Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-7/2023 12.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və. s tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı 126.678,13 (bir yüz iyirmi altı min altı yüz yetmiş səkkiz manat 13 qəpik) manat əsas, 15.591,61 (on beş min beş yüz doxsan bir manat 61 qəpik) manat faiz, 8.062,53 (səkkiz min altmış iki manat 53 qəpik) manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 17.519,64 (on yeddi min beş yüz on doqquz min 64 qəpik) manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 200 (iki yüz) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh2 Cəlal oğlundan tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində 0,1496 ha topraq sahəsində yerləşən 6 otaqlı 74 saylı fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 184 saylı evin 1 otaqlı 13 nömrəli mənzilə, Cavabdeh3 məxsus Cəlilabad rayyonu, Maşlıq kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə və Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 Cəlal oğlundan tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evlərin və mənzillərin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh2 Cəlal oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3225 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 Cəlal oğluna 60 (altmış) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində 0,1496 ha topraq sahəsində yerləşən 6 otaqlı 74 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 184 saylı evin 1 otaqlı 13 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli MA seriyalı 00256635 nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Cəlilabad rayyonu, Maşlıq kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2008-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh5 arasında 29 avqust 2013-ci il tarixli 3225 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayı evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Fərdi yaşayış evin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh4 arasında 29 avqust 2013-ci il tarixli 3225 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayı evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Fərdi yaşayış evin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh3arasında 29 avqust 2013-cü il il tarixli 3225 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayı evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Fərdi yaşayış evin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında 29 avqust 2013-ci il tarixli 3225 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayı evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********693 saylı xx.xx.2020-ci il tarixli, **********694 saylı xx.xx.2020-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 131.433,08 manat əsas, 15.591,61 (on beş min beş yüz doxsan bir manat 61 qəpik) manat faiz, 14.146,48 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 25.235,32 manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 200 (iki yüz) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh2 Cəlal oğlundan tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində 0,1496 ha topraq sahəsində yerləşən 6 otaqlı 74 saylı fərdi yaşayış evinə, Cavabdeh4 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 184 saylı evin 1 otaqlı 13 nömrəli mənzilə, Cavabdeh3 məxsus Cəlilabad rayyonu, Maşlıq kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinə və Cavabdeh6 məxsus Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən 28 saylı binanın 3 otaqlı, 34 saylı mənzilinə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 Cəlal oğlundan tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evlərin və mənzillərin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə onunla əsaslandırılmışdır ki, qeyd olunan kredit məbləği bank tərəfindən veriləndə əlavə olaraq Cavabdeh6 məxsus olan və Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən 28 saylı binanın 3 otaqlı, 34 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli qərardadı ilə Cavabdeh4 və Cavabdeh6 öldüyündən və onların vərəsələri müəyyən edilmədiyindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə icraata cavabdehlər Cavabdeh4 və Cavabdeh6 aid hissədə xitam verilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3235 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 7 faiz dərəcəsi ilə, 60 ay müddətinə heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 200.000 (iki yüz min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 09 saylı, 29 avqust 2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh2 200.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3235 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 29 avqust 2013-cü il tarixli, 3235 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi, mülkiyyətində olan 0.035 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin “Cəlilabad” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3225 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 29 avqust 2013-cü il tarixli, 3235 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evi, mülkiyyətində olan 0.1496 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin “Cəlilabad” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişindən görünür ki, Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3225 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 29 avqust 2013-cü il tarixli, 3235 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaşayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində fərdi yaşayış evi, mülkiyyətində olan 0.12 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin “Cəlilabad” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişindən görünür ki, Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3225 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 29 avqust 2013-cü il tarixli, 3235 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaşayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materialında olan, ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2020-ci il tarixli “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış 29 avqust 2013-cü il tarixli, 3235 saylı kredit müqaviləsinə əsasən 161.536,31 manat borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetlərinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydiyyata alınması üçün ümumilikdə 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, **********318 saylı arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka 131.433,08 manat əsas, 15.591 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 14.146 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 25.235 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 186.406,49 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/9196 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 29 avqust 2013-cü il tarixli, 3225 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh2 Cəlal oğlunun iddiaçı "Zaminbank” ASC-nə borcu xx.xx.2018-ci il tarixə əsas borc üzrə 142.749,79 manat, faiz borcu üzrə 375,41 manat, maliyyə arayışı tərtib olunan tarixə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 131.433,08 manat, illik beş faizlə hesablanmış faiz borcu üzrə 12.997,27 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 dekabr 2022-ci il tarixli daşınmaz əmlakların qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evinin orta bazar dəyəri 90.000 manat, likvid dəyəri 76.000 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 dekabr 2022-ci il tarixli daşınmaz əmlakların qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaşayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin orta bazar dəyəri 55.000 manat, likvid dəyəri 44.000 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 dekabr 2022-ci il tarixli daşınmaz əmlakların qiymətləndirilməsi rəyindən görünür ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinin orta bazar dəyəri 50.000 manat, likvid dəyəri 42.000 manat təşkil edir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı məktubdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh2 200.000 manat məbləğində kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 29 avqust 2013-cü il tarixli, 3235 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 illik 7 faiz dərəcəsi ilə, 60 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3235 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evi, İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3225 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evi və İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 3225 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaşayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi 29 avqust 2013-cü il tarixli, 3235 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/9196 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, kredit müqaviləsinə əsasən əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 29 avqust 2013-cü il tarixli, 3235 saylı kredit müqaviləsi üzrə 131.433,08 manat əsas, 375,41 manat faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış 12.997,27 manat faiz borcunun olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddia tam, faiz borcunun və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iddianın 14.146,48 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 14.146,48 manat məbləğində deyil, 1.415 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 arasında sonrakı ipoteka müqavilələri bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetlərinə yönəldilərək, həmin əmlakların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetlərinin, yəni Cavabdeh1 məxsus, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 42.000 manat, Cavabdeh5 məxsus, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən 74 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 76.000 manat və Cavabdeh3 məxsus, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad rayonu, Maşlıq kəndində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m yaşayış, 60.7 kv.m yardımçı və 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 44.000 manat müəyyən edilməklə, həmin əmlaklar açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına iddiaçının borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evlərinin və mənzillərin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır və qeyd edilən daşınmaz əmlaklar ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Çünki, sözügedən daşınmaz əmlaklar kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuşdur və borc ödənilmədiyi təqdirdə ipoteka qoyanlar ipoteka predmeti olan əmlaklardan çıxacağını və boşaldılmasını öhdəsinə götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bundan başqa, “İpoteka haqqında” Qanunda ipoteka predmetinin boşaldılmasının göstərilməməsi iddiaçıya bu cür tələb irəli sürməyə maneə olmur. Əksinə bu cür vəziyyətdə buna bir zərurət yaranır. Çünki, ipoteka qoyanlar və onların ailə üzvləri yaxud digər şəxslər əmlaka tutma yönəldikdən sonra və həmin əmlak satıldıqdan sonra əmlakı tərk etməlidirlər. Həmin əmlakda yaşayarkən və ya fəaliyyət göstərərkən sözsüz ki, yaşayış və fəaliyyət üçün lazım olan əşyalar da həmin əmlakda olur. Cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 əmlakları tərk edərkən təbii ki, özlərinə məxsus müxtəlif əşyaları da həmin əmlakdan çıxartmalıdırlar və sözsüz ki, bu zaman ipoteka predmetləri də həm insanlar, həm də fiziki baxımdan boşaldılmış vəziyyətə gəlir. Başqa sözlə, “İpoteka haqqında” Qanunda konkret olaraq tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdə və o satıldıqda ipoteka predmetinin boşaldılmasının nəzərdə tutulmaması da icra sənədinin tam icra olunmasını təmin edən bir vasitədir. Əks halda icra sənədinin icrası ilə əlaqədar əlavə mübahisələrin və yeni lüzumsuz iddiaların ortaya çıxmasına şərait yarana bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlaklar mülkiyyətçiləri tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılmasının təminatı olaraq ipotekaya qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, o cümlədən, iddia ərizəsinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin ləğv prosesində olan alıcıya təhvil verilməsi” tələbinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, əmlakların təhvil verilməsi üçün ilk öncə həmin əmlaklara tutma yönəldilməli və o satılmalıdır. Hal-hazırda ipotekaya qoyulmuş əmlaklar satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçi və orada olan şəxslər yeni mülkiyyətçi qarşısında daşınmaz əmlakları 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, iddia tələbi “əmlakların alıcıya təhvil verilməsi” hissəsində təmin edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “əmlakların alıcıya təhvil verilməsi” hissəsində rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş ümumilikdə 200 manat pulun tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 200 manatın Cavabdeh2 Cəlal oğlundan tutulması” hissəsində təmin edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun 15 manatı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 200 manat isə Cavabdeh2 Cəlal oğlundan iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh2 Cəlal oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1.500 manat məbləğində pul vəsaitinin 500 manatı Cavabdeh5, 500 manatı Cavabdeh3, 500 manatı isə Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 131.433,08 manat əsas borc, 375,41 manat faiz borcu, 1.415 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 12.997,27 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 200 manat rüsum olmaqla, ümumilikdə 146.435,76 (bir yüz qırx altı min dörd yüz otuz beş manat, yetmiş altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən, 0.1496 ha torpaq sahəsində yerləşən 74 saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində, 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə və Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində, 0.035 ha torpaq sahəsində yerləşən 75 saylı fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh5 məxsus Cəlilabad şəhəri, Heydər Əliyev prospektində, 0.1496 ha torpaq sahəsində yerləşən 74 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 76.000 manat məbləğində, Cavabdeh3 məxsus Cəlilabad rayonu, Maşlıq kəndində, 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 44.000 manat məbləğində və Cavabdeh1 məxsus Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində, 0.035 ha torpaq sahəsində yerləşən 75 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 42.000 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilsin. Əmlakların açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi müvafiq olaraq cavabdehlər Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 qaytarılsın. Cəlilabad şəhəri, Heydər Əliyev prospektində, 0.1496 ha torpaq sahəsində yerləşən 74 saylı fərdi yaşayış evi, Cəlilabad rayonu, Maşlıq kəndində, 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Cəlilabad şəhəri, Habil Məmmədov küçəsində, 0.035 ha torpaq sahəsində yerləşən 75 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin daşınmaz əmlaklar 1 ay ərzində boşaldılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh2 Cəlal oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1.500 manat məbləğində pul vəsaitinin 500 manatı Cavabdeh5, 500 manatı Cavabdeh3, 500 manatı isə Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ((Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-7/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-7/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver