Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-57/2023 25.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı – Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşmalarının və sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin хеyrinə 022R********** saylı krеdit razılaşması üzrə 20432,58 manat məbləğində krеdit bоrcu, 1666,16 manat faiz bоrcu və 3669,67 manat cərimə olmaqla, cəmi 25768,41 manat, 055R********** saylı krеdit razılaşması üzrə 75298,8 manat krеdit bоrcu, 5663,09 manat faiz bоrcu və 14577,87 manat cərimə olmaqla, cəmi 95539,76 manat, 2 kredit razılaşması üzrə ümumilikdə 121308,2 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 12 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsumunun və 180 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri, P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 121308,2 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 12 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsumunun və 180 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri, P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 28L000004302 saylı, xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflər arasında bağlanmış 28L000004302S saylı, xx.xx.2019-cu il tarixli sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 181 ay, kredit xəttinin məbləği isə ******* ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 022R********** saylı, xx.xx.2020-ci il tarixli krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 022R**********S saylı, xx.xx.2020-ci il tarixli və 022R**********SA saylı, xx.xx.2021-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 4567,42 manat ödəmiş, onun 20432,58 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 132 gün üçün hesablanmış faiz borcu 1666,16 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 132 gün üçün hеsablanmış cərimə 3669.67 manat təşkiledir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 055R********** saylı, xx.xx.2019-cu il tarixli krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 055R**********S saylı, xx.xx.2020-ci il tarixli, 055R**********SA saylı, xx.xx.2020-ci il tarixli və 055R**********SB saylı, xx.xx.2021-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 24701,2 manat ödəmiş, onun 75298,8 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 140 gün üçün hesablanmış faiz borcu 5663,09 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 140 gün üçün hеsablanmış cərimə 14577,87 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 3M-155 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi əsasında İmişli rayonu Göbəktala kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19 №-li reyestr kitabının 82 №-li vərəqində qeydiyyata alınmış elektron çıxarışa əsasən İmişli rayonu Göbəktala kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 28M000000132 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında İmişli şəhəri, P.Həsənov küçəsində mülkiyyətində olan 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasını İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 1 №-li reyestr kitabının 130 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2014-cü il tarixli çıxarışa əsasən İmişli şəhəri, P.Həsənov küçəsində mülkiyyətində olan 0,166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri yaşayış binasının Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 1 №-li reyestr kitabının 130 №-li vərəqində qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İmişli şəhəri, P.Həsənov küçəsində mülkiyyətində olan 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasının Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “Accеssbank» QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdehipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmiş, ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Hər iki əmlak İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X3 notariat kontoruna ərizə təqdim edərək əmlakların bank qarısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirmişdir. Tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 400 manat haqq ödənilmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 28L000004302 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 28L000004302 saylı kredit xətti müqaviləsinə 28L000004302S saylı, xx.xx.2019-cu il tarixdə sazişlə dəyişiklik və əlavələr edilmiş, kredit alana ******* ABŞ dolları məbləğində kredit xətti açılaraq, kreditin müddəti 181 ay, xx.xx.2029-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinin surətindən görünür ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixdə bağlanmış 28L000004302 saylı kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə yaranmış öhdəlikləri icra etmək məqsədilə Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə və Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 055R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, 1,5 faizlə, 100000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 055R********** saylı kredit razılaşmasına 055R**********S saylı, xx.xx.2020-ci il tarixdə sazişlə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 055R********** saylı kredit razılaşmasına 055R**********SA saylı, xx.xx.2020-ci il tarixdə sazişlə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 055R********** saylı kredit razılaşmasına 055R**********SB saylı, xx.xx.2021-ci il tarixdə sazişlə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, 1,3333 faizlə, 25000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşmasına 022R**********S saylı, xx.xx.2020-ci il tarixdə sazişlə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşmasına 022R**********SA saylı, xx.xx.2021-ci il tarixdə sazişlə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə bağlanmış 28L000004302 saylı kredit xətti müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2019-cu il tarixli ipoteka müqaviləs(lər)inə əsasən, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri yaşayış binası xx.xx.2014-cü il tarixdə bağlanmış 28L000004302 saylı kredit xətti müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş ******* qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri yaşayış binası İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə borcun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktub(lar)u göndərmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş(lər) göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş(lər)in qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşdə olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə bağlanmış 055R**********8 saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 75298,8 manat məbləğində əsas, 5663,09 manat məbləğində faiz, 14577,87 manat məbləğində cərimə olmaqla, cəmi 95539,76 manat məbləğində kredit borcu vardır. İşdə olan arayışın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 20432,58 manat məbləğində əsas, 1666,16 manat məbləğində faiz, 3669,67 manat məbləğində cərimə olmaqla, cəmi 25768,41 manat məbləğində kredit borcu vardır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8924 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış 022R********** saylı kredit razılaşması üzrə Cavabdeh2 müqavilənin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borc üzrə 20373,57 manat, faiz borcu üzrə 1835,18 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 20373,57 manat, faiz borcu üzrə 3174,17 manat, xx.xx.2019-cu il tarixdə bağlanmış 055R********** saylı kredit razılaşması üzrə Cavabdeh2 müqavilənin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borc üzrə 74800,65 manat, faiz borcu üzrə 7342,36 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 74800,65 manat, faiz borcu üzrə 8547,48 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 74800,65 manat, faiz borcu üzrə 8547,48 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 87,6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 26280 manat, likvid dəyəri 20762 manat, Cavabdeh2 mülkiyyətində olan İmişli şəhəri, P.Həsənov küçəsində 0,1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151,2 kv.m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasının bazar dəyəri 90720 manat, likvid dəyəri 80741 manat məbləğində olması müəyyən olunmuşdur. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri ödənilmişdir. Məhkəmə iddianın müqavilə(lər)nin (və saziş(lə)rin) ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “022R********** saylı, xx.xx.2020-ci il tarixli krеdit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlər”in ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdeh(lər)dən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış “055R********** saylı, xx.xx.2020-ci il tarixli krеdit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlər”in ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın digər krеdit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlərin müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman 055R********** saylı, xx.xx.2019-cu il tarixli krеdit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlər üzrə müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Belə olan halda, iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi (razılaşması) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 055R********** saylı krеdit razılaşması üzrə 74800,65 manat, 022R********** saylı krеdit razılaşması üzrə 20373,57 manat məbləğində əsas borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 055R********** saylı krеdit razılaşması üzrə 74800,65 manat əsas bоrc, 5663.09 manat faiz bоrcu, 022R********** saylı krеdit razılaşması üzrə 20373,57 manat məbləğində əsas bоrc, 1666,16 manat faiz bоrcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 022R********** saylı kredit razılaşması üzrə 3669,67 manat məbləğində deyil, 360 manat məbləğində və 055R********** saylı kredit razılaşması üzrə 14577,87 manat məbləğində deyil, 1400 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqavilələri (razılaşmaları) üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 iddiaçıya olan kredit müqavilələri (razılaşmaları) üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərlərinə götürmüşlər. Məhkəmə həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehlərdən 350 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma yönəldildikdən və o satıldıqdan sonra əmlakların boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər 1 ay ərzində ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslərin evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılmalı olduqlarından, iddia qeyd edilən hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “əmlakların alıcıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, əmlakın təhvil verilməsi üçün həmin əmlaka tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, əmlakda olan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində əmlakı könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi əmlakın ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçi və orada olan şəxslər yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “əmlakların alıcıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Buna görə də, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 180 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.2. Bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddia bu hissədə də qismən təmin edilməklə, iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Lakin, iddia qismən təmin olduğundan, iddia bu hissədə qismən təmin edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehlərə, 20 manatı iddiaçıya, xidmət haqqının 140 manatı cavabdehlərə, 40 manatı iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 25 manatı və xidmət haqqının 140 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı QSC-yə, 150 manatı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin iddianın 12 manat dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 411,31 manat dövlət rüsumunun 10 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən ödənilməyən dövlət rüsumunun 350 manatı cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 022R********** saylı, xx.xx.2020-ci il tarixli krеdit razılaşması və ona əlavə olaraq bağlanmış sazişlər ləğv edilsin. 055R********** saylı krеdit razılaşması üzrə 74800,65 manat əsas bоrc, 5663.09 manat faiz bоrcu və 1400 manat cərimə olmaqla, cəmi 81863,74 manat, 022R********** saylı krеdit razılaşması üzrə 20373,57 manat məbləğində əsas bоrc, 1666,16 manat faiz bоrcu və 360 manat cərimə olmaqla, cəmi 22399,73 manat, 2 kredit razılaşması üzrə ümumilikdə 104.263,47 məbləğində kredit bоrcu, 10 manat məbləğində dövlət rüsumu, 350 manat məbləğində mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat məbləğində dövlət rüsumu və 140 manat məbləğində xidmət haqqı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu, Göbəktala kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri, P.Həsənov küçəsində 0.166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasına yönəldilsin. Cavabdeh2 mülkiyyətində olan İmişli rayonu, Göbəktala kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 20762 manat məbləğində və İmişli şəhəri, P.Həsənov küçəsində 0.1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 m ümumi sahədən ibarət 61A saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti 80741 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 104.263,47 məbləğində kredit bоrcu, 10 manat məbləğində dövlət rüsumu, 350 manat məbləğində mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat məbləğində dövlət rüsumu və 140 manat məbləğində xidmət haqqı İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı QSC-dən, 150 manatı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. 350 manat məbləğində dövlət rüsumu Əliyev Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-57/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-57/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver