Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-622/2022 29.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh1 ilə bağlanmış 02.03.2020-ci il tarixli 020R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər X8, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 020R********** saylı krеdit razılaşması üzrə 9378.51 manat məbləğində krеdit bоrcu, 2644.92 manat məbləğində faiz bоrcu və 5415.52 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 19500 manat məbləğində krеdit bоrcu, 4284.96 manat məbləğində faiz bоrcu və 11738.5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 52962 manat 41 qəpik məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Masallı şəhəri, Əlibala Əliyev küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 73.6 kv.m yaşayış, 158.7 kv.m köməkçi sahədən ibarət 30A nömrəli fərdi yaşayış evinə yönəldilməsi və fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə 52962 manat 41 qəpik məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X8, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutulması, Masallı şəhəri, Əlibala Əliyev küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 73.6 kv.m yaşayış, 158.7 kv.m köməkçi sahədən ibarət 30A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə X8, Cavabdeh3, Cavabdeh2 istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı Cavabdeh1 ilə bağlanmış 02.03.2020-ci il tarixli 020R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər X8, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 020R********** saylı krеdit razılaşması üzrə 9378.51 manat məbləğində krеdit bоrcu, 2644.92 manat məbləğində faiz bоrcu və 5415.52 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 19500 manat məbləğində krеdit bоrcu, 4284.96 manat məbləğində faiz bоrcu və 11738.5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 52962 manat 41 qəpik məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Masallı şəhəri, Əlibala Əliyev küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 73.6 kv.m yaşayış, 158.7 kv.m köməkçi sahədən ibarət 30A nömrəli fərdi yaşayış evinə yönəldilməsi və fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə 52962 manat 41 qəpik məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X8, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutulması, Masallı şəhəri, Əlibala Əliyev küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 73.6 kv.m yaşayış, 158.7 kv.m köməkçi sahədən ibarət 30A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə X8, Cavabdeh3, Cavabdeh2 istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Cavabdeh1 münasibətdə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh1 07.09.2020-ci il tarixdə ölmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə 28.03.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh1 iddiaçı məhkəməyə 28.03.2022-ci il tarixdə müraciət etməmişdən əvvəl, yəni 07.09.2020-ci il tarixdə vəfat etmişdir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh1 ölmüş olduğundan, bununla da Cavabdeh1 cavabdeh hesab edilmədiyindən, iddia tələbinə ona məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddiaçı ərizədə Cavabdeh1 ölüdüyünü qeyd etsə də, həyatda olmayan şəxsi cavabdeh kimi qeyd etmiş, ona qarşı tələb irəli sürmüşdür. Belə ki, Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı Elektron Məhkəmə İnformasiya X2 cavabdeh qismində seçməmiş, lakin iddia ərizəsinin məzmunundan görünür ki, ona qarşı tələblər irəli sürmüşdür. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə cavab vermir. İddiaçı tərəfindən hazırki iş üzrə Elektron məhkəmə İnformasiya X1 cavabdeh qismində seçilməməsi, həmçinin ona qarşı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi cavabdehlər Cavabdeh2, X8 və Cavabdeh3 münasibətdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş yoxlama məlumatlarına əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X5 vergi orqanlarında vergi ödəyiciləri kimi qeydiyyatdan keçmələri halı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 26-cı bəndinə əsasən nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Həmin Qərarın 27-ci bəndinə əsasən fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X8 vergi ödəyiciləri kimi vergi orqanlarında qeydiyyatdan keçmədiklərindən və onların sahibkarlıq fəaliyyəti ilə məşğul olması iş materialları ilə müəyyən edilmədiyindən, hətta onlar vergi ödəyiciləri olsalar belə hazırki mübahə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X7 münasibətdə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hazırkı iddiaya cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X7 münasibətdə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 268-269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh1 ilə bağlanmış 02.03.2020-ci il tarixli 020R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər X8, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 020R********** saylı krеdit razılaşması üzrə 9378.51 manat məbləğində krеdit bоrcu, 2644.92 manat məbləğində faiz bоrcu və 5415.52 manat məbləğində cərimə borcu olmaqla, 020R********** saylı krеdit razılaşması üzrə 19500 manat məbləğində krеdit bоrcu, 4284.96 manat məbləğində faiz bоrcu və 11738.5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 52962 manat 41 qəpik məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Masallı şəhəri, Əlibala Əliyev küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 73.6 kv.m yaşayış, 158.7 kv.m köməkçi sahədən ibarət 30A nömrəli fərdi yaşayış evinə yönəldilməsi və fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə 52962 manat 41 qəpik məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X8, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutulması, Masallı şəhəri, Əlibala Əliyev küçəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 73.6 kv.m yaşayış, 158.7 kv.m köməkçi sahədən ibarət 30A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə X8, Cavabdeh3, Cavabdeh2 istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsinin Cavabdeh1 münasibətdə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya Cavabdeh1 vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X7 münasibətdə iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-622/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-622/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver