Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-62/2020 20.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı İmişli Rayonu Aranlı Bələdiyyəsinin nümayəndəsi X6 iştiraklı ilə, İddiaçı İmişli rayon Aranlı bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X7 və X14 qarşı ümumilikdə 56,013 ha. torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, keçirilmiş hərrac nəticəsində X9 və X10 adına tərtib edilmiş iclas protokollarının, şəhadətnamələrin, bağlanmış icarə müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İmişli rayon Aranlı bələdiyyəsi cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X12 Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ümumilikdə 56,013 ha. torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı keçirilmiş hərracın nəticələri və onun əsasında verilmiş bütün hüquqi sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı İmişli rayon Aranlı bələdiyyəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ümumilikdə 56,013 ha. torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, keçirilmiş hərrac nəticəsində X9 və X10 adına tərtib edilmiş iclas protokollarının, şəhadətnamələrin, bağlanmış icarə müqavilələrinin və çıxarışların ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı İmişli rayon Aranlı bələdiyyəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, Şirvan Kommersiya Məhkəməsinə tərəflərin verilmiş ərizədə qeyrimüəyyənlik olduğundan, ərizədə dəyişiklik olunaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin, X4 və X10 cavabdeh qismində, İmişli Rayonu 2 saylı Notariat Kontorunun isə üçüncü şəxs qismində cəlb edilməsini xahiş edilmişdir. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ədliyyə naziri xx.xx.2019-cu il tarixdə İmişli rayonunda olarkən keçirdiyi qəbul zamanı vətəndaşlar bələdiyyə torpaqlarının qanunsuz tutulmasından şikayətlənmişlər. Göstərişi əsasında Ədliyyə NazirliyininBələdiyyələrlə X24 Bələdiyyəsinə məktub göndərərək, bu məsələnin yoxlanılmasını xahiş etmişdir.Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki,bələdiyyyə mülkiyyətindən xx.xx.2017-ci il tarixdə vətəndaşlar X14 3.95 ha örüş otlaq, 4.89 ha əkin, 5.958 ha örüş otlaq, 0.715 ha örüş otlaq və X5 13.12 ha əkin 4.17 ha əkin 9.36 ha örüş otlaq və 13.85 ha örüş otlaq sahələri icarəyə verilmiş,ümumillikdə 56,013 ha torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı keçirilmiş xx.xx.2017-ci il tarixli 06 saylı protokol bələdiyyə iclasında bələdiyyə üzvlərinin yetər say iştirakı təmin olunmamışdır.Belə ki, sözügedən məsələnin müzakirəsində bələdiyyə iclasında 8 nəfər bələdiyyə üzvünün iştirak etdiyi göstərilsədə,bələdiyyə üzvləri Aygün Həbibullayevadan,Amin Muradovdan, Mənsurə Məmmədovadan və Adilə Məmmədovadan alınmış izahatlarda onlar həmin iclasda iştirak etmədiklərini, həmçinin 56,013 ha torpaq sahəsinin hərraca çıxarılmasından məlumatlarının olmadığı bildirmişdirlər. Aranlı bələdiyyəsinin xx xxx 2019-cu il tarixdə keçirilmiş iclasında bələdiyyə üzvləri bələdiyyənin xx.xx.2017-ci il tarixli qərarının etibarsız hesab edilməsinin lehinə səs vermişlər. Bələdiyyənin xx xxx 2019-cu il tarixli 08 saylı qərarı ilə bələdiyyənin xx.xx.2017ci il tarixli qərarı etibarsız hesab edilmiş,həmin qərara əsasən 56,013 torpaq sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələrinin,həmçinin bağlanmış icarə müqavilələrinin və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi üçün aidiyyatı orqanlara müraciət edilməsi barədə qərar qəbul edilmişdir.56,013 hektar torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası əmlak Məsələləri Dövlət Komitəsinin yanında hərracların təşkili üzrə X12 ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracdan bələdiyyə üzvlərinin məlumatı olmayıb.Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın tələblərinə də riayət olunmadığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion MərkəzininX22 tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilmiş hərrac düzgün keçirilmədiyindən,hesab edirlər ki, hərrac və onun bütün nəticələri ləğv edilməlidir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İmişli Rayonu Aranlı Bələdiyyəsinin nümayəndəsi X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndələri, X9, X16 və üçüncü şəxs İmişli Rayon 2 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndələrinin, X4, X10 və üçüncü şəxs İmişli Rayon 2 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli Rayon Aranlı Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 15 saylı qərarından görünür ki, həmin qərarla İmişli Rayonu Aranlı Bələdiyyəsinin ehtiyyat fondunun əkinə yararsız torpaqlarından 3,95 hektar, 5,92 hektar, 0,71 hektar, 4,89 hektar, 13,12 hektar, 13,85 hektar, 4,17 hektar, 9,36 hektar ehtiyyat fond torpaq sahələrinin təyinatı, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğundan və həmin başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə , istifadəsinə və icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, su, qaz, kanalizasiya, nəqliyyat və digər kommunikasiya xəttlərinin mühafizə zolağında və sürüşmə zolağında yerləşmədiyindən həmin torpaq sahələrinin vətəndaşlara uzunmüddətli icarəyə vermək məqsədilə müsabiqəyə və ya hərraca verilməsi ilə bağlı hərracın keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X22 tərəfindən İmişli Rayonu Aranlı Bələdiyyəsinin adına tərtib olunmuş seriya RX ******* saylı, seriya RX ******* saylı, seriya RX ******* saylı, seriya RX ******* saylı, seriya RX ******* saylı, seriya RX ******* saylı, seriya RX ******* saylı və seriya RX ******* saylı çıxarışların təsdiq edilmiş surətlərindən görünür ki, İmişli Rayonu Aranlı Bələdiyyəsinin Aranlı kəndində yerləşən 3,95 hektar, 5,958 hektar, 0,715 hektar, 4,89 hektar, 13,12 hektar, 13,85 hektar, 4,17 hektar və 9,36 hektar torpaq sahələrinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan İmişli Rayon Aranlı Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 06 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla İmişli rayonu Aranlı Bələdiyyəsinin mülkiyyətindəki icarə predmeti olan 59.580 m2 və ya 5,958 ha, 39.500 m2 və ya 3,95 ha, 7.150 m2 və ya 0,715 ha, 138.500 m2 və ya 13,85 ha, 93.600 m2 və ya 9,36 ha torpaq sahələrinin örüş məqsədilə icarəyə verilməsi ilə bağlı müsabiqənin keçirilməsi, müsabiqənin ilkin qiymətinin hər hektar üçün 40 manat müəyyən edilməsi, icarə predmeti olan 48.900 m2 və ya 4,89 ha, 41.700 m2 və ya 4,17 ha, 131.200 m2 və ya 13.12 ha torpaq sahələrinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə verilməsi ilə bağlı müsabiqənin keçirilməsi, müsabiqətinin ilkin qiymətinin hər hektar üçün 50 manat müəyyən edilməsi, müsabiqənin keçirilməsi barədə Aranlı bələdiyyəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 14 saylı torpaq müsabiqə və hərrac Komissiyası arasında müqavilənin bağlanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X12 14 saylı Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin keçirilməsi məqsədilə ona hazırlıq barədə xx xxxxxxx 2017-ci il tarixli qərarlarının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X12 14 saylı Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən İmişli rayonu ərazisində yerləşən Aranlı Bələdiyyəsinin mülkiyyətində olan 5,95 hektar, 3,95 hektar, 0,71 hektar, 4,89 hektar, 13,85 hektar, 4,17 hektar, 9,36 hektar, 13,12 hektar torpaq sahələrinin satılması, icarəyə verilməsi məqsədilə xx xxxxxxx 2017-ci il tarixdə keçirilən müsabiqədə hərracda iştirak edən şəxslərin siyahısı təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx xxxxxxx 2017-ci il tarixli, seriya AM 003491 saylı, seriya AM 003492 saylı, seriya AM 003493 saylı, seriya AM 003494 saylı, şəhadətnamələrin təsdiq edilmiş surətlərin görünür ki, X3 rayonunun ərazisində yerləşən Aranlı bələdiyyəsinin mülkiyyətində olan 5,95 ha, 3,95 ha, 0,71 ha və 4,89 ha torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X12 14 saylı Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə keçirilmiş müsabiqələrin qalibidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx xxxxxxx 2017-ci il tarixli, seriya AM 003495 saylı, seriya AM 003496 saylı, seriya AM 003497 saylı, seriya AM 003498 saylı şəhadətnamələrin təsdiq edilmiş surətlərin görünür ki, X2 rayonunun ərazisində yerləşən Aranlı bələdiyyəsinin mülkiyyətində olan 13,85 ha, 4,17 ha, 9,36 ha və 13,12 ha torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X12 14 saylı Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə keçirilmiş müsabiqələrin qalibidir. İş materiallarında olan İmişli rayonu, 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 3M-76 saylı, 3M-77 saylı, 3M-78 saylı və 3M-79 reyestr nömrəli icarə müqavilələrinin təsdiq edilmiş surətlərindən görünür ki, İmişli Rayonu Aranlı Bələdiyyəsi ilə X16 arasında 3,95 hektar, 5,958 hektar, 0,715 hektar və 4,89 hektar torpaq sahələrinə dair icarə müqavilələri bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X22 tərəfindən X10 adına tərtib olunmuş seriya RX ******* saylı, seriya RX ******* saylı, seriya RX ******* saylı və seriya RX ******* saylı, seriya RX ******* saylı və seriya RX ******* saylı çıxarışların təsdiq edilmiş surətlərindən görünür ki, X10 İmişli rayonu Aranlı kəndində yerləşən 3,95 hektar, 5,958 hektar, 0,715 hektar və 4,89 hekar torpaq sahələrinə dair icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan İmişli rayonu, 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 3M-72, 3M-73, 3M-74 və 3M-75 reyestr nömrəli icarə müqavilələrinin təsdiq edilmiş surətlərindən görünür ki, İmişli Rayonu Aranlı Bələdiyyəsi ilə X9 arasında 13,12 hektar, 13,85 hektar, 4,17 hektar və 9,36 hektar torpaq sahələrinə dair icarə müqavilələri bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X22 tərəfindən X4 adına tərtib olunmuş RX ******* saylı, seriya RX ******* saylı, seriya RX ******* saylı, seriya RX ******* saylı çıxarışların təsdiq edilmiş surətlərindən görünür ki, X4 İmişli rayonu Aranlı kəndində yerləşən 13,12 hektar, 13,85 hektar, 4,17 hektar və 9,36 hektar torpaq sahələrinə dair icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx xxxxx 2019-cu il tarixli, 09/K01-222/7 saylı məktubunun surətində qeyd olunur ki, Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədovun xx.xx.2019-cu il tarixdə İmişli rayonunda keçirdiyi qəbul zamanı vətandaş İltizam Zərbəliyevin və digərlərinin təqdim etdiyi müraciətə baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə mülkiyyətindən xx.xx.2017-ci il tarixə vətəndaş X14 3,95 ha örüş, 4,89 ha əkin, 5,958 ha örüş, 0,715 ha örüş və X8 13,12 ha əkin, 4,17 ha əkin, 9,36 örüş, 13,85 ha örüş otlaq sahələri icarəyə verilmiş, ümumilikdə 56,013 ha torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı keçirilmiş xx.xx.2017-ci il tarixli (06 saylı protokol) bələdiyyə iclasında bələdiyyə üzvlərinin yetərsay iştirakı təmin olunmamışdır. Belə ki, sözügedən məsələnin müzakirəsində bələdiyyə iclasında 8 nəfər bələdiyyə üzvünün iştirak etdiyi göstərilsə də, bələdiyyə üzvləri Aygün Həbibullayevadan, Ramin Muradovdan, Müşfiq Rəşidovdan, Mənsurə Məmmədovadan və Adilə Məmmədovadan alınmış izahatlarda həmin iclasda iştirak etmədiklərini, həmçinin 56,013 ha torpaq sahəsinin hərraca çıxarılmasından məlumatlarının olmadığını bildirmişlər. Eyni zamanda məlum olmuşdur ki, 33,833 ha örüş otlaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü hissəsinin 2-ci bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə bir qayda olaraq 10 ildən 15 ilədək verilməli olduğu halda bələdiyyə ilə vətəndaşlar arasında icarə müqaviləsi 49 il müddətinə bağlanmışdır. Göstərilənlərə əsasən Bələdiyyənin xx.xx.2017-ci il tarixli, 06 saylı iclas protokolunun və onun qərarının etibarsız hesab olunması, tərtib edilmiş protokolun qərarına əsasən 56,013 ha torpaq sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələrinin, eləcə də bağlanmış icarə müqavilələrinin və onun əsasında hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi üçün aidiyyəti orqanlara müraciət edilməsi, qəbul edilmiş qərarın surətinin 15 gündən hec olmayaraq X13 və İmişli Regional Ədliyyə İdarəsinə təqdim edilməsi İmişli Rayonu Aranlı Bələdiyyəsinə təklif olunmuşdur. İş materiallarında olan İmişli Rayonu Aranlı Bələdiyyəsinin xx xxx 2019-cu il tarixli, 08 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla bələdiyyənin xx.xx.2017-ci il tarixli, 06 saylı protokolu və onun qərarı etibarsız hesab olunmuş, tərtib olunmuş protokolun qərarına əsasən 56.013 ha torpaq sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələrinin, eləcə də bağlanmış icarə müqavilələrinin və onun əsasında hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi üçün aidiyyati orqanlara müraciət edilməsi, protokolun surətinin İmişli Regional Ədliyyə İdarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə müəyyən etdi ki, İmişli Rayon Aranlı Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 15 saylı qərarı ilə İmişli Rayonu Aranlı Bələdiyyəsinin ehtiyat fondundan 3,95 hektar, 5,92 hektar, 0,71 hektar, 4,89 hektar, 13,12 hektar, 13,85 hektar, 4,17 hektar, 9,36 hektar torpaq sahələrinin vətəndaşlara uzunmüddətli icarəyə vermək üçün müsabiqəyə və ya hərraca verilməsi ilə bağlı həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmış, həmin torpaq sahələri ilə bağlı İmişli Rayonu Aranlı Bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Sonra İmişli Rayon Aranlı Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 06 saylı qərarı ilə sözügedən torpaq sahələrin bir qisminin örüş, digər hissəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə verilməsi qərara alınmış, həmin torpaq sahələri ilə bağlı zəruri sənədləşmə işləri həyata keçirilərək hərrac təşkil edilmiş, X9 və X1 hərracların qalibi olmuş, onlarla müvafiq icarə müqavilələri bağlanılmış və onlara torpaq sahələrinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair müvafiq çıxarışlar verilmişdir. Daha sonra İmişli Rayonu Aranlı Bələdiyyəsinin xx xxx 2019-cu il tarixli, 08 saylı qərarı ilə, İmişli Rayonu Aranlı Bələdiyyəsinin xx xxx 2019-cu il tarixli, 08 saylı qərarı ilə bələdiyyənin xx.xx.2017-ci il tarixli, 06 saylı protokolu və onun qərarı etibarsız hesab olunmuş, tərtib olunmuş protokolun qərarına əsasən 56.013 ha torpaq sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələrinin, eləcə də bağlanmış icarə müqavilələrinin və onun əsasında hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi üçün aidiyyati orqanlara müraciət edilməsi qərara alınmışdır. Hazırda iddiaçı İmişli Rayon Aranlı Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 56,013 ha. torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, keçirilmiş hərrac nəticəsində X9 və X10 adına tərtib edilmiş iclas protokollarının, şəhadətnamələrin, bağlanmış icarə müqavilələrinin və çıxarışların ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2-ci və 139-1.1.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 414-cü maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 415-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin hallarından göründüyü kimi, İmişli Rayon Aranlı Bələdiyyəsinin mülkiyyətində olan 3,95 hektar, 5,92 hektar, 0,71 hektar, 4,89 hektar, 13,12 hektar, 13,85 hektar, 4,17 hektar, 9,36 hektar torpaq sahələri ilə bağlı hərracın keçirilməsinə əsas İmişli Rayon Aranlı Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 06 saylı qərarı və protokolu olmuşdur ki, həmin qərar və protokol İmişli Rayonu Aranlı Bələdiyyəsinin xx xxx 2019-cu il tarixli, 08 saylı qərarı ilə etibarsız hesab olunmuş, sonuncu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normaları nəzərə alınmaqla, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İmişli rayonu, Aranlı kəndində yerləşən, ümumilikdə 56,013 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair keçirilmiş müsabiqənin (hərracın) nəticələri barədə xx.xx.2017-ci il tarixli, 133 saylı (3,95 ha.), 134 saylı (5,95 ha.), 135 saylı (4,89 ha), 136 saylı (0,71 ha.), 137 saylı (13,85 ha.), 138 saylı (9,36 ha.),139 saylı (4,17 ha.) və 140 saylı (13,12 ha.) protokollar etibarsız hesab edilsin. Torpaq müsabiqəsinin, hərracın keçirilməsi məqsədilə ilə ona hazırlıq barədə xx.xx.2017-ci il tarixli, 133 saylı, 134 saylı, 135 saylı, 136 saylı, 137 saylı, 138 saylı,139 saylı və 140 saylı iclasın protokolları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx xxxxxxx 2017-ci il tarixli, seriya AM 003491 saylı, seriya AM 003492 saylı, seriya AM 003493 saylı, seriya AM 003494 saylı, seriya AM 003495 saylı, seriya AM 003496 saylı, seriya AM 003497 saylı, seriya AM 003498 saylı şəhadətnamələri, İmişli rayonu, Aranlı kəndində yerləşən torpaq sahələrinə dair İmişli Rayonu Aranlı Bələdiyyəsi ilə X9 arasında bağlanmış və İmişli rayonu, 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 3M-72, 3M-73, 3M-74 və 3M-75 reyestr nömrəli, həmçinin İmişli Rayonu Aranlı Bələdiyyəsi ilə X16 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-76, 3M-77, 3M-78 və 3M-79 reyestr nömrəli icarə müqavilələri, həmin torpaq sahələrinə dair X4 icarə hüquqlarının qeydə alınması ilə bağlı verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli; RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli; RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, o cümlədən X10 icarə hüquqlarının qeydə alınması ilə bağlı verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli; RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli; RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-62/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-62/2020
20.05.2020 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver