Məhkəmə qərarları › İş №e-2-2(121)-68/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-68/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-68/2022 23.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra İddiaçı QSC BOKT) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı - Cavabdeh2 13.03.2015-ci il tarixli _S-03- 2015_ saylı kredit müqaviləsi üzrə 6808,06 manat əsas borcun, 2366,18 manat faiz borcunun, cəmi 9174,24 (doqquz min bir yüz yetmiş dörd manat iyirmi dörd qəpik) manat borc məbləğinin cavabdehdən tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, borc tələbinin Cavabdeh2 məxsus, ipoteka qoyulmuş ünvan 4ində yerləşən fərdi yaşayış evinə, habələ onun və ailə üzvləri Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 paylı mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 9174,24 (doqquz min bir yüz yetmiş dörd manat iyirmi dörd qəpik) manat borcun və 30,0 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Salyan filialı ilə Cavabdeh2 arasında bağlanmış 13 mart 2015-ci il tarixli _S-03-2015_ saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 heyvandarlığın inkişafı məqsədi ilə illik 6%-lə 36 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Qeyd olan müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan ünvan 4ində yerləşən fərdi yaşayış evi və onun və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 paylı mülkiyyətində olan 0,11 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Salyan filialı ilə ipoteka qoyanlar arasında 13 mart 2015-ci il tarixli -S-03-2015 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın Salyan filialının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Cavabdeh2 13 mart 2015-ci il tarixli _S-03-2015_ saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan əsas borcu 6808,06 manat, faiz borcu 2366,18 manat, cəmi borcu 9174,24 (doqquz min bir yüz yetmiş dörd manat iyirmi dörd qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək iddiaçı ilə bağlanılmış 13 mart 2015-ci il tarixli _S-03-2015_ saylı kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsirinə düşməli olduğunu qeyd edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 13 mart 2015-ci il tarixli, S-03-2015 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi olmaqla 36 ay müddətinə iri buynuzlu heyvanların alınması məqsədilə 10.000 (on min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 08.04.2015-ci il tarixli, 984227 saylı məxaric orderindən görünür ki, Cavabdeh2 10.000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 arasında bağlanmış 13 mart 2015-ci il tarixli, S-03-2015 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 13 mart 2015-ci il tarixli, S-03- 2015 saylı kredit müqaviləsin təminatı kimi X3 məxsus ünvan 4ində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi, X2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 paylı mülkiyyətində olan 0,11 ha torpaq sahəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4ində, 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41,2 kv.m yaşayış, 66,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə tam, 0,11 ha torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə X2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mülkiyyətindədir. İş materiallarında olan 18.03.2015-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mülkiyyətində olan ünvan 4ində yerləşən fərdi yaşayış evi, mülkiyyətində olan 0.11 ha torpaq sahəsi ilə birlikdə İddiaçı SKTnin Salyan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Biləsuvar rayonunda fəaliyyət göstərən fiziki şəxs Cavabdeh2 İddiaçı SKT-na 31 mart 2021-ci il tarixinə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatın surətindən görünür ki, 13 mart 2015-ci il tarixli, S-03-2015 saylı kredit müqaviləsi üzrə cavabdehin 31.03.2021-ci il tarixə 6.808,06 manat əsas, 2.366,18 manat faiz, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcu 9.174,24 manat təşkil edir. İş materiallarında olan Biləsuvar rayonunda fəaliyyət göstərən fiziki şəxs Cavabdeh2 İddiaçı SKT-na 14 oktyabr 2021-ci il tarixinə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatın surətindən görünür ki, 13 mart 2015-ci il tarixli, S-03-2015 saylı kredit müqaviləsi üzrə cavabdehin 14.10.2021-ci il tarixə 6.808,86 manat əsas, 220,88 manat faiz, müqavilənin vaxtı bitdikdən sonra ödənilməyən 5% faiz borcu 110,42 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcu 7.140,16 manat təşkil edir. İş materialında olan, İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialı tərəfindən Cavabdeh2 ünvanlanmış 21.01.2019-cu il tarixli “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında bağlanılmış 13 mart 2015-ci il tarixli, S-03-2015 saylı kredit müqaviləsi əsasında aldığı 10.000 (on min) manat kredit müqaviləsi üzrə cəmi 6.977,44 manat borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 məlumatlandırılmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanlanmış 19 fevral 2019-cu il tarixli, 87 saylı ərizədən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı SKT-nin Salyan filialına ünvanladığı bildirişdən görünür ki, 19 fevral 2019-ci il tarixli 87 nömrəli məktuba əsasən Cavabdeh2 məxsus ünvan 4ində yerləşən fərdi yaşayış evinə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan problemli kredit məlumatlarının sorğulanmasına dair portaldakı çıxarışdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2021-ci il tarixli, 9/6694 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 13 mart 2015-ci il tarixdə bağlanmış S-03-2015 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 İddiaçı Səhmdar Kredit Təşkilatına olan borcu 13.03.2018-ci il (müqavilə müddəti bitən tarixə) borcu 8.864,01 manat - əsas borc üzrə 8.830,16 manat, faiz borcu üzrə 33,85 manat; 31.03.2021-ci il (sualda göstərilən tarixə) borcu 6.488,74 manat - əsas borc üzrə 5.852,30 manat, faiz borcu üzrə 636,44 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 dekabr 2021-ci il tarixli, 474/AK/21 rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan 0.11 ha torpaq sahəsində, ünvan 4i ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 35.000 manat müəyyən edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında 13 mart 2015ci il tarixli, S-03-2015 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 iri buynuzlu heyvanların alınması məqsədilə illik 6 faiz dərəcəsi ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı BOKT ASC Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 arasında 13 mart 2015-ci il tarixli, S-03-2015 saylı sonrakı ipoteka müqaviləsi bağlanılmış və müqaviləyə əsasən Cavabdeh2 məxsus ünvan 4ində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 paylı mülkiyyətində olan 0,11 ha torpaq sahəsi sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli, 9/6694 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur, eyni zamanda kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəflər arasında bağlanmış 13 mart 2015-ci il tarixli, S-03-2015 saylı kredit müqaviləsi üzrə 5.852,30 manat əsas və 33,85 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 arasında 13 mart 2015-ci il tarixli, S-03-2015 saylı sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmin Qərardadın 21-ci bəndində bildirilir ki, ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh2 məxsus İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 4ində 0,11 hekar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 paylı mülkiyyətində olan 0,11 ha torpaq sahəsinin ilkin satış qiyməti 35.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə, Cavabdeh2 etirazına münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərman imzalanmışdır. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən kredit təşkilatlarına vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin (restrukturizasiya) bağlanması tövsiyə edilmişdir. Məhkəmə bildirir ki, hal-hazırki iş üzrə kredit müqaviləsi ilə bağlı yeni güzəştli kredit müqaviləsinin (restrukturizasiya) bağlanılıb-bağlanılmaması iddiaçının səlahiyyətinə aid olan məsələdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Cavabdeh2 aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qeyd olunan məsələni mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 8 manatı iddiaçıya aid edilməli, dövlət rüsumunun 22 manatı isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 74 (yetmiş dörd) manatı Cavabdeh2, 26 (iyirmi altı) manatı isə İddiaçı BOKT ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 paylarına mütənasib olaraq alınaraq "xxxx" MMC-nin hesabına ödəniməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 6.808,06 manat əsas borc, 33.85 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 manat olmaqla, ümumilikdə 6.863,91 (altı min səkkiz yüz altmış üç manat, doxsan bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Tələb Cavabdeh2 məxsus ünvan 4ində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41,2 kv.m. yaşayış, 66,8 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh2 məxsus ünvan 4ində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41,2 kv.m. yaşayış, 66,8 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan borc ödənilsin. Fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 paylarına mütənasib olaraq qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 20 (iyirmi) manatı Cavabdeh2, 80 (səksən) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 paylarına mütənasib olaraq alınaraq "xxxx" MMCnin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar