məbləğində kredit götürmüşdür. 22 iyun 2023-cü tarixli № 4-SME-1- 620-22/5 kredit müqaviləsinə 30 noyabr 2023-cü il tarixli əlavə sazişə əsasən kredin müddəti 22 oktyabr 2026 tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq Cavabdeh4 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsi 16 may 2022-ci il tarixli DA/00674/22 saylı ipoteka müqaviləsilə, Cavabdeh4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsi 16 may 2022-ci il tarixli DA/00671/22 saylı ipoteka müqaviləsilə, Cavabdeh1 MMC-nin mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binası 21 iyun 2022-ci il tarixli DA/00905/22 saylı ipoteka müqaviləsilə, Cavabdeh1 MMC-nin mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binası 21 iyun 2022-ci il tarixli DA/00904/22 saylı ipoteka müqaviləsi ilə, X4 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsi 22 iyun 2023-cü il tarixli DA/00836/23 saylı ipoteka müqaviləsilə yüklü edilmiş, X6 ilə 16 may 2022-ci tarixli № Z/07616/22 saylı, Cavabdeh3 MMC ilə 16 may 2022-c il tarixli № Z/07617/22 saylı, Cavabdeh2 ilə 27 oktyabr 2022-ci il tarixli № Z/17617/22 saylı, Cavabdeh4 ilə 27 oktyabr 2022-ci il tarixli № Z/17618/22 saylı zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 MMC-yə məxsus 16 may 2022-ci il tarixli, DOV/00082/22 saylı girov müqaviləsinə 1 saylı əlavədə göstərilmiş tikinti materialları 16 may 2022-ci il tarixli, №DOV/00082/22 saylı girov müqaviləsi ilə və Cavabdeh1 MMC-nin hesabına gələcəkdə mədaxil olunacaq girov predmeti olan ******* manat pul vəsaiti o cümlədən pul vəsaitinin qəbul edilməsinin əsasını təşkil edən müqavilədə nəzərdə tutulmuşdursa hesablanan faizlər 16 may 2022-ci il tarixli №GV/02576/22 saylı girov müqaviləsi ilə banka girov qoyulmuşdur. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il martın 03-dək borcalan olan Cavabdeh1 MMC -nin banka 27 oktyabr 2022-ci il tarixli № 4-SME-1-620-22/3 saylı kredit müqaviləsi üzrə 688652,73 manat əsas borc, 30148,11 manat faiz, 806,86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 719607,7 manat borcu vardır. Cavabdeh1 MMC-nin 27 oktyabr 2022-ci il tarixli № 4-SME-1-620-22/3 saylı kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 806,86 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 80.69 manat məbləğində tələb olunur. 2024-cü il martın 03-dək borcalan olan Cavabdeh1 MMC -nin banka 03 mart 2023-cü tarixli № 4-SME-1-620-22/4 saylı kredit müqaviləsi üzrə 264477,61 manat əsas borc, 8555,96 manat faiz, 577,68 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 273611.25 manat borcu vardır. Cavabdeh1 MMC-nin 03 mart 2023-cü tarixli № 4-SME-1- 620-22/4 saylı saylı kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 577,68 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 57,77 manat məbləğində tələb olunur. 2024-cü il martın 03-dək borcalan olan Cavabdeh1 MMC-nin banka 22 iyun 2023-cü tarixli № 4-SME-1-620-22/5 saylı kredit müqaviləsi üzrə 228383,99 manat əsas borc, 5277,24 manat faiz, 346,14 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 234007.37 manat borcu vardır. Cavabdeh1 MMC-nin 22 iyun 2023-cü tarixli № 4-SME-1-620-22/5 saylı kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 346,14 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 34,61 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən cavabdehlər Cavabdeh1 MMC-nin, X4 və Cavabdeh3 MMC-nin vəkili və nümayəndəsi Vəkil izahat verərək kredit müqavilələri üzrə borcu qismən, ekspertiza rəyində müqavilə müddətlərinin bitdiyi tarixlərə hesablanmış həcmdə qəbul etdiklərini bildirdi və ipoteka qoyulmuş əmlakların ilkin satış qiymətinin təqdim etdikləri rəy əsas götürülərək müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 may 2022-ci il tarixli № 4-SME-1-620-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən Cavabdeh1 MMC-nə İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 29 faizlə 120 ay müddətinə 2.000.000 manat məbləğində kredit limiti ayrılmışdır İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 oktyabr 2022-ci tarixli № 4-SME-1-620-22/3 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 MMC-yə illik 14 faiz dərəcəsi ilə 36 ay müddətinə 900000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 03 mart 2023-cü tarixli № 4-SME-1-620-22/4 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 MMC-yə illik 14 faiz dərəcəsi ilə 36 ay müddətinə 300000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 22 iyun 2023-cü tarixli № 4-SME-1-620-22/5 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 MMC-yə illik 14 faiz dərəcəsi ilə 24 ay müddətinə 250000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin cavabdeh X6 ilə bağladığı 16 may 2022-ci tarixli № Z/07616/22 saylı, Cavabdeh3 MMC ilə bağladığı 16 may 2022-c il tarixli № Z/07617/22 saylı, Cavabdeh2 ilə bağladığı 27 oktyabr 2022-ci il tarixli № Z/17617/22 saylı, Cavabdeh4 ilə bağladığı 27 oktyabr 2022-ci il tarixli № Z/17618/22 saylı zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr ilə zaminlər X6, Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh4 16 may 2022-ci il tarixli № 4-SME-1-620-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə ilə bankdan kredit götürmüş Borcalan Cavabdeh1 MMC tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan X6 və borc alan Cavabdeh1 MMC arasında bağlanmış 22 iyun 2023-cü il tarixli DA/00836/23 nömrəli ipoteka müqaviləsindən görünür ki, X4 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsi İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 may 2022-ci il tarixli № 4-SME-1-620-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə bazar dəyəri 150000 manat, likvid dəyəri 105000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh4 və borc alan Cavabdeh1 MMC arasında bağlanmış 16 may 2022-ci il tarixli DA/00671/22 nömrəli ipoteka müqaviləsindən görünür ki, X4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 may 2022-ci il tarixli № 4-SME-1-620-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə bazar dəyəri 90.000 manat, likvid dəyəri 54000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 MMC arasında bağlanmış 21 iyun 2022-ci il tarixli DA/00904/22 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 MMC-nin mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binası İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 may 2022-ci il tarixli № 4-SME-1-620-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə bazar dəyəri 280.000 manat, likvid dəyəri 196000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan X6 və borc alan Cavabdeh1 MMC arasında bağlanmış 16 may 2022-ci il tarixli DA/00674/22 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 may 2022-ci il tarixli № 4-SME-1-620-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə bazar dəyəri 225000 manat, likvid dəyəri 135000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 MMC arasında bağlanmış 21 iyun 2022-ci il tarixli DA/00905/22 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 MMC-nin mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 617,2 kv.m olan qeyri-yaşayış binası İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 16 may 2022-ci il tarixli № 4-SME-1-620-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə bazar dəyəri 250000 manat, likvid dəyəri 175000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan və 617,2 kv.metr olan qeyri-yaşayış binaları, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maliyyə arayışlarının surətlərindən görünür ki, Cavabdeh1 MMC tərəfindən 03 mart 2023-cü tarixli № 4-SME-1-620-22/4 nömrəli müqavilə üzrə, ümumilikdə əsas borc üzrə 35.522,39 manat, faiz üzrə 32.454,55 manat ödəniş həyata keçirilmişdir, qeyd edilən tarixə onun kredit müqaviləsinə əsasən əsas borcu 264477,61 manat, faiz borcu 21921,55 manat, cərimə borcu 3251,32 manat təşkil edir, 27 oktyabr 2022-ci tarixli № 4-SME-1-620-22/3 saylı müqavilə üzrə ümumilikdə əsas borc üzrə 233937,27 manat, faiz üzrə 128748,24 manat ödəniş həyata keçirilmişdir, qeyd edilən tarixə onun kredit müqaviləsinə əsasən əsas borcu 666062,73 manat, faiz borcu 57112,61 manat, cərimə borcu 4353,84 manat təşkil edir, 27 oktyabr 2022-ci tarixli № 4-SME-1-620-22/3 saylı müqavilə üzrə ümumilikdə əsas borc üzrə 21616,01 manat, faiz üzrə 19865,18 manat ödəniş həyata keçirilmişdir, qeyd edilən tarixə onun kredit müqaviləsinə əsasən əsas borcu 228383,99 manat, faiz borcu 16818,94 manat, cərimə borcu 3131,65 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 oktyabr 2022-ci tarixli № 4-SME-1-620-22/3 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 MMC, X6, Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh4 xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 03 mart 2023-cü tarixli № 4-SME-1-620-22/4 saylı kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 MMC, X6, Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh4 xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 22 iyun 2023-cü tarixli № 4-SME-1-620-22/5 saylı kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 MMC, X6, Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh4 xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(121)-1657/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1582 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 oktyabr 2022-ci tarixli № 4-SME-1-620-22/3 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 695214,33 manat, faiz borcu üzrə 15893,26 manat borcunun olması, xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 689214,33 manat, faiz borcu üzrə 33219,21 manat borcunun olması, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 03 mart 2023-cü tarixli № 4-SME-1- 620-22/4 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 264485,50 manat, faiz borcu üzrə 8320,01 manat borcunun olması, xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 264485,50 manat, faiz borcu üzrə 21691,22 manat borcunun olması, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 22 iyun 2023-cü tarixli № 4-SME-1-620-22/5 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 228562,97 manat, faiz borcu üzrə 4203,76 manat borcunun olması, xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 228562,97 manat, faiz borcu üzrə 15758,89 manat borcunun olması müəyyən olunur. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(121)-1657/2024 nömrəli qərardadı ilə ipoteka predmeti əmlakların bazar və likvid qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur və məhkəməyə təqdim olunmuş qiymətləndirmə hesabatı ilə ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri yaşayış binasının xx.xx.2024-cü il tarixə bazar dəyəri 219106 manat və likvid dəyəri 210000 manat məbləğində olması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixə bazar dəyəri 207230 manat və likvid dəyəri 186507 manat məbləğində olması, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binasının xx.xx.2024-cü il tarixə bazar dəyəri 247350 manat və likvid dəyəri 222615 manat məbləğində olması, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2024-cü il tarixə bazar dəyəri 83260 manat və likvid dəyəri 74934 manat məbləğində olması, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinin bazar dəyəri 132000 manat, likvid dəyəri 124000 manat məbləğində olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 85000 manat, likvid dəyəri 76000 manat məbləğində, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 209000 manat, likvid dəyəri 180000 manat məbləğində, ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri yaşayış binasının bazar dəyəri 222000 manat, likvid dəyəri 211000 manat məbləğində, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 249000 manat, likvid dəyəri 224000 manat məbləğində, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinin bazar dəyəri 132000 manat, likvid dəyəri 124000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 5i ünvanında yerləşən qeyri yaşayış sahəsinin bazar dəyəri 434000 manat, likvid dəyəri 390600 manat məbləğində, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinin bazar dəyəri 185000 manat, likvid dəyəri 175750 manat məbləğində, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 123000 manat, likvid dəyəri 110700 manat məbləğində, ünvan 1 yerləşən qeyri yaşayış sahəsinin bazar dəyəri 310000 manat, likvid dəyəri 279000 manat məbləğində, ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri yaşayış binasının bazar dəyəri 366000 manat, likvid dəyəri 329400 manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, müəyyən edilmiş işin faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı ASC Cavabdeh1 MMC-yə borc (kredit) verməyi, Cavabdeh1 MMC isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 MMC həmin müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilələrin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh1 MMC-yə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışın”da və hesabdan çıxarışda əksini tapan məlumatlardan, həmçinin ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh1 MMC-nin əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqavilələri, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi Cavabdeh1 MMC tərəfindən kredit müqavilələri üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Cavabdehlər Cavabdeh1 MMC-nin, X4 və Cavabdeh3 MMC-nin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında kredit müqavilələri üzrə borcu qismən, ekspertiza rəyində müqavilə müddətlərinin bitdiyi tarixlərə hesablanmış həcmdə qəbul etdiklərini bildirmişdir. Digər cavabdehlər isə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, həmçinin iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 MMC və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı, kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı qeyd edir ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 27 oktyabr 2022-ci tarixli № 4-SME-1-620-22/3 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 695214,33 manat, faiz borcu üzrə 15893,26 manat borcunun olması, xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 689214,33 manat, faiz borcu üzrə 33219,21 manat borcunun olması, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 03 mart 2023-cü tarixli № 4-SME-1-620-22/4 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 264485,50 manat, faiz borcu üzrə 8320,01 manat borcunun olması, xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 264485,50 manat, faiz borcu üzrə 21691,22 manat borcunun olması, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 22 iyun 2023-cü tarixli № 4-SME-1-620-22/5 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 228562,97 manat, faiz borcu üzrə 4203,76 manat borcunun olması, xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 228562,97 manat, faiz borcu üzrə 15758,89 manat borcunun olması müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləği ilə iddia ərizəsində tələb olunan müvafiq borc məbləğləri arasında fərq olsa da, iddiaçı əsas və faiz borc məbləğlərinə aid hissədə ekspert rəyini mübahisələndirməmiş, bununla da ekspertiza rəyində qeyd olunan məbləğlərlə razılaşdığını ifadə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsas borc məbləğləri iddia ərizəsində və maliyyə arayışlarında göstərilən həddə, faiz borc məbləğləri isə məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyində göstərilən həddə müəyyən edilməlidir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda kredit üzrə cərimə ödəmək öhdəliyini Cavabdeh1 MMC öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh1 MMC tərəfindən kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehlərdən tutulacaq cərimələr xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5 manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5 manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, iddianın “tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka tutmanın yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 75 manat dövlət rüsumunun və 600 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin əşyanın ipoteka ilə yüklü edilməsinə dair münasibətləri tənzimləyən normalarının tələblərinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı ASC ilə cavabdeh X9 arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ daşınmaz əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsi ilə təminat verilmiş kredit müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə, ipoteka predmeti əşyanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətləri məhkəmənin qərarı ilə təyin edilmiş qiymətləndirmənin nəticəsinə dair təqdim edilmiş rəy əsasında müvafiq olaraq 186507 manat, 74934 manat, 210000 manat, 222615 manat və 123500 manat məbləğində müəyyən edilməklə, qeyd edilən əmlaklar açıq hərracdan satılmalı və həmin əmlakların satışından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər X6, Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh4 imzaladıqları zaminlik müqavilələri ilə borclu Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 MMC öhdəliyini pozduğuna görə zaminlərin də onunla birlikdə kreditor qarşısında birgə (solidar) məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulmuş dövlət rüsumu və ekspertiza xərci cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, X6, Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 4-SME-1-620-22/3 nömrəli kredit müqaviləsi üzrə 688652,73 manat məbləğində əsas borc, 15893,26 manat məbləğində faiz borcu, 5 manat məbləğində cərimə borcu, xx.xx.2023-cü il tarixli, 4-SME-1-620-22/4 nömrəli kredit müqaviləsi üzrə 264477,61 manat məbləğində əsas borc, 8320,01 manat məbləğində faiz borcu, 5 manat məbləğində cərimə borcu, xx.xx.2023-cü il tarixli, 4-SME-1-620-22/5 nömrəli kredit müqaviləsi üzrə 228383,99 manat məbləğində əsas borc, 4203,76 manat məbləğində faiz borcu, 5 manat məbləğində cərimə borcu, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 75 manat məbləğində rüsum, 600 manat xidmət haqqı və ödənilmiş 1402,83 manat dövlət rüsumu məbləği olmaqla, cəmi 1212024,19 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh4 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinə, Cavabdeh4 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinə, Cavabdeh1 MMC-nin mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binasına, Cavabdeh1 MMC-nin mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binasına, X4 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə yönəldilsin. ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 90.1 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 186507 manat məbləğində, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36.2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 74934 manat məbləğində, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 617.2 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 210000 manat məbləğində, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 824.5 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 222615 manat məbləğində, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinin ilkin satış qiyməti 123500 manat məbləğində müəyyən edilsin, həmin əmlaklar açıq hərracdan satılsın və satışdan əldə edilən vəsaitdən 1212024,19 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 250 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh1 MMC, X6, Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-56/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-56/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver