Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-63/2021 16.11.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 oğlunun, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı – borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC (bundan sonra BOKT "xxxx" MMC) cavabdeh "xxxx" MMC-yə qarşı – "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış KT/2517 saylı 22.09.2017-ci il tarixli kredit xətti müqaviləsinə əsasən "xxxx" MMC-yə verilmiş kreditin 38135,83 manat əsas borc, 3771,20 manat faiz borcu, 52132,97 manat cərimə (dəbbə) pulunun, ümumilikdə 94040 manat məbləğdə borcun və 30 manat dövlət rüsumunun tutulub "xxxx" ASC, Kənd Təsərrüfatı, Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətnin və BOKT "xxxx" MMC arasında bağlanmış 22.06.2018-ci il tarixli “Kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsi”nə dair müqaviləyə əsasən borc tələbi hüququnun BOKT "xxxx" MMC-yə ötürülməsi əsasında BOKT "xxxx" MMC-yə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 13.07.2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramının icrası təyinatı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına, “Pambıq Tədarükü” təyinatı ilə KT/2517 saylı 22.09.2017-ci il tarixli Kredit Xətti Müqaviləsinə əsasən "xxxx" MMC-yə (Təssisçisi və rəhbəri Nümayəndə2 şəxsində) bu müqavilənin 1.2ci və 1.3-cü bəndinə müvafiq olaraq 101.500 manat məbləğində, 7 ay müddətinə, 4 ay güzəşt müddəti olmaqla, illik 6 faiz ödənişi, 4.3-cü bəndinə görə ““Borcalan” kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən nəzərdə tutulmuş ödənişləri vaxtında ödəmədikdə “Borcverən” gecikdirildiyi borc məbləğinə hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 1% miqdarında cərimə ödənişi şərti ilə "xxxx" ASC-dən təminatsız kredit verilmişdir. "xxxx" MMC-yə və ölkənin müxtəlif rayonlarında pambıqçılığın tədarükü ilə məşgul olan digər müəssisələrə pambıqçılığın inkişafı məqsədi ilə "xxxx" ASC-nin vasitəsi ilə verilmiş güzəştli kreditlərin qalıq borclarının idarəçiliyi və tələb hüquqları Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə 22.06.2018ci il tarixli “Kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsi”nə dair üçtərəfli müqavilə və təhvil-təslim aktına əsasən BOKT "xxxx" MMC-yə ötürülmüşdür. Qeyd olunduğu kimi, kredit müqavilələrinin maliyyələşdirilməsi dövlətin kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsinə yönəldilən vəsaiti hesabına icra edilmişdir. Kreditdən istifadənin 4 ay güzəşt müddəti bitdikdən sonra, yəni 22.01.2018-ci il tarixdən sonrakı üç ay ərzində 22.04.2018-ci il tarixinə kimi kredit borcu üzrə öhdəliyin icrası "xxxx" MMC tərəfindən təmin etməli idi. Göründüyü kimi 16.04.2018-ci il tarixə kimi kredit borcu üzrə ödəniş edilməmişdir. Ona görə də 101.500 manat məbləğində kredit borcunun ödənişinin gecikdirilmə müddəti 22.01.2018-ci il tarixdən başlanmışdır. Bu tarixdən etibarən ödənişi gecikdirilən borc məbləğinin hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 1% miqdarında cərimə ödənişi cavabdehdən tələb edilməlidir. Cavabdeh kredit borcu üzrə öhdəliklərinin icrası uzun müddət kecikdirilmişdir. Yalnız 16.04.2018-ci tarizdə "xxxx" ASCdəki ssuda hesabının qalığından 4794.43 manat əsas kredit borcunun və 3451.08 manat faiz ödəməklə, ümumilikdə 8245.45 manat kredit borcuna ödəniş etmişdir. Bu ödənişdən sonra 16.04.2018-ci il tarixə cavabdehin KT/2517 saylı 22.09.2017-ci il tarixli Kredit Xətti Müqaviləsi üzrə 96 705.57 manat məbləğində əsas kredit borcunun qalığı qalmışdır. Eyni zamanda, məlum olmuşdur ki, "xxxx" MMC Azərbaycan Respublikasi Vergilər Nazirliyinin 8 saylı Ərazi İdarəsində qeydiyyatdan keçmiş və 19.07.2018-ci il tarixdə ləğv edilmişdir. Ləğv olunmuş "xxxx" MMC-nin maddi bazasında qeydiyyatdan keçmiş və hal-hazırda faktiki fəaliyyətdə olan "xxxx" MMC-nin 1 saylı filialı statusu ilə tədarük məntəqəsi fəaliyyət göstərir. İddiaçının "xxxx" MMC-yə göndərdiyi pretenziyadan sonra cavabdeh 04.09.2018ci il tarixli, 01 saylı məktubu ilə bildirir ki, ... "xxxx" dan götürdüyü kredit xam pambığın əl ilə yığımına verilmişdir. Tədarük edilən xam pambıq "xxxx" MMC-nin nəzarətində olan pambıq məntəqəsinə verilmişdir. Əldə olunan vəsait pambıq satıldıqdan sonra həmin vəsait "xxxx" MMC-nin öz üzərinə götürülmüşdür.” Habelə, "xxxx" MMC-nin 1 saylı filialının (ləğv olunmuş "xxxx" MMC-nin məhtəqəsində fəaliyyət göstərir) BOKT "xxxx" MMC-yə ünvanladığı 04.09.2018-ci il tarixli 07 saylı məktubunda bildirmişdir ki, “... 2017-ci təsərrüfat ilində İmişli pambıq istehsalı, tədürükü və qəbulu məntəqəsinə kondisiya şəkisində ******* kq xam pambıq qəbul edilmişdir. Qəbul edilmiş xam pambığın 951674 kqı "xxxx" MMC tərəfindən tədarük edilmişdir. Qalan xam pambığın 764089 kq-ı "xxxx" MMC tərəfindən tədarük edilib İmişli pambıq istehsalı, tədürükü və qəbulu məntəqəsinə təhvil verilmişdir. Osmanlı MMC təhvil verdiyi xam pambığın əl ilə dəriminə 76304.02 manatı Günay bankdan götürülmüş kredit hesabına fermerlərə nəğd şəkildə ödəmişdi. 19.07.2018-ci il tarixdə "xxxx" MMC-nin fəaliyyətinə xitam verilmiş və "xxxx" MMC-yə birləşdirilmişdir. Məntəqədə olan pambıq "xxxx" MMC-yə realizasiya olunmuşdur. Ona görə də, "xxxx" MMC-nin Günaybankdan götürülmüş 76304.02 manat əsas məbləğ, faiz və məbləğ "xxxx" MMC-nin üzərinə düşmüşdür. Xam pambıq satıldıqdan sonra əldə olunan vəsait hesabına kredit və faiz borcları ödəniləcəkdir.” Eyni zamanda, oxşar məzmunla "xxxx" MMC-nin İ saylı İmişli filialının direktoru R.İ.Kazımov 31.08.2018-ci il tarixdə 05 saylı məktubu ilə "xxxx" MMC-nin rəhbərliyinə etdiyi müraciəndə yazmışdır: "xxxx" MMC-nin İmişli filialı məlumat üçün bildirir ki, 2017-ci təsərrüfat ilində İmişli pambıq istehsalı, tədürükü və qəbulu məntəqəsinə kondisiya şəkisində ******* kq xam pambıq qəbul edilmişdir. Qəbul edilmiş xam pambıqın 951674 kq-ı "xxxx" MMC tərəfindən tədarük edilmişdir. Qalan xam pambıqın 764089 kq-ı "xxxx" MMC tərəfindən tədarük edilib İmişli pambıq istehsalı, tədürükü və qəbulu məntəqəsinə təhvil verilmişdir. Osmanlı MMC təhvil verdiyi xam pambığın əllə dəriminə 76304.02 manatı Günay bankdan götürülmüş kredit hesabına fermerlərə nəğd şəkildə ödəmişdi. Xahiş edilir ki, xam pambığın satışından əldə edilmiş vəsaitdən Günay bankdan götürülmüş kreditin ödənilməsinə köməklik edilsin”. İddiaçının məhkəməyə qədər borc öhdəliyinin icrasının təmin edilməsi üzrə pretenziya prosesində etdiyi sorğularına cavablarında cavabdeh təqdim etdiyi məlumatlar əsasında təsdiq olunur ki, cavabdehin "xxxx" ASC ilə KT/2517 saylı 22.09.2017-ci il tarixli Kredit Xətti Müqaviləsi əsasında aldığı 101.500 manat kredit məbləğindən ssuda hesabı vasitəsi ilə məxaric edilən 76304.02 manat fermerlərə nəğd şəkildə ödənişinə, 1816.82 manat bank əməliyyatı xərclərinə, 4794.43 manat əsas kredit borcunun və 3451.08 manat faiz ödəməklə (ümumilikdə 8245.45 manat) kredit borcunun ödənişinə məsrəf edildikdən sonra ümumilikdə 86366.29 manat xərcləndikdən sonra 15133.71 manat məbləği "xxxx" MMCnin sərəncamında qalmışdır. Cavabdehin istifadəsində olan 101.500 manat kredit borcu və faiz ödənişləri üzrə öhdəliklərinin icrası üç ay ərzində 22.01.2018-ci il tarixindən 22.04.2018-ci il tarixinədək "xxxx" MMC tərəfindən təmin etməli idi. Həmin müqavilənin 2.4-cü bəndinin şərtinə görə “Borcalan” və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə mövcud kredit faizlərinin, ikinci növbədə dəbbə pulunun (cərimənin, peniyanın) və üçüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir.” Göründüyü kimi 16.04.2018-ci il tarixə kimi kredit borcu üzrə ödəniş edilməmişdir. Ona görə də 101.500 manat məbləğində kredit borcunun ödənişinin gecikdirilmə müddəti 22.01.2018-ci il tarixdən başlanmışdır. Bu tarixdən etibarən "xxxx" ASC ilə KT/2517 saylı 22.09.2017-ci il tarixli Kredit Xətti Müqaviləsinin 4.4cü bəndinin tələbinə görə əsas borc məbləği və faiz ilə yanaşı ödənişi gecikdirilən borc məbləğinin hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 1% miqdarında cərimə ödənişi cavabdehdən tələb edilməlidir. Cavabdeh yalnız 16.04.2018-ci tarixdə "xxxx" ASCdəki ssuda hesabının qalığından 4794.43 manat əsas kredit borcunun və 3451.08 manat faiz ödəməklə, ümumilikdə 8245.45 manat kredit borcuna ödəniş etmişdir. Bu tarixdən sonra ödənişi gecikdirilən əsas kredit borcu 96705.57 manat olmuşdur. Yalnız 04.04.2019cu il tarixdə "xxxx" MMC-nin sərəncamında qalmış 15133.71 manatdan 10000 manat kredit borcu üzrə öhdəliyinin ödənişinə yönəldilmişdir. Kredit borcu üzrə öhdəliklərinin icrası uzun müddət kecikdirilmişdir. Kredit borcundan istifadə müddətinin bitdiyi 22.09.2017-ci tarixdən bir ildən artıq müddət keçdikdən və təkidli tələblərdən sonra borc öhdəliyi üzrə hüquqi varis "xxxx" MMC tərəfindən 01-24 oktyabr 2018-ci il tarixi dövründə ümumilikdə 81000 manat ödəniş etmişdir. Bu ödənişin 41569,6 manat məbləği əsas borcun, 4227,96 manat məbləği faiz və 35202,44 manat məbləği cərimə borcunun silinməsinə yönəldilmişdir. Qeyd olunduğu kimi borc tələbi təkidli tədbirlərdən sonra "xxxx" MMC 04.04.2019-cu il tarixdə 10 000 manat məbləğdə ödəniş etmişdir və bu tarixə borc öhdəliyi üzrə: əsas borc qalığı: 55135.97 manat – 4135.97 manat= 51000 manat; faiz borc qalığı: 1470.29 manat-1470.29=00; cərimə məbləği: 17644 manat - 4393.74 manat = 13250.26 manat, ümumilikdə 05.04.2019-cu il tarixinə borc öhdəliyinin qalığı 64250.26 manat olmuşdur. İddiacı borc tələbinin təmin edilməsi məqsədi ilə məhkəməyə qədər həlli qaydasında tədbirləri olaraq borc öhdəliyinin tam məbləğdə ödənişi mümkün olmadığına görə mübahisənin məhkəmə icraatı qaydasında həlli edilməsi zərurəti yaranmışdır. Belə ki, "xxxx" MMC-nin adından onun təsisçisi və rəhbəri Nümayəndə2 03.03.2019-cu il tarixdə, bu iddia ərizəsində qeyd edildiyi kimi bir daha rəsmi müraciətlə bildirdi ki, “...Günay bankdan götürülmüş kredit hesabına 764089 kq-ı "xxxx" MMC tərəfindən tədarük edilib "xxxx" MMC-nin İmişli pambıq istehsalı, tədürükü və qəbulu məntəqəsinə təhvil verilmişdir. "xxxx" MMC ləğv edilərək "xxxx" MMC-nin tərkibinə birləşdirilmişdir. Təhvil verilmiş ******* kq xam panbığın 760089 kq "xxxx" MMC-nin verdiyi panbıqdır... Bu pambığın satışından əldə etdiyi vəsait hesabına onun kredit borcundan qismən BOKT "xxxx" MMC-yə ödənilməlidir”. İddia ərizəsinin Şirvan Kommersiya Məhkəməsinin məhkəmə icraatı prosesində, borc öhdəliyi üzrə təqdim etdilmiş sənənədləri və faktiki vəziyyəti nəzərə alaraq məhkəmə "xxxx" MMC-ni də cavabdeh qismində məhkəmə prosesinə cəlb etmişdir. İqtisadi iş üzrə məhkəmə ekspertizasının 27867 saylı, 06.12.2019-cu il tarixli rəyi üzrə 22.09.2017-ci il tarixli KT/2517 saylı kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin 22.09.2019-cu il tarixədək (iddia tələbi üzrə müəyyən edilən tarixə kimi) “Borc verən”ə olan borcu 130940.31 manat məbləğində müəyyən olunmuşdur, o cümlədən; əsas borc üzrə 51 000 manat, faiz borcu üzrə 1460.19 manat, dəbbə borcu üzrə 78 480.12 manat, ümumi borcu üzrə 130 940.31 manat. İqtisadi iş üzrə məhkəmə ekspertizasının bu rəyinə istinad edərək iddiaçı olaraq öhdəliyin yaranmasının faktiki hallarına müvafiq olaraq ədalətli borc öhdəliyinin bölgüsünü müəyyən edilməsi məqsədi ilə “Borc tələbi üzrə iddia tələbinin həcminin artırılması və cavabdehlərin borc öhdəliklərinin dəqiqləşdirilməsi barədə” ərizəni məhkəmə baxışına təqdim edərək cavabdehlər arasında borc tələbinin dəqiqləşməsini vermişdir. "xxxx" MMC-nin 130940.31 manatın 25195.58 manatı - 30,24%-i: əsas borc 12864,17 manat; faiz borcu 358,03 manat; dəbbə pulu 26347,15 manat; ümumi borc tələbi 39569,35 manat; "xxxx" MMC-nin 130940.31 manatın 25195.58 manatı cıxıldıqdan sonra - 69,76%-i: əsas borc 38135,83 manat; faiz borcu 1102,16 manat; dəbbə pulu 52132,97 manat; ümumi borc tələbi 91370,96 manat. İddia tələbi üzrə borc öhdəliyinin cəmi: 130940,31 manat məbləğindən ibarətdir, o cümlədən, əsas borc üzrə 51 000 manat; faiz borcu üzrə 1460,19 manat; dəbbə borcu üzrə 78 480,12 manat. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-19/2020 saylı iş üzrə 04.06.2020-ci il tarixli qətnaməsində "xxxx" MMC-nin iddiaçı qarşısında bilavasitə borc öhdəliyi olmadığı halına istinad edərək ona qarşı borc tələbi üzrə qeyd olunan bölgü ilə müəyyənləşdirilən borc tələbini təmin etməmişdir. Bölgü əsasında yalnız "xxxx" MMC-dən tələb olunan borcu qismən təmin etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 19/2020 saylı iş üzrə 04.06.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmamış: əsas borc 38135,83 manat; faiz borcu 1102,16 manat; dəbbə pulu 52132,97 manat, ümumi borc tələb 91370,96 manat bilavasitə borcalan "xxxx" MMC-dən tələb olunmalıdır. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmədə iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 22.09.2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsinə əsasən, "xxxx" MMC-yə 7 ay müddətinə 4 ay güzəşt müddəti olmaqla illik 6 faiz dərəcəsi ilə 101.500 manat məbləğində kredit verilməsi ilə bağlı tərəflər razılığa gəlmişlər. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, kredit borcu kimi verilən 101.500 manat pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. İş materiallarında olan 22.06.2018-ci il tarixli kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair müqavilədən görünür ki, "xxxx" ASC (Bank), Bank olmayan Kredit Təşkilatı İddiaçı (BOKT) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti (Xidmət) arasında kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair 22.06.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmentini bank ilə xidmət arasında bağlanmış 12.05.2017-ci il tarixli kredit müqaviləsi əsasında 1.000.000 manat məbləğində və 01.08.2017-ci il tarixli kredit müqaviləsi əsasında 1.000.000 manat məbləğində kredit vəsaitindən istifadə üzrə “Bank”ın “Xidmət” qarşısında yaranan ümumilikdə 1.862.436 manat məbləğində istifadə olunmuş əsas borc və bu kredit müqavilələri əsasında hesablanmış faiz və cərimə (dəbbə pulu) pulu borcu üzrə öhdəliklərin idarəçiliyini və kreditorlardan tələb hüququnun qəbuluna razılığı təşkil etmişdir. İş materiallarında olan 22.06.2018-ci il tarixli "xxxx" ASC, Bank olmayan Kredit Təşkilatı İddiaçı və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti arasında bağlanmış üç tərəfli kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair müqavilənin əlavəsi olan təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" ASC, Bank olmayan Kredit Təşkilatı İddiaçı və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti arasında 22.06.2018-ci il tarixli üç tərəfli kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair müqaviləyə əsasən Dövlət Xidmətinin vəsaiti hesabına "xxxx" MMC-nin "xxxx" ASC-dən götürmüş kredit üzrə 22.06.2018-ci il tarixinə əsas borc qalığı 96.705,57 manat, MMC-nin "xxxx" ASC-yə ödəməli olan 1.065,73 manat məbləğində faiz borcu gələcəkdə Dövlət Xidmətinə ödənilmək üçün “BOKT "xxxx" MMCyə təhvil verilmişdir. İş materiallarında olan “X3” MMC ilə "xxxx" MMC arasında bağlanmış 08.08.2017-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsinin surətindən görünür ki, “X3” MMC 2017-ci ilin məhsulu üçün ayrı-ayrı icarəçilərlə 900 hektar ərazidə qismən ödənişlə pambıq məhsulunun əkililb, yetişdirilib MMC-yə təhvil verilməsi barədə müqavilənin yerinə yetirilməsinin davamı olaraq özündə olan müvafiq sənədləri "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC “X3” MMC-nin icarəçilərlə bağladığı müqavilə əsasında icarəçilərin əkib becərdiyi pambıq məhsulunun pambıq məhsulu məntəqəsinə verilmiş çəkisinə uyğun olaraq yığım pullarını bankdan verilmiş kredit hesabına icarəçilərə ödəməyi öhdələrinə götürmüşlər. Bankın verdiyi kreditə görə illik 6% və 1,5% bank xərci icarəçinin satdığı pambıq məhsulunun dəyərində banka ödəniləcəkdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 04.09.2018-ci il tarixli, 06 saylı məktubun surətində qeyd olunur ki, 2017-ci il təsərrüfat ilində İmişli pambıq istehsalı tədarükü və qəbulu məntəqəsinə kondisiya çəkidə 1.715.576,3 kiloqram xam pambıq qəbul edilmişdir. Qəbul edilmiş xam pambığın 951.674 kiloqramı İmişli Rayon Kənd Təsərrüfatı MMC tərəfindən tədarük edilmişdir. Qalan xam pambığın 764.089 kiloqramı Osmanlı MMC tərəfindən tədarük edilib İmişli pambıq istehsalı, tədarükü və qəbulu məntəqəsinə təhvil verilmişdir. Osmanlı MMC təhvil verdiyi xam pambığın əllə dəriminə 76.304,02 manatı "xxxx"dan götürülmüş kredit hesabına fermerlərə nağd şəkildə ödəmişdir. 19.07.2018-ci il tarixdə İmişli Rayon Kənd Təsərrüfatı MMC-nin fəaliyyətinə xitam verilmiş və "xxxx" MMC-yə birləşdirilmişdir. Məntəqədə olan pambıq "xxxx" MMC-yə realizasiya olunmuşdur. Ona görə də, "xxxx" MMC-nin "xxxx"dan götürülmüş 76.304,03 əsas və faiz məbləği "xxxx" MMC-nin üzərinə düşmüşdür. Xam pambıq satıldıqdan sonra əldə olunan vəsait hesabına kredit və faiz borcları ödəniləcəkdir. İş materiallarında olan 10.10.2018-ci il tarixli, 2092 saylı, 16.10.2018-ci il tarixli, 2403 saylı və 23.10.2018-ci il tarixli, 2657 saylı ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən Bank olmayan Kredit Təşkilatı İddiaçı "xxxx" ASC-nin Nəsimi filialında olan hesabına ümumilkdə 81.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 065/2020 saylı, 04.08.2020-ci il tarixli “borc öhdəliyinin icrasına dair pretenziya” adlanan xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 06.12.2019-cu il tarixli, 27867 saylı ekspert rəyinin surətində qeyd olunur ki, 22.09.2017-ci il tarixli, KT/2517 saylı kredit müqaviləsi üzrə "xxxx" MMCnin 22.09.2019-cu il tarixədək “borc verən”ə olan borcu 130.940,31 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 51.000 manat, faiz borcu üzrə 1.460,19 manat, dəbbə borcu üzrə 78.480,12 manat, ümumi borcu üzrə 130.940,31 manat müəyyən olunur. İş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 19/2020 saylı, 04.06.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 12.864,17 manat əsas borc, 358,03 manat faiz borcu, 200 manat dəbbə pulu (cərimə) və ödənilmiş dövlət rüsumuna görə 3 manat olmaqla, cəmi 13.425,20 manat məbləğində pulun tutularaq iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 manatın 70 manatının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, 130 manatının isə iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 22.09.2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, "xxxx" MMC-yə 7 ay müddətinə 4 ay güzəşt müddəti olmaqla illik 6 faiz dərəcəsi ilə 101.500 manat məbləğində kredit verilmiş, tərəflər arasında kreditin qaytarılması müddəti və qaydası, o cümlədən öhdəliklər icra edilmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı hər gecikdirilən gün üçün cərimənin hesablanması müqavilədə nəzərdə tutulmuşdur. Daha sonra "xxxx" ASC, BOKT "xxxx" MMC və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti arasında kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair 22.06.2018-ci il tarixli kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair müqavilə bağlanmış, "xxxx" MMC-nin "xxxx" ASC-dən götürmüş kredit üzrə 22.06.2018-ci il tarixinə 96.705,57 manat məbləğində əsas borc və 1.065,73 manat məbləğində faiz borcu gələcəkdə Dövlət Xidmətinə ödənilmək üçün “BOKT "xxxx" MMCyə təhvil verilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən götürülmüş kredit müqavilə üzrə müəyyən olunmuş məbləğdə və qaydada ödənilməmiş və beləliklə, cavabdeh "xxxx" MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(106)-119/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsi ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 19/2020 saylı, 04.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 213/2021 saylı, 22.09.2021-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(106)-119/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 22.09.2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsinə əsasən, "xxxx" MMC-nin 38.135,83 manat əsas borcu, 3771,20 manat faiz borcu, 52132,97 manat cərimə (dəbbə) pulu, ümumilikdə 94040 manat məbləğdə borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona ötürülmüş (güzəşt edilmiş) tələb əsasında mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Göstərilən Məcəllənin 196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tələb sahibi borclunun razılığı olmadan tələbi hazırki iş üzrə iddiaçıya ötürmək (güzəşt etmək) hüququ olduğundan, tələb sahibinin tələbi BOKT "xxxx" MMC-yə hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçdiyindən, BOKT "xxxx" MMC mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, BOKT "xxxx" MMC-nin iddia tələbi qeyd edilən hissədə təmin edilərək, əsas borc və faiz borcu cavabdehdən tutularaq, iddiaçıya verilməlidir. Məhkəmə iddianın cərimənin (dəbbə pulunun) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə (dəbbə pulu) əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin (dəbbə pulunun) 52132,97 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 25 manatı cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 38135,83 manat məbləğində əsas borc, 3771,20 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə (dəbbə), cəmi 42007,03 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-dən alınaraq Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-63/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-63/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver