Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-67/2024 20.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh - DCLT90072758-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən (41040AZNSK********** saylı kart hesabına bağlı) 6,509.73 (altı min beş yüz doqquz manat yetmiş üç qəpik) manat əsas borc, 28.22 (iyirmi səkkiz manat iyirmi iki qəpik) manat faiz borcu, 1,283.31 (bir min iki yüz səksən üç manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 7,821.26 (yeddi min səkkiz yüz iyirmi bir manat iyirmi altı qəpik) manat məbləğində borcun, DC90072758-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 12,295.87 (on iki min iki yüz doxsan beş manat səksən yeddi qəpik) manat əsas borc, 1,368.33 (bir min üç yüz altmış səkkiz manat otuz üç qəpik) manat faiz borcu, 393.31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 14,057.51 (on dörd min əlli yeddi manat əlli bir qəpik) manat məbləğində borcun tutulması; 2. Mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/3396 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borcluwww.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. X5 toplusu çərçivəsində: xx.xx.2021-ci il tarixli DCLT90072758-01saylı maliyyələşdirmə üçün ərizə (41040AZNSK********** saylı kart hesabına bağlı) imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla, 6,611 (altı min altı yüz on bir) manat məbləğində tütütn məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə plastik kart üzrə kredit xətti açılmışdır; - xx.xx.2022-ci il tarixli DC90072758-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 18,918 (on səkkiz min doqquz yüz on səkkiz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan DCLT90072758-01saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 243 gün, DC90072758-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 267 gün gecikdirərək kredit üzrə öhdəlilərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCLT90072758-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən(41040AZNSK********** saylı kart hesabına bağlı)6,509.73 (altı min beş yüz doqquz manat yetmiş üç qəpik) manat əsas borc, 28.22 (iyirmi səkkiz manat iyirmi iki qəpik) manat faiz borcu, 1,283.31 (bir min iki yüz səksən üç manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 7,821.26 (yeddi min səkkiz yüz iyirmi bir manat iyirmi altı qəpik) manat təşkil edir, DC90072758-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 12,295.87 (on iki min iki yüz doxsan beş manat səksən yeddi qəpik) manat əsas borc, 1,368.33 (bir min üç yüz altmış səkkiz manat otuz üç qəpik) manat faiz borcu, 393.31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 14,057.51 (on dörd min əlli yeddi manat əlli bir qəpik) manat təşkil edir. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, DCLT90072758-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən (41040AZNSK********** saylı kart hesabına bağlı) 6,509.73 manat əsas borc, 28.22 manat faiz borcu, 1.660,40 manat cərimə borcu olmaqla, cəmi 8.198.35 manat məbləğində borcun, DC90072758-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 12,295.87 manat əsas borc, 1.559,94 manat faiz borcu, 499,24 manat cərimə borcu olmaqla, cəmi 14.355,05 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında izahat verərək iddianın əsas borca münasibətdə təmin edilməsini, lakin faiz və cərimə borcuna münasibətdə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, OnGTC/SE/3396 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli, 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalamışlar. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DCLT90072758-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 24 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33,5 % olmaqla, 6.611 manat məbləğində tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə plastik kart üzrə kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17 %, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32 % olmaqla mal alışı məqsədilə 18.918 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DCLT90072758-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6.509,73 manat əsas borc, 28,22 manat faiz borcu, 1.660,40 manat cərimə borcu olmaqla, cəmi 8.198,35 manat, DC90072758-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12.295,87 manat əsas borc, 1.559,94 manat faiz borcu, 499,24 manat cərimə borcu olmaqla, cəmi 14.355,05 manat təşkil edir təşkil edir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 200 manat məbləğində mediasiyaya dair xərc İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2024-cü il tarixli, 9/488 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC aarsında bağlanmış xx.xx.2021-ci il tarixli, DCLT90072758-01 saylı fərdi maliyyələşdirmə üçün əriə üzrə borcalanın banka olan kredit borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 6.588,73, faiz borcu üzrə 28,22 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6.484,73 manat, faiz borcu üzrə 1.020,92 manat, xx.xx.2023-cü il tarixə əss borc üzrə 6.484,73 manat əsas, faiz borcu üzrə 1.224,11 manat. 2. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DC90072758-06 saylı maliyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 12.318,76 manat, faiz borcu üzrə 1.250,70 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 12.318,75 manat, faz borcu üzrə 1.524,10 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının xx.xx.2021-ci il tarixli, DCLT90072758-01 saylı maliyyələşdirmə üçün ərizəyə və xx.xx.2022 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2024-cü il tarixli, 9/488 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixli, DCLT90072758-01 saylı və xx.xx.2022-ci il tarixli, DC90072758-06 maliyyələşdirmə ərizələri üzrə əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu halda, məhkəmə 08 aprel 2024-cü il tarixli, 9/488 saylı ekspert rəyini sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2024-cü il tarixli, 9/488 saylı ekspert rəyi ilə xx.xx.2022-ci il tarixli, DC90072758-06 saylı müqavilə üzrə əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli, DCLT90072758-01 saylı maliyyələşdirmə ərizəsi üzrə 6.484,73 manat əsas borc, həmin kredit müqaviləsinin bitdiyi tarixə, yəni xx.xx.2022-ci il tarixə hesablanmış 28,22 manat faiz borcu, müddəti xx.xx.2024-cü il tarixinədək olan xx.xx.2022-ci il tarixli, DC90072758-06 maliyyələşdirmə ərizəsi üzrə 12.295,87 manat əsas borcu və maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə 1.524,10 manat faiz borcu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddianın “xx.xx.2021-ci il tarixli, DCLT90072758-01 saylı maliyyələşdirmə ərizəsi üzrə 1.660,40 manat və xx.xx.2022-ci il tarixli, DC90072758-06 saylı maliyyələşdirmə ərizəsi üzrə 499,24 manat cərimənin ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli, DCLT90072758-01 saylı maliyyələşdirmə ərizəsi üzrə 90 manat, xx.xx.2022-ci il tarixli, DC90072758-06 saylı maliyyələşdirmə ərizəsi üzrə 30 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin Cavabdeh alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən mediasiya xərcinin əvəzi olaraq 200 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh DCLT90072758-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 6.484,73 manat məbləğində əsas borc, 28,22 manat məbləğində faiz borcu, 90 manat məbləğində cərimə borcu, DC90072758-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 12.295,87 manat məbləğində əsas borc, 1.524,10 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 20.652,92 (iyirmi min altı yüz əlli iki manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-67/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-67/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver