Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-6/2021 02.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Xanalı oğluna qarşı Y-42-16 indeksli yerli əhəmiyyətli Lənkəran-Zövlə avtomobil yolunun 3,2-ci km-də yolun sağ tərəfində, cavabdehə məxsus Girdəni Petrol adlı yanacaq doldurma məntəqəsi üçün yaradılmış giriş-çıxış yolunun cavabdehin vəsaiti hesabına sökülməsi və yaradılmış giriş-çıxış yolundan istifadənin məhdudlaşdırılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Xanalı oğluna qarşı Y-42-16 indeksli yerli əhəmiyyətli Lənkəran-Zövlə avtomobil yolunun 3,2-ci km-də yolun sağ tərəfində, cavabdehə məxsus Girdəni Petrol adlı yanacaq doldurma məntəqəsi üçün yaradılmış giriş-çıxış yolunun cavabdehin vəsaiti hesabına sökülməsi və yaradılmış girişçıxış yolundan istifadənin məhdudlaşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə göndərərək, iddia tələbi məhkəmədən kənar qaydada öz həllini tapdığı üçün iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X1 Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Xanalı oğluna qarşı Y-42-16 indeksli yerli əhəmiyyətli Lənkəran-Zövlə avtomobil yolunun 3,2-ci km-də yolun sağ tərəfində, cavabdehə məxsus Girdəni Petrol adlı yanacaq doldurma məntəqəsi üçün yaradılmış giriş-çıxış yolunun cavabdehin vəsaiti hesabına sökülməsi və yaradılmış giriş-çıxış yolundan istifadənin məhdudlaşdırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-6/2021
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-6/2021
02.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver