Məhkəmə qərarları › İş №e-2-2(121)-67/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-67/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-67/2023 30.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı – 7072,77 manat əsas, 755,13 manat faiz, 420,92 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 977,06 manat faiz borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində xərci və iş üzrə ödənilmiş 13 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4Əlizamin oğlundan tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan İmişli şəhəri, Mehdi Hüseyn küçəsi, ev 13 ünvanında yerləşən ümumi sahəsi 90,41 kv.m. olan fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə birlikdə xx.xx.2023-cü il tarixli barışıq sazişini göndərərək, Cavabdeh1 və Cavabdeh5 ilə mübahisə üzrə barışıq sazişi bağladıqlarını, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirakının mümkün olmadığını, barışıq sazişinin təsdiqlənməsini və həmin iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. İş üzrə icraata xitam verildiyindən, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 100 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, 45 manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52-ci, 191-ci, 261.0.5-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 arasında 14 fevral 2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 582 SF saylı kredit müqaviləsi üzrə cəmi 9.225,88 (doqquz min iki yüz iyirmi beş manat, 88 qəpik) manat borcun - bundan =7,072.77 (yeddi min yetmiş iki manat, 77 qəpik) manat əsas, 755,13 (yeddi yüz əlli beş manat, 13 qəpik) manat faiz, 420,92 (dörd yüz iyirmi manat, 92 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 977,06 (doqquz yüz yetmiş yeddi manat, 06 qəpik) manat faiz borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat məbləğində xərci və iş üzrə ödənilmiş 12,25 (on iki manat, 25 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan İmişli şəhəri, Mehdi Hüseyn küçəsi, ev 13 ünvanında yerləşən ümumi sahəsi 90,41 kv.m. olan fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışda əldə olunmuş vəsaitin kredit bprcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair Şirvan Kommersiya Məhkəməsinin icraatında olan mübahisə . 2.1. xx.xx.2015-ci il tarixli 582 SF saylı kredit müqaviləsi üzrə 7.072,77 (yeddi min yetmiş iki manat, 77 qəpik) manat əsas, 755,13 (yeddi yüz əlli beş manat, 13 qəpik) manat faiz, 420,92 (dörd yüz iyirmi manat, 92 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qəranna əsasən hesablanmış 977,06 (doqquz yüz yetmiş yeddi manat, 06 qəpik) manat faiz borcu, cəmi 9.225,88 (doqquz min iki yüz iyirmi beş manat, 88 qəpik) manat məbləğində borcun olmasını iddiaçı və cavabdehlər təsdiq edirlər. 2.2. İddiaçı Cavabdeh1 olan ünvanlandığı ərizəsini nəzərə alaraq xx.xx.2015-ci tarixli 582 SF saylı kredit müqaviləsi üzrə güzəşt olaraq kredit üzrə cəmi 7.800 (yeddi min səkkiz yüz) manat məbləğində borcun cavabdeh tərəfindən ilkin olaraq 1.000 (bir min) manat ödəməklə, qalan 6.800 (altı min səkkiz yüz) manat borcun 24 (iyirmi dörd) ay müddətinə aylıq ödənişlə hər ay 283,33 (iki yüz səksən üç manat, 33 qəpik) manat ödənilməsinə möhlət verilməsini təsdiq edir. 2.3. Tərəflər razılaşırlar ki, xx.xx.2015-ci il tarixli 582 SF saylı kredit müqaviləsi üzrə iddia ərizəsində qalan cəmi 1.425,88 (bir min dörd yüz iyirmi beş manat, 88 qəpik) manat məbləğində faiz, cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borc iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə tam şəkildə güzəşt edilir. 2.4. Hər ay ödəniləcək məbləğ cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi Sazişin bu 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5. Cavabdeh1 ona verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2015-ci il tarixli 582 SF saylı kredit müqaviləsi üzrə güzəşt olunan cəmi 1.425,88 (bir min dörd yüz iyirmi beş manat, 88 qəpik) manat məbləğində faiz, cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borcun güzəşt edilməsi ləğv edilir. 2.6. Cavabdehlər təsdiq edir ki, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan cəmi 9.225,88 (doqquz min iki yüz iyirmi beş manat, 88 qəpik) manat borc məbləğini, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat məbləğində xərci və iş üzrə ödənilmiş 12,25 (on iki manat, 25 qəpik) manat dövlət rüsumunu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında, bildirişin qeydə alınması üçün ödənilmiş 40 ( qırx) manat dövlət rüsumunu iddiaçıya tam şəkildə ödənilməsinə, tutmanın kredit müqavilələri üzrə öhdəliklərin təminatı olan və ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan İmişli şəhəri, Mehdi Hüseyn küçəsi, ev 13 ünvanında yerləşən, ümumi sahəsi 90,41 kv.m olan likvid qiyməti 30.000 (otuz min) manat olan fərdi yaşayış evinə yönəldilməsinə və həmin evin açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra həmin evin boşaldılaraq alıcıya təhvil verilməsinə, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə etiraz etmirlər. 2.7. Tərəflər razılaşarlar ki, 7.800 (yeddi min səkkiz yüz) manat, məbləğindəki öhdəlik cavabdeh tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan İmişli şəhəri, Mehdi Hüseyn küçəsi, ev 13 ünvanında yerləşən ümumi sahəsi 90,41 kv.m. olan fərdi yaşayış evi cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.2-ci bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1-ci və 3.7.5-ci bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədən tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 100 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, 45 manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ((Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) köçürülsün. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar