Məhkəmə qərarları › İş №e-2-2(121)-581/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-581/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-581/2022 03.08.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı - Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 20 noyabr 2019-cu il tarixli, RBLLF-432 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 7930,46 manat, faiz borcuna görə 155,9 manat, cərimə borcuna görə 842,73 manat, borcun cəmi məbləği 8929,09 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 9,30 manat məbləğində pulun tutulması; tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2ində yerləşən ümumi sahəsi 169,4 kv.m, torpaq sahəsi 0,076 ha olan fərdi yaşayış evinə yönəldilsin, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 20 Noyabr 2019-cu il tarixli, RBLLF-432saylı kredit müqaviləsi üzrə cəmi məbləği 8929,09 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 149,30 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi; İpoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2ində yerləşən ümumi sahəsi 169,4 kv.m, torpaq sahəsi 0,076 ha olan fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və Bəşirova X3 rayonu, Şıxəkəran kəndində yerləşən ümumi sahəsi 169,4 kv.m, torpaq sahəsi 0,076 ha olan fərdi yaşayış evindən çıxarılsın, əmlak boşaldılsın və istifadə hüquqları itirilmiş hesab olunması; İpoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2ində yerləşən ümumi sahəsi 169,4 kv.m, torpaq sahəsi 0,076 ha olan fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilməsi; İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 20 Noyabr 2019-cu il tarixli, RBLLF432 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh2 arasında bağlanmış 20 Noyabr 2019-cu il tarixli, RBLLF-432saylı kredit müqaviləsinə əsasən illik 5 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 12 000 manat məbləğində cavabdehə kredit verilmişdir. 20 Noyabr 2019-cu il tarixli, RBLLF-432saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 20 Noyabr 2019-cu il tarixli, RBLLF-432 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 7930,46 manat, faiz borcuna görə 155,9 manat, cərimə borcuna görə 842,73 manat, borcun cəmi məbləği 8929,09 manat təşkil edir. 20 Noyabr 2019-cu il tarixli, RBLLF-432saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2ində yerləşən ümumi sahəsi 169,4 kv.m, torpaq sahəsi 0,076 ha olan fərdi yaşayış evi İddiaçı ASC qarşısında20 Noyabr 2019-cu il tarixli, RBLLF-432nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Sonradan iddiaçı “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 20 noyabr 2019-cu il tarixli, RBLLF-432 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 6.280,46 manat, faiz borcuna görə 313,42 manat, cərimə borcuna görə 2.400 manat, borcun cəmi məbləği 8.993,88 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 100 manat, ekspertiza xərci 400 manat və dövlət rüsumu kimi ödənilmiş 9,30 manat məbləğində pulun tutulması; tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2ində yerləşən ümumi sahəsi 169,4 kv.m, torpaq sahəsi 0,076 ha olan fərdi yaşayış evinə yönəldilsin, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 20 Noyabr 2019-cu il tarixli, RBLLF-432 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 8929,09 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 549,30 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi; İpoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2ində yerləşən ümumi sahəsi 169,4 kv.m, torpaq sahəsi 0,076 ha olan fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və Bəşirova X3 rayonu, Şıxəkəran kəndində yerləşən ümumi sahəsi 169,4 kv.m, torpaq sahəsi 0,076 ha olan fərdi yaşayış evindən çıxarılmasına və əmlak boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin və iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək iddia tələbini əsas və faiz borcuna münasibətdə qəbul etdiyini, lakin hesablanmış cərimə borcu ilə razılaşmadığını məhkəmədən qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyərək, iddia ərizəsini, iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, RBLLF-432 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 5 faiz dərəcəsi ilə 36 ay müddətinə kənd təsərrüfatı və emal məqsədilə 12.000 (on iki min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 12.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, RBLLF-432 saylı ipoteka müqaviləsinə əsasən, 20 noyabr 2019-cu il tarixli, RBLLF-432 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus, ünvan 2ində yerləşən ümumi sahəsi 169,40 kv.m, torpaq sahəsi 0,076 ha olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, RB-02/PK-4711 saylı maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, RBLLF-432 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022ci il tarixə banka əsas borc üzrə 6.280,46 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 313,42 manat, cərimə borcu 2.400 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 8.993,88 manat təşkil edir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 20 noyabr 2019-cu il tarixli, RBLLF-432 saylı kredit müqaviləsi üzrə borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 20 noyabr 2019-cu il tarixli, RBLLF-432 saylı müqavlə əsasında aldığı kredit üzrə borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “bildirişin dövlət qeydiyyatı barədə” məktubun surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 aprel 2022-ci il tarixinə olan 2374/SQ nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi aktından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, RBLLF-432 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 1i ünvanındakı, mülkiyyətində olan 0.076 ha torpaq sahəsi üzərində, 169,4 kv.m. ümumi, 76.6 kv.m yaşayış və 92,8 kv.m köməkçi sahədən ibarət, 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 47.800 manat, likvid dəyəri 38.200 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 906 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 400 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh2 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında sözügedən kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə sonuncunun mülkiyyətində olan Lənkəran rayonu, Şıxəkaran kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, qeyd olunan Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabeh həmin müqaviləyə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də Cavabdeh2 iddiaçıya xx.xx.2019-cu il tarixli, RBLLF-432 saylı kredit müqaviləsinə əsasən 6.280,46 manat əsas, 313,42 manat faiz borcu yaranmışdır. Bununla yanaşı, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini əsas və faiz borcuna münasibətdə qəbul etmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Buna görə də iddianın xx.xx.2019-cu il tarixli, RBLLF-432 saylı kredit müqaviləsinə əsasən 6.280,46 manat əsas, 313,42 manat faiz borcun ödənilməsinə dair hissəsi iş materialları və cavabdehin izahatı ilə tam sübut olunduğundan iddia həmin hissələrdə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 2.400 manat cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanılmış kredit müqaviləsindən irəli gəlir. Yəni, həmin müqavilənin 2.12.3-cü bəndinə uyğun оlaraq borc alan müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 % cərimə ödəməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq cavabdehlərdən iddiaçının xeyrinə 120 manat cərimə borcu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 20 noyabr 2019-cu il tarixli, RBLLF-432 saylı ipoteka müqaviləsi bağlanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh2 məxsus İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 2ində yerləşən ümumi sahəsi 169,40 kv.m, torpaq sahəsi 0,076 ha olan fərdi yaşayış evinin ilkin satış qiyməti 38.200 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılmasına və əmlakın boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi əmlakın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin açıq hərracda satılmaqla əldə olunan vəsait kredit müqaviləsi üzrə borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 9,20 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, “Dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, İddiaçı ASC hazırkı iddia üzrə 9,30 manat məbləğində (qəbzin nömrəsi: 8********) dövlət rüsumu ödəmişdir. Məhkəmə iddianın “ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 100 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2022-ci il tarixli, MŞİH-13279 nömrəli arayışın surətindən görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ASC ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin iddianın “ekspertiza xərci olaraq ödənilmiş 400 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MD130722-400 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 169.4 kv.m-dən ibarət fərdi yaşayış evinin qiymətləndirilməsinə (AKT № 2374/SQ) görə müəyyən edilən 400 manat ekspertiza xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 9,30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və ekspertiza xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 400 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, RBLLF-432 saylı kredit müqaviləsinə əsasən 6.280,46 manat əsas borc, 313,42 manat faiz borcu, 120 manat cərimə borcu, 9,30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum, 100 manat məbləğində mediasiya xərci və 400 manat ekspertiza xərci olmaqla, ümumilikdə 7.263,18 (yeddi min iki yüz altmış üç manat, on səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh2 məxsus ünvan 2ində yerləşən ümumi sahəsi 169,40 kv.m, torpaq sahəsi 0,076 ha olan fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh2 məxsus ünvan 2ində yerləşən ümumi sahəsi 169,40 kv.m, torpaq sahəsi 0,076 ha olan fərdi yaşayış evinin ilkin satış qiyməti 38.200 (otuz səkkiz min iki yüz) manat məbləğində olmaqla açıq hərracda satılsın və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan xx.xx.2019-cu il tarixli, RBLLF-432 saylı kredit müqaviləsinə əsasən 6.280,46 manat əsas borc, 313,42 manat faiz borcu, 120 manat cərimə borcu, 9,30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum, 100 manat məbləğində mediasiya xərci və 400 manat ekspertiza xərci olmaqla, ümumilikdə 7.263,18 manat məbləğində borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. ünvan 2ində yerləşən ümumi sahəsi 169,40 kv.m, torpaq sahəsi 0,076 ha ola fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evi 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar