Məhkəmə qərarları › İş №e-2-2(121)-587/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-587/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-587/2022 06.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı Cavabdeh 3000 manat əsas borcun, 448,88 manat faiz borcunun, cəmi borcu 3.448,88 manat məbləğin və ödənilmiş 100 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi tələbinə dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatınin Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3000 manat əsas borcun, 448,88 manat faiz borcunun, cəmi borcu 3.448,88 manat məbləğin və ödənilmiş 100 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, fərdi sahibkar Cavabdeh ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İmişli filialı arasında pambıq istehsalı üçün 9 ay müddətinə illik 10 faizlə 6.400 manat məbləğində kredit verilməsinə dair 28 mart 2018-ci il tarixli P-273 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh 3.100 manat kredit verilmişdir. Cavabdeh ilə bağlanmış müqavilənin 2.2.2-ci bəndinə görə Borcalan aşağıdakılar üçün öhdəlik daşıyır: 2.2.2.c. “Xam pambığın yığılması ilə tədarükünə dair təlimat”ın tələblərinə uyğun olaraq istehsal etdiyi xam yalnız Tədarükçüyə təhvil vermək; 2.2.2.d. Məhsulu pambıq mövsümü ilində vaxtında və tam həcmdə təhvil verilməsini təmin etmək; 2.2.2.f. Xam pambığı digər fiziki və hüquqi şəxslərə satmamaq; 2.2.2.g. Borcverəndən aldığı krediti faizi ilə birlikdə tam həcmdə və vaxtında ödəmək; 2.2.2.k. Bu müqavilədə nəzərdə tutulan işlərin icrası ilə əlaqədar yaranan bütün problem və mübahisələrin qarşılıqlı anlaşma şəraitində həllinə çalışmaq, müqavilə şərtlərinin pozulmasına yönəldilmiş hərəkətlər etməmək, tütün istehsalı və kreditin ödənişində yarana biləcək problemlər barədə dərhal Borcverənə məlumat vermək. Cavabdeh Kredit Təşkilatına olan kredit borcunun tam ödənilməsinə məsuliyyət daşımasına baxmayaraq, kredit müqaviləsinin yuxarıda qeyd edilən şərtlərini pozaraq borcverən qarşısında olan öhdəliyini icra etməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 3100 manat kredit borcundan və hesablanmış faiz borcundan yalnız 100 manat ödəniş etməmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 3000 manat, faiz borcu 448,88 manat, cəmi borcu 3.448,88 manat təşkil edir. Məsələni həll etmək məqsədilə dəfələrlə həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə cəriməsiz olaraq borcun ödənişlərini həyəta keçirilməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilsə də (yazılı xəbərdarlıq (Pretenziya) 06.05.2020-ci il tarixində təqdim edilmişdir), cavabdeh borcunu bu günə kimi ödəməmişdir. Həmin Müqavilənin 5.6. bəndinə əsasən - Borcalan ondan asılı olan səbəblərə görə gecikdirilmiş ödənişlərin əsas borc məbləğinə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə illik 10% əlavə cərimə faizi ödəyir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq Cavabdeh mediasiya sessiyasına dəvət edilsə də, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Mediasiya sessiyasına görə 60 manat ödəniş edilmişdir. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında 28 mart 2018-ci il tarixli, P-273 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci yarımbəndinə əsasən, borcalan özünə məxsus olan və ya icarəyə götürdüyü Füzuli rayonu, X1 yerləşən 10 ha torpaq sahəsində Borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı pambıq əkib becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, “Xam pambığın yığılması və tədarükü dair təlimat”ın tələblərinə uyğun olaraq tədarükçüyə təhvil verməyi, Alıcı isə qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verən xam pambığın dəyərini Borcalana ödəməyə öhdəsinə götürür. İşdə olan 25.11.2021-ci il tarixində olan kredit və faiz borclarının ödənilməsi barədə məlumata əsasən 28.03.2018-ci il tarixdə 3.100 manat kredit verilmiş, borcalan 100 manat əsas borc məbləğindən ödəniş etmiş, bununla da 3.000 manat qalıq əsas borc və həmin borca görə 448,88 manat faiz borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı 190 saylı, 06.05.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında 28 mart 2018-ci il tarixli, P-273 saylı kredit müqaviləsinə əsasən 3.448,88 manat borcu yaranmışdır. Müqavilənin 5.6. bəndinə müvafiq olaraq ödəniş müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 10% məbləğində cərimə nəzərdə tutulmuşdur. Odur ki, Müqavilənin 5.5.7 bəndinə əsasən (4.4.8 Borcalan təsərrüfatın və ya özünün maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kredit alarsa, habelə ondan təyinatı üzrəa istifadə etməzsə və yaxud Borcalan borclarını ödəməkdən qəsdən yayınarsa, Azərbaycan Respublikası CM-nin 195 va 196-cı maddələrinə müvafiq olaraq məsuliyyət daşıyır) barənizdə X2 müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında pambıq istehsalı üçün kredit müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə kredit verilmişdir. Cavabdeh isə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, 28.03.2018-ci il tarixli kredit müqaviləsi və 25.11.2021-ci il tarixli maliyyə arayışı ilə cavabdehin iddiaçıya ümumilikdə 3.448,88 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasının 11 noyabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Lakin iddia ərizəsində isə 100 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi xahiş olunmuşdur. Belə ki, məhkəmə iddianın mediasiya xərcinin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iş üzrə tələb olunan mediasiya xərci 17.11.2021-ci il tarixli 505244 saylı elektron qaiməyə əsasən ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş məbləğlə uyğun olmadığından, iddianın həmin hissəsi qismən əsaslıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3.000 manat əsas borc, 448,88 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat olmaqla, ümumilikdə 3.508,88 manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar