Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-566/2020 02.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi, Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatının nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatının Cavabdehnə qarşı kredit borcunun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 10.776,01 manat əsas borcun, 829,16 manat faiz borcunun, cəmi 11.605,17 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC X11 Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayonunda fəaliyyət göstərən Cavabdeh ilə İddiaçı QSC Bank olmayan X5 filialı arasında pambıq istehsalı üçün 9 ay müddətinə, illik 10 faizlə, 23.000 manat məbləğində kredit verilməsinə dair xx xxxxxx 2018-ci il tarixli, P-143 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdehnə 16.150 manat kredit verilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixinə Kredit Təşkilatına olan kredit borcunun tam ödənilməməsinə görə onunla bağlanmış kredit müqaviləsinin şərtlərini pozaraq borcverən qarşısında olan öhdəliyini icra etməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 16.150 manat kredit borcundan 5.373,99 manat və hesablanmış faiz borcundan 861,83 manat ödəniş etmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuşdur. Cavabdeh İddiaçı QSC X11 Təşkilatına olan əsas borcu 10.776,01 manat, faiz borcu 829,16 manat, cəmi borcu 11.605,17 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdehnə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC X11 Təşkilatının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, məhsul əkdikləri əraziyə dövlət səviyyəsində su verilməsi dayandırılmışdır. Sonra onlar alternativ su xətti çəkilməsi üçün müraciət etmişlər və çox gec olsa da, su xəttinin verilişi bərpa edilmişdir. Müəyyən müddət su verilmədiyi üçün məhsul olmamış, nəticədə borcun ödənilməsi mümkün olmamışdır. Borcu qəbul edirlər və həmin borcu ödəyəcəklər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, P-143 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı X7 (borcverən) ilə Cavabdeh (borcalan), “CTS-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı), X10 və Tədarükü Məntəqəsi (tədarükçü) arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcverən borcalana pambıq istehsalı üçün xx xxxxxx 2018-ci il tarixədək, illik 10 faizlə, 23.000 manat kredit verilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin şərtlərinə uyğun olaraq borcalan İmişli rayonu, Qulubəyli kəndində 50 ha. torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, “Xam pambığın yığılması və tədarükü üzrə təlimat”ın tələblərinə uyğun olaraq tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh İddiaçı X6 xx.xx.2019-cu il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatın surətindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdehnə 16.150 manat kredit verilmişdir. Həmin kredit məbləğindən Cavabdeh 5.373,99 manat əsas borcu, 861,83 manat faiz borcunu ödəsə də, 10.776,01 manat əsas borcu, 829,16 manat faiz borcu olmaqla cəmi 11.605,17 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan Cavabdehnə məxsus hesabdan çıxarışdan görünür ki, İddiaçı X7 tərəfindən hissə-hissə olmaqla, müəssisəyə ümumilikdə 16.150 manat kredit verilmişdir. Müəssisə tərəfindən hissə-hissə olmaqla ümumilikdə 5.373,99 manat əsas borcdan və 861,83 manat faiz borcundan ödənişlər olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 511 saylı və xx.xx.2019-cu il tarixli, 787 saylı pretenziya məktublarının surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatı Cavabdehnə məktublar ünvanlayaraq onun aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, P-143 saylı kredit müqaviləsinə əsasən borcunun olduğunu bildirmiş, həmin borcun 10 gün müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 62246858 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli, P-143 saylı kredit müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli, P-143 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavadeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıqlar (bildirişlər) göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materialları ilə iddiaçı tərəfindən cavabdehə 16.150 manat kredit verildiyi, cavabdeh tərəfindən həmin kredit məbləğindən 5.373,99 manat əsas borc, 861,83 manat faiz borcu ödənildiyi, lakin 10.776,01 manat əsas borc, 829,16 manat faiz borcu olmaqla cəmi 11.605,17 manat məbləğində borcun qaldığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan başqa İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia kredit borcunun tutulması hissəsində iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, Cavabdehndən kredit müqaviləsi üzrə yaranmış 10.776,01 manat məbləğində əsas borc, 829,16 manat faiz borcu olmaqla, cəmi 11.605,17 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehndən kredit müqaviləsi üzrə yaranmış 10.776,01 manat məbləğində əsas borc, 829,16 manat faiz borcu olmaqla, cəmi 11.605,17 (on bir min altı yüz beş manat on yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-566/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-566/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver