Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-586/2022 10.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cəmi 21.207,55 manat olmaqla, 14.000 manat əsas borcun, 2.352,97 manat faiz borcunun, 1.834 manat cərimənin, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.020,58 manat faiz borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsində 0,0749 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 263A saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cəmi 21.207,55 manat olmaqla, 14.000 manat əsas borcun, 2.352,97 manat faiz borcunun, 1.834 manat cərimənin, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.020,58 manat faiz borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsində 0,0749 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 263A saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Cavabdeh2 münasibətdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 16.12.2019-cu il tarixdə ölmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə 10.03.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh2 iddiaçı məhkəməyə 10.03.2022-ci il tarixdə müraciət etməmişdən əvvəl, yəni 16.12.2019-cu il tarixdə vəfat etmişdir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh2 ölmüş olduğundan, bununla da Cavabdeh2 cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya Cavabdeh2 vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh1 münasibətdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; Məhkəmə qeyd edir ki, iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Mediasiya arayışında yalnız Cavabdeh2 adı qeyd olunmuş, tələb irəli sürülmüş digər şəxs Cavabdeh1 mediasiya prosesinə cəlb edilməmişdir. Həmçinin Cavabdeh1 münasibətdə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması tələbinə riayət olunmamışdır. İddia ərizəsinə əlavə olunan pretenziya məktubundan görünür ki, pretenziya yanlız Cavabdeh2 göndərilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki, əsas öhdəlik üzrə borclu şəxs, hazırki halda Cavabdeh2 məhkəməyə müraciət olunduğu zamandan əvvəl öldüyündən ona münasibətdə hər hansı pretenziya və mediasiya qaydasına riayət edilməsi mümkün deyil. Yuxarıda qeyd olunduğu kimi iddiaçı (kreditor) tərəfindən onun vərəsələri müəyyən olunmalı, zərurət yarandığı halda onlara münasibətdə pretenziya və mediasiya qaydasına riayət olunmalı, bundan sonra əsas öhdəlik üzrə tələblə müvafiq məhkəməyə müraciət edilməlidir. İpoteka müqaviləsi hazırki mübahisə üzrə əsas öhdəliyin təminatı olması səbəbindən və əsas öhdəliyə dair mübahisə üzrə iddianın məhkəmə baxışı mümkün olmadığı üçün əlavə öhdəliyə də baxılması qeyd olunan hallara görə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cəmi 21.207,55 manat olmaqla, 14.000 manat əsas borcun, 2.352,97 manat faiz borcunun, 1.834 manat cərimənin, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.020,58 manat faiz borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsində 0,0749 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 263A saylı fərdi yaşayış evinə yönəldilməsinə, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulmasına, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dair iddia ərizəsinin Cavabdeh2 münasibətdə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya Cavabdeh2 vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cavabdeh1 münasibətdə iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-586/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-586/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver