Məhkəmə qərarları › İş №e-2-2(121)-61/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-61/2020

27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-61/2020 27.01.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlu sədrliyi Məhkəmə iclas katibi İddiaçı İddiaçı Cavabdeh Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş ___________ Məhkəməsi tərəfindən Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, _____ Belə olan halda işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində məhkəmələr arası fikir ayrılığı yaranır. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmçinin işin başqa məhkəməyə göndərilməsi yalnız ərazi aidiyyəti qaydalarının pozulması ilə işin icraata götürülməsi, sonradan pozuntunun müəyyən edildiyi təqdirdə mövcud olsa da, hazırkı iş üzrə bu hal, yəni MPM-in 44.2-ci maddəsində sadalanmış hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar məhkəmələr arası fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə Apelyasiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş ______ Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 45, 263, 264-cü maddələrinə əsasən, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş ______Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar