Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-582/2022 14.09.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu, iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair işə Masallı Məhkəmə Kompleksində baxaraq, müəyyənetdi: İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 xx.xx.2021-ci il tarixə 28 iyul 2015-ci il tarixli 094/15 nömrəli kredit müqaviləsi üzrə cəmi 261.485,12 borc, bundan 231.153,74 manat əsas, 30.331,38 manat faiz; xx.xx.2021-ci il tarixə xx.xx.2014-cü il tarixli 258/14 nömrəli kredit müqaviləsi üzrə cəmi 698.084,15 manat borc, bundan 555.500 manat əsas, 142.584,15 manat faiz; xx.xx.2021-ci il tarixə xx.xx.2014-cü il tarixli 144/14 nömrəli kredit müqaviləsi üzrə cəmi 1.119.250 manat borc, bundan 900.000 manat əsas, 212.500 manat faiz və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 6.750 manat faiz; xx.xx.2021-ci il tarixə xx.xx.2014-cü il tarixli 259/14 nömrəli kredit müqaviləsi üzrə cəmi 1.802.746,50 manat borc, bundan 1.444.500 manat əsas, 358.246,50 manat faiz; xx.xx.2021-ci il tarixə xx.xx.2014-cü il tarixli 257/14 nömrəli kredit müqaviləsi üzrə cəmi 754.018 manat borc, bundan 600.000 manat əsas, 154.018 manat faiz; xx.xx.2021-ci il tarixə xx.xx.2014-cü il tarixli 209/14 nömrəli kredit müqaviləsi üzrə cəmi 721.020,81 manat borc, bundan 585.000 manat əsas, 136.020,81 manat faiz; xx.xx.2021-ci il tarixə xx.xx.2014-cü il tarixli 028/14 nömrəli kredit müqaviləsi üzrə cəmi 883.377,49 manat borc, bundan 700.000 manat əsas, 168.113,95 manat faiz və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 15.263,54 manat faiz borcu, 400 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi məqsədi ilə ödənilmiş 30 manat vəsait və iş üzrə ödənilmiş 3.510 manat dövlət rüsumunun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı 28 nömrəli mənzilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh2 məxsus Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən 287.3 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 məxsus “LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-***i/o dövlət nömrə nişanlı avtomobilə yönəlməsi, yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin daşınmaz əmlakların boşaldılaraq, alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 28 iyul 2015-ci il tarixli 094/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə illik 6% hesablanmaqla 577.000 manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 258/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 555.500 manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 144/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 900.000 manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 259/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 1.444.500 manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 257/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 600.000 manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 209/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 600.000 manat məbləğində kredit verilmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 028/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 700.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditlərin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı 28 nömrəli mənzil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 və Cavabdeh2 məxsus Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən 287.3 kv.m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evi və Cavabdeh2 məxsus “LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-***i/o dövlət nömrə nişanlı avtomobil ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evin, mənzilin və avtomobilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında ipoteka müqavilələri bağlanmışdır. Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi tam yerinə yetirməmişdir. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı ASC və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iştirakı olmadan keçirilməsini xahiş etmiş, lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında 028/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 84 ay müddətinə 700.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında 144/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 84 ay müddətinə 900.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında 209/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 84 ay müddətinə 600.000 manat məbləğində kredit verilmişdir. iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 259/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 84 ay müddətinə 1.444.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında 258/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 84 ay müddətinə 555.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında 257/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 84 ay müddətinə 600.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında 094/15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 84 ay müddətinə 577.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında 028/14/2 saylı, xx.xx.2014-cü il tarixli girov müqaviləsi bağlanmışdır. Göstərilən müqavilədə xx.xx.2014-cü il tarixli kredit müqaviləsini üzrə öhdəliyin icrasının təminatı kimi LEXUS markalı, model- LX570-minik, ban JTJHYOOWOC4084458, mühərrik 3UR3112442, rəngi ağ mirvari, buraxılış ili 2012-ci il olan avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılması qeydə alınmışdır. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 028/14/3 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 350.000 manat məbləğində qiymətləndirilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 028/14/1 saylı, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzili kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 350.000 manat məbləğində qiymətləndirilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15, mənzil 28 nömrəli yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixli ******************** saylı kredit müqaviləsi üzrə 555.500 manat məbləğində əsas borc, 142.584,15 manat faiz, cəmi 698.084,15 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixli ******************** saylı kredit müqaviləsi üzrə 600.000 manat məbləğində əsas borc, 154.018 manat faiz, cəmi 754.018 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixli ******************** saylı kredit müqaviləsi üzrə 585.000 manat məbləğində əsas borc, 136.020,81 manat faiz, cəmi 721.020,81 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixli ******************** saylı kredit müqaviləsi üzrə 700.000 manat məbləğində əsas borc, 168.113,95 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanan 15.263,54 manat faiz borcu, cəmi 883.377,49 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixli ******************** saylı kredit müqaviləsi üzrə 900.000 manat məbləğində əsas borc, 212.500 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanan 6.750 manat faiz borcu, cəmi 1.119,250 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli ******************** saylı kredit müqaviləsi üzrə 231.153,74 manat məbləğində əsas borc, 30.331,38 manat faiz, cəmi 261.485,12 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2014-cü il tarixli ******************** saylı kredit müqaviləsi üzrə 1.444.500 manat məbləğində əsas borc, 358.246,50 manat faiz, cəmi 1.802.746,50 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin 08 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 dekabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşdən görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/2735 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 094/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 248.334,25 manat, faiz borcu üzrə 31.579,84 manat; 258/14 saylı, xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 555.500 manat, faiz borcu üzrə 142.680,82 manat; 144/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 900.000 manat, faiz borcu üzrə 201.200 manat, faiz borcu üzrə 6.625 (5%-lə) manat; 259/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 1.444.500 manat, faiz borcu üzrə 358.246,50 manat; 257/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 600.000 manat, faiz borcu üzrə 154.118 manat; 209/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 600.000 manat, faiz borcu üzrə 123.000,81 manat; 028/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 700.000 manat, faiz borcu üzrə 153.527,43 manat, faiz borcu üzrə 15.166,67 (5%-lə) manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh2 Miirzəxan oğlunun mülkiyyətində olan Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evin likvid dəyəri 90.000 manat; Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilin likvid dəyəri 145.000 manat; Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, “Lexus LX 570” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki likvid dəyəri 68.000 manat məbləğində olması müəyyən olunmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən müqavilə müddətinin bitmə tarixinə, 094/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən yəni xx.xx.2021-ci il tarixə əsas borcu üzrə 248.334,25 manat, faiz borcu üzrə 31.579,84 manat; 258/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 555.500 manat, faiz borcu üzrə 142.680,82 manat; 144/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 900.000 manat, faiz borcu üzrə 201.200 manat, faiz borcu üzrə 6.625 (5%-lə) manat; 259/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 1.444.500 manat, faiz borcu üzrə 358.246,50 manat; 257/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 600.000 manat, faiz borcu üzrə 154.118 manat; 209/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 600.000 manat, faiz borcu üzrə 123.000,81 manat; 028/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 700.000 manat, faiz borcu üzrə 153.527,43 manat, faiz borcu üzrə 15.166,67 (5%-lə) manat borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissələrdə qismən təmin edilərək, cavabdehdən 094/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 231.153,74 manat məbləğində əsas borc, 30.331,38 manat məbləğində faiz borcu (müqavilə müddətinə); 258/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 550.500 manat məbləğində əsas borc, 142.584,15 manat məbləğində faiz borcu (müqavilə müddətinə); 144/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 900.000 manat məbləğində əsas borc, 201.200 manat məbləğində faiz borcu (müqavilə müddətinə) və 6.625 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; 259/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.444.500 manat məbləğində əsas borc, 358.246,50 manat məbləğində faiz borcu (müqavilə müddətinə); 257/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 600.000 manat məbləğində əsas borc, 154.018 manat məbləğində faiz borcu (müqavilə müddətinə); 209/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 585.000 manat məbləğində əsas borc, 123.000,81 manat məbləğində faiz borcu (müqavilə müddətinə); 028/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 700.000 manat məbləğində əsas borc, 153.527,43 manat məbləğində faiz borcu (müqavilə müddətinə) və 15.166,67 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqavilələrinin müddəti xx.xx.2021-ci il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti xx.xx.2021-ci il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti xx.xx.2021ci il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, xx.xx.2021-ci il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddia “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması” hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 582-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin “ipoteka qoyulmuş daşınmaz əmlaka tutmanın yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi”nə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın bu hissəsi də təmin edilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra mənzilin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil, həmin əmlakın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “mənzilin iddiaçıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, mənzilin təhvil verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqısatqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi mənzilin ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “mənzilin iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, mənzil satıldıqdan sonra mənzilin mülkiyyətçi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçı mənzilin alıcıya təhvil verilməsini tələb etməsi əsassızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “mənzilin alıcıya təhvil verilməsi” hissəsi rədd edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli 028/14 nömrəli kredit müqaviləsi üzrə 700.000 manat məbləğində əsas borc, 153.527,43 manat məbləğində faiz borcu, 15.166,67 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; xx.xx.2014-cü il tarixli 144/14 nömrəli kredit müqaviləsi üzrə 900.000 manat məbləğində əsas borc, 201.200 manat məbləğində faiz borcu, 6.625 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; xx.xx.2014-cü il tarixli 209/14 nömrəli kredit müqaviləsi üzrə 585.000 manat məbləğində əsas borc, 123.000,81 manat məbləğində faiz borcu; xx.xx.2014-cü il tarixli 259/14 nömrəli kredit müqaviləsi üzrə 1.444.500 manat məbləğində əsas borc, 358.246,50 manat məbləğində faiz borcu; xx.xx.2014-cü il tarixli 257/14 nömrəli kredit müqaviləsi üzrə 600.000 manat məbləğində əsas borc, 154.018 manat məbləğində faiz borcu; xx.xx.2014cü il tarixli 258/14 nömrəli kredit müqaviləsi üzrə 555.500 manat məbləğində əsas borc, 142.584,15 manat məbləğində faiz borcu; xx.xx.2015-ci il tarixli 094/15 nömrəli kredit müqaviləsi üzrə 231.153,74 manat məbləğində əsas borc, 30.331,38 manat məbləğində faiz borcu; 400 manat ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş məbləğ, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və iş üzrə ödənilmiş 3.510 manat dövlət rüsumu olmaqla, cəmi 6.204.793,68 manat məbləğində pul Cavabdeh2 alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilinə, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 məxsus “LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlı avtomobilə yönəldilsin. Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilin ilkin satış qiyməti 145.000 manat; Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat və “LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 68.000 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 6.204.793,68 manat məbləğində kredit borcu ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilə və Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin ev və mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********1, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ
22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Cabbarov